Məhkəmə qərarları › İş №2-1(120)-2617/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2617/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2617/2024 07.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsiX1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “xx.xx.1996-cı il tarixli 01 saylı auksion protokolunun əslinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “xx.xx.1996-cı il tarixli 01 saylı auksion protokolunun əslinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı ərizə təqdim edərək iddia tələbinin dəqiqləşdirilərək “xx.xx.1996-cı il tarixli 01 saylı auksion protokolunun əslinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasına davam etdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qeyd edilən auksion protokolu ilə tanış olduğunu bildirərək sənədin əslinin ona verilərək tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin cavabdeh orqan tərəfindən təmin olunduğunu və hazırki inzibati iş üzrə mübahisənin mövcud olmadığını bildirərək iş üzrə tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mübahisə olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1051/2022 saylı 28 aprel 2022-ci il tarixli Qərardadından müəyyən edilir ki, mübahisələndirilən sənədləri iddiaçı əldə etdiyi üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və iddia ərizəsi geri qaytarılaraq iş üzrə icraata xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş xx.xx.1996-cı il tarixli, 01 saylı auksion protokolu və tərtib olunmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, cavabdeh orqan qeyd edilən protokolun və tərtib edilməsinə əsas olunmuş sənədləri məhkəməyə təqdim etməklə hazırki iş üzrə mübahisənin aradan qaldırmış olmuşdur. Həmçinin cavabdeh inzibati orqan tərəfindən məhkəmə sorğusu əsasında 30 avqust 1996-cı il tarixli 01 nömrəli aksuion protokolunun surəti təqdim edilmiş və sənədə arxivdə saxlanılan sənədin nüsxəsi ilə eynidir möhürü vurulmuşdur. Məhkəmə hesab edir ki, mövcud qanunvericiliyə əsasən, mübahisələndirilən həmin sənədin arxiv nüsxəsi sənədin əsli ilə eyni məzmuna və hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (maddə 67.3). Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı xx.xx.1996-cı il tarixli 01 saylı auksion protokolunun əslinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair tələbi cavabdeh tərəfindən təmin edildiyi üçün məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin olunmuşdur və iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “xx.xx.1996-cı il tarixli 01 saylı auksion protokolunun əslinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar