Məhkəmə qərarları › İş №2-1(120)-2606/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2606/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2606/2024 04.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «xx.xx.2006-cı il təvəllüdlü X11 verilmiş xx.xx.2006-cı il tarixli, 68 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X11 verilmiş xx.xx.2006-cı il tarixli, 68 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Astara rayon sakini X19 ilə 2001-ci il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurduqdan 6 ay sonra ailəvi olaraq Rusiya Federasiyasının Vladivastok Vilayətinin Naxotka şəhərinə köçmüşlər. Uzun müddət orada yaşasalar da Rusiya vətəndaşlığını qəbul etməmişlər. Birgə nikahlarından 2002-ci il təvəllüdlü X23 və xx.xx.2006-cı il təvəllüdlü X18 doğulmuşdur. X24 Federasiyası İrkutsk Vilayətinin İrkutsk şəhərində doğulmuş, bu səbəbdən də ona həmin şəhərdə 22 noyabr 2006-cı il tarixli doğum haqqında akt qeydləri kitabında 1822 nömrəsi ilə qeyd edilmiş Doğum haqqında Şəhadətnamə verilmişdir. X2 İrkutsk şəhərində doğulması və Azərbaycan vətəndaş olması qeyd olunmuşdur. Sabrina Bağırzadə ildə Astara rayonunda yaşayan nənəsi X6 yanına getmişdir. Həmin vaxt Məryəm Bağırova həyat yoldaşı X12 Şəxsiyyət vəsiqəsi əsasında Cavabdehndən Sabrina Bağırzadəyə təkrar Doğum haqqında Şəhadətnamə götürmüşdür. O, qızına Rusiya Federasiyasında Doğum haqqında Şəhadətnamə verilməsindən xəbərsiz ölmüşdür. Eyni zamanda. Rusiya Federasiyasının İrkutsk şəhərində verilmiş Doğum haqqında Şəhadətnamə əsasında Astara rayon X26 Bağırzadəyə Şəxsiyyət vəsiqəsi verilmişdir. Qızı 17 il müddətində həmin Şəxsiyyət vəsiqəsindən istifadə etmiş, lakin bu müddət ərzində heç bir problem yaranmamışdır. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdən sonra təkrar vəsiqənin alınması üçün Bakı şəhərində Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Bu zaman ona bildirilmişdir ki, Sabrina Bağırzadənin adına ayrı-ayrı tarixli 2 Doğum haqqında Şəhadətnamə vardır, ona görə də Şəxsiyyət vəsiqəsinin verilməsindən imtina olunmuş və Şəxsiyyət vəsiqəsinin verilməsi üçün Cavabdehndə Sabrina Bağırzadəyə verilmiş Doğum haqqında Şəhadətnamənin etibarsız hesab edilməsinin zəruri olması qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsinin verilməsindən imtina olunması Tələbə Qəbul Komissiyasını Sınaq imtahanlarında 600 baldan yuxarı nəticə göstərən X1 qəbul imtahanlarında iştirak etməkdən məhrum edəcəkdir. Qeyd olunmuş səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X8 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İşdə olan AZE11118287 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X18 xx.xx.2006-cı ildə Rusiya Federasiyası İrkutsk vilayətində anadan olmuş, Astara rayonu, Şahağacı kəndində yaşayır. -İşdə olan AA5610901 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə anadan olmuş, Astara rayonu, Şahağacı kəndində qeydiyyatdadır. -İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16/7-B-58/2023 nömrəli məktubuna əsasən, Astara rayon Şahağac KİN tərəfindən X18 barəsində tərtib edilmiş 12 dekabr 2006-cı il tarixli 68 nömrəli doğum haqqqında akt qeydinin ləğv edilməsi ilə bağlı müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 23-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. -İşdə olan Astara rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 dekabr 2023-cü il tarixli 1157 nömrəli arayışında göstərilmişdir ki, X22 ünvan 3ində qeydiyyatdadır. -İşdə olan Astara rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 dekabr 2023-cü il tarixli 1156 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı ünvan 3ində qeydiyyatdadır. -İşdə olan Cavabdeh verdiyi 3531-05/70 nömrəli, 05 dekabr 2023-cü il tarixli arayışda göstərilmişdir ki, X18 xx.xx.2006-cı ildə Astara rayonu Şahağac kəndində anadan olmuşdur. Bu barədə xx.xx.2006-cı il tarixdə Astara rayon Şahağac KİN-də 68 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. -İşdə olan İrkutsk vilayəti VVAQ İdarəsi üzrə Lenin rayon administrasiyasının İrkutsk şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş İ-CT №813277 nömrəli, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən göstərilmişdir ki, X22 xx.xx.2006-cı ildə Rusiya Federasiyası İrkutsk vilayətində, İrkutsk şəhərində anadan olmuşdur. Ata qrafasında X19, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. -İşdə olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/7-B-01/2024 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayon Şahağac KİN tərəfindən X18 barəsində tərtib edilmiş 12 dekabr 2006-cı il tarixli 68 nömrəli doğum haqqqında akt qeydinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 23-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -İşdə olan Daxili İşlər Nazirliyi Astara rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı 3-13-65/2-2064/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X22 xx.xx.2016-cı ildə ünvan 3 ünvanına qeydiyyata düşərək Astara rayon polis şöbəsi tərəfindən AZE 11118287 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. X18 haqqında Astara rayon polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qurupunda heç bir məlumat aşkar olunmadı. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. -İşdə olan X12 adından İrkutsk vilayəti Səhiyyə Nazirliyi İrkutsk X16 Tibbi sanitar hissəsi Vilayət dövlət avtonom səhiyyə müəssisənə ünvanlanmış xx.xx.2024-cü il tarixli 79 nömrəli tələbnamədən görünür ki, o, İrkutsk X16 Tibbi sanitar hissəsi Vilayət dövlət avtonom səhiyyə müəssisənin doğum evində xx.xx.1977-ci il təvəllüdlü İddiaçı Məmməd qızının pasiyent olması və xx.xx.2006-cı ildə qız uşağının dünyaya gəlməsi faktının təsdiq edilməsini xahiş etmişdir. -İşdə olan İrkutsk vilayəti Səhiyyə Nazirliyi İrkutsk X16 Tibbi sanitar hissəsi Vilayət dövlət avtonom səhiyyə müəssisənin X14 ünvanladığı xx.xx.2024-cü il tarixli, 128 nömrəli cavab məktubunda göstərilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı Məmməd qızı xx.xx.2006-cı illən xx.xx.2006-cı ilə qədər müddətə İrkutsk X16 Tibbi sanitar hissəsi Vilayət dövlət avtonom səhiyyə müəssisənin doğum evində olmuşdur.Təcili doğuş xx.xx.2006-cı il saat 17.05.Qız uşağı 2850-48. -İşdə olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/7-56/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı iddia tələbinə dair sənədlər məhkəməyə göndərilmişdir. -İşdə olan Astara rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 fevral 2024-cü il tarixli 02 nömrəli məktubunda göstərilmişdir ki, 23 yanvar 2024-cü il tarixli İŞ 2-1(120 )-2606/2023 nömrəli məktuba cavab olaraq yazıb sizə bildiririk ki,Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 02 nömrəli təsəiTülatbaşına kitabın 114 səhifəsinə və şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X5 qeydiyyata alınmışdır.Uzun illərdir ki, Bakı şəhər Suraxanı ravon Hövsan qəsəbəsində ailəsi ilə birgə yaşayır. Hazırda Hövsan qəsəbəsi Süleyman Axundov adına 172 saylı tam orta məktəbin 11-ci sinifində təhsil alır.X4 hazırda Rusiya Federasiyasındadır,anası İddiaçı orta ixtisas təhsillidir və heç bir yerdə işləmir,qardaşı X23 hazırda tələbədir. Ailə uzun illərdir ki,qeyd olunan ünvanda yaşayır. -İşdə olan Cavabdehndə qeydə alınmış xx.xx.2006-cı il tarixli, 68 nömrəli doğum akt qeydinin surətinə əsasən, X18 xx.xx.2006-cı ildə ünvan 3ində anadan olmuşdur. Ata qrafasında X19, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsinin “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-ci il tarixli 18-1-26/2-159/2024 nömrəli məktubda göstərilmişdir ki, Sizin xx.xx.2024-ci il tarixli №1-24/2024 məktubunuza cavab olaraq bildirmək istəyirik ki, Astara rayon Şahağacı kənd sakini İddiaçı xx.xx.2006-cı il tarixində Astara RMX PHŞ-da doğuşla bağlı qeydiyyatda olmamış və dünyaya uşaq gətirməsi barədə heç bir məlumat yoxdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 26-cı bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 28-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X18 xx.xx.2006cı il tarixdə Rusiya Federasiyası İrkutsk vilayətində, İrkutsk şəhərində anadan olmuşdur, İrkutsk vilayəti VVAQ İdarəsi üzrə Lenin rayon administrasiyasının İrkutsk şəhəri VVAQ şöbəsi tərəfindən İ-CT №813277 nömrəli, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnaməsi qeydə alınmışdır. Bundan sonra X9 xx.xx.2006-cı ildə ünvan 3ində anadan olması barədə Cavabdehndə xx.xx.2006-cı il tarixli, 68 nömrəli doğum akt qeydi qeydə alınmışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılmış və müəyyən edilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı Məmməd qızı xx.xx.2006-cı illən xx.xx.2006-cı ilə qədər müddətə İrkutsk X16 Tibbi sanitar hissəsi Vilayət dövlət avtonom səhiyyə müəssisənin doğum evində olmuşdur-təcili doğuş xx.xx.2006-cı il saat 17.05.Qız uşağı 2850-48. Məhkəməyə təqdim edilmiş 16 saylı Uşaq Poliklinikasında xx.xx.2013-cü il tarixdə qeydə alınmış X17 X10 S.Bağırzadə barəsində tərtib edilmiş tibbi sənədlər və müayinə sənədləri S.Bağırzadənin həqiqətən də Rusiya Federasiyası İrkutsk vilayətində, İrkutsk şəhərində anadan olduğunu, 2013-cü ilədək orada yaşadığını və tibbi müayinələrdən keçdiyini, sonradan Bakı şəhərinə uşağın ailəsi birlikdə gəldiyini, 16 saylı Uşaq Poliklinikasında qeydiyyata düşdüyünü və hal-hazırda orta məktəbdə təhsil aldığını sübuta yetirir. İddiaçı xx.xx.2006-cı il tarixli, 68 nömrəli aktla qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X18 barəsində cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə xx.xx.2006-cı il tarixli, 68 nömrəli aktla qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar