Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2604/2025 12.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Azərsu ASC-nin X4 idarəsinin xx.xx.2024-cü il tarixli 640/4 nömrəli əmrini ləğv olunması və əvvəlki iş yerinə bərpa etmək vəzifəsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Azərsu ASC-nin X4 idarəsinin xx.xx.2024-cü il tarixli 640/4 nömrəli əmrini ləğv olunması və əvvəlki iş yerinə bərpa etmək vəzifəsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci ildə №01k=4 əmrlə Azərsu ASC sukanal idarəsi ilə bağlanmış əsasən Füzuli rayon Sukanal sahəsində çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə №53/k əmrlə struktur dəyişkənliyi ilə əlaqədar olaraq su kəmərinin tullantı sularının istismarı və qəza bərpa sahəs üzrə təmirçi çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-ci ildə bağlanmış №47-k68 nömrəli əmrə əsasən su və kanal konalizasiya sistemlərinin istismarı üzrə 2-ci dərəcəli təmirçi çilingər vəzifəsinə təyin olunmuşdur. Bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə №134/k nömrəli əmrə əsasən 4№-li X10 idarəsinin Füzuli abonent işləri sahəsinin istismarının Təşkili və idarə edilməsinə nəzarət qrupuna 2-ci dərəcə də təmirçi çilingər vəzifəsinə təyin olunmuşdur. xx.xx.2018-ci il №260/k nömrəli əmrə əsasən əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 4 saylə X10 sahəsinin istismarının Təşkili və idarə edilməsi və nəzarət qrupuna 2-ci dərəcəli təmirçi çilingər vəzifəsinə keçmiş, xx.xx.2019-cu il tarixində №15-k nömrəli əmrlə bağlanmış əmək müqaviləsində edilmiş dəyişkənliyə əsasən 5 saylı X10 idarəsinin istismarın Təşkili və idarə edilməsi və nəzarət qrupunda 20ci dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixində №538-k nömrəli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması) xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə №538-k nömrəli əmrlə bağlanmış əmək müqaviləsinə əsasən Füzuli rayon Su Kanal sahəsinin istismarının Təşkili və idarə edilməsinə nəzarət qrupunda 2-ci dərəcəli təmirçi çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cu il tarixində №359-k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçi başqa işə götürənlə əmək müqaviləsi bağladığına görə xitam verilmişdir. xx.xx.2023-cu il tarixində №330-k nömrəli əmrlə bağlanmış əmək müqaviləsinə əsasən Füzuli rayon Su Kanal sahəsinin istismarının Təşkili və idarə edilməsinə nəzarət qrupunda 2-ci dərəcəli təmirçi çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixindən №640-k saylı əmrlə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtasar edildiyinə görə ləğv edilmişdir. Son əmrlə işdən çıxarılmaya qədər bu vəzifədə çalışmış, xx.xx.2024-cü il tarixli 640/k nömrəli əmrlə işdən azad olunduğunu cavabdeh tərəfindən öyrənmişdir. Onun işdən azad olmağı barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixli 640/k sayı əmr əsassız və ədalətsizdir. İşdən azad edərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan güzəştlər ona qarşı nəzərə alınmamışdır. Belə ki, həmin sözügedən idarədə uzun illərdir ki, peşəkar mütəxəssis kimi çalışmış və peşəkar mütəxxəsis adını almışdır. Həmçinin onun himayəsində xəstə uşaqları vardır ki, bu barədə idarənin rəhbərliyi tərəfindən məlumatlıdır. Həmin işdən çıxdıqdan sonra cavabdeh tərəfindən yenidən həmin idarəyə çoxlu sayda yeni işçilər qəbul edilmişdir. Bundan görünür ki, cavabdeh tərəfindən ona qarşı qeyri-qanuni hərəkətlər edilərək hüquqlarım kobudcasına pozulmuşdur. Ona görə də cavabdeh tərəfindən mənim işdən çıxarılma barədə verilən sözügeden əmr ləğv edilməli və yenidən işinə bərpa olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq Azərsu ASC-nin X4 idarəsinin xx.xx.2024-cü il tarixli 640/4 nömrəli əmrini ləğv olunması və əvvəlki iş yerinə bərpa etmək vəzifəsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı ərizəsində qeyd etdiyi “peşəkar işçi” statusunun olması, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi ləğv edilərkən ona heç bir məlumatın verilməməsi, yenidən qeyd edilən idarəyə çox sayda yeni işçilərin qəbul edilməsi iddiasının heç bir hüquqi əsası yoxdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh ASC Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 Noyabr tarixli 2356 №-li Fərmanına əsasən çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” yaradılmışdır. X4 İdarəsi isə strukturunda dəyişiklik edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X5 Xidməti X9 balansına verilərək X6 Sistemlərinin İstismarı İdarəsi adlandırılmışdır. İddaçının işlədiyi Füzuli Sukanal sahəsi X4 İdarəsinin tabeliyindən çıxarılaraq X7 Sistemlərinin İstismarı İdarəsi yaradılmışdır. Buna görə də iddiaçının işə qəbul edilməsi ilə bağlı tələbi aidiyyəti üzrə əvvəlki iş yeri olan X7 Sistemlərinin İstismarı İdarəsinə qarşı olmalıdır. Ona görə ki, X6 Sistemlərinin İstismarı İdarəsinin balansında iddiaçının əvvəlki iş yeri, Füzuli sahəsi mövcud deyil. Bundan əlavə, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi ləğv edilərkən ona heç bir məlumatın verilməməsi tələbi əsassızdır. İddiaçı şəxsən xx.xx.2024cü il tarixində bildiriş qəbul edərək imzası ilə təsdiq etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddiaçı Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli 640/K №-li əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi İddiaçı iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X4 idarəsinin xx.xx.2024-cü il tarixli, 640/k nömrəli əmrinin surətindən görünür ki, İddiaçı X4 İdarəsinin Füzuli sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi çilingəri ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən X4 İdarəsində 17 il 7 ay 14 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarı işdənçıxarma müavinəti verilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 19 təqvim günü pul əvəzi ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X4 idarəsinin X4 idarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-16-09-09/2-01/2/679/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 №-li fərmanına əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 xx.xx.2024-cü il tarixli 09 №-li əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X4 İdarəsinin, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam sukanal sahələrinin qoşmada adları qeyd edilən işçilərin ştat vahidləri ixtisara düşməsilə əlaqədar işçilər ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verməyi xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X4 idarəsinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 X4 İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-16-09-09/2-01/2/680/2024 nömrəli məktubundan görünür ki, qoşmada adları qeyd olunan işçilərin əmək müqaviləsinin ləğv edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə riayət olunmuşdur. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, 09 saylı əmrinə və qüvvədə olan təşkilati struktura əsasən işçilərin əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə etiraz etməmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarının 13-cü bəndi ilə müəyyən edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddia ərizə və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı onun xx.xx.2024-cü il tarixli 640/4 nömrəli əmrini ləğv olunması və əvvəlki iş yerinə bərpa etmək vəzifəsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Hazırkı halda iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə tərəflər arasında bağlanmış əmək müqaviləsindən törənən bir iddiadır, mülki xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu baxımdan, məhkəmə qeyd edir ki, hazırki tələb üzrə qarşı “Azərsu ASC-nin X4 idarəsinin xx.xx.2024-cü il tarixli 640/4 nömrəli əmrini ləğv olunması və əvvəlki iş yerinə bərpa etmək vəzifəsi iddiaçı tərəfindən irəli sürülən tələb üzrə cavabdeh olduğu üçün Azərsu ASC-nin X4 idarəsi inzibati orqan olmadığına, eləcə də iddiaçının işlədiyi vəzifə inzibati vəzifə olmadığına görə iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İİİ. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. İV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Vİİİ. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. İX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 29 yanvar 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, iş üzrə iddiaçının iddia tələbində cavabdeh kimi qeyd etdiyi Azərsu ASC-nin X4 idarəsi inzibati orqan sayılmadığından onun tələbinin mülki xarakterli olması və bu səbəbdən də inzibati məhkəməyə aidiyyatı olmadığı, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə tərəflər arasında bağlanmış əmək müqaviləsindən törənən bir iddia olduğu və hazırki müraciətə mahiyyəti üzrə inzibati məhkəmədə baxılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı məktub ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, lakin iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Əlavə olaraq məhkəmə iclasında İddiaçı iddiasının tərəflər arasında bağlanmış əmək müqaviləsindən törənən bir iddia olduğu, mülki xarakterli olduğu bildirilərək ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, iddia ərizəsində qeyd edilən tələbin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğunu nəzərə alaraq aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı daşınmaz əmlakın olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Azərsu ASC-nin X4 idarəsinin xx.xx.2024-cü il tarixli 640/4 nömrəli əmrini ləğv olunması və əvvəlki iş yerinə bərpa etmək vəzifəsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2604/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2604/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver