Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-261/2021 01.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X2, X4 və X3 Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi, ev 7, mənzil 18 (Yeni qaydalarla Az 1801 ,Şirvan şəhəri, X5 417, M 2, mənzil 1) pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2, X4 və X3 Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi, ev 7, mənzil 18 (Yeni qaydalarla Az 1801 ,Şirvan şəhəri, X5 417, M 2, mənzil 1) pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər xx.xx.2020-ci il tarixə saat 10:30-a məhkəməyə dəvət edilmişlər. Məhkəmənin xx.xx.2020-ci il tarixə saat 10:30-a, xx.xx.2021-ci il tarixə saat 14:30-a və xx.xx.2021-ci il tarixə saat 15:00-a təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək İddiaçı həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubunun poçt xəbərnaməsinə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə imza edərək qəbul edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80ci maddələrinə əsasən məhkəmə qərara aldı:
1. İddiaçı Cavabdehnə qarşı X2, X4 və X3 Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi, ev 7, mənzil 18 (Yeni qaydalarla Az 1801 ,Şirvan şəhəri, X5 417, M 2, mənzil 1) pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası geri götürülmüş hesab edilsin. 2.İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun.
3. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim Orxan İsmayılov