Məhkəmə qərarları › İş №2-1(120)-2611/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2611/2023

07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2611/2023 07.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 оğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “soyadının “Mirzəyev”, ata adının “Mirzəbala” yazılmaqla təkrar doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “soyadının “Mirzəyev”, ata adının “Mirzəbala” yazılmaqla təkrar doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının barəsində Neftçala rayon Xolqarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1958ci il tarixli, 146 saylı doğum haqqında akt qeydində soyadı “Mirzaev”, ata adı “Mirzə” qeyd edilmiş, lakin iddiaçının barəsində tərtib edilmiş bütün digər sənədlərdə soyadı “Mirzayev” ata adı “Mirzəbala” kimi yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında doğum haqqında akt qeydində soyadının “Mirzəyev” soyadına, ata adının “Mirzəbala” adına düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Mirzayev X2 rayonu, Xolqarabucaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - xx.xx.1958-ci il tarixli, 146 saylı doğum haqqında akt qeydindən görünür ki, X1 xx.xx.1958-ci ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında X8, ana qrafasında X3 qeyd edilmişdir. - xx.xx.1977-ci il tarixli, NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, ad qrafasında İddiaçı qeyd edilmişdir. - iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı atasının adı X4 qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində Neftçala rayon Xolqarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 146 saylı doğum haqqında akt qeydində soyadının “Mirzaev” ata adının “Mirzə” qeyd edilməsinə baxmayaraq, digər sənədlərdə soyadı “Mirzəyev”, ata adı “Mirzəbala” qeyd edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında və digər bütün sənədlərində soyadının “Mirzəyev” ata adının “Mirzəbala” olaraq qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin verilməsi üçün təqdim edilən sənərlərdə də iddiaçının soyadı “Mirzəyev, ata adı “Mirzəbala” olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə ata adının “Mirzəbala” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində soyadının “Mirzəyev”, ata adının “Mirzəbala” olaraq düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. xx.xx.1958-ci il tarixli, 146 saylı doğum haqqında akt qeydində iddiaçının (İddiaçı ilə bağlı) “Mirzayev” soyadından “Mirzəyev” soyadına, ata adının “Mirzə” adından “Mirzəbala” adına düzəliş edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar