Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-26/2021 22.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçılar X3 və qeyrilərinin, həmçinin onların vəkili X1, Cavabdeh Beyləqan Rayon Bahar Bələdiyyəsinin nümayəndəsi İddiaçı, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçılar X3 və qeyrilərinin cavabdeh Beyləqan Rayon Bahar Bələdiyyəsinə qarşı “Beyləqan rayonu, Bahar kəndində yerləşən və hal-hazırda xx.xx.2018-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən X5 icarəsində olan 7 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmasına dair xx xxxxxx 2017-ci il tarixli, 13 saylı və xx xxxxxx 2018-ci il tarixli, 02 saylı, o cümlədən həmin torpaq sahəsinin icarəyə verilməsi məqsədilə açıq müsabiqə keçirilməsinə dair xx xxxx 2018-ci il tarixli, 04 saylı qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar X11 və qeyriləri cavabdeh Beyləqan Rayon Bahar Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Cavabdeh kəndin ümumi istifadəsində olan torpaq sahəsindən kənd sakini X12 7 ha torpaq sahəsinin satılması, həmin torpaq sahəsinin hərraca çıxarılması barədə xx xxxx 2018-ci il tarixli qərarın etibarsız hesab edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(086)- 2191/2019 saylı qərardadı ilə mübahisəyə iddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh Beyləqan Rayon Bahar Bələdiyyəsinə qarşı Cavabdeh kəndin ümumi istifadəsində olan torpaq sahəsindən kənd sakini X12 7 ha torpaq sahəsinin satılması, həmin torpaq sahəsinin hərraca çıxarılması barədə xx xxxx 2018-ci il tarixli qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə baxılması davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(086)- 2191/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-57/2020 saylı qərardadı ilə İddiaçılar sırasından çıxarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-57/2020 saylı qərardadı ilə iddia tələbinə “Beyləqan rayonu, Bahar kəndində yerləşən və hal-hazırda xx.xx.2018-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən X5 icarəsində olan 7 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmasına dair xx xxxxxx 2017-ci il tarixli, 13 saylı və xx xxxxxx 2018-ci il tarixli, 02 saylı, o cümlədən həmin torpaq sahəsinin icarəyə verilməsi məqsədilə açıq müsabiqə keçirilməsinə dair xx xxxx 2018-ci il tarixli, 04 saylı qərarların ləğv edilməsi” kimi bахılmаsı qərara alınmışdır. İddiaçıların iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh kəndin ümumi istifadəsində olan örüş-otlaq sahəsini qanunsuz şəkildə satır. Belə ki, bələdiyyə nizamnamə qaydalarına və digər qanunvericilik aktlarına zidd olaraq kənd camaatının ümumi istifadəsində olan torpaq sahələrini kənd sakini X12 icarəyə vermişdir. Digər tərəfdən, cavabdeh kənd ərazisində olan 11 ha perspektiv torpaq sahəsini də özü mənimsəyərək istifadə edir. Bələdiyyə sədri xeyli miqdarda torpaq sahəsini öz müavini X6 qanunsuz şəkildə icarəyə vermişdir. Bu hərəkətlər səbəbindən kənd sakinləri olaraq onların qanunla qorunan hüquqları pozulmuşdur. Bununla bağlı olaraq kənd camaatı cavabdehə və digər səlahiyyətli şəxslərə şikayət ərizələri ilə müraciət etsələr də, bu şikayətlərin heç bir nəticəsi olmamışdır. Qeyd olunmuş torpaq sahələrinin kənd camaatının ümumi istifadəsinə qaytarılması ilə bağlı olan müraciətlərinin də heç bir nəticəsi olmamışdır. Onlar Bələdiyyəyə rəsmi qaydada müraciət edərək hansı torpaq sahələrinin hansı qaydada digər şəxslərə icarəyə verilməsi və satılması barədə məlumat verilməsini tələb etsələr də, bələdiyyə onların rəsmi müraciətlərinə məhəl qoymamışdır. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar, həmçinin onların vəkili X7 iddia ərizəsinin və onun dəyişdirilmiş tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Beyləqan Rayon Bahar Bələdiyyəsinin nümayəndəsi İddiaçı izahatında iddia ərizəsində göstərilənlərlə və onun dəyişdirilmiş tələbi ilə razı olduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 izahat verərək bildirdi ki, o, İcra Hakimiyyətinə müraciət edərək, torpaq istəmişdir. Daha sonra bələdiyyə tərəfindən torpaq hərraca çıxarılmışdır. Elanı qəzetdə gördükdən sonra hərracda iştirak etmiş və qalib olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X13 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Beyləqan Rayon Bahar Bələdiyyəsinin nümayəndəsinin, üçüncü şəxs X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX, ******* nömrəli çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ehiyat fond torpaqlarından 7.0 ha torpaq sahəsi icarə hüququ əsasında X5 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ehiyat fond torpaqlarından 7.0 ha torpaq sahəsi X8 icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin seriya AM 005710 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh mülkiyyətində olan 7.0 ha torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi üçün xx xxxx 2018-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi X9r. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 14 saylı Beyləqan torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2018-ci il tarixli, 216 nömrəli protokolundan görünür ki, Cavabdeh mülkiyyətində olan 7.0 ha torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi üçün xx xxxx 2018-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsində ən yüksək təklif vermiş X14 müsabiqənin qalibi olmuşdur. İş materiallarında olan Cavabdeh xx xxxx 2018-ci il tarixli, iclas protokolunun 04 saylı protokolundan çıxarışdan görünür ki, Bahar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 7.0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, 7.0 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydiyyata alınıb və torpağın kateqoriyası ehtiyyat fond torpaları kimi göstərilmişdir. İş materiallarında olan A№ 254248 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, 7.0 ha torpaq sahəsinin planı hazırlanmış və həmin sənədin verilməsinə əsas olan sənədlərdən biri Cavabdeh xx.xx.2018-ci il tarixli 02 nömrəli qərardır. İş materiallarında olan Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, iclas protokolunun 02 saylı protokolundan çıxarışdan görünür ki, Bahar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 7.0 ha və ya 70000 kv.m yararsız torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədli təyinatı ərazinin yerquruluşutəsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihəsinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xidmətlərinin mühafizə zolağında və sürüşmə zolağında yerləşmədiyindən həmin torpaq sahəsinin fərdi sahibkarlıq məqsədilə bağlı hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh xx xxxxxx 2017-ci il tarixli, 13 saylı protokolundan çıxarışdan görünür ki, Bahar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 7.0 ha və ya 70000 kv.m yararsız torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihəsinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xidmətlərinin mühafizə zolağında və sürüşmə zolağında yerləşmədiyindən həmin torpaq sahəsinin fərdi sahibkarlıq məqsədilə bağlı hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin 14 saylı Beyləqan ərazi şöbəsinin xx xxxxxx 2018-ci il, 961 nömrəli rəyindən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 7.000 kv.m (7.0 ha) torpaq sahəsi Cavabdeh mülkiyyətinə aid olmaqla, kənd təssərrüfatı kateqoriyalı, kənd təsərrüfatı təyinatlıdır. Uqodiyası əkin aiddir, bonitet balı 53, İİİ keyfiyyət qrupuna daxildir və icarə predmetidir. İş materiallarında olan Cavabdeh xx xxxxxx 2017-ci il tarixli baxış aktından görünür ki, Bahar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 7.0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı məqsədli ilə torpaq sahəsinə yerində baxış keçirilərək ərazinin koordinatları və ölçüləri müəyyənləşdirilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə aktından və torpaq sahəsinin planından görünür ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixli, 13 saylı qərarı ilə Bahar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin faktiki yeri müəyyənləşdirilmiş, həmçinin həmin torpaq sahəsinin plan və çizgisi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC Beyləqan Layihə Dədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli, 54 saylı mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur:
1. Cavabdeh mülkiyyətində olan və Beyləqan rayonu, Bahar kəndində yerləşən 7.0 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlamlnasına dair xx xxxxxx 2017-ci il tarixli 13 saylı və xx xxxxxx 2018-ci il tarixli 02 saylı, o cümlədən həmin torpaq sahəsinin icarəyə verilməsi məqsədi ile açıq müsabiqə keçirilməsinə dair xx xxxx 2018-ci il tarixli 04 saylı qərarları qəbul edilərkən (qərarların qəbul edildiyi dövrdə) həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, yararsız (şoran örüş) torpaq sahəsi kimi,Bahar bələdiyyəsinin mülkiyyətində olmuşdur,
2. Cavabdeh tərəfindən həmin qərarlar qəbul edilərkən (qərarların qəbul edildiyi dövrdə) qeyd olunan torpaq sahəsi (Beyləqan rayonu Bahar kənində yerləşən və halhazırda 19,07.2018-ci il tarixil, **********53 reyestr nömrəli çıxarışa əsasən, X5 icarəsində olan 7.0 ha torpaq sahəsi) elektron məlumat baza məlumatlarında, "Torpaq islahatı aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında və Bahar bələdiyyəsinə aid tərtib olunmuş yerquruluşu planında ümumi istifadədə olan yararsız (şoran örüş) sahəsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 1211 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Beyləqan rayonu, Bahar bələdiyyəsinin mülkiyətində olan və Beyləqan rayonu, Bahar kəndində yeriəşən 7 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmasına dair xx xxxxxx 2017ci il tarixli, 13 saylı və xx xxxxxx 2018-ci il tarixli, 02 saylı, o cümlədən həmin torpaq sahəsinin icarəyə verilməsi məqsədilə açıq müsabiqə keçirilməsinə dair xx xxxx 2018-ci il tarixli, 04 saylı qərarları qəbul edilərkən (qərarların qəbul edildiyi dövrdə) həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla yararsız (şoran örüş) torpaq sahəsi kimi Bahar bəiədiyyəsin mülkiyyətində olmuşdur. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Beyləqan rayonu, Bahar bələdiyyəsi tərəfindən həmin qərarlar qəbul edilərkən, (qərarların qəbul edildiyi dövrdə) qeyd olunan torpaq sahəsi (Beyləqan rayonu, Bahar kəndində yerləşən və hal-hazırda xx.xx.2018-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən X5 icarəsində olan 7 ha torpaq sahəsi) elektron baza məlumatlarında, Torpaq İslahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planında və Bahar bələdiyyəsinə aid tərtib olunmuş yerquruluşu planında ümumi istifadədə olan yararsız (şoran örüş) sahəsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh kənd əhalisinin (iddiaçıların) ümumi istifadəsində olan torpaq sahəsini fərdi sahibkarlıq binasının tikintisi və fərdi sahibkarlıq məqsədilə bağlı hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması haqqında xx xxxxxx 2017-ci il tarixli, 13 saylı və xx xxxxxx 2018-ci il tarixli, 02 saylı qərarlar qəbul etmiş, o cümlədən həmin torpaq sahəsinin icarəyə verilməsi məqsədilə açıq müsabiqə keçirilməsinə dair xx xxxx 2018-ci il tarixli, 04 saylı qərar qəbul etmişdir. Sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 14 saylı Beyləqan torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx xxxx 2018-ci il tarixdə torpaq müsabiqəsi keçirilmiş və X14 müsabiqənin qalibi olmuşdur. xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan sözügedən 7.0 ha torpaq sahəsi X5 icarəsinə verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, X8 icarəsinə verilmiş torpaq sahəsi ümumi istifadə də olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla yararsız (şoran örüş) torpaq sahəsidir. Hazırda iddiaçılar sözügedən torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli 13 saylı, xx xxxxxx 2018-ci il tarixli 02 saylı və xx xxxx 2018-ci il tarixli 04 saylı qərarların ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə uyğun müvafiq qaydada hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Həmin Məcəllənin 47-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 4.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 11.7-ci maddəsinə əsasən ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının” 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Həmin Qaydaların 3-cü maddəsinə əsasən Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Həmin Qaydaların 18-ci maddəsinə əsasən Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir. Yuxarıda qeyd edilən hüquq normalarının hazırkı işin müəyyən edilmiş faktiki hallarına təbiq edərkən məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçi kimi cavabdeh özünə məxsus topraq sahələrini icarəyə verməkdə səlahiyyətli olsa da, ümumi istifadə də olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla yararsız (şoran örüş) torpaq sahəsini icarəyə verməkdə haqlı olmamışdır. Başqa sözlə cavabdeh ümumi istifadə də olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan yararsız (şoran örüş) torpaq sahəsi və qanunla icarəsinə icazə verilməyən müəyyən kateqoriyalı torpaqlar istisna olmaqla, qalan digər torpaq sahələrini icarəyə verə bilrədi. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan Rayon Bahar Bələdiyyəsi yuxarıda qeyd olunan hüquq normalarına zidd olaraq kənd əhalisinin ümumi istifadəsində olan torpaq sahəsini fərdi sahibkarlıq binasının tikintisi və fərdi sahibkarlıq məqsədilə bağlı hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması haqqında xx xxxxxx 2017-ci il tarixli, 13 saylı və xx xxxxxx 2018-ci il tarixli, 02 saylı qərarlar qəbul etmiş, o cümlədən həmin torpaq sahəsinin icarəyə verilməsi məqsədilə açıq müsabiqə keçirilməsinə dair xx xxxx 2018-ci il tarixli, 04 saylı qərar qəbul etmişdir. Bu qərarların nəticəsində əhalinin ümumi istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla yararsız (şoran örüş) torpaq sahəsi icarə hüququnun predmetinə çevrilmiş və həmin torpaq sahəsi icarə müqaviləsi əsasında X5 icarəsinə vermişdir. Bununla da həmin torpaq sahəsinin qanuni istifadəçilərinin hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X2rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktların qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçıların hüquqlarını pozmuşdur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar X3 və qeyrilərinin cavabdeh Beyləqan Rayon Bahar Bələdiyyəsinə qarşı “Beyləqan rayonu, Bahar kəndində yerləşən və hal-hazırda xx.xx.2018-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən X5 icarəsində olan 7 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmasına dair xx xxxxxx 2017-ci il tarixli, 13 saylı və xx xxxxxx 2018-ci il tarixli, 02 saylı, o cümlədən həmin torpaq sahəsinin icarəyə verilməsi məqsədilə açıq müsabiqə keçirilməsinə dair xx xxxx 2018-ci il tarixli, 04 saylı qərarları ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə prosessual xərclərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan smetadan görünür ki, mütəxəssis rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri 164,98 manatdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər (ekspertiza və mütəxəssis rəyinə görə xərc) cavabdeh Beyləqan Rayon Bahar Bələdiyyəsindən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Beyləqan rayonu, Bahar kəndində yerləşən və hal-hazırda xx.xx.2018-ci il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən X5 icarəsində olan 7 (yeddi) ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmasına dair Beyləqan Rayon Bahar Bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli, 13 saylı və xx xxxxxx 2018-ci il tarixli, 02 saylı, o cümlədən həmin torpaq sahəsinin icarəyə verilməsi məqsədilə açıq müsabiqə keçirilməsinə dair xx xxxx 2018-ci il tarixli, 04 saylı qərarları ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Beyləqan Rayon Bahar Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ
22. Hesab № AZ43CTRE********************) köçürülsün. Həmçinin torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərclərinə görə 164,98 manat cavabdeh Beyləqan Rayon Bahar Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X19 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital bankın Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT: AİİBAZ2X, xxxx MMC VÖEN: **********, Hesab № AZ23AİİB********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Samir Həsənov