Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2605/2025 13.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Astara rayon Mərkəzi Xəstəxanası» X7rşı «əlilliyi müəyyən edən həkim komissiyasına və əlilliyinin qiymətləndirilməsinə dair ona qoyulmuş diaqnozlarda əks olunduğu göndərişin (forma 88) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh «Astara rayon Mərkəzi Xəstəxanası» X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 - 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2605/2025 nömrəli qərardadı ilə “Təbib” X6 cavabdehlər siyahısından və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üçünçü şəxs siyahısından çıxarılması və iddia tələbinə İddiaçı cavabdeh «Astara rayon Mərkəzi Xəstəxanası» X7rşı «əlilliyin qiymətləndirilməsinə dair iddiaçıya qoyulmuş bütün dioqnozların əks olunduğu göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həqiqi hərbi xidmətdə olan zaman soltərəfli vərəm mənəli ekssudativ plevrit, sorulma mərhələsində olan xəstəliyə düçar olmuşdur. Həmin xəstəlik hərbi xidmət dövründə alınmışdır Bütün Dövlət qurumlarına müraciət etsə də, heç bir nəticə əldə etməmiş ,əksinə bütün qurumlar bir-birinin üstünə atmışdır. Hazırda 2024-cü ilin avqust ayından “Tio-D 18mcg DİSCAİR inhalation POWDER” adlı nəfəs aparatı ilə yaşayıram və hər ay üçün bir ədədinə 172 manat pul ödəyir. Hərbi xidmət zamanı aldığı bu xəsarətin nəticə olaraq iddiaçıya əllilik vermirlər. Astara rayon mərkəzi xəstəxanası 88 saylı formanı TSEK-ə göndərmədiyini qeyd edir. Qeyd olunanlara əsasən, həmçinin MPM-nin 4-cü maddəsinə əsasən, İddiaçı əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi öhdəliyi cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası “ X8 üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh «Astara rayon Mərkəzi Xəstəxanası» X11 tərəfindən xx.xx.2025-ci il tarixli, 18-1-26/3-377/25 saylı etiraz ərizəsi təqdim edilərək göstərilmişdir ki, Astara rayon Ərçivan qəsəbə sakini İddiaçı xx.xx.2024-cü il tarixdə Astara RMX PHŞ-nın vərəm kabinetində müayinə olunmuş ona ixtisaslı müayinədən ötrü ET X2 göndəriş verilmişdir. İddiaçı ixtisaslı müayinə olunduqdan sonra tibbi sənədlərini Astara RMX PHŞ-na təqdim etmişdir. Diaqnoz: “Keçirilmiş sol tərəfli vərəm mənşəli plevritdən sonrakı vəziyyət”. Əliyev X5 RMX PHŞ-nın HMK-da 07.01,2025-ci il tarixdə ətraflı müayinə olunmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarları rəhbər tutaraq, səhhətində əlilliyə səbəb ola biləcək patalogiya aşkar edilmədiyinə görə onun adına forma 088-in yüklənilməsinə imtina edilmişdir. Göstərilən diaqnozun əlilliyin təyin edilməsinə əsas vermədiyini qeyd edərək, İddiaçı iddiasının rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. cavabdeh «Astara rayon Mərkəzi Xəstəxanası» X8 nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır və mahiyyət baxımından əsaslıdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyi üçün hazırkı mübahisə yaranmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı qeyd olunan tələblə cavabdehə müraciət etmiş və onun tələbi təmin olunmamışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan normaya əsasən məhkəmə hesab edir ki, iddiaçının arzuladığı nəticə göndərişin verilməsi olduğu üçün onun tələbi müraciətin cavablandırılması olsa da, onun cavabdehə müraciətində yazdığı kimi qəbul olunmalıdır. İş materiallarında olan iddiaçının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Astara rayonunda anadan olmuş, Astara rayonu, Ərçivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı Həkim-məsləhət komissiyası tərəfindən xx.xx.2025-ci il tarixli “əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbisosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina” aktından görünür ki, İddiaçı “sl tərəfli vərəm mənşəli ekssudativ plevritdən sonrakı vəziyyət” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyralarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən, şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 88/378 saylı, xx.xx.2025-ci il tarixli mətubuna əsasən, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 7338 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” dən başqa hec bir sənəd və məlumat yoxdur. Həmin qərarın verilməsinə əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında saxlanılır. Odur ki, qeyd olunan sənədləri əldə etmək üçün həmin tibb müəssisəsinin rəhbərliyinə müraciət etmək xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli, 7338 saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: İddiaçı barəsində “Soltərəfli vərəm mənşəli ekssudativ plevrit, sorulma mərhələsində. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı; "Xəstəliklər cədvəli"nin 2c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Naz,w Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İşdə olan «Astara rayon Mərkəzi Xəstəxanası» X8 xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Əliyev X5 RMX PHŞ-nin poliklinika şöbəsinin vərəm kabinetində "Keçirilmiş sol tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət" diaqnozu ilə dispanser qeydiyyatda durur. Vətəndaş xx.xx.2025-ci il tarixdə Astara RMX PHŞ-nın HMK-sı tərəfindən müayinə olunmuş səhhətində əlilliyə səbəb ola biləcək ağırlaşma aşkar edilmədiyi üçün ona "Əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktı" təqdim olunmuşdur. Diaqnoz: "Keçirilmiş sol tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət" İddiaçı tibbi sənədlərini qoşmada göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1 İnstitutu" X8 xx.xx.2025ci il tarixli, 3-28-9/2-364/2025 saylı məktubuna əsasən, Xəstə xx.xx.2004-ci il təvəllüdlü Əliyev X4 Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli, 342 nömrəli göndərişi ilə müayinə olunması üçün İnstituta müraciət etmişdir. Aparılmış kliniki laborator və rentgenoloji müayinələrə əsasən xəstəyə "sol tərəfli kisələşmiş vərəm mənşəli ekssudativ plevrit” diaqnozu təyin edilmişdir. Xəstə xx.xx.2023-cü il tarixində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli, 356 nömrəli təkrar göndərişi ilə İnstitutun Ağciyərdən kənar orqanların vərəmi şöbəsinə yerləşdirilmiş və "sol tərəfli vərəm mənşəli ekssudativ plevrit” diaqnozu ilə müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixdə həmin şöbədən "Sol tərəfli vərəm mənşəli ekssudativ plevrit, sorulma mərhələsində” diaqnozu ilə buraxılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Poliklinika şöbəsində ambulator şəraitdə müayinə olunmuş və "Sol tərəfli vərəm mənşəli ekssudativ plevrit, sorulma mərhələsində” diaqnozu qoyulmuş, ambulator kitabçadan çıxarış verilmişdir. xx.xx.2024-cü il tarixdə müayinə olunmaq məqsədi ilə yenidən İnstitutun Poliklinika şöbəsinə müraciət etmiş və "Keçirilmiş sol tərəfli vərəm mənşəli plevritdən sonrakı vəziyyət” diaqnozu təyin edilmişdir, iddiaçı barəsində tibbi sənədlər təqdim edilmişdir. Belə ki, "X1 İnstitutu" X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tibbi kartadan köçürülmüş epikriz, ambulator tii karta və digər sənədlər üzrə göstərilmişdir ki, iddiaçı barəsində "Keçirilmiş sol tərəfli vərəm mənşəli plevritdən sonrakı vəziyyət” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-ci bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-ci bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-ci bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bəndinə əsasən Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-ci bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-ci bəndinə əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bəndinə əsasən Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1-ci bəndinə əsasən, insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı xəstəxanada müayinələrdən keçmiş və xx.xx.2024-cü il tarixdə keçirilən həkim-məsləhət komissiyasının iclası zamanı İddiaçı “sol böyrəyin hidronefrom 4 dəcərə sağ bud sümüyü diafizi orta 1/3-nin qeyri düzgün bitişmiş sümüyü” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyralarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən, şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən iş materialları tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1 İnstitutu" X8 xx.xx.2025-ci il tarixli, 3-28- 9/2-364/2025 saylı məktubuna əsasən, İddiaçı barəsində xx.xx.2023-cü il tarixində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli, 356 nömrəli təkrar göndərişi ilə İnstitutun Ağciyərdən kənar orqanların vərəmi şöbəsinə yerləşdirilmiş və "sol tərəfli vərəm mənşəli ekssudativ plevrit” diaqnozu ilə müalicədə olması, xx.xx.2023-cü il tarixdə həmin şöbədən "Sol tərəfli vərəm mənşəli ekssudativ plevrit, sorulma mərhələsində” diaqnozu ilə buraxılması, İddiaçı xx.xx.2023-cü il tarixdə Poliklinika şöbəsində ambulator şəraitdə müayinə olunmuş və "Sol tərəfli vərəm mənşəli ekssudativ plevrit, sorulma mərhələsində” diaqnozu qoyulmuş, ambulator kitabçadan çıxarış verilməsi, xx.xx.2024-cü il tarixdə müayinə olunmaq məqsədi ilə yenidən İnstitutun Poliklinika şöbəsinə müraciət etmiəsi, və "Keçirilmiş sol tərəfli vərəm mənşəli plevritdən sonrakı vəziyyət” diaqnozu təyin edilməsi, iddiaçı barəsində tibbi sənədlər təqdim edilməsi barədə məlumat verilmiş, "X1 İnstitutu" X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tibbi kartadan köçürülmüş epikriz, ambulator tii karta və digər sənədlər üzrə göstərilmişdir ki, iddiaçı barəsində "Keçirilmiş sol tərəfli vərəm mənşəli plevritdən sonrakı vəziyyət” diaqnozu təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, 7338 saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: İddiaçı barəsində “Soltərəfli vərəm mənşəli ekssudativ plevrit, sorulma mərhələsində. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı; "Xəstəliklər cədvəli"nin 2c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Naz,w Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin “1. Tənəffüs sistemi orqanlarının xəstəlikləri” bölməsi üzrə “1.1.6 bəndi üzrə tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi-A15; tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi-A16” öz əksini tapmışdır və Orqanizmin funksiyalarının pozulması 35-100 arası % göstəricisi göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1.6 bəndinə əsasən, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması halında 35-100 arası % göstəricisi müəyyən olunmuşdur. Həmçinin məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X1 İnstitutu" X8 və xx.xx.2023-cü il tarixli, 7338 saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən, Mərkəzi Hərbi Həkim Komissiyasının İddiaçı barəsində təyin edilmiş diaqnozlar üzrə ağırlaşmaların olmaması ilə bağlı məhkəməyə sübut və ya digər dəlillər təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı barəsində əlilliyi müəyyən edən həkim komissiyasına və əlilliyinin qiymətləndirilməsinə dair ona qoyulmuş diaqnozlarda əks olunduğu göndərişin verilməsi (forma 88) öhdəliyi cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” X8 üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova