Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2594/2025 22.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 07 oktyabr 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsi və ona 07 oktyabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 sentyabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə əlili” əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Tibbi-Sosial Ekspert Komissiyasının) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 07 oktyabr 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsi və ona 07 oktyabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 19 fevral 2025-ci il tarixli qərardadı ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən öz vətəndaşlıq borcunu yerinə yetirərək, Vətənimizi Ermənistan Respublikası tərəfindən olan təcavüzdən qorumaq üçün könüllü olaraq cəbhəyə yollanmışdır. Müdafıə Nazirliyinin 849, 704, N saylı hərbi hissələrində artilleriya komandiri, kəşfiyyat rəisi vəzifələrində işləmişdir. Döyüşlərin ən agır yerlərində iştirak etmişdir. 1992-ci ilin may ayının 26-da olan düşmən hücumu zamanı atılan mərmi nəticəsində bir neçə əsgərlərlə birlikdə yaralanmışdır. xx.xx.1993-cü ildə Müdafiə naziri D.Rzayevin 050 saylı əmri ilə N saylı hərbi hissədə komandir müavini təyin olumuşdur. xx.xx.1995-ci ildə N saylı hərbi hissədə 5-ci taborun komandir müavini təyin olunmuşdur. 2007-ci ildə hərbi həkim komissiyasından keçərək İİ qrup əlillik almışdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2013-cü ildə evlə, 2016-cı ildə isə avtomoillə təmin olunmuşdur. 2020-ci ildə əlilliyi dayandırılmış, ona mülki əlillik təyin edilmişdir. O, 2024-cü ildə yenidən əllliyinin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçmişdir. Həmin komissiyanın xx.xx.2024-cü il tarixli qiymətləndirmə qərarına əsasən ona partlayış travması, sol baldırın aşağı 1/3-nin qəlpə yaralanması, sol baldırın çoxsaylı qəlpə yaraları, posttravmatik kelloid çapıqlar, sol baldırın yumuşaq toxumasının mütal qəlpələri, sol incik sinirinin neyropatiyası, hissə və hərəkəti pozuntuları, sol aşağı ətrafın əzələ atrofiyası, yerişin pozulması, axsama, daimi ağrı sindiromu, başlanğıc katarakta, OU-Zəif dərəcəli hipermetropiya, Hm 1.0 diaqnozu qoyulmuş, həmin tarixli qərarla ona müharibə əlilliyi verilməsindən imtina edilmişdir. İmtina üçün əsas barəsində aparılan yekun qiymətləndirilmənin nəticəsi olan diaqnozun əlillik təyin etməməsi barədə gəldikləri nəticə olmuşdur. İmtina barədə komissiyanın qərarı ona göndərilməmiş, həmin qərarı o, xx.xx.2024-cü il tarixdə cavabdehin internet saytından çap etmişdir. Hesab edir ki, imtina əsassızdır, onun barəsində olan qiymətləndirmə əlillik təyin edilməsi üçün kifayətdir, həmin diaqnoz onun əmək fəaliyyətinə ciddi təsir göstərir və o həmin xəsarətlər nəticəsində əmək qabiliyyətini itirmişdir. Hesab edir ki, əlillik dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertiza təyin edilməli, bundan sonra alınan cavaba uyğun olaraq qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Partlayış tavması. Sol baldırın aşağı 1/3-nin qəlpə yaralanması. Sol baldırın çoxsaylı qəlpə yaraları, posttravmatik kelloid çapıqlar. Sol baldırın yumuşaq toxumasının metal qəlpələri. Sol incik sinirinin neyropatiyası, hissi və hərəki pozuntularla. Sol aşağı ətrafın əzələ atrofiyası. Yerişin pozulması, axsama. Daimi ağrı sindromu. Başlanğıc katarakta. OU-Zəif dərəcəli hipermetropiya Hm 1.0. .Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tibbi sənədlərdən görünür ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə ilkin olaraq xx.xx.2007-ci il tarixdə baxılmış və Əmək zəmanəti: Ağır fiziki işlərdə işləyə bilməz; “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G60-G64 – Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G64- Periferik sinir sisteminin digər pozğunluqları; Diaqnozun mətni: Sol baldırın arxa səthində qəlpə yaralanması nəticəsində incik sinirinin zədələnməsinin hissi və hərəki pozulmalarla müşayiət olunan qalıq əlamətləri. Sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma və səpələnmə fazasında. Sağ gözün makulo distrofiyası nəticəsində görmə qabiliyyətinin 0,1-ə qədər azalması, sol gözün görmə qabiliyyəti 0,1K/ct. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Sol baldırın arxa səthində qəlpə yaralanması nəticəsində incik sinirinin zədələnməsinin hissi və hərəki pozulmalarla müşayiət olunan qalıq əlamətləri. Sağ ağ ci.. səbəbi ilə ona 1 il müddətinə əlillik verilmişdir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və Əmək zəmanəti: Ağır fiziki işlərdə işləyə bilməz; “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G60-G64 – Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G64- Periferik sinir sisteminin digər pozğunluqları; Diaqnozun mətni: Sol baldırın arxa səthində qəlpə yaralanması nəticəsində incik sinirinin zədələnməsinin hissi və hərəki pozulmalarla müşayiət olunan qalıq əlamətləri. Sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma və səpələnmə fazasında. Sağ gözün makulo distrofiyası nəticəsində görmə qabiliyyətinin 0,1-ə qədər azalması, sol gözün görmə qabiliyyəti 0,1K/ct. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Sol baldırın arxa səthində qəlpə yaralanması nəticəsində incik sinirinin zədələnməsinin hissi və hərəki pozulmalarla müşayiət olunan qalıq əlamətləri. Sağ ağ ci.. səbəbi ilə ona 1 il müddətinə əlillik verilmişdir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və Əmək zəmanəti: Ağır fiziki işlərdə işləyə bilməz; “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G60-G64 – Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G64- Periferik sinir sisteminin digər pozğunluqları; Diaqnozun mətni: Sol baldırın arxa səthində qəlpə yaralanması nəticəsində incik sinirinin zədələnməsinin hissi və hərəki pozulmalarla müşayiət olunan qalıq əlamətləri. Sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma və səpələnmə fazasında. Sağ gözün makulo distrofiyası nəticəsində görmə qabiliyyətinin 0,1-ə qədər azalması, sol gözün görmə qabiliyyəti 0,1K/ct. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Sol baldırın arxa səthində qəlpə yaralanması nəticəsində incik sinirinin zədələnməsinin hissi və hərəki pozulmalarla müşayiət olunan qalıq əlamətləri. Sağ ağ ci.. səbəbi ilə ona 1 il müddətinə əlillik verilmişdir. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixdə baxılmış və Əmək zəmanəti: Ağır fiziki işlərdə işləyə bilməz; “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G60-G64 – Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G64- Periferik sinir sisteminin digər pozğunluqları; Diaqnozun mətni: Sol baldırın arxa səthində qəlpə yaralanması nəticəsində incik sinirinin zədələnməsinin hissi və hərəki pozulmalarla müşayiət olunan qalıq əlamətləri. Sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma və səpələnmə fazasında. Sağ gözün makulo distrofiyası nəticəsində görmə qabiliyyətinin 0,1-ə qədər azalması, sol gözün görmə qabiliyyəti 0,1K/ct. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Sol baldırın arxa səthində qəlpə yaralanması nəticəsində incik sinirinin zədələnməsinin hissi və hərəki pozulmalarla müşayiət olunan qalıq əlamətləri. Sağ ağ ci.. səbəbi ilə ona 5 il müddətinə əlillik verilmişdir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 – Diz və baldırın travmaları => S80 – Baldırın səthi travmaları => S80.7- Baldırın çoxsaylı səth..; Diaqnozun mətni: Baldırın çoxsaylı səthi travmaları, Sol baldırın orta 1/3-nin odlu silah yaralanması. Sol aşağı ətrafda hərəkət məhdudluğu. Ağırlaşma: İ99 Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları. Xroniki qan-damar çatmamazlığı İİ dərəcə. Ağırlaşma: İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi İİİ dərəcə. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd olunsun + (QDÇ?). Beyləqan Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 – Diz və baldırın travmaları => S80 – Baldırın səthi travmaları => S80.7- Baldırın çoxsaylı səth..; Diaqnozun mətni: Sol baldırın orta 1/3-nin odlu silah yaralanması. Sol incik sümüyünün travmatik nekrozu. Xroniki qan dövranı çatışmamazlığı İİ dərəcə. Hipertoniya xəstəliyi İİİ dərəcə. ÜİX gərginlik stenokardiyası İİİ-İV f/s, tez-tez tutmalarla. Ağ ciyərin yuxarı payının infiltrativ vərəmi. Presbiopiya VİSOU=0,4k/etmir. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: X4 Ortopediya İnstitutunda müayinəyə ehtiyacı var. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 – Diz və baldırın travmaları => S80 – Baldırın səthi travmaları => S80.7- Baldırın çoxsaylı səth..; Diaqnozun mətni: Baldırın çoxsaylı səthi travmaları. Sol baldırın orta 1/3-nin odlu silah yaralanması. Sol incik sümüyünün travmatik nekrozu. Xroniki qan dövranı çatışmamazlığı İİ dərəcə. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə baxılmış və Səbəbi: Ümumi xətəlik; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və ya histoloji müayinələrin nəticələri mənfi olmaqla. Sağ ağ ciyərin fibroz-kavernoz vərəmi infiltrasiya mərhələsi. Sol ağ ciyərə səpələnmə ilə TDM (-) mənfi. Meyar: 1.1.6.1 A16.0 Yanaşı xəstəliklər: Tənəffüs orqanı sisteminin xəstəlikləri => Tənəffüs sistemi orqanlarının bakterioloji və ya histoloji təsdiq ediməmiş vərəmi => Tənəffüs sistemi orqanlarının bakterioloji və ya histoloji təsdiq ediməmiş vərəmi => İ-İİ dərəcə xroniki tənəffüs çatışmazlığı və spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması). 2 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Sol baldırın aşağı 1/3-nin qəlpə yaralanması. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanılır. İddiaçının əlillik vəziyyətinə xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Partlayış travması. Sol baldırın aşağı 1/3-nin qəlpə yaralanması. Sol baldırın çoxsaylı qəlpə yaraları, posttravmatik kelloid çapıqlar. Sol baldırın yumuşaq toxumasının metal qəlpələri. Sol incik sinirinin neyropatiyası, hissi və hərəki pozuntularla. Sol aşağı ətrafın əzələ atrofiyası. Yerişin pozulması, axsama. Daimi ağrı sindromu. Başlanğıc katarakta. OU-Zəif dərəcəli hipermetropiya Hm 1,0. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə 07 oktyabr 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-4/2-12793/2025 saylı məktubunda qeyd edilmişdir ki, məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən agırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə sonuncu müayinə zamanı İddiaçı xəstəliyi ilə bağlı təyin olunmuş diaqnozun əlillik əlaməti təyin etməməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli, xxxxxxx0010 saylı qərar qəbul edilmiş və iddiaçı həmin qərarı mübahisələndirmişdir. Qeyd olunduğu kimi, iddiaçıya əlillik təyinatından ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixdə imtina edilmənin səbəbi kimi göndərişin natamam doldurulması-səbəbi Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd olunsun, iddiaçıya əlillik təyinatından ikinci dəfə imtinanın verildiyi xx.xx.2021-ci il tarixdə imtina edilmənin səbəbi kimi göndərişin natamam doldurulması - səbəbi X4 Ortopediya İnstitutunda müayinəyə ehtiyacı var (Diaqnozun mətni: Sol baldırın orta 1/3-nin odlu silah yaralanması. Sol incik sümüyünün travmatik nekrozu. Xroniki qan dövranı çatışmamazlığı İİ dərəcə. Hipertoniya xəstəliyi İİİ dərəcə. ÜİX gərginlik stenokardiyası İİİ-İV f/s, tez-tez tutmalarla. Ağ ciyərin yuxarı payının infiltrativ vərəmi) qeyd olunmuşdur. İş materiallarında olan “Azərbaycan X4 və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, **********/7886 nömrəli və xx.xx.2023-cü il tarixli, ********** nömrəli arayışlarından görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı diaqnozu “Odlu silah yaralanması. Partlayış travması. Sol baldırın aşağı 1/3-nin qəlpə yaralanması, arxa səthi ilə xırda qəlpələr, posttravmatik kobud çapıqlar. Nevroloji EMQ. Sol incik sinirinin neyropatiyası, hissi və hərəki pozğunluqlar. Pəncənin sallanması. Əzələ atrofiyası. Daimi ağrı sindromu, axsama və yeriş funksiyasının pozulması” kimi müəyyən edilmiş (W-32, W- 33, G-57.3, M-21.3, M-62.5, L-91.0, R-52.0, M-79.5, R-26.2), iddiaçının ikinci dərəcə əlilliyə malik olduğu 14 il (xx.xx.2007-xx.xx.2021) ərzində ona təyin olunmuş əsas diaqnoz və onun ağırlaşmaları öz təsdiqini tapmışdır. Buna baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarında mübahisələndirilən xx.xx.2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarı təsdiq edilərək və X4 və Ortopediya İnstitutunun iddiaçıya təyin etdiyi diaqnozlar nəzərə alınmayaraq bildirilir ki, X4 və Ortopediya İnstitutunun xx.xx.2023cü il tarixli, ********** nömrəli arayışında diaqnoz: “Odlu silah yaralanması. Partlayış travması. Sol baldırın aşağı 1/3-nin qəlpə yaralanması, arxa səthi ilə xırda qəlpələr, posttravmatik kobud çapıqlar. Nevroloji EMQ. Sol incik sinirinin neyropatiyası, hissi və hərəki pozğunluqlar. Pəncənin sallanması. Əzələ atrofiyası. Daimi ağrı sindromu, axsama və yeriş funksiyasının pozulması” kimi qeyd edilsə də, əyani müayinə zamanı öz təsdiqini tapmamış, nəticədə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə iddiaçıya təyin olunmuş diaqnozun əlillik əlaməti təyin etməməsi barədə cavabdeh inzibati orqanın əsaslandırılmamış qərarını həqiqəti əks etdirməyən inzibai akt hesab edir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərə əsasən İddiaçı ona ilk əlilliyin təyin olunduğu xx.xx.2007-ci il tarixdən sonra stasionar müalicə və müayinə olunmuş, bu müddət ərzində xəstəliyi ilə əlaqədar səhhətində nəinki müsbət dəyşikliklər, əksinə ağırlaşmaların baş verdiyi təsdiq olunmuşdur. İddiaçının ikinci dərəcə əlilliyə malik olduğu 14 il (xx.xx.2007-xx.xx.2021) ərzində ona təyin olunmuş əsas diaqnoz və onun ağırlaşmaları cavabdeh tərəfindən ona əlilliyin təyinatından ilk imtinanın verildiyi xx.xx.2021-ci il, daha sonra xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2024-cü il, hətta mübahisələndirilən qərarın qəbul edildiyi xx.xx.2024-cü il tarixli diaqnozlarda da öz əksini tapmış və İddiaçı malik olduğu xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1-ci “Tənəffüs sistemi orqanlarının xəstəlikləri” bölməsinin 1.1.6-cı (A16) bəndinin (tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi) bəndinin 1.1.6.1-ci (İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması), 1.1.6.3-cü (multirezistent və ya çoxsaylı dərmanlara davamlı (MDR) vərəm (infiltrasiya, dağılma, yayılma mərhələsi) yarımbəndlərinə, 2-ci “Qan dövranı sisteminin xəstəlikləri” bölməsinin 2.1.1 və 2.1.2-ci (hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının müvafiq olaraq mülayim və ciddi pozulması (zədələnməsi) ilə) bəndlərinə, 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.1.10.1 və 6.1.10.2-ci (yürüşün və durmanın pozuntuları), 6.6.1.1-ci (ümumən hərəkətin mülayim pozulması) bəndlərinə tam uyğunluğu təsdiq olunur. Göründüyü kimi, iddiaçı ona ilk əlilliyin təyin edildiyi xx.xx.2007-ci il tarixdən ilk imtinanın veridiyi xx.xx.2021-ci il tarixədək ayrı-ayrı tibb müəssisələri tərəfindən verilmiş bütün tibbi sənədlərlə təsdiq olunan məzmunca eyni diaqnozla İİ dərəcə əlilliyə malik olduğu, müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması üçün “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə uyğun olaraq fasiləsiz 10 (on) il əlillik müddəti xx.xx.2017-ci il tarixdə tamam olduğu, növbəti müayinəyə zərurət olmadan müddətsiz ikinci dərəcə əlillik hüququnu əldə etdiyi halda, xəstəliyi ilə bağlı ona nəinki müddətsiz və nəinki İİ və ya İİİ dərəcəli əlillik təyinatı aparılmış, əksinə əlillik təyinatından imtina edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı Beyləqan Rayon Mərkəzi Xəstəxanası və X4 və Ortopediya İnstitutu” publik hüquqi şəxsi tərəfindən təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın əlilliyin təyinatından xx.xx.2021-ci il tarixli imtina qərarında iddiaçının X4 və Ortopediya İnstitutunda müayinəyə ehtiyacının olmasını qeyd etməsi də onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etdiyini təsdiq edir. Bundan başqa, İddiaçı iş materiallarında olan tibbi sənədlərlə təsdiq olunan məzmunca eyni diaqnozla İİ dərəcə əlilliyə malik olduğu 14 illik müddət ərzində xəstəliklərinin X1 Vİ sinifinə aid edildiyi halda, ilk imtina tarixindən etibarən XİX sinifinə aid edilməsi, nəticədə onda mövcud olan xəstəlikləri qismən əhatə edir ki, bu hal da cavabdeh inzibati orqanın məsələyə obyektiv yanaşmasını şübhə altına almağa əsas verir. Belə ki, iddiaçının X1 əlillik təyinatına əsas verən “Əlilliyin müəyyən olunması meyarları”nın 1-ci “Tənəffüs sistemi orqanlarının xəstəlikləri” bölməsinin 1.1.6-cı (A16) bəndinin (tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmixx.xx.2022-ci il tarixli diaqnoz) 1.1.6.1-ci (İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması-xx.xx.2022-ci il tarixli diaqnoz), 1.1.6.3-cü (multirezistent və ya çoxsaylı dərmanlara davamlı (MDR) vərəm (infiltrasiya, dağılma, yayılma mərhələsi-xx.xx.2007-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2021-ci il tarixli diaqnozlar) yarımbəndlərinə, 2-ci “Qan dövranı sisteminin xəstəlikləri” bölməsinin 2.1.1 və 2.1.2-ci (hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının müvafiq olaraq mülayim və ciddi pozulması ilə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli diaqnozlar) bəndlərinə, 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.1.10.1 və 6.1.10.2-ci (yürüşün və durmanın pozuntuları-mübahisələndirilən qərarda təyin olunmuş xx.xx.2024-cü il tarixli diaqnoz və Travmatologiya və Ortopediya İnstitutu” phş-nin xx.xx.2021-ci il tarixli, **********/7886 nömrəli və xx.xx.2023-cü il tarixli, ********** nömrəli arayışları), 6.6.1.1-ci (ümumən hərəkətin mülayim pozulması-mübahisələndirilən qərar da daxil olmaqla bütün diaqnozlar) bəndlərinə tam uyğunluğu təsdiq olunduğu halda, heç bir əsaslandırma olmadan, yəni onda olan digər xəstəliklərin reabilitasiya olunduğunu sübut və təsdiq edən tibbi sənəd təqdim etmədən yalnız İddiaçı mövcud olan xəstəliklərin Təsnifatın XİX sinifinə aid hissəsi üzrə tibbi rəy verilməsini məhkəmə onun hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, yuxarıda sadalanan diaqnozların hamısı iddiaçıya məhz cavabdeh inzibati orqan tərəfindən təyin edilmişdir. Həmçinin, iddiaçıda olan və əlilliyin təyin olunmasına əsas verən ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi İİİ dərəcə əlillik təyinatından göndərişin natamam doldurulması və ETTOİ-da müayinəyə ehtiyacının olması səbəblərindən imtina edildiyi xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli diaqnozlarda öz əksini tapdığı halda, cəmi 1 ay sonra xx.xx.2021-ci il tarixli diaqnozda (diaqnoz əlillik əlaməti təyin etmir) bu barədə heç bir qeydin olmaması halı da iddiaçının əlillik vəziyyətinin obyektiv qiymətləndirilməməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona İİ dərəcə əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamış, nəticədə iddiaçının qanuni əsaslarla malik olduğu hüquqlarına ciddi müdaxilə edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 07 oktyabr 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsini və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X6 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X6 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan onun iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 07 oktyabr 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarı ləğv edilməli və 07 oktyabr 2024-cü il tarixdən İddiaçı orqanizminin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 07 oktyabr 2024-cü il tarixli, xxxxxxx0010 saylı qərarı ləğv edilsin və 07 oktyabr 2024-cü il tarixdən İddiaçı orqanizminin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2594/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2594/2025
22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver