Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2609/2024 02.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.1998-ci il tarixdən, 50 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X8 Hüquqi Şəxsə müraciət edərək, onun xx.xx.1966-xx.xx.1968-cı il tarixə kimi “Əli Bayramlı 12 №-li Mexaniki Çörəkxana”-da “texnik”, xx.xx.1969-cu il tarixdən xx.xx.1998-ci il tarixə kimi “X15-Təmizləmə Fabrikin”-də “kimyəvi təmizləmə üzrə aparatçı” və xx.xx.1999-hal-hazıra kimi “Əli Bayramlı Əmlak Məsələləri Dövlət Komitəsi”-nin keçmiş “Xidmət Konserni”-nin İBnin “X15 Təmizləmə” Fabrikinin direktoru vəzifəsində işləyir. Belə ki, onun işlədiyi xx.xx.1966-xx.xx.1968-cı il tarixə kimi “Əli Bayramlı 12 №-li Mexaniki Çörəkxana”-da “fəhlə”, xx.xx.1969-cu il tarixdən xx.xx.1998-ci il tarixə kimi “X15-Təmizləmə Fabrikin”-də “kimyəvi təmizləmə üzrə aparatçı” vəzifələri ağır və zərərli iş stajı olduğuna görə ona 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyalan haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşlann pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” və yaxud “b” bəndlərinə və həmin Qanunun 17-ci maddəsinin 5-ci abzasına əsasən xx.xx.1997-ci il tarixə kimi 30 il 06 ay 18 gün ümumi və 28 il 08 ay 07 gün güzəştli iş stajı olduğundan, 23 iyun 1993-cü il tarixli, 320 saylı 1 nömrəli Siyahısı üzrə 15 il ümumi və 7 il 6 ay güzəştli iş stajı və yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 23 iyun 1993-cü il tarixli, 320 saylı 2 nömrəli Siyahısı üzrə 20 il ümumi və 10 il xüsusi iş stajı olduğundan, xx.xx.1998-ci il tarixdən, 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. O, cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, əmək kitabçasının insan resusları şöbəsindən təsdiqini, diplomun notarial təsdiq edilmiş sürətini, “X15 Təmizləmə Fabriki”-nin xx.xx.1998-ci il tarixli, 30 №-li aktın notarial təsdiq edilmiş sürətini, “X15 Təmizləmə Fabriki”-nin 1996, 1997 və 1998-ci ilin may ayına olan dövrlərin əmək haqqı barədə xx.xx.1998-ci il tarixli arayışın notarial təsdiq edilmiş sürətini, ƏMDXnin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-M-19xx-xx/2023 №-li məktubunun sürətin əlavə edərək, ona “Əmək pensiyaları haqqında” Qanunuun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqmda” Qanunuun 13-cü maddəsinin “a” və yaxud “b” bəndlərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh ona xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-290411/2023 №-li məktubla (həmin məktub ona poçtamp vasitəsi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir) cavab verərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödənilməsi Qaydası”-nın 4.1.20-ci yarımbəndinə əsasən “yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusi zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir”. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli, 12 №-li Qəraraı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peçə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin güzəştli iş stajınız yoxdur bildirilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. O, cavabdeh Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən «xx.xx.1997-ci il tarixli, 321-İQD №-li Qanun»un İ hissəsinin 1-ci bəndi ilə edilmiş dəyişikliyə əsasən «Vətəndaşlann pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cu maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırıldığından, o, xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş stajını və 12 il 06 ay xüsusi iş stajını topladığından, hesab edir ki, ona xx.xx.2005-ci il tarixdən, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, əmək haqqıya əsasən pensiya təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh imtina etdiyinə görə o, sosial təminat hüququnun bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun işlədiyi vəzifələr ağır və zərərli iş stajı olduğuna görə ona 01 iyul 2017ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşlarm pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” və yaxud “b” bəndlərinə və həmin Qanunun 17ci maddəsinin 5-ci abzasına əsasən xx.xx.1997-ci il tarixə kimi 30 il 06 ay 18 gün ümumi və 28 il 08 ay 07 gün güzəştli iş stajı olduğundan, 23 iyun 1993-cü il tarixli, 320 saylı 1 nömrəli Siyahısı üzrə 15 il ümumi və 7 il 06 ay güzəştli iş stajı və yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 23 iyun 1993-cü il tarixli, 320 saylı 2 nömrəli Siyahısı üzrə 20 il ümumi və 10 il xüsusi iş stajı olduğundan, xx.xx.1998-ci il tarixdən, 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin cavabdeh onun təqdim etdiyi sənədləri tutarlı hesab etmədiyinə görə, yəni iş yerindən güzəştli arayış olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanununun tələblərinə əsasən imtinada işin faktiki və hüquqi halları və bu hallan təsdiq və ya rədd edən sübutları, habelə inzibati akt qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktları göstərməli idi. Bu səbəbdən də hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 28.1, 21.2, 24.1,45.1, 52.1 və 61.1-ci maddələrin tələblərini kobud sürətdə pozmuşdur. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsaslı olmadığından və inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozduğundan nəzərə alınmamalıdır. İlk olaraq cavabdehin imtina məktubuna münasibət bildirirək qeyd etmək istəyir ki, cavabdeh onun tərəfındən verilmiş sənədlərin tutarlı olmadığından, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 №-li Qəran ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödənilməsi Qaydası”-nın 4.1.20-ci yarımbəndinə istinad edərək, onun tərəfındən iş yerindən güzəştli arayışın olmadığını əsas gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə əsaslı olduğunu və ona görə də hesab etmişdir ki, güzəştli iş stajının olmadığı qənatinə gəlmişdir. Lakin hesab edir ki, cavabdeh aşağdakı qanunvericiliyin tələblərinə və faktiki hallara əsasən cavabdehim imtinası əsassız və qanunsuzdur. Vurğulamağı zəruri hesab edir ki, ona ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun hüququnun yaranmasına əsas verən şərtlərə cavabdeh tərəfındən riayət edilibedilmədiyi aydınlaşdırılmalıdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli icmal məktublarında xüsusi ilə qeyd edilir ki, iddiacının zərərli əmək səraitində islədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uygun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiacının gördüyü iş, tutdugu vəzifə və malik oldugu peşə ilə güzəştli sərtlərlə yasa görə əmək pensiya hüququ verən iş, vəzifə və peşə arasındakı uygunlugu (eyniliyi) işin konkret halları (iddiaçının tutdugu vəzifəyə və malik oldugu peşəyə görə götürdüyü işin xarakteri, habelə işlədiyi müəssisəsinin fəaliyyət istiqaməti və s) nəzərə alınmaqla müəyyən edilə bilər. Lakin digər halda Ali Məhkəmənin icmal məktublarında da açıq-aşkar göstərilir ki, işçinin işlədiyi peşə və vəzifə Nazirlər Kabinetinin siyahısında qeyd edilən peşə və vəzifələrə ad baxımından uygun olmaya bilər, lakin həmin peşə və vəzifələri müəyyən etmək üçün mütləq işçinin işlədiyi müəssisə və idarəyə, əgər idarə və müəssisə fəaliyyətini dayandırmışdırsa, ona oxşar idarə və müəssisəyə sorgu verməklə işçinin peşə və vəzifə təlimatına əsasən iş funksiyasını müəyyən etməklə, onun işlədiyi peşə və vəzifənin zərərli və agır olması müəyyən edilə bilər. Cünki, elə peşə və vəzifələr vardır ki, ad baxımından Nazirlər Kabinetinin sivahısında uygun olmasa da, lakin işlədiyi iş yerindən zərərli və agır iş səraitinə görə əmək haqqısına və məzuniyyət gününə əlavə haqq alması müəyyən olunur. Bu səbəbdən də icmal məktubda xüsusi olaraq qeyd edilir ki, istər müvafıq icra hakimiyyəti orqanları (ƏƏSMNnin müvafıq idarələri) və vaxud məhkəmələr işcinin güzəştli arayışı ilə kifayətlənməməli, işlədiyi idarə və müəssisəyə və yaxud idarə və müəssisə fəaliyyətini dayandırmışdırsa, həmin idarə və müəssiyə oxsar fəaliyyət növü ilə məşgul olan idarə və müəssisəyə sorgu verməklə yuxarıda qeyd edilən halları müəyyən etdikdən sonra hüquqi qiymət verməlidir. Göründüyü kimi cavabdeh vuxarıda qeyd edilən hallardan irəli gələn tələbləri yerinə yetirmədən, yəni onun islədiyi müəssisə olmadığı halda, ona oxşar müəssisəyə və yaxud müvafıq orqanlara onun islədiyi fəaliyyət növü ilə əlaqədar sorgular verməklə qeyd edilən halları müəyyən etdikdən sonra münasibət bildirməli idi. Lakin cavabdeh heç bir araşdırma aparmadan kifayətlənmiş və yalnız formal mülahizə xarakerli sözlərə istinad etməklə imtina vermək qərarına gəlmisdir. Halbuki, onun tərəfındən ərizəsində işləməyinə dair müvafıq sənədləri və ən əsası da müəssisənin mövcud olmuş olmasını sübut edən ƏMDX-nin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-M-19xx-xx/2023 №-li məktubu əlavə etmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh uzun müddətdən sonra heç bir araşdırma aparmadan onun ərizəsinə formal xarakterli sözlərlə əsas gətirərək imtina məktubu vermisdir. İddia tələbinin əsaslandırılması ondan ibarətdir ki, ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 23 iyun 1993-cü il tarixli, 320 saylı 2 nömrəli Siyahısı üzrə işlədiyinə, eləcə də xx.xx.1998-ci il tarixdə, 50 yaşı tamam olduğuna görə ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8ci bəndinə əsasən tətbiq edilməlidir. Belə ki, 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 23 iyun 1993cü il tarixli, 320 saylı 1 və həmçinin 2 nömrəli Siyahılarında işlədiyi peşə və vəzifələr X. KİMYA İSTEHSALATİ: “zəhərli maddələrlə zəhərlənmis xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulması və təmiri üzrə maşinistlər” vəzifəsinə uygundur və (2110A030— 14042)” kodı ilə qeyd edilmişdir. Onun işlədiyi sahə zərərli iş sahəsi olaraq işlədiyi müddətdə “kimyəvi təmizləmə üzrə aparatcı” vəzifəsi olaraq “trixloritilen”, “prixloritilen” “uasprit”. “trimor-2” və “trimor-3” və s. kimi kimyəvi mənşəli maddələrdən kimyəvi maddələr vuran maşın vasitəsilə istifadə edilməklə müxtəlif müəssisə, idarə və təşkilatların xüsusi geyimlərinin, uniformalarının quru təmizlənməsi üçün istifadə olunurdu. İşlədiyi fabrikdə hərbi hissə və müxtəlif təskilatlardan götürülən geyim formalarının, uniformaların, xüsusi geyimlərin və yataq dəyişiklərinin kimyəvi təmizlənməsi həyata kecirilirdi. Həmin təşkilatlar bunlardır - Qazı-Məmməd (indiki Hacıqabul Rayon Mərkəzi Xəstəxanası, Hacıqabul DİN-nin hərbi hissəsi, Saatlı hərbi hissəsi, Qaraçala hərbi hissəsi (aerodrom). Əli Bayramlı NQCİ, Əli Bayramlı (indiki Şirvan) Şəhər Mərkəzi Xəstəxanası, X20 Evi, Əli Bayramlı (indiki Şirvan) Telestudiyası, Əli Bayramlı DRES (Şirvan İES). Əli Bayramlı pioner düşərgəsi, X21 Zavodu, X16 Bazası, X18 Zavodu, X22 Təmir İdarəsi, X13 İdarəsi, X11, X24-Piy Kombinatı və X25 İdarəsi və s. Belə ki, işlədiyi vəzifə zərərli sahə oldugu üçün ona zərərli işə görə əmək haqqına 22-24 % və məzuniyyət gününə isə 6 təqvim günü əlavə edilməklə, ayda süd və agardıcı məhsullar və kükürdlü sabun verilirdi. İslədiyi fabrikin fəaliyyət dövrlərinin təsdiq edilməsi ilə əlaqədar o, Milli Dövlət Arxivinin Şirvan fılialına müraciət etmisdir, lakin arxivdən ona bildirmişlər ki, “X15-Təmizləmə Fabriki”-nə aid əmrlər və yaxud digər sənədlər arxivə təhvil verilməmisdir. Bu səbəbdən də o, xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbavcan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə müraciət edərək, “X15-Təmizləmə Fabriki”-nin fəaliyyəti barədə məlumat verilməsini xahis etmisdir. Oradan ona cavab olaraq bildirmislər ki, onun xx.xx.2023-cü il tarixli. 3-21-3/2-M-19xx-xx/2023 №-li məktubuna əsasən “Azərbaycan Respublikası “Xidmət” Dövlət Konserninin ləgv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 383 №-li Sərancamının icrasının təmin etmək məqsədi ilə keçmis Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 96 №li xx.xx.2007-ci il tarixli sərancamı ilə ləgv edilmis “Xidmət” Dövlət Konserinin tabeliyindəki “X15 Təmizləmə Fabriki”-nin bazasında “X15 Təmizləmə” ASC yaradılmıs və hal-hazırda səhmdar cəmiyyətin səhmlərinin 44.84 %-i dövlət mülkiyyətindədir. Məlumat ücün bildirir ki, onun islədiyi fabrikin fəaliyyəti dayandırıldıgından, ona “X15 Təmizlə Fabriki” tərəfındən fabrikin iş fəaliyyəti barədə xx.xx.1998-ci il tarixli, 30 №-li akt tərtib edilmis və həmçinin 1996, 1997 və 1998-ci ilin may ayına olan dövrlərin əmək haqqı barədə xx.xx.1998-ci il tarixli arayış verilmisdir. Həmin akt və arayış onun yeganə əlində olan sənəddir ki, onun işlədiyi sahənin iş fəaliyyətinin nədən ibarət olduğunu və iş rejiminə əsasən əmək haqqının verilməsini təsdiq edir. xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən «xx.xx.1997-ci il tarixli, 321-İQD №-li Qanun»un İ hissəsinin 1-ci bəndi ilə edilmiş dəyişikliyə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cu maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslannda nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırıldığından, o, xx.xx.2006-cı il tarixə kimi 20 il ümumi iş stajını və 10 il xüsusi iş stajını topladığından, hesab edir ki, ona xx.xx.1998-ci il tarixdən, 50 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşlarm pensiya təminatı haqqında” Qanunun 17.5-ci bəndinə, əmək haqqıya əsasən pensiya təyin edilməlidir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə qadınlara 45 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.1997-ci il tarixə kimi 15 il ümumi və 07 il 06 ay xüsusi və həmçinin 50 yaşdan xx.xx.2006-cı il tarixə kimi 20 il ümumi və 10 il 06 ay güzəştli iş stajlarının və həmçinin həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” və yaxud “b” bəndinin və həmin Qanunun 17-ci maddəsinin 5-ci abzasının olmasını şərtləndirir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına əsasən təyin edilməsi üçün xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş bu Qanunun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı il tarixə kimi yaşının olmasını və zəruri iş stajlarının toplanmasını əsas götürür. Qanunun qeyd olunan normasında “əvvəllər qüvvədə olmuş qanunvericilklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşlarm pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarına əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqıya əsasən təyin edilməsi üçün dörd şərtin ödənilməsi tələb olunur. - xx.xx.2006-cı il tarixə kimi yaşın olması; -xx.xx.1997-ci il tarixə kimi 15 il ümumi və yaxud xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş stajının olması; bu müddətin 07 il 06 ay və yaxud 12 il 06 ayının güzəştli iş stajı olması; iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və yaxud 2 №-li Siyahılarında nəzərdə tutulan peşə və ya vəzifədə işləməsi; onun xx.xx.2006-cı il tarixə kimi ümumi və güzəştli iş stajı illəri ona xx.xx.1998-ci il tarixdə, 50 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman nəzərə alınmalı olan sosial sığorta stajı məsələsi onun əmək haqqına əsasən pensiya təyin edilməsi üçün müvafıq yaşa çatdığı vaxt qüvvədə olmuş qanunvericiliyə görə həll edilməlidir. Çünki, bu zaman həll edilməli olan məsələ həmin müddətdə yaşın, ümumi və güzəştli stajın olub-olmadığı və ən əsası müvafıq siyahıda vəzifənin olub-olmadığı məsələdir. Başqa sözlə, aydınlaşdınlmalı olan hüquq münasibəti iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına əsasən təyin edilməsi üşün dörd şərtin olub-olmadığı məsələdir. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti qeyd edilən şərtlərin olub-olmaması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman hal-hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla onun hüququ yarandığı tarixdə qüvvədə olan qanunvericiliyin normalan nəzərə almmalı və həmin normalar əsasında müəyyən edilməklə qiymət verilməlidir. Onun pensiya hüququnun yarandığı xx.xx.1998-ci il tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olmuş redaksiyasına əsasən: - 13-cü maddənin a) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: 13-cü maddənin b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: 1 №-li Siyahı üzrə qadınlar - 45 yaşına çatdıqda və azı 15 il ümumi iş stajı olduqda bu müddətin azı 7 il 06 ayını həmin işlərdə çalışarsa; 2 №-li Siyahı üzrə qadınlar - 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli, 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddə) nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılmaqla xx.xx.2006-cı il tarixə kimi hüququ yaranmış qadınlar - 45 və 50 yaşlarından güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malikdirlər. - 17-ci maddənin 5-ci abzasına əsasən həmin Qanunun 13-cü maddəsi üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqmın 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasınm “Əmək pensiyaları haqqında” Qanunna dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904- İİİ QD №-li Qanununa müvafıq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minmişdir. Bu dəyişiklərlə 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamaların aparılması qaydası dəyişdirilmişdir. Beləliklə, xx.xx.2006-cı il tarixə kimi hesablanma qaydası xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasına, lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə kimi isə hesablanma qaydası xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyalan haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən aparılmaqla tətbiq etməyə başlanılmışdır. Hesab edir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2006-cı il tarixədək yarandığından ona təyin edilməli olan əmək pensiyası xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşlarm pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci abzasına uyğun hesablanmlıdır. Çünki, o, dəyişikliyin edildiyi 01 yanvar 2006-cı il tarixədək qazanılmış pensiya hüququ əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks, halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki, tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdırıldığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilklə müəyyən edilmiş tələblərə müvafıq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu qüvvədə olmuşdur. Belə ki, bu qərarın 23-cü, 25-ci bəndlərinə istinad olunan normalara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həmin pensiyanın təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə kimi qazanmış olsunlar. O, isə xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq ümumi və 10 ildən çox xüsusi iş stajnı qazanmışdır. Həmçinin qeyd edir ki, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarın tələblərinə əsasən xx.xx.2017-ci il tarixə kimi 20 il ümumi və 10 il güzəştli iş stajını topladığından, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə minənədək, əvvəllər qüvvədə olmuş, yəni xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş qanunvericiliyin, yəni “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş tələblərinə əsasən yaşa və staja görə güzəştli şərtlərlə pensiyalar təyin edilir. xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əhatə dairəsinə düşən şəxslərin hamısı birmənalı olaraq həmin Qanunun 13-cü maddəsinin “a” və yaxud “b” bəndlərinə əsasən pensiya təyin edilməklə ödənilməlidir. Çünki, o, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” və yaxud “b” bəndlərinə əsasən ümumi və xüsusi iş stajnı topladığına görə cavabdehin istinad etdiyi xx.xx.2017-ci il tarixdən sonra müraciəti qazanılmış pensiya hüququnu əldə etdiyi mübahisə doğurmur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Kollegiyasınm xx.xx.2017-ci il tarixli, 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalan haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1 -dək Qanunun 7- 9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Lakin onun hüququ göründüyü kimi 1998-ci il tarixdə yaranmışdır və xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların”-da güzəştli arayış barədə norma qeyd edilməmişdir. Həmin Qaydalarm 1.3-cü bəndinə əsasən 2017-ci il iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təminatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydalarm 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Onun hüququ 1998-ci il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş və “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları mənim pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Bütün bunlara baxmayaraq onun tərəfindən cavabdeh orqana güzəştli arayış təqdim edilmişdir. Göründüyü kimi onun xx.xx.1997-ci il tarixə kimi 15 ildən çox ümumi və 07 il 06 aydan artıq zərərli və həmçinin xx.xx.2006-cı il tarixə kimi 20 ildən çox ümumi və 10 ildən artıq güzəştli iş stajı mövcuddur. “İnsan hüquqları haqqında” Ümumi Bəyənnamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynalxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafıq olaraq, ləyaqətin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zərərli olan iqtisadi, sosial və mədəni hüquqlarım həyata keçirmək hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqlan üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərinin asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Azərbaycan Respublikası D.S.M.F tərəfındən təsdiq olunaraq xx.xx.2010-cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqlənmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasınm 17 saylı, xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasınm Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən, xx.xx.2017-ci il tarixədək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 01 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş nomıaları əsasında təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər onun hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 50 yaşdan tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşlarm pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə əsasən fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” və yaxud “b” bəndlərinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq sürətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tanxədək qazanmış olsunlar. “Əmək pensiyaları haqqında” Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fıziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-290411/2023 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı oldugundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildiririk ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Belə ki, İddiaçı tərəfindən cavabdeh inzibati orqana güzəştli arayış qismində “X15 Təmizləmə Fabriki”-nin xx.xx.1998-ci il tarixli Aktı təqdim edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıda və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) sözügedən Aktda göstərilməmişdir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair isəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı “güzəstli sərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hazırki iş üzrə iddiaçı, xx.xx.1948-ci il tarixdə doğulmuş X1 adına tərtib olunmuş əmək kitabçasının surətindən müəyyən olunur ki, o, Əli Bayramlı 12 №-li Mexaniki Çörəkxana”da xx.xx.1966-cı il tarixdən xx.xx.1968-ci il tarixədək fəhlə (1 il 9 ay 11 gün), “X15-Təmizləmə Fabriki”ndə xx.xx.1969-cu ildən xx.xx.1998-ci il tarixədək aparatçı (10 il 9 ay 2 gün), sex ustası (5 ay 24 gün) və qəbuledici (17 il 5 ay 15 gün) vəzifələrində işləmiş, bu müddət ərzində 30 il 5 ay 15 gün iş stajı toplamış, xx.xx.1999-cu ildən həmin müəssisənin direktoru vəzifəsində işləyir. İş materiallarında olan X15 Təmizləmə Fabrikinin kadrlar şöbəsinin rəisi və həmkarlar təşkilatının sədri Elmira Orucova, İdarənin baş mühasibi Heydər Əkbərovun və İdarənin baş qəbulçu vəzifəsində işləmiş Nüşaba Ədilovanın iştirakı ilə tərtib edilmiş xx.xx.1998-ci il tarixli, 30 nömrli Aktdan görünür ki, idarənin baş qəbulçu vəzifəsində işləmiş Nüşaba Ədilovanın işlədiyi dövr ərzində müəssisə Əli Bayramlı şəhərindən və ətraf rayonlardan, o cümlədən Bakı şəhərində yerləşən “Belavoy baza”, X23-Qaz Çıxarma İdarəsi (“Şirvan oyl”), Əli Bayramlı Şəhər Xəstəxanası, X26 DRES, Saatlı hərbi qospitalı və Qazı Məmməd Şəhər Xəstəxanasından fəhlə və işçilərin üst geyimlərini, xəstəxanaların və xəstələrin mələfə və dəyişəklərinin və matraslarının kimyəvi üsulla təmizlənməsi və həmin təşkilatlara təhvil verilməsi prosesini həyata keçirmiş, “Əli Bayramlı şəhər Kimyəvi- Təmizləmə Fabriki”-nə gətirdiyi yüksək plan əsasında Nüşaba Ədilova həmişə yüksək aylıq maaş almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçı X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21- 3/2-M-19xx-xx/2023 saylı məktubunda aşağıdakılar bildirilmişdir: X15 Təmizləmə fabrikinə dair məlumatın təqdim edilməsi barədə 25 sentyabr 2023-cü il tarixli müraciətinizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Azərbaycan Respublikası “Xidmət” Dövlət Konserinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 383 nömrəli 13 avqust 1996-cı il tarixli Sərancamının icrasını təmin etmək məqsədilə keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 96 nömrəli 17 aprel 2007-ci il tarixli sərancamı ilə ləğv olunmuş “Xidmət” Dövlət Konserinin tabeliyindəki X15 Təmizləmə fabrikinin bazasında “X15 Təmizləmə” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və hazırda səhmdar cəmiyyətin səhmlərinin 44.84 %-i dövlət mülkiyyətindədir. İş materiallarında olan “X9” Şirkətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 04-2/206 saylı məktubunda bildirilmişdir ki, Şirkətdə “Kimyəvi təmizləmə üzrə aparatçı və ya aparatçı maşinist” vəzifələri yoxdur. Lakin, Şirkətdə hazırda “Regional idarəetmə aparatının İnzibati-təsərrüfat qrupunda paltaryuyan maşınların operatoru” vəzifəsi vardır və bu vəzifədə çalışan işçiyə əmək şəraitinin ağır və zərərli olmasına görə əlavə əmək haqqı və məzuniyyət günlərinin verilməsi təyin edilmişdir. Bu vəzifədə işləyən işçinin vəzifələri-maşınların düzgün işləməsinə, paltaryuyan maşınlarda və boru kəmərlərində idarəetmə və ölçü cihazlarınm işləmə ardıcıllığına nəzarət etmək, ağartma və nişasta məhlullarının tədarükünü təmin etmək, yuyulmuş camaşırların təmizliyini müəyyənləşdirmək, paltaryuyan maşında durulama aparmaq, yuyulmuş camaşırları maşından boşaltmaq və avadanlıqları təmizləməkdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” X17 hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli, 3-21-1-3/2-877/2024 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 06 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısında əllə xüsusi geyimlərin yuyulması ilə məşğul olan xüsusi geyimlərin yuyulması və təmiri üzrə maşinistin vəzifəsi zərərli peşələrə aid edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 05 iyul tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın 407-ci bəndində zəhərləyici, aşındırıcı və qıcıqlandırıcı kimyəvi maddələrlə çirklənmiş xüsusi geyimlərin qəbulu və yuyulması üzrə fəhlələrə 6 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tərixli 320 nömrəli Qərarına “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” əlavə edilmiş 1 nömrəli Siyahıda (12424000 kodu ilə Sanitar-buraxılış məntəqələrində (duşxanalarda, camaşırxanalarda, xıisusi geyimlərin təmizlənməsi və tozsuzlaşdırılması işləri), “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin”, 2 nömrəli Siyahıda isə (2092500a-1753 kodu ilə xüsusi geyimin qəbulu, yuyulması, qurudulması və təmiri ilə məşğul olan fəhlələr, 2110A030-14042 kodu ilə zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulması və təmiri üzrə maşinistlər, ******* a-14042 və 2130302a-14042 kodları ilə zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimlərin təmiri və təmizlənməsi) üzrə vəzifələr müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 06 aprel 2015-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş AZS ***- **** “Məişət xidmətləri. Camaşırxana xidmətləri. Ümumi texniki şərtlər’’ dövlət standartı tikiş və trikotaj məmulatlarının yuyulması üzrə xidmətlər göstərən təşkilatlara və fərdi sahibkarlara şamil olunmuş və bu standartda məmulatların yuyulması və işlənməsi üzrə xidmətlərə dair ümumi texniki tələblər, istehlakçıların həyat və sağlamlığı, onların əmlakının qorunması üçün xidmətlərin göstərilməsində təhlükəsizlik və ətraf mühitin qorunması üzrə tələblər göstərilmiş, eyni zamanda sözügedən standartda işlərin görülməsi zamanı istifadə edilmiş kimyəvi mənşəli maddələrin təhlükəliliyi baxımından zərərliliyin müəyyən edilməsi üçün göstəricilər qeyd olunmamış və tələblər müəyyən edilməmişdir. İş materiallarında olan Р № 606714 nömrəli, 29 iyul 1969-cu il tarixli diplomun surətindən görünür ki, X10 1966-cı ildə Sumqayıt Kimya Texnologiya Texnikumuna daxil olmuş və 1969-cu ildə “Sintetik kauçuk texnologiyası” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 29 iyun 1969-cu il tarixli qərarı ilə ona “texnik-texnoloq” ixtisası verilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-290411/2023 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, xx.xx.1948-ci il təvəllüdlü iddiaçı X10 xx.xx.2006-cı il tarixə ümumilikdə 36 il 7 ay 20 gün iş stajına malik olmuş, bu müddətin “X15 Təmizləmə Fabriki”ndə aparatçı (10 il 9 ay 2 gün) və qəbuledici (17 il 5 ay 15 gün) vəzifələrində işlədiyi 28 il 2 ay 17 gününün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajı olduğunu iddia edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh inzibati orqan isə onun xx.xx.2006-cı il tarixə olan yaş həddini, ümumi və iddia etdiyi xüsusi sığorta stajının müddətini mübahisələndirməmiş, yalnız zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olmasının, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğun (eyniliyin), işin konkret hallarının (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakterinin, habelə işlədiyi müəssisənin fəaliyyət istiqamətinin) iş yerinin arayışında dəqiq göstərilmədiyini əsas gətirərək, təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajının olmadığını bildirərək, güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasınm 17 saylı, xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasınm Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 1.3-cü bəndinə əsasən, xx.xx.2017-ci il tarixədək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 01 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş nomıaları əsasında təyin edilir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli icmal məktublarında xüsusi ilə qeyd edilir ki, iddiacımn zərərli əmək səraitində islədiyi dövrün sivahıda nəzərdə tutulan hansı sahəyə və koda uygun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiacının gördüyü iş, tutdugu vəzifə və malik oldugu peşə ilə güzəştli sərtlərlə yasa görə əmək pensiya hüququ verən iş, vəzifə və peşə arasındakı uygunlugu (eyniliyi) işin konkret halları (iddiaçının tutdugu vəzifəyə və malik oldugu peşəyə görə götürdüyü işin xarakteri, habelə işlədiyi müəssisəsinin fəaliyyət istiqaməti və s) nəzərə almmaqla müəyyən edilə bilər. Həmçinin, Ali Məhkəmənin icmal məktublarında göstərilir ki. işçinin işlədiyi peşə və vəzifə Nazirlər Kabinetinin siyahısında qeyd edilən peşə və vəzifələrə ad baxımından uygun olmaya bilər, lakin həmin peşə və vəzifələri müəyyən etmək üçün mütləq işçinin işlədiyi müəssisə və idarəyə, əgər idarə və müəssisə fəaliyyətini dayandırmışdırsa, ona oxşar idarə və müəssisəyə sorgu verməklə işçinin peşə və vəzifə təlimatına əsasən iş funksiyasını müəyyən etməklə, onun işlədiyi peşə və vəzifənin zərərli və agır olması müəyyən edilə bilər. Xüsusi olaraq qeyd edilir ki, istər müvafıq icra hakimiyyəti orqanları (ƏƏSMN-nin müvafıq idarələri) və vaxud məhkəmələr işcinin güzəştli arayışı ilə kifayətlənməməli, işlədiyi idarə və müəssisəyə və yaxud idarə və müəssisə fəaliyyətini dayandırmışdırsa, həmin idarə və müəssiyə oxsar fəaliyyət növü ilə məşgul olan idarə və müəssisəyə sorgu verməklə yuxarıda qeyd edilən halları müəyyən etdikdən sonra hüquqi qiymət verməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmçinin, İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının islədiyi müəssisə olmadığı halda, oxşar müəssisə və ya müvafıq orqanlara onun tutduğu vəzifə və malik olduğu peşə ilə əlaqədar sorgular verməklə, qeyd edilən halları müəyyən etdikdən sonra münasibət bildirməli olduğu halda bunu etməmiş, heç bir araşdırma aparmadan X4 güzəştli pensiya təyinatından imtina etmişdir. Halbuki, iş materiallarında olan X15 Təmizləmə Fabrikinin kadrlar şöbəsinin xx.xx.1998-ci il tarixli, 30 nömrli Aktında iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, işlədiyi müəssisənin fəaliyyət istiqaməti, habelə “X9” Şirkətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 04-2/206 saylı məktubunda iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə şirkətdə olan uyğun peşə və vəzifənin ağır və zərərli iş olması öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” X17 hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21- 1-3/2-877/2024 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 06 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda əllə xüsusi geyimlərin yuyulması ilə məşğul olan xüsusi geyimlərin yuyulması və təmiri üzrə maşinistin vəzifəsi zərərli peşələrə aid edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 05 iyul tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın 407-ci bəndində zəhərləyici, aşındırıcı və qıcıqlandırıcı kimyəvi maddələrlə çirklənmiş xüsusi geyimlərin qəbulu və yuyulması üzrə fəhlələrə 6 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tərixli 320 nömrəli Qərarına “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” əlavə edilmiş 1 nömrəli Siyahıda (12424000 kodu ilə Sanitar-buraxılış məntəqələrində (duşxanalarda, camaşırxanalarda, xıisusi geyimlərin təmizlənməsi və tozsuzlaşdırılması işləri), “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin”, 2 nömrəli Siyahıda isə (2092500a-1753 kodu ilə xüsusi geyimin qəbulu, yuyulması, qurudulması və təmiri ilə məşğul olan fəhlələr, 2110A030-14042 kodu ilə zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulması və təmiri üzrə maşinistlər, ******* a-14042 və 2130302a-14042 kodları ilə zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimlərin təmiri və təmizlənməsi) üzrə vəzifələr müəyyən edilmişdir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 06 aprel 2015-ci il tarixli, **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş AZS ***-**** “Məişət xidmətləri. Camaşırxana xidmətləri. Ümumi texniki şərtlər” dövlət standartı tikiş və trikotaj məmulatlarının yuyulması üzrə xidmətlər göstərən təşkilatlara və fərdi sahibkarlara şamil olunmuş və bu standartda məmulatların yuyulması və işlənməsi üzrə xidmətlərə dair ümumi texniki tələblər, istehlakçıların həyat və sağlamlığı, onların əmlakının qorunması üçün xidmətlərin göstərilməsində təhlükəsizlik və ətraf mühitin qorunması üzrə tələblər göstərilmiş, eyni zamanda sözügedən standartda işlərin görülməsi zamanı istifadə edilmiş kimyəvi mənşəli maddələrin təhlükəliliyi baxımından zərərliliyin müəyyən edilməsi üçün göstəricilər qeyd olunmamış və tələblər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunverici iddiaçının xx.xx.1998-ci il, yəni 50 yaşının tamam olduğu tarixdə pensiya hüququ verən yaş həddini artıq 50 il deyil, 50 il 6 ay müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X6 tələbinin birinci hissəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın 50 yaşının tamam olduğu xx.xx.1998-ci il tarixdən deyil, hüququnun yarandığı, yəni 52 yaşının tamam olduğu xx.xx.2000-ci il tarixdən təyin olunmasını tələb etməkdə haqlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının Əli Bayramlı X3 işlədiyi peşə və vəzifələr «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan 9.8-ci maddəsinin tələbinə müvafiq olaraq 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli Siyahıdakı X. KİMYA İSTEHSALATİ: “zəhərli maddələrlə zəhərlənmis xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulması və təmiri üzrə maşinistlər” vəzifəsinə uygundur və 2110A030 - 14042 nömrə ilə kodlaşdırılmışdır. Göründüyü kimi, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı X6 xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi üçün xx.xx.2006-cı il və xx.xx.2017-ci il tarxədək qüvvədə olmuş qanunvericilik aktlarında təsbit edilən maddi hüquq normalarının müəyyən etdiyi tələblərə müvafiq olaraq yaş həddinə, ümumi və güzəştli sığorta stajına malik olmuş və güzəştli pensiya təyinatı hüququnu əldə etmişdir. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır və bu cavabdeh təşkilat qarşısında ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini yaradır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-290411/2023 nömrəli məktubuna əsasən iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti cavabdeh inzibati orqana 14 noyabr 2023-cü il tarixdə daxil olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müraciətinin cavabdeh inzibati orqana daxil olduğu 14 noyabr 2023-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarında olan, mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan güzəştli iş stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2000-ci il tarixdən, 52 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən və xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2000-ci il tarixdən, 52 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunu 9.8-ci maddəsinə əsasən və xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2609/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2609/2024
02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver