Məhkəmə qərarları › İş №2-1(120)-26/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-26/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-26/2020 11.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, İddiaçı, iddiaçının vəkili X7, Üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı sabiq “Öncəqala” tərəvəzçilik-südçülük sovxozu tərəfindən 13 iyun 1992-ci il tarixli akt və eyni tarixli əmrlə oğlu X3 yaşadıqları Öncəqala kəndində verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Öncəqala” tərəvəzçilik-südçülük sovxozu tərəfindən 13 iyun 1992-ci il tarixli akt və eyni tarixli əmrlə oğlu X3 yaşadıqları Öncəqala kəndində verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2-1(086)-1227/2019 saylı qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2-1(086)-1227/2019 saylı qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2-1(086)-1227/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, sabiq Öncəqala tərəvəzçiliksüdçülük sovxozu tərəfindən 13 iyun 1992-ci il tarixli akt və eyni tarixli əmrlə oğlu X3 yaşadığı Öncəqala kəndində 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. X26 17 avqust 1992-ci il tarixdə torpaqlarının müdafiəsi zamanı şəhid olmuşdur. Lakin ona ayrılmış torpağa dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından həmin torpağı vərəsəlik qaydasında adına sənədləşdirmək mümkün olmamışdır. Bununla bağlı həm Notariat orqanı, həm də özü dəfələrlə DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin Masallı rayon şöbəsinə müraciət etməyinə və mütəxəssislərin iki dəfə gəlib torpağa naturada baxmasına baxmayaraq hazırkı vaxtadək müraciəti təmin edilməmişdir. Cavabdehin 04.02.2019-cu il tarixli məktubundan aydın olur ki, torpaqla bağlı mübahisəyə görə müraciəti təmin edilməmişdir. Halbuki bu hal hüququn qeydiyyatından imtina üçün əsas ola bilməz. Lakin cavabdeh hərəkətsizlik göstərərək hüququnu qeydə almadığndan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən Öncəqala” tərəvəzçilik-südçülük sovxozu tərəfindən 13 iyun 1992-ci il tarixli akt və eyni tarixli əmrlə oğlu X3 yaşadıqları Öncəqala kəndində verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili X14 iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X18 iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının, iddiaçının vəkili və üçüncü şəxsin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçıya ünvanladığı 04 fevral 2019-cu il tarixli, **********38 nömrəli məktubunda qeyd edilmişdir ki, “Siz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə 30 yanvar 2019-cu il tarixli ərizə ilə müraciət edərək, mərhum X3 məxsus Masallı rayonu, Öncəqala Kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişsiniz. Ərizənizə cavab olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 savlı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mütəxəssisləri tərəfindən mərhum X3 məxsus Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini müayinə etmək istəyən zaman, qonşunuzla torpaq mübahisəsi olduğu üçün müayinə-ölçü işlərinin acarılması mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəflər arasında yaranmış mübahisəni həll ədən deyil, daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət oeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərini tərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını və daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın oövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən uaşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Daşınmaz əmlak üzərində mübahisəni həll edib, mütəxəssislərə müayinə-ölçü işlərinin acarılmasına şərait yaradıldıqdan sonra sənədlərin əsli ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Bundan sonra daşınmaz əmlakın dövlət qeydiyyatına alınması məsələsinə yerində və xəritə üzrə araşdırmaq məqsədilə qanunamüvafiq qaydada baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçıya ünvanladığı 03 aprel 2019-cu il tarixli, **********63 nömrəli məktubunda qeyd edilmişdir ki, “sizin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə mərhum oğlunuz X2 adına olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyatı ilə bağlı daxil olmuş 03.04.2019-cu il tarixli ərizənizə Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Sənədlərin ekspertizası zamanı məlum oldu ki, “Öncagələ” tərəvəzçilik-südçülük sovxozunun 71 nömrəli 13.06.1992-ci il tarixli əmri ilə ayrılmış 0.06 ha torpaq sahəsinə verilmiş 13.06.1992-ci il tarixli təhkim aktında torpaq sahəsinin yerləşmə sxemi və torpaq sahəsinin qonşuları ilə olan cəhədləri göstərilməmişdir. Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mütəxəsisləri tərəfindən torpaq sahəsinin yerində müayinəsi zamanı sözü gedən torpaq sənəsində qonşu X18 ilə ciddi mübahisə halları aşkar olunmuşdur. Sizin müayinə zamanı, göstərdiyiniz nöqtələrdən götürülmüş koordinatlara əsasən torpaq sahəsi, bir tərəfdən 4 m, digər tərəfdən isə 5 m məsafədən qonşu X15 məxsus JN-377A nömrəli torpağın mülkiyyət hüququna dair şəhadətnamə ilə üst-üstə düşür. Belə ki, X12 adına ləğv olunmuş DTXK-si tərəfindən JN-377A saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Odur ki, müraciətinizin icrası mümkün olmamışdır. İşdə olan 11.02.2019-cu il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Masallı rayon İcra Hakimiyyəti Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 fevral 2019-cu il tarixli, 74 nömrəli arayışından görünür ki, İddiaçı Masallı rayonunun Öncəqala kəndində yaşayır. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin 08 fevral 2019-cu il tarixli, 455/2 saylı arayışından görünür ki, X9 05 oktyabr 1973-cü ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X4 qeyd olunmuşdur. İşdə olan İV-JQ saylı, 327945 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 17.08.1992-ci il tarixdə torpaqların müdafiəsi zamanı həlak olmuşdur. İşdə olan Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məhkəməyə ünvanladığı 10 mart 2019-cu il tarixli, 207 saylı məktubunda qeyd edilmişdir ki, “17.08.1992-ci il tarixdə vəfat etmiş X10 barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaitlə bağlı vərəsəlik işi rəsmiləşdirilmişdir. Masallı rayonu Öncəqala kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ilə bağlı çıxarış alınmaqdan ötrü DƏDRX-nin Ərazi İdarəsinə müvafiq məktub göndərilmişdir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər.Mərhumun atası İddiaçı tərəfindən həmin torpaq sahəsinə dair reyestrdən çıxarış təqdim edilmədiyi üçün vərəsəlik işi rəsmiləşdirilməmişdir”. İşdə olan JN 377A, kod 80511028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli qərarı ilə 0.07 ha torpaq sahəsi X12, X5, X16, X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Cəlilabad Layihə Dədqiqat İdarəsinin 05.11.2019-cu il tarixli, C-204 saylı mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Qərardadda qoyulmuş suallar tərəflərin və mütəxəssislərin iştirakı ilə yerində araşdırıldı, İddiaçının iddia tələbinə görə mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi.X3 “Öncəqala” tərəvəzçilik-südçülük sovxozunun 71 saylı, 13.06.1992-ci il tarixli əmri ilə ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin sxematik planı (miqyas, cəhət, ölçülər) olmadığından, həmin torpaq sahəsinin sərhədlərini faktiki vəziyyətdə təyin etmək mümkün olmadı. Rəyə əlavə olunmuş planda İddiaçı iddia etdiyi torpaq sahəsi və Masallı rayonu Öncəqala kəndinin torpaq islahatı ilə bağlı vətəndaşların qanuni İstifadəsində olan həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsinə görə 377A nömrəli şəhadətnaməyə əsasən X12 mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi və X12 faktiki istifadə etdiyi torpaq sahəsi göstərilmişdir.Məmmədov Ətrafil Mürüvvət oğluna “Öncəqala” tərəvəzçiliksüdçülük sovxozunun 71 saylı, 13.06.1992-ci il tarixli əmri ilə ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin sxematik planı (miqyas, cəhət, ölçülər) olmadığından, həmin torpaq sahəsinin sərhədlərini faktiki vəziyyətdə müəyyən edilmədiyi üçün X18 tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2019-cu il tarixli, 20888 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci, ikinci, üçüncü sualları üzrə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTl-nin mühəndisləri Tofiq Quliyev və Sirac Abdullayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X3 “Öncəqala” tərəvəzçilik-südçülük sovxozunun 71 saylı, 13.06.1992-ci il tarixli, əmri ilə 0,06 ha torpaq sahəsinin sxematik planı (miqyas, cəhət, ölçülər) olmadığından, həmin torpaq sahəsinin sənədlərini faktiiki vəziyyətdə təyin etmək mümkün olmadı. Rəyə əlavə olunmuş planda İddiaçı iddia etdiyi torpaq sahəsi və Masallı rayonu Öncəqala kəndinin torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsinə görə 377A nömrəli şəhadətnaməyə əsasən X12 mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi X12 faktiki istifadə etdiyi torpaq sahəsi göstərilmişdir. X3 “Öncəqala” tərəvəzçilik-südçülük sovxozunun 71 saylı, 13.06.1992-ci il tarixli, əmri ilə 0,06 ha torpaq sahəsinin sxematik planı (miqyas, cəhət, ölçülər) olmadığından, həmin torpaq sahəsinin sənədlərini faktiki vəziyyətdə müəyyən edilmədiyi üçün X18 tərəfindən zəbt olunub- olunmamasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını yəni torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olan sənəd Öncəqala tərəvəzçilik-südçülük sovxozu tərəfindən verilmiş 13 iyun 1992-ci il tarixli akt və eyni tarixli əmrdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin əmr verilərkən həmin torpaq sahəsinin naturada cizgisi (sxematik planı) tərtib edilməmişdir. Torpağın naturada cigisini əks etdirən həmin sxematik plan tərtib edilmədiyindən iddiaçıya məxsus torpaq sahəsinin yerini və hüdudlarını müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi Öncəqala tərəvəzçilik-südçülük sovxozu tərəfindən 13 iyun 1992-ci il tarixli akt və eyni tarixli əmr ilə verildiyindən işin müəyyən edilmiş faktiki hallarına həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSR-nin 07.07.1970-ci il tarixli Torpaq Məcəlləsinin tələbinə əsasən qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edilmiş Torpaq Məcəlləsinin (09.11.1991-ci ildə qüvvəyə minmişdir) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Onu da qeyd etmək yerinə düşərdi ki, qüvədən düşmüş Torpaq Məcəlləsində müəyyən edilmiş yuxarıda qeyd eilən şərtlər hazırda qüvvədə olan Torpaq Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Göründüyü kimi hüquq münasibətlərinin yarandığı vaxt (1992-ci ildə) və hazırda, torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsi vacib şərtdir. Məhz həmin sənəd olduqdan sonra iddiaçıya məxsus torpaq sahəsinin dəqiq yeri və hüdudları müəyyən edilib, həmin sahəyə dair iddiaçının hüquqlarını qeydiyyata almaq mümkün ola bilərdi. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi topraq sahəsinin hüdudlarını və sxematik cəhətlərini özündə əlks etdirən hər hansı sənəd mövcud deyildir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı sabiq “Öncəqala” tərəvəzçilik-südçülük sovxozu tərəfindən 13 iyun 1992-ci il tarixli akt və eyni tarixli əmrlə oğlu X3 yaşadıqları Öncəqala kəndində verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan smetadan görünür ki, mütəxəssis rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri 67,20 manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər (ekspertiza və mütəxəssis rəyinə görə xərc) İddiaçı tutulmalıdır və həmçinin ödəniliş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “sabiq “Öncəqala” tərəvəzçilik-südçülük sovxozu tərəfindən 13 iyun 1992-ci il tarixli akt və eyni tarixli əmrlə oğlu X3 yaşadıqları Öncəqala kəndində verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Həmçinin torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinə görə 67,20 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X23 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital bankın 1 saylı Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab № AZ23AİİB********************) köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiyaşi kayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar