Məhkəmə qərarları › İş №2-1(120)-261/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-261/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-261/2024 29.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunmuş iş stajını və pay torpağına görə ödədiyi ödənişləri sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «işlədiyi illəri və hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-261/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qərardadı ilə, iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-261/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçsında qeyd olunmuş iş stajını və pay torpağına görə ödədiyi ödənişləri sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu verilərək bildirilmişdir ki, Nazirliyin X1 sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, X10 (SUN: **********1) tərəfindən 2014 və 2016-cı illər üçün təqdim edilmiş 0900 fəaliyyət növünün kodu üzrə (Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan səxslər) hesabatlarda sığortaolunan kimi məlumatlarınız qeyd edilmədiyindən fərdi şəxsi hesabınızda həmin dövr üzrə məlumatlar öz əksini tapmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin "Siğortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölümündə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmış S.Yusifovanın ailə üzvləri məlumatlarında o və digər şəxslər barədə məlumat aşkar edilməmişdir. O, 1973-cü il tarixdən 1996-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək haqqı almış və işləməyi ona məxsus əmək kitabçasında öz təsdiqini tapır. Bundan başqa xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, icraatda olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi və hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1 (120)- 2154/2022 nömrəli inzibati iş vardır.Hesab edirik ki, icraatınızda olan 2-1 (120)-2154/2022 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik.İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək xahiş etmişdir ki, ona yaşa görə əmək pensiyası təyin edilsin. Cavabdeh orqan xx.xx.2022ci il tarixdə iddiaçının minimum 25 il sosial sığorta stajına malik olmadığından həmçinin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan vermədiyi üçün əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçı 1973-cü il tarixdən 1996-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş və əməkhaqqı almışdır. Bununla bağlı cavabdeh orqan bildirmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin arayışının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, ******* saylı əmək kitabçasının surətinə əsasən 1973-1979-cu illər kolxozda 1 il (240 adam günü norması nəzərə alınmaqla) kolxoz fəaliyyəti, 02.01,1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən 01,02.1984-cü il tarixədək, 01,03.1984cü il tarixdən xx.xx.1996- cı il tarixədək ümumilikdə 19 il 8 ay 11 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir:“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişiləı üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 217.1-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.Qanunun normalarının və işin faktiki hallarının ümumi təhlili bunu göstərir ki, yaşa göre əmək pensiyasının təyin edilməsi şərti kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmaqdan ziyadə, ya pensiya kapitalı toplanılmalıdır ya da, qanunla müəyyən edilmiş sosial sığorta stajı mövcud olmalıdır. Sosial sığorta stajı isə gevd edilən Qanunun müvafiq maddəsins əsasən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan is və ya digər fəalivvəl dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək kitabçasının mövcudluğu şəxsin, həqiqətən də, yaşa görə əmək pensiyasınının təyin olunmağı üçün yetərli əsas olduğu anlamına gəlmir. Belə ki, şəxsin c dövrdə işləməyinin əsas sübutu qismində həm də, onun məcburi dövlət sosial sığorta haqlarını ödədiyini təsdiq edən sənəd çıxış edir. Çünki bu, sosial sığorta stajının müəyyən edilməsinin əsas şərti kimi çıxış edir.İddiaçını çalışdığını iddia etdiyi pay torpağı ilə bağlı məcburi dövlət sosial sığorta haqlarını iddiaçının qızı Yusifova Sədəf ödədiyindən həmin qəbz üzrə pensiya kapitalı S.B.Yusifovanın fərdi hesabında qeydə alınmışdır. Bununla yanaşı, X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “işlədiyi və hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı xx.xx.2023-cü il tarixli məktubla iddiaya dair etiraza əlavə təqdim edərək bildirmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi və hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair 2-1(120)-741/2023 nömrəli inzibati iş vardır.Hesab edirik ki, icraatınızda olan 2-1(120)- 741/2023 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair xx.xx.2022-cü il tarixli **********2 nömrəli etiraza əlavəni təqdim edirik.İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək xahiş etmişdir ki, ona yaşa görə əmək pensiyası təyin edilsin. Cavabdeh orqan xx.xx.2022-ci il tarixdə iddiaçının minimum 25 il sosial sığorta stajına malik olmadığından həmçinin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan vermədiyi üçün əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçı 1973-cü il tarixdən 1996-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş və əməkhaqqı almışdır. Bununla bağlı cavabdeh orqan bildirmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin arayışının surətinə əsasən 20.11,1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, ******* saylı əmək kitabçasının surətinə əsasən 1973-1979-cu illər kolxozda 1 il (240 adam günü norması nəzərə alınmaqla) kolxoz fəaliyyəti, 02.01,1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən 01,02.1984-cü il tarixədək, 01,03.1984-cü il tarixdən xx.xx.1996- cı il tarixədək ümumilikdə 19 il 8 ay 11 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır.Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir:“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 217.1-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. “Sosial sığorta haqqında” Qanunun xx.xx.2020-ci il tarixədək olan redaksiyasının 14.5.6- cı maddəsində qeyd edilmişdir ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.İddiaçının ona aid olduğunu iddia etdiyi torpaq qəbzləri müvafiq olaraq xx.xx.2016cı il və xx.xx.2014-cü il tarixə məxsusdur. Qanunun müvafiq müddəasına əsasən ailə kəndli təsərrüfatına yararlı torpaq sahələrindən istifadə edən həmin torpağın mülkiyyətçisi olan əmək qabiliyyətli fiziki şəxs minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyir. Həmin maddədə əmək qabiliyyətli fiziki şəxs dedikdə,

1. İ və İİ qrup əlillər;

2. sağlamlıq imkanları məhdud uşaqlar istisna edilir. İddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq qəbzlərindəki ödənişlərinin həmin şəxsə aid olmadığı Qanunun bu müddəası ilə də sübut olunur. Belə ki, İddiaçı xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə 2-ci qrup əlil olmuşdur. xx.xx.2016-cu il və xx.xx.2014-cu il tarixli torpaq qəbzləri iddiaçının əlil olduğu dövrə düşür. Buradan o nəticəyə gəlirik ki, torpaq qəbzləri iddiaçıya məxsus ola bilməz. Bunun üçün iki əsas mövcuddur:

1. Torpaq qəbzləri iddiaçıya deyil, onun qızı X6 aiddir;

2. Torpağa ödənişlər edildiyi müddətdə iddiaçı 2-ci qrup əlil olmuşdur. İddiaçını çalışdığını iddia etdiyi pay torpağı ilə bağlı məcburi dövlət sosial sığorta haqlarını iddiaçının qızı Yusifova Sədəf ödədiyindən həmin qəbz üzrə pensiya kapitalı S.B.Yusifovanın fərdi hesabında qeydə alınmışdır. Bununla yanaşı, X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində 01.01,2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır.Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən,İddiaçı “işlədiyi və hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü :

İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən İmişli şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı :

İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuş İddiaçı İmişli rayonu, Mirili kəndində qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubuna göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 18 aprel 2022-ci il tarixli (daxilolma tarixi: 22 aprel 2022-ci il; daxilolma nömrəsi: **********3) müraciətinizə baxılmışdır. Müraciətlə əlaqədar bildirilir ki, Nazirliyin X1 sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, X10 (SUN: **********1) tərəfindən 2014 və 2016-cı illər üçün təqdim edilmiş 0900 fəaliyyət növünün kodu üzrə (Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan səxslər) hesabatlarda sığortaolunan kimi məlumatlar qeyd edilmədiyindən fərdi şəxsi hesabınızda həmin dövr üzrə məlumatlar öz əksini tapmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Əlavə olaraq qeyd etmək istəyir ki, MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Siğortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölümündə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmış S.Yusifovanın ailə üzvləri məlumatlarında onun və digər şəxslər barədə məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 194 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - ИТ-İ №0485663 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - xx.xx.1976-ci il tarixli, 396 nömrəli kolxozçunun əmək kitabçasından görünür ki, İddiaçı 1973-1979-cu illərdə kolxozçu işləməsi barədə məlumatlar qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 saylı məktubda göstərilmişdir ki, İddiaçı iddia tələbi üzrə inzibati icraat materiallarının təsdiq edilmiş surəti təqdim edilir. - İş materiallarında olan torpağa mülkiyyətə dair JN -122 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, İmişli rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.48 hektar torpaq sahəsi verilmişdir. - İş materiallarında olan torpağa mülkiyyətə dair JN -123 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, İmişli rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X11, X7, X12, X16, X14 və X3 təsərrüfatı məhsullarının istehsalı üçün 3.38 hektar torpaq sahəsi verilmişdir. - İmişli Rayon İcra Hakimiyyəti İmişli Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, M- 3-48-22RA/2-127/2023 saylı məktubda göstərilmişdir ki, İddiaçı Yıısubəli oglunmı 1973- 1979-cu illərdəki Komsomol kolxozundakı əmək fəaliyyəti ilə bağlı sorğunuza cavab olaraq bildiririk ki, əvvəla 1973-1979-cu illərdə imişli rayonun “Komsomol’' kolxozu Bəcirəvan kəndində deyil Bəcirəvan kənd sovetinin Qaravəlli kəndində olub. Yuxarıda göstərilən illərin isə arxiv sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - İmişli Rayon İcra Hakimiyyəti İmişli Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3- 48-22RA/2-203/2023 saylı məktubda göstərilmişdir ki, İmişli rayonunda fəaliyyət göstərmiş “Komsomol” kolxozunun 1973-1979-cu illərin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixli 2-1(120)-2154/2022 nömrəli məktubuna aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin arayışının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən 1973-1979-cu illər üzrə kolxozda 1 il (240 adam günü norması nəzərə alınmaqla) kolxoz fəaliyyəti, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-cı il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 19 il 8 ay 11 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin vətəndaşın təqdim etdiyi xx.xx.2014-cü il tarixli qəbz X6 məxsus olduğundan həmin qəbz üzrə pensiya kapitalı adıçəkilən şəxsin fərdi hesabında qeydə alınmışdır. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dcvlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi və hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair xx.xx.2022-ci il tarixli 2-1(120)-2154/2022 nömrəli sərəncama baxılmışdır. xx.xx.2022-ci il tarixli 2-1 (120)-2154/2022 nömrəli sərəncamda İddiaçı əmək fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş qarşılıqlı yoxlama aktının məhkəməyə təqdim edilməsi qeyd edilmişdir. İddiaçı əmək fəaliyyətinin yoxlanılmasına dair qarşılıqlı yoxlama aktı tərtib edilməmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubunda göstərilmişdir ki, İddiaçı Nazirliyin X1 sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölümündə **********0 saylı SUN və ********** saylı VÖEN-lə xx.xx.2020-ci il tarixində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmış və sosial sığorta nömrəsi **********576 olaraq qeyd edilmişdir. Həmçinin, İddiaçı **********576 saylı fərdi şəxsi hesabında xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. - İşdə olan X24 Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 13 noyabr 2022-ci il tarixli, 157000/25442 nömrəli məktubda göstərilmişdir ki, bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən bank sirri hesab olunur.Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancmda olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunlarm müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Yuxarıdakılara əsasən pulun mədaxil olunduğu hesab (vöen qeyd edilməklə) və dövr qeyd olunmaqla qərardad təqdim edildikdə araşdırma aparıla bilər. X15 Agentliyində açdımışdırsa aidiyyəti üzrə müraciət edilməlidir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubunda göstərilmişdir ki, İddiaçı əmək fəaliyyəti dövrü üzrə qarşılıqlı yoxlama aktı tərtib edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaravəlli kəndinzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 69 nömrəli məktubunda göstərilmişdir ki, 2016,2017-ci il təsərrüfat ilində İN-122, kod 90705028 olan Dövlət aktı üzrə 0,48 hektar torpaq sahəsinin hamsını əkmişdir və dövlətdən əkin subsidiyası almışdır. Həmçinin onun ailə üzvləri İN-123 kod 90705028 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan 3,38 hektar torpaq sahəsi də, 2016 və 2017-ci illərdə tam olaraq əkilmişdir. Həmin əkinlərə görə subsidiya ilə təmin olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 3-17-1/3-1-7713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xidməti məktubda göstərilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 nömrəli xidməti məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.2007-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 1 ay 2 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1980-ci il tarixədək 1 il 4 ay kolxozdakı əmək fəaliyyəti, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək olan 10 il 8 ay 20 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə sığorta stajı 14 il 1 ay 22 gün təşkil etmişdir. Lakin əlilliyə görə əmək pensiyası təyin edilərkən sığorta stajı texniki səhv nəticəsində 16 il 6 ay 22 gün kimi hesablanmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı əlillik müddəti bitdiyinə görə xx.xx.2021-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-ci il tarixli, 3-17-1/2- 36647/2023 saylı məktubunda göstərilmişdir ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən 3-cü keyfiyyət qrupu üzrə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 4 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirdilər.Həmin Qanunun 14-cü maddəsinə xx.xx.2016-cı il tarixində 205-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Qeyd hissə əlavə edilmiş, həmin əlavədə bildirilmişdir ki, bu maddənin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər basa düşülür. - İşdə olan X24 Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 28 fevral 2024-cü il tarixli, 2024/111/5644 nömrəli məktubda göstərilmişdir ki, məktubua əlavə edilmiş qərarda qeyd olunan məlumatlar üzrə araşdırma aparmaq mümkün olmamışdır. Dəqiq məlumatlar (əməliyyatın dövrü, hesab, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN) təqdim edildiyi təqdirdə yenidən araşdırma aparılacaqdır. Məcburi dövlət sosial sığorta ödənişləri vətəndaşın bankdakı hesabına deyil, DSMF-yə köçürülür. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-112521/2024 saylı mülahizə məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Şosia! Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı üçüncü şəxs qismində cəlb edilməklə “əmək kitabçasında qeyd olunmuş iş stajını və pay torpağına görə ödədiyi ödənişləri sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli Mərkəzi Filiala müraciətinə verilmiş xx.xx.2022- ci il tarixli **********/ nömrəli məktubunda müvafiq məlumatlar təqdim edilmişdir. Nazirliyin X1 sisteminin “Sığorta” (Hesabat) altsistemində siğortaedən, X10 (SUN: **********1) tərəfindən 2014 və 2016-cı illər üçün təqdim edilmiş 0900 fəaliyyət növünün kodu üzrə Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər) hesabatlarda sıqortaolunan kimi iddiaçının məlumatları qeyd edilmədiyindən onun fərdi şəxsi hesabında həmin dövr üzrə məlumatlar öz əksini tapmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedenin vəzifəsidir. Bununla yanası, MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sıqortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölümündə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmış S.Yusifovanın ailə üzvləri məlumatlarında iddiaçı və digər şəxslər barədə məlumat aşkar edilməmişdir, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 217.1-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Qanunun normalarının və işin faktiki hallarının ümumi təhlili bunu göstərir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi şərti kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmaqdan ziyadə, ya pensiya kapitalı toplanılmalıdır ya da, qanunla müəyyən edilmiş sosial sığorta stajı mövcud olmalıdır. Sosial sığorta stajı isə qeyd edilən Qanunun müvafiq maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan is və va digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, şəxsin o dövrdə işləməyinin əsas sübutu qismində həm də, onun məcburi dövlət sosial sığorta haqlarını ödədiyini təsdiq edən sənəd çıxış edir. Çünki bu, sosial sığorta stajının müəyyən edilməsinin əsas şərti kimi çıxış edir. İddiaçını çalışdığını iddia etdiyi pay torpağı ilə bağlı məcburi dövlət sosial sığorta haqlarını iddiaçının qızı Yusifova Sədəf ödədiyindən həmin qəbz üzrə pensiya kapitalı S.B.Yusifovanın fərdi hesabında qeydə alınmışdır. Bununla yanaşı, X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçı məhkəməyə müraciət edərək, əmək kitabçasını və ödəniş qəbzlərini təqdim edərək məhkəmədən ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən imtina edilərək göstərilmişdir ki, minimum pensiya təminatı üçün tələb olunan 25 il siğorta stajı, fərdi hesabın siğorta hissəsində minimum pensiya təminatına imkan verən kapitalı olmadığı üçün, yaşa görə əmək pensiyası təyinatının aparılması mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin arayışının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən 1973-1979-cu illər üzrə kolxozda 1 il (240 adam günü norması nəzərə alınmaqla) kolxoz fəaliyyəti, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-cı il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 19 il 8 ay 11 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı — əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır.) (maddə 7). "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1 -ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1- dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1- dək olan sığorta stajı, bu Qanunun 22-1.1 -ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən "əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2- ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxildir. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş qızı S.Yusifovanın adına qeydə alınmış xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli ödəniş qəbzləri iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx.xx.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21 -ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (xx.xx.2006-a il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. “Sosial sığorta haqqında" Qanun: Maddə 4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: - pensiya yaşına çatmaq; Maddə 12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər - Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1- dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu - 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. - 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. - 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı - 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. -14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: - 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; - 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Мəhkəmə İT-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmçinin cavabdeh imtina məktubunda qeyd edir və təsdiq edir ki, 1 yanvar 2006-cı ilə qədər iddiaçının 19 il 8 ay 11 gün sığorta stajı olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı tərəfindən qəbzlər təqdim edilmişdir və fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin məcburi dövlət sosial sığorta haqqı ödədikləri dövr barədə xx.xx.2014-cü il və xx.xx.2016-cı il tarixli qəbzlərdən görünür ki, X10 (iddiaçının qızı) məcburi dövlət sosial sığorta haqqı üzrə xx.xx.2014-cü il və xx.xx.2016-cı il tarixlərdə ödənişlər etmişdir. İddiaçı məhkəmə prosesində torpaq sahələrinin özünün və ailəsinin birgə təsərrüfatı üçün istifadə edildiyini, müvafiq ödənişlərin cavabdeh orqana qızı tərəfindən deyil, məhz özü tərəfindən ödənildiyini iddia etmişdir, həmin ərəfələrdə DSMF-nin əməkdaşlarının məsləhəti ilə ödənişlər edən zaman qızının adını qeyd etdiyini bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, torpağa mülkiyyətə dair JN -122 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, İmişli rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.48 hektar torpaq sahəsi verilmişdir. Adı ödəniş qəbzlərində qeyd edilmiş S.Yusifovaya aid torpağa mülkiyyətə dair JN -123 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, İmişli rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X11, X7, X12, X16, X14 və X3 təsərrüfatı məhsullarının istehsalı üçün 3.38 hektar torpaq sahəsi verilmişdir. İddiaçı qızı X4 adı qeyd olunan xx.xx.2014-cü il və xx.xx.2016-cı il tarixli qəbzlər üzrə özü tərəfindən ödənişlər etdiyini bildirsə də, iş materiallarına əlavə olunmuş sənədlər üzrə bu hal öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə məlumat verilmişdir ki, İddiaçı Nazirliyin X1 sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölümündə **********0 saylı SUN və ********** saylı VÖEN-lə xx.xx.2020-ci il tarixdə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmış və sosial sığorta nömrəsi **********576 olaraq qeyd edilmişdir. Həmçinin, İddiaçı **********576 saylı fərdi şəxsi hesabında xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin arayışının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən 1973- 1979-cu illər üzrə kolxozda 1 il (240 adam günü norması nəzərə alınmaqla) kolxoz fəaliyyəti, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-cı il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 19 il 8 ay 11 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin vətəndaşın təqdim etdiyi xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli qəbzlər X6 məxsus olduğundan həmin qəbz üzrə pensiya kapitalı adıçəkilən şəxsin fərdi hesabında qeydə alınmışdır. Həmçinin cavabdeh orqan tərəfindən X5 adına **********744 saylı dövlət sosial siğorta şəhadətnaməsi və X2 adına **********386 saylı dövlət sosial siğorta şəhadətnaməsinin surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 217.1-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. “Sosial sığorta haqqında” Qanunun xx.xx.2020-ci il tarixədək olan redaksiyasının 14.5.6- cı maddəsində qeyd edilmişdir ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.İddiaçının ona aid olduğunu iddia etdiyi torpaq qəbzləri müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2014-cü il tarixə məxsusdur. Qanunun müvafiq müddəasına əsasən ailə kəndli təsərrüfatına yararlı torpaq sahələrindən istifadə edən həmin torpağın mülkiyyətçisi olan əmək qabiliyyətli fiziki şəxs minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyir. Həmin maddədə əmək qabiliyyətli fiziki şəxs dedikdə,

3. İ və İİ qrup əlillər;

4. sağlamlıq imkanları məhdud uşaqlar istisna edilir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq qəbzlərindəki ödənişlərinin həmin şəxsə aid olmadığı Qanunun bu müddəası ilə də sübut olunur. Belə ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə 2-ci qrup əlil olmuşdur. İddiaçının xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək və xx.xx.2016-xx.xx.2017-ci ilədək ikinci dərəcə əlil olması barədə TSEK-in altsistemindən məlumatlarda öz əksini tapmışdır. xx.xx.2016-cu il və xx.xx.2014-cü il tarixli torpaq qəbzləri iddiaçının əlil olduğu dövrə düşür, torpaq qəbzləri iddiaçıya məxsus ola bilməz. Bunun üçün iki əsas mövcuddur:

3. Torpaq qəbzləri iddiaçıya deyil, onun qızı X6 aiddir;

4. Torpağa ödənişlər edildiyi müddətdə iddiaçı 2-ci qrup əlil olmuşdur. X1 sisteminin “Sığorta” (Hesabat) altsistemində siğortaedən, X10 (SUN: **********1) tərəfindən 2014 və 2016-cı illər üçün təqdim edilmiş 0900 fəaliyyət növünün kodu üzrə Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər) hesabatlarda sıqortaolunan kimi iddiaçının məlumatları qeyd edilmədiyindən onun fərdi şəxsi hesabında həmin dövr üzrə məlumatlar öz əksini tapmamışdır. "Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, sosial müavinət alır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunmuş iş stajını və pay torpağına görə ödədiyi ödənişləri sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunmuş iş stajını və pay torpağına görə ödədiyi ödənişləri sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar