Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2595/2024 11.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclаsının kаtibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum edildiyi üçün birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum edildiyi üçün birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında tərəflər iştirak edir. İddiaçı izahat verərək, onun tələbinin tam təmin edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 vəsatət təqdim edərək bildirdi ki, İddiaçı iddia tələbi tam təmin olunmuşdur və hazırki iddia predmeti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin iddiaçı barədə qəbul edilmiş əlverişli inzibati aktı məhkəməyə təqdim etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/2-1334/5//2024 nömrəli qərarı ilə iddiaçıya məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan mərhum edildiyi üçün birdəfəlik müavinətin ödənilməsi qərara alınmışdır və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən 1380 manat məbləğində birdəfəlik müavinət təyin edilmişdir. Odur ki, iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (maddə 67.3). Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan mərhum edildiyi üçün birdəfəlik müavinətin ödənilməsi cavabdeh tərəfindən məhkəmə iclasına qədər təmin edildiyi üçün məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin olunmuşdur və iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum edildiyi üçün birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2595/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2595/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver