Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2622/2023 02.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və icarə hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 avqust 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun faktiki istifadəsində olan 40 ha torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və icarə hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X7 məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli Sərancamı ilə İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə icarəyə verilmiş 40 ha torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və icarə hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək, 1992-ci ildə yaradılmış "xxxx" X11 müəssisəsinin mülkiyyətində olmuş, sonralar isə 04 aprel 2002-ci il tarixdə Kürdəmir rayon İH və Böyük Kəngərli kənd İcra Nümayəndəliyinin müvafıq sərəncamı əsasında 30 illik ona icarəyə verilmiş 40 ha torpaq sahəsi, yəni əkin və örüş təyinatlı torpaq sahəsi üçün çıxarış verilməsini xahiş etmişdir. O, öz müraciətini həmin torpaq sahəsinin 30 ilə yaxındır ki, faktiki olaraq onun istifadəsində olması ilə əsaslandırmışdır. Hal-hazırda həmin 40 ha torpaq sahəsində böyük fermer təsərrüfatı mövcuddur. Azərbaycan Respublikası MM-nin 178.6-cı maddəsində göstərilir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Yuxarıda qeyd edilən 40 ha torpaq sahəsi 1992-ci ildən fasiləsiz olaraq onun tərəfındən fasiləsiz və etirazsız olaraq istifadə olunur. Kürdəmir rayon İH başçısımn 06 iyun 1992-ci il tarixli, 324M-№-li sərəncamı, Bağman bələdiyyəsinin 04 aprel 2001-ci il tarixli, 12 saylı qərarı ilə əkinçilik və heyvandarlıq məqsədilə 30 il müddətinə 40 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi isə 11 mart 2021-ci il tarixli məktubunda imtinanı formal olaraq əsaslandırmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X15 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X8 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: İddiaçı məxsus Kürdəmir rayonu, Bağman kəndində yerləşən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Bələdiyyə fondundan icarəyə torpaq sahəsi verilməsi barədə Kürdəmir RİHB-nın xx.xx.1999-cu il tarixli, 207 nömrəli Sərəncamı, Kürdəmir rayon İHB-nın Böyük Kəngərli kəndi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli İcarə müqaviləsi və Kürdəmir RİHB-nın və Kürdəmir rayon İHB-nın Böyük Kəngərli kəndi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş Yerqurluşu xəritəsindən çıxarışı əsas sənəd kimi təqdim etmisiniz. Araşdırma zamanı məlum olmuşdur ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsinin Rəyi təqdim edilməmiş və Kürdəmir rayon İHB-nın Böyük Kəngərli kəndi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli İcarə müqaviləsində icarənin müddəti qeyd edilməmişdir. Həmçinin bildiririk ki, örüş torpaq sahəsi, 15 ildən artıq icarəyə verilə bilməz. Bələdiyyə fondundan icarəyə torpaq sahəsi verilməsi barədə Kürdəmir RİHB-nın Sərəncamı xx.xx.1999-cu il tarixlə olduğu və örüş torpaq sahəsi 15 ildən artıq icarəyə verilə bilməməsini nəzərə alaraq xx.xx.2014-cü il tarixdə icarənin müddəti bitmişdir. Bu səbəbdən də ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli Sərancamının surətindən görünür ki, Kürdəmir rayon Bağman kənd sakini İddiaçı müraciəti nəzərə alınaraq, İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Böyük Kəngərli ərazi nümayəndəliyinin Bağman kəndi ərazisindəki bələdiyyə fondu torpaqlarından icarəyə 40 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 20 oktyabr 1999-cu il tarixli “X16”nin surətindən görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Böyük Kəngərli kəndi üzrə nümayəndəsi X13 ilə İddiaçı arasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 40 ha torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Kürdəmir rayon Bağman bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 saylı qərarına və xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən əkinçilik və heyvandarlıq məqsədilə İddiaçı 15 il müddətinə 40 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan 20 oktyabr 1999-cu il tarixli “X16”nin surətindən görünür ki, Kürdəmir rayon Bağman bələdiyyəsi ilə İddiaçı arasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 40 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 15 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2021-ci il tarixli, 2/1213-4 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonunun Bağman kənd sakini İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 06 iyun 1992-ci il tarixli, 324 saylı sərancamı ilə "xxxx" X11 Müəssisəsinə ayrılmış 100 hektar torpaq sahəsi 1996-cı ildə aqrar islahata getdiyi üçün həmin torpaq sahəsinin əvəzi olaraq İddiaçı oğlu X5 İİ qrup Qarabağ əlili olduğu nəzərə alınaraq təsərrüfatını inkişaf etdirmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 1999-cu il tarixli, 207 saylı sərancamı ilə 40 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda İddiaçı təsərrüfatında 200 baş xırda buynuzlu və 40 baş iri buynuzlu mal-qarası vardır. İş materiallarında olan Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Nazirlər Kabinetinin xx.xx.2009-cu və xx.xx.2009-cu il tarixli qərarlarının icrası ilə əlaqədər olaraq Kürdəmir rayonunda yaradılmış komissiya tərəfindən Bağman bələdiyəsinin möhür, ştampı, istifadə edilməmiş ciddi hesabat blanklarının (kassa mədaxil orderləri, vergi ödənişləri üçün çeklər və digər adlı blanklar) ləğv edilməsi ilə tərtib edilmiş 02 fevral 2010-cu il tarixli Aktın surətindən görünür ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texnik ekspertizalar şöbəsinin rəisi X1 (komissiyanın sədri), Kürdəmir rayonu üzrə Maliyyə Nazirliyinin aparıcı məsləhətçisi X17, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri X9, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X10, Bağman bələdiyyəsindən komissiya üzvü X6 və Böyük Kəngərli bələdiyyəsinin komissiya üzvü X2 iştirakı ilə həmin akt tərtib edilmişdir ondan ötəri ki, Kürdəmir rayonu Bağman bələdiyəsinin möhür, ştampı, istifadə edilməmiş ciddi hesabat blankları (kassa mədaxil orderləri, vergi ödənişləri üçün çeklər və digər adlı blanklar) Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Kürdəmir rayonunda yaradılmış komissiya tərəfindən Bağman bələdiyəsinin fəaliyyətinin dayandırılması ilə bağlı 02 fevral 2010-cu il tarixdə ləğv edilmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 06 iyun 1992-ci il tarixli, 324 saylı sərancamı ilə "xxxx" X11 Müəssisəsinə 100 hektar torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi 1996-cı ildə aqrar islahata getdiyi üçün həmin torpaq sahəsinin əvəzi olaraq İddiaçı oğlu X5 İİ qrup Qarabağ əlili olduğu nəzərə alınaraq təsərrüfatını inkişaf etdirmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli Sərancamı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Böyük Kəngərli ərazi nümayəndəliyinin Bağman kəndi ərazisindəki bələdiyyə fondu torpaqlarından 40 hektar torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi qərara alınmış, eləcə də Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Böyük Kəngərli kəndi üzrə nümayəndəsi X13 ilə İddiaçı arasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 40,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 20 oktyabr 1999-cu il tarixli icarə müqaviləsi bağlanmış, lakin sonradan qeyd olunan torpaq sahəsinin İddiaçı ayrılmasına dair həmin torpaq sahəsinin yeni mülkiyyətçisi Kürdəmir rayon Bağman bələdiyyəsi xx.xx.2005-ci il tarixli, 12 saylı qərar qəbul etmiş və buna dair Kürdəmir rayon Bağman bələdiyyəsi ilə İddiaçı arasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 40,0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair 22 oktyabr 2005-ci il tarixli “X16” bağlanmışdır. İş üzrə cavabdeh inzibati orqan Kürdəmir rayonu, Bağman kəndində yerləşən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsinin Rəyinin təqdim edilmədiyi və Kürdəmir rayon İHB-nın Böyük Kəngərli kəndi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli İcarə müqaviləsində icarənin müddətinin qeyd edilmədiyi, eləcə də örüş torpaq sahəsinin 15 ildən artıq icarəyə verilə bilməməsini nəzərə alaraq xx.xx.2014-cü il tarixdə icarənin müddəti bitdiyi üçün iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququnu qeydə almaqdan imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 19.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və istifadə hüququ dövlət qeydiyyatına alınır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Həmin maddənin 3-cü bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə görə torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin Qanunun 6-cı maddəsinə görə bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı Dadaşova X3 rayonu, Bağman kəndində yeriəşən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanuni istifadəçisidir. Bunu təsdiq edən sənədlər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli Sərancamı, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Böyük Kəngərli kəndi üzrə nümayəndəsi X13 ilə İddiaçı arasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 40,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanmış 20 oktyabr 1999-cu il tarixli “X16” və torpaq sahəsinin cizgisidir. İddiaçının cavabdeh inzibati orqana müraciəti üzrə aparılan inzibati icraat çərçivəsində həmin sənədlər (onlardakı məlumatlar), onların həqiqətə uyğun olmaması ilə bağlı heç bir sübut toplanmadığından, mötəbər qiymətləndirilməlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə müvafiq torpaq sahəsini iddiaçının icarəsinə verməkdə Kürdəmir Rayon İcra Hakimiyyəti səlahiyyətli olduğundan, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli Sərancamı, eləcə də 20 oktyabr 1999-cu il tarixli müqavilə mübahisələndirilmədiyindən, habelə etibarsız sayılmadığından, hazırkı İddiaçı icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidr. Cavabdehin gətirdiyi dəlillərdən biri kimi müqavilənin müddəti məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt bələdiyyələr mövcud deyildi, başqa sözlə, iddiaçının istifadəsinə torpaq sahəsi verilməsi barədə hüquqmüəyyənedici sənədlər - inzibati aktlar bələdiyyələrin yaradılmasından daha əvvəl qəbul edilmişdir. Eyni zamanda, iş materiallarında olan 02 fevral 2010-cu il tarixli Aktın surətindən görünür ki, Kürdəmir rayonu Bağman bələdiyəsinin möhür, ştampı, istifadə edilməmiş ciddi hesabat blankları (kassa mədaxil orderləri, vergi ödənişləri üçün çeklər və digər adlı blanklar) Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Kürdəmir rayonunda yaradılmış komissiya tərəfindən Bağman bələdiyəsinin fəaliyyətinin dayandırılması ilə bağlı 02 fevral 2010-cu il tarixdə ləğv edilmişdir. Hal-hazırda da həmin kənddə bələdiyyə fəaliyyət göstərmir. Göründüyü kimi, icarə müqaviləsinin müddəti bitdikdən sonra iddiaçının yeni icarə müqaviləsi bağlamaması iddiaçının iradəsindən asılı olan hal deyil. Digər tərəfdən, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən “Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Kürdəmir rayon Bağman bələdiyyəsi ilə İddiaçı arasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 40,0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair 22 oktyabr 2005-ci il tarixli “X16”nin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən (2010-cu ildə Kürdəmir rayon Bağman bələdiyyəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar Böyük Kəngərli bələdiyyəsi və İddiaçı) heç birinin təşəbbüsü (ərizəsi) olmadığından qeyd olunan maddi hüquq norması 22 oktyabr 2005-ci il tarixli “X16”nin eyni müddət üçün və eyni şərtlərlə uzadılmış olduğunu təsdiq, müqavilənin müddətinin bitməsi ilə bağlı cavabdehin gətirdiyi dəlili isə təkzib edir. Cavabdehin digər imtinası ilə, yəni torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsinin Rəyinin təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, sözügedən rəyin mövcud olmaması da iddiaçının iradəsindən irəli gələn hal deyil, imtina formal mülahizələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı müvafiq torpaq sahəsinə hüquqlarının qeydiyyatı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən, cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci, 24-cü maddələrinin tələblərinə uyğun deyil. Həmçinin nəzərə alınmalıdır ki, DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə dair plan da tərtib edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə inzibati orqanların bu qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda, etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu qanunun 63-cü və 67 – 69-cu maddələri də təminatlara şamil olunur. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” Hazırkı iş üzrə iddiaçıya kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi torpaq sahəsinin ayrılması barədə inzibati akt qüvvədə olduğundan, o cümlədən, cavabdeh "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsindəki imtinaya əsas olan halların hazırkı iş üzrə mövcudluğunu sübuta yetirə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia əsaslıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli Sərancamı ilə ona kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə icarəyə verilmiş 40 ha torpaq sahəsinə icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli Sərancamı ilə ona kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə icarəyə verilmiş 40 ha torpaq sahəsinə icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2622/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2622/2023
02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver