Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2590/2025 21.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X9-İmtahan və X10rşı “vərəsəlik şəhadətnaməsi əsasında mərhum atası X2 ona qalmış 1989-cu il istehsalı olan, ağ rəngli, VAZ 2121 “Niva” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair onun adına qeydiyyat aparılmaqla qeydiyyat şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiаçı İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X9- İmtahan və X10rşı “vərəsəlik şəhadətnaməsi əsasında mərhum atası X2 ona qalmış 1989cu il istehsalı olan, ağ rəngli, VAZ 2121 “Niva” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair onun adına qeydiyyat aparılmaqla qeydiyyat şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X9- İmtahan və X10rşı “vərəsəlik şəhadətnaməsi əsasında mərhum atası X2 ona qalmış 1989cu il istehsalı olan, ağ rəngli, VAZ 2121 “Niva” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair onun adına qeydiyyat aparılmaqla qeydiyyat şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda qeydiyyatdadır. Məlum edir ki, vərəsəlik şəhadətnaməsi əsasında mərhum atası X2 ona VAZ 2121 NİVA markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qalmışdır. Sözügedən nəqliyyat vasitəsi 1989-cu ildə istehsal olunduğu üçün nəqliyyat vasitəsinin və onun avadanlıqlarının istehsalı çoxdan dayandırılmışdır. Bu səbəbdən də son illər ərzində istehsal olunan NİVA markalı nəqliyyat vasitələrinin konstruksiyası köhnə istehsallı NİVA markalı nəqliyyat vasitələrinə əlavə edilməsi zərurəti yaranır. Buna dair Texniki Təmir Şirkəti tərəfindən müvafiq arayışda onlara təqdim edilib ki, həmin arayışı Texniki Baxış zamanı cavabdeh orqana təqdim etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mərhum atasından ona VAZ 2121 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 iyun 2024-cü ildə texniki baxışdan keçmiş və ona müvafiq elektron talon təqdim olunmuşdur. Qeydiyyat şəhadətnaməsində nəqliyyat vasitəsinin mühərriki nömrəsiz yazılmışdır. Sözügedən nəqliyyat vasitəsinə dair iddiaçının adına qeydiyyat şəhadətnaməsi verilməsi üçün dəfələrlə cavabdeh orqana və onun tabe olduğu DİN-ə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin, heç bir qanunazidd səbəb olmadan cavabdeh orqan qanuni tələbini icra etməmiş, məqsədli şəkildə ötür-ötür etməklə ona rədd cavabı vermişdir. Buna əsas kimi cavabdehin xx.xx.2024-cü il tarixli məktubunu qeyd etmişdir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli texniki baxışın keçirilməsi barədə elektron talondan görünür ki, cavabdehin tələbləri tam olaraq qanunsuzdur, qeydiyyat şəhadətnaməsini verməmək üçün heç bir hüquqi əsası yoxdur. Ona görə də iddiaçı nəticə etibarı ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İş materialarında olan Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-70-12/2-1084/2024 saylı, 21 noyabr 2024-cü il tarixli Arayışının surətindən müəyyən olunur ki, iddiaçı Məlikov X5 şəhəri, E.Qəmbərov küçəsi 48 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materialarında olan MF15564282 nömrəli, xx.xx.2024-cü il tarixli Elektron Talonunun surətindən müəyyən olunur ki, **-BL-*** dövlət qeydiyyat nişanlı, AC 706310 nömrəli qeydiyyat şəhaətnaməsinə əsasən ban nömrəsi NÖMR-Z, mühərrikin nömrəsi- NÖMR-Z “VAZ 2121” Minik markalı, 1989-cu il buraxılışlı, ağ rəngli minik avtomobilinin qeydiyyat vasitəsinin sahibi X6, etibarnamə sahibi isə İddiaçıdur. İş materialarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin X9-imtahan və texniki baxış şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16-7/2-8894/2024 nömrəli məktubunun surətindən müəyyən olunur ki, avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik və ban nömrəsiz kimi göstərildiyi halda xx.xx.2024-cü il tarixdə avtomobillə bağlı qeydiyyat hərəkətləri aparılarkən nəqliyyat vasitəsinin üzərində olan, nömrələri kustar üsulla silinmiş mühərrik blokunun olduğu, həmçinin arxa panelin “VAZ 21214” modelə yığıldığı, eləcə də avtomobilə dair bir sıra zəruri məlumatları özündə əks etdirən məlumat lövhəciyinin (birka) olmadığı müəyyən edilmişdir. Bütün bü uyğunsuzluqlar və aradan qaldırılması yolları barədə iddiaçıya ətraflı izahatlar verilmiş və ailə vəziyyəti nəzərə alınaraq, avtomobil duracağa yerləşdirilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, DİN Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsindən məsələ ilə bağlı müvafiq rəy təqdim edildikdən sonra avtomobillə bağlı qeydiyyat hərəkətləri davam etdiriləcəkdir. İş materialarında olan ünvan 4 ünvanında qeydiyyatda olan X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin X9-imtahan və X13 ünvanladığı **********214 saylı Ərizəsinin surətindən müəyyən olunur ki, mərhum X2 miras qalan 1989cu il buraxılışlı VAZ 2121 Minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı adına qeydiyyat şəhadətnaməsinin verilməsinə etirazı yoxdur, razıdır. İş materialarında olan Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən Mülkiyyət hüququ haqqında xx.xx.2024-cü il tarixli Şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 qalmış arvadı X8 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Şirvan RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC706310 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NÖMR-Z, mühərrikin nömrəsi-NÖMR-Z və buraxılış ili 1989-cü il olan VAZ 2121 Minik markalı **-BL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakının payı VAZ 2121 Minik markalı **-BL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. İş materialarında olan X15 Haqqında xx.xx.2024-cü il tarixli Şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 4 ünvanında qeydiyyatda olan X11 və İddiaçı hər biri miras əmlakdan ½ hissədə irs almalıdırlar. İş materialarında olan Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult səbəbindən ölmüşdür. İş materialarında olan SMS bildirişin sürətindən müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən **-BL-*** nömrəli nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, ******* talon nömrəsi ilə texniki baxışdan keçirilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi X9-imtahan və texniki baxış şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16-7/2-1628/2025 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Sabirabad şəhər sakini İddiaçı X9-imtahan və X13 daxil olmuş müraciətlərinə cavab verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16-7/2-8894/2024 və xx.xx.2024-cü il tarixli 3-13-16-7/2-10224/2024 saylı məktublarının surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-102/2-6355/2025 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-nin MMS-də 1989-cu il buraxılışlı ağ rəngli “VAZ 2121” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2016-cı il tarixdə ünvan 6 ünvanında yaşayan xx.xx.1948-ci il təvəllüdlü X4 adına, Ban və Şassi nömrəsi nömrəsiz, Mühərrik nömrəsi göstərilməməklə AC706310 nömrəli Qeydiyyat şəhadətnaməsi verilməklə sənədləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-5/2-6167/2025 nömrəli məktubunun surətindən müəyyən olunur ki, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə “VAZ-2121” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olaraq araşdırma materialı daxil olmayıb və şöbə tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə əlaqəli olan hər hansı bir araşdırma aparılmayıbdır. Tətbiq edilən hüquq: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin üzərində olan, nömrələri kustar üsulla silinmiş mühərrik blokunun olduğu, həmçinin arxa panelin “VAZ 21214” modelə yığıldığı, eləcə də avtomobilə dair bir sıra zəruri məlumatları özündə əks etdirən məlumat lövhəciyinin (birka) olmadığı əsas gətirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal avtomobilin qeydiyyata alınmasından imtina əsası kimi çıxış edə bilməz. Belə ki, ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması iddiaçının iradəsindən asılı olmamış, iddiaçıya atasından miras qalmış qeyd olunan qüsurdan xəbərsiz olaraq avtonəqliyyat vasitəsini mülkiyyətinə keçirməyə çalışmışdır. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-102/2-6355/2025 nömrəli məktubunun surətindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası DİN-nin MMS-də 1989-cu il buraxılışlı ağ rəngli “VAZ 2121” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2016-cı il tarixdə ünvan 6 ünvanında yaşayan xx.xx.1948-ci il təvəllüdlü X4 adına, Ban və Şassi nömrəsi nömrəsiz, Mühərrik nömrəsi göstərilməməklə AC706310 nömrəli Qeydiyyat şəhadətnaməsi verilməklə sənədləşdirilməsi müəyyən edilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi əsasında mərhum atası X2 iddiaçıya VAZ 2121 NİVA markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qalmışdır. Göründüyü kimi, avtonəqliyyat vasitəsində mühərrik nömrəsinin kustar üsulla vurulmasının iddiaçının iradəsindən asılı olmayan hal olması öz təsdiqini tapır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən **- BL-*** nömrəli nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, ******* talon nömrəsi ilə texniki baxışdan keçirilmişdir. İddiaçıya təqdim edilmiş imtinanın əsasları mövcud olmuş olsaydı, həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən imtina olunmalı idi. Qeyd olunmalıdır ki, avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmaması iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına məhkəmə maneə kimi qiymətləndirir. Hazırki vəziyyətdə avtomobilin dövlət qeydiyyatı aparılmadan və daimi uçota alınmadan, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin olmadan istismarı digər yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyi olması, həmçinin cəmiyyətdə bərqərar olan mülki dövriyyənin sabitliyinin qorunması və digər mülki dövriyyə iştirakçılarının hüquqlarının pozulması ilə nəticələnə bilər. Gələcəkdə baş verə biləcək hər hansı cinayət hadisəsinin yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti, sığorta hadisəsinin və ya digər hadisənin müəyyən edilməsində çətinliklərə səbəb ol bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, “vərəsəlik şəhadətnaməsi əsasında mərhum atası X2 İddiaçı qalmış 1989-cu il istehsalı olan, ağ rəngli, VAZ 2121 “Niva” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair onun adına qeydiyyat aparılmaqla qeydiyyat şəhadətnaməsi verilməsi öhdəliyinin” cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin X9 İmtahan və X13 həvalə edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia ərizəsi təmin edilsin. Vərəsəlik şəhadətnaməsi əsasında mərhum atası X2 İddiaçı qalmış 1989-cu il istehsalı olan, ağ rəngli, VAZ 2121 “Niva” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair onun adına qeydiyyat aparılmaqla qeydiyyat şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin X9 İmtahan və X13 həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2590/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2590/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver