Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-262/2021 04.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına qarşı “mərhum əri X5 xx.xx.2003-xx.xx.2005-ci illərdə Saatlı rayon Gigiyena və Epidemiologiya mərkəzində işlədiyi iş stajının və 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınaraq 18 yaşına çatmamış övladı X7 hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ailə başçısının itirilməsinə görə X7 əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-1(120)-262/2021 saylı qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialı ilə əvəz edilməsi, iddia tələbinə mərhum əri X5 xx.xx.2003-xx.xx.2005-ci illərdə Saatlı rayon Gigiyena və Epidemiologiya mərkəzində işlədiyi iş stajının və 1985- 1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınaraq 18 yaşına çatmamış övladı X7 hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı ailə başçısının itirilməsinə görə X7 əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə X25 Şəxsinin Saatlı rayon filialına müraciət etmişdir. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli **********4 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, mərhum əri X5 xx.xx.2003-xx.xx.2005-ci illərdə Saatlı rayon Gigiyena və Epidemiologiya mərkəzində işlədiyi və 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınaraq ailə başçısının itirilməsinə görə mərhum ərinin himayəsində olan X10 əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının mərhum həyat yoldaşı X5 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda, xx.xx.2003-xx.xx.2005-ci illərdə Saatlı rayon Gigiyena və Epidemiologiya mərkəzində, xx.xx.2006-xx.xx.2011-ci illərdə Saatlı rayon X16 işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, ailə başçısının itirilməsinə görə himayəsində olan X10 əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, X18 rayon filialının xx.xx.2019cu il tarixli, 141 nömrəli arxiv arayışlarını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş arxiv kitablarından çıxarışlara və Dövlət Sosial Müdafiə X25 Şəxsinin Saatlı rayon filialının xx xxxxxxx 2020-ci il tarixli **********6 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçının mərhum həyat yoldaşı X5 xx.xx.2003-xx.xx.2005-ci illərdə Saatlı rayon Gigiyena və Epidemiologiya mərkəzində və 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda işlədiyi iş stajı həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınaraq 18 yaşına çatmamış övladı X7 xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 1992-ci il tarixli, Vİ-JQ 255991 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X3 ilə nikaha daxil olmuş və sonuncu “Rzayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan xx xxxxxx 2009-cu il tarixli, AZ-İİ № 358699 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında X14, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, AZ-İİ № 029469 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan X18 rayon filialının xx.xx.2019-cu il tarixli, 141 nömrəli arxiv arayışlarından və məhkəmənin sorğusu əsasında göndərilmiş arxiv kitablarından çıxarışlardan görünür ki, X14 1985-1995-ci illərdə Sabirabad rayonu “M.B.Qasımov” adına kolxozda işləmişdir. İş materiallarında olan X18 rayon filialının xx.xx.2019-cu il tarixli, 141 nömrəli arxiv arayışlarından və məhkəmənin sorğusu əsasında göndərilmiş arxiv kitablarından çıxarışlardan görünür ki, X14 xx.xx.2003-xx.xx.2005-ci illərdə Saatlı rayon Gigiyena və Epidemiologiya mərkəzində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin xx.xx.2006-cı il tarixli, 38/k nömrəli əmrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2006-cı il tarixdən Respublika Bitki Mühafizəsi Mərkəzinin Saatlı rayon X9 mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin xx.xx.2011-ci il tarixli, 29/k nömrəli əmrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2011-ci il tarixdən Respublika Bitki Mühafizəsi Mərkəzinin Saatlı rayon X9 aqronom vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin xx.xx.2020-ci il tarixli 15/1-249 nömrəli məktubundan görünür ki, X14 xx.xx.2006-xx.xx.2011-ci illərdə işləyib, əmək haqqı almışdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2017-xx.xx.2019-cu illərdə Saatlı rayon Gigiyena və Epidemiologiya Mərkəzində tibbi qeydiyyatçı vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx xxx 2020-ci il tarixli, 375 nömrəli məktubuna əlavə olunmuş arayışdan görünür ki, X14 xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü il tarixədək keçmiş Sovet ordusu sıralarında xidmət etmişdir. İş materiallarında olan xx xxxx 1988-ci il tarixli, LT 019684 nömrəli diplomun surətindən görünür ki, X14 1985-ci ildə X13 Texnikomunun aqronom şöbəsinə daxil olmuş və 1988-ci ildə tarixdə ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsinin Saatlı rayon filialının iddiaçıya ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsinin Saatlı rayon filialının əmək pensiyası təyin edən komissiyası xx xxxxxxxx 2020-ci il tarixdə Sizin xx xxxxxxxx 2020-ci il tarixli **********6 saylı azyaşlı övladına ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün ərizənizə baxaraq qərara almışdır. Ədliyyə Nazirliyində xx xxxxxxx 2010-cu il tarixdə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığrtaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən mərhum həyat yoldaşınızın yaşına uyğun tələb olunan sığorta stajı vardır (tələb olunan 13 il 8 ay sığorta stajına qarşı 21 il sığorta stajı vardır). Mərhum həyat yoldaşınız X14 üçün tələb olunan 13 il 8 ay sığorta stajına qarşı 21 il sığorta stajı olmasına baxmayaraq Saatlı rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 141 saylı arayışa əsasən 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda və xx.xx.2019-cu il tarixli 141 saylı arayışa əsasən xx xxx 2003-cü il tarxdən xx.xx.2005-ci il tarixə kimi Saatlı rayon Gigiyena və epidemiologiya mərkəzində işləməsi faktı əmək kitabçasında qeyd edilməmişdir. Odur ki, Saatlı rayon Dövlət arxivi tərəfindən X2nun adına verilmiş xx.xx.2019-cu il tarixli 141 saylı arayışa əsasən 1985-1995-ci illərdə Saatlı rayon M.B.Qasımov adına kolxozda və xx.xx.2019-cu il tarixli 141 saylı arayışa əsasən xx xxx 2003-cü il tarxdən xx xxxxxxxx 2005-ci il tarixə kimi Saatlı rayon Gigiyena və epidemiologiya mərkəzində və Saatlı rayon X17 xx xxxxxx 2020-ci il tarixli arayışına əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixə kimi həmin Mərkəzdə mütəxəssis vəzifəsində işləməsi faktları əmək kitabçasında qeyd edilmədiyinə görə mərhumun azyaşlı övladı X7 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: - 14.1.1-ci və 14.1.1.1-ci maddələrinə görə vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə görə Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə müəyyən etdi ki, X6 atası (ailə başçısı) – X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir, həmin şəxsin vəfat edən zaman sığorta stajı olmuşdur və xx.xx.2009-cu il təvəllüdlü X15 vəfat edənin 18 yaşına çatmamış övladıdır. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbi baxımından X6 ailə başçısını itirən 18 yaşına çatmamış övlad kimi ailə başçısının itirilməsinə görə pensiya almaq hüququ vardır. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (mərhum əri X5 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda və xx.xx.2003-xx.xx.2005-ci illərdə Saatlı rayon Gigiyena və Epidemiologiya mərkəzində işləməsinə dair X18 rayon filialının xx.xx.2019-cu il tarixli, 141 nömrəli arxiv arayışlarını) cavabdehə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X18 rayon filialının xx.xx.2019-cu il tarixli, 141 nömrəli arxiv arayışlarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə iddiaçının mərhum əri X5 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda fəaliyyəti ilə bağlı X18 rayon filialının xx.xx.2019-cu il tarixli, 141 nömrəli arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, İddiaçı mərhum əri X5 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsinin Saatlı rayon filialının məhkəməyə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir: “Şirvan İnzibati Məhkəməsinin icraatında ünvan 3 ünvanında qeydiyyatında olan İddiaçı mərhum həyat yoldaşı X5 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar oğlu X10 ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X20 Şəxsinin Saatlı rayon filialının üzərinə qoyulması barədə iddia tələbi vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçiriməsi və ödənilməsi Qaydalarının 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2 yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir,yəni bu halda 13 il 8 ay sığorta stajından az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Tələb olunan 13 il 8 ay sığorta stajına qarşı 21 il sığorta stajı olmasına baxmayaraq Saatlı rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 141 saylı arayışa əsasən 1985-1995-ci illərdə Saatlı rayon M.B.Qasımov adına kolxozda və xx.xx.2019- cu il tarixli 141 saylı arayışa əsasənxx xxx 2003-cü il tarxdən xx.xx.2005-ci il tarixə kimi Saatlı rayon Gigiyena və epidemiologiya mərkəzində işləməsi faktı əmək kitabçasında qeyd edilməmişdir. Mərhum X1 rayon Dövlət Arxivinin 30.12. 2019-cu il tarixli 141 saylı arayışına əsasən Saatlı rayon M.B.Qasımov adına kolxozda 1985-1995-ci illərdə işləməsi üzrə sığorta stajı təqdim etmişdir. 1985-ci ildə kişilər üçün minimum adam günü norması 240 gün olduğu halda yerinə yetirilən adam günü norması 55 gün oimuşdur. 240/12=20( bir aylıq adam gün norması). 55/20=2 ay 20 gün və qalan illərdə kişilər üçün minimum adam günü normalarını yerinə yetirərək 1989-1995-ci illərdə 7 il 2 ay 20 gün sığorta stajı əldə etmişdir. 1989-1995-ci illərdə kişilər üçün minimum 200 adam günü norması yerinə yetirilmişdir. Arxiv arayışındakı illərdə M.B.Qasımov adına kolxozda minimum adam günü normaları kolxoz idarə heyətinin və rayon kənd təsərrüfatı idarəsinin qərarlarına əsasən müəyyən edilib. M.B.Qasımov adına kolxozda həmin illərdə işləyən şəxslərə əmək pensiyası təyin edilərkən 1988-ci ilə kimi kişilər üçün 240, qadınlar üçün 180 minimum adam gün norması ,1988-ci ildən sonra kişilər üçün 200, qadınlar üçün isə 120 minimum adam gün norması müəyyən edilib. xx.xx.2006-cı il tarixə kimi mərhumun pensiya kapitalı 11 il 9 ay sığorta stajına görə 8489 manat 63 qəpik, xx.xx.2006-cı il tarixdən sonra isə 9 il 3 ay sığorta stajına görə pensiya kapitalı 5613 manat 54 qəpik cəmi 14103 manat 17 qəpik təşkil edir. Mərhumun hərbi xidmət, təhsil illəri, idarə və müəssisələrdə və arxiv arayışındakı iş stajı (minimum adam gün normaları nəzərə alınmaqla) nəzərə alınmaqla iddiaçının oğlu X10 ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi üçün sığorta stajı kifayət edir. Odur ki, Saatlı rayon Dövlət arxivi tərəfindən X2nun adına verilmiş xx.xx.2019-cu il tarixli 141 saylı arayışlarına əsasən 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov" adına kolxozda və xx.xx.2019-cu il tarixli 141 saylı arayışa əsasən xx xxx 2003-cü il tarxdən xx.xx.2005-ci il tarixə kimi Saatlı rayon Gigiyena və epidemiologiya mərkəzində işləməsi faktı əmək kitabçasında qeyd edilmədiyi üçün və kolxozda işlədiyi illər üzrə məcburi dövlət sosial sığorta haqqları ödənilməsi barədə sənədlər filiala təhvil verilmədiyinə görə həmin illər mərhumun sosial sığorta stajına daxil edilmədiyi üçün mərhumun azyaşlı övladı X7 ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasına etiraz edirik”. Göründüyü kimi İddiaçı mərhum əri X5 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov adına” adına kolxozda işlədiyi iş stajı həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınaraq 18 yaşına çatmamış övladı X7 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddiası əsaslıdır. İddiaçı mərhum əri X5 xx.xx.2003-xx.xx.2005-ci illərdə Saatlı rayon Gigiyena və Epidemiologiya mərkəzində işlədiyi iş stajı və 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov adına” adına kolxozda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınaraq 18 yaşına çatmamış övladı X7 hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum əri X5 xx.xx.2003-xx.xx.2005-ci illərdə Saatlı rayon Gigiyena və Epidemiologiya mərkəzində işlədiyi və 1985-1995-ci illərdə Saatlı rayon “M.B.Qasımov” adına kolxozda işlədiyi iş stajının həmin dövrlərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınaraq 18 yaşına çatmamış övladı X7 hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-262/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-262/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver