Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2626/2025 16.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “övladı X6 Cavabdehndə xx.xx.2013-cü il tarixdə tərtib edilmiş 1296 saylı doğum akt qeydində dəyişiklik edərək onun doğum tarixinin xx.xx.2012-ci il tarixdən xx.xx.2009-cu il tarixə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı Cavabdehnə qarşı “övladı X6 Cavabdehndə xx.xx.2013-cü il tarixdə tərtib edilmiş 1296 saylı doğum akt qeydində dəyişiklik edərək onun doğum tarixinin xx.xx.2012-ci il tarixdən xx.xx.2009-cu il tarixə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, övladı X11 15 dekabr 2009-cu il tarixdə anadan olmuşdur. X2 verilmiş doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində onun doğum tarixi xx.xx.2009-cu il qeyd edilmişdir. Qızı şəxsiyyət vəsiqəsini dəyişmək üçün müraciət etdikdə orada müəyyən edilmişdir ki, qızının doğum akt qeydində doğum tarixi xx.xx.2012-ci il göstərilmişdir. Cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində dəyişiklik edərək qızının doğum tarixində dəyişiklik edilməsini xahiş etsə də, ona təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.2013-cu il tarixli, 1296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Salyan rayonunun Marışlı kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası İddiaçı, anası X9 göstərilmişdir. İş materiallarında olan AA seriyalı 339199 nömrəli məcburi köçkün vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X8 Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən məcburi köçkün statusu verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1985-ci il tarixdə Ağcəbədi rayonunun Cəfərbəyli kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası X10, anası X4 göstərilmişdir. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx.xx.2009-cu il tarixdə doğulmuş X6 adına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(064)-706/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi İddiaçı mərhum X9 ilə faktiki nikahlarından X14 07 oktyabr 2004-cü il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində, X15 05 noyabr 2005-ci il tarixdə Salyan rayonunda və X5 15 dekabr 2009-cu il tarixdə Salyan rayonunda doğulması faktı və İddiaçı onların atası olması faktı müəyyn edilməsi, doğum haqqında şəhadətnamələrində atası qrafasında İddiaçı, soyadı qrafasında Məmmədov (Məmmədova), ana qrafasında isə X9 qeyd edilməsi doğum haqqında şəhadətnamənin verilməsi Cavabdehnə həvalə edilməsi qət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5-8-11-744/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 xx.xx.2013-cü il tarixli, 1296 saylı doğum aktına baxış zamanı doğum tarixi şəxsiyyət vəsiqəsində və doğom şəhadətnaməsindən fərqli olaraq xx.xx.2012-ci il kimi qeyd edilmişdir. Vətəndaşla söhbət zamanı uşağın ev şəraitində doğulması səbəbi ilə düzəliş üçün doğum evindən arayış alması mümkünsüz olmuşdur. Düzəliş olunması üçün heç bir əsas olmadığı üçün vətəndaşa imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Əlisoltanlı kəndi ərazisindəki Qaçqın və X1 Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 20 nömrəli arayışından görünür ki, Füzuli rayonundan məcburi köçkün X11 həqiqətən Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindəki qaçqın və köçkün şəhərciyində müvəqqəti olaraq qeydiyyatdadır, 75 saylı evdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5-8-11-93 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 1700 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında X6 doğum tarixi “xx.xx.2012-ci il” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 517 nömrəli məktubundan görünür ki, xx.xx.2013-cü il tarixli, 2(064)- 706/2013 nömrəli qətnamə xx.xx.2013-cü il tarixdə qanuni qüvvəyə minmiş, qətnamədən çıxarış icra olunması üçün Cavabdehnə göndərilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar AR Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və AR Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, AR Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi övladı X6 doğum tarixinin xx.xx.2012-ci il tarixdən xx.xx.2009-cu il tarixə dəyişdirilməsi və doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasından ibarətdir. Həmçinin iş materiallarında olan digər sübutlardan da müəyyən olunur ki, X6 doğum tarixi 2009-cu il olmuşdur və səhvən doğum akt qeydində 2012-ci il kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı qızının doğum tarixinin “xx.xx.2012-ci il tarixdən xx.xx.2009-cu il tarixə” dəyişdirilməsini və sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan AA2636916 nömrəli vəsiqədən, doğum haqqında şəhadətnamədən, nümayəndəliyin arayışlarından görünür ki, iddiaçının doğum tarixi xx.xx.2009-cu il kimi qeyd edilmişdir. Eləcə də, Cavabdeh tərəfindən tərtib edilən 02 dekabr 2013-cü il tarixli, 1296 nömrəli akt qeydi Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(064)-706/2013 nömrəli qətnaməsi əsasında verildiyi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(064)-706/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi İddiaçı mərhum X9 ilə faktiki nikahlarından X5 15 dekabr 2009-cu il tarixdə Salyan rayonunda doğulması faktı və İddiaçı onların atası olması faktı müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrində atası qrafasında İddiaçı, soyadı qrafasında Məmmədov (Məmmədova), ana qrafasında isə X9 qeyd edilməsi doğum haqqında şəhadətnamənin verilməsi Cavabdehnə həvalə edilməsi qət etmişdir. Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 517 nömrəli məktubundan görünür ki, xx.xx.2013-cü il tarixli, 2(064)-706/2013 nömrəli qətnamə xx.xx.2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, doğum akt qeydində dəyişiklik edilməsi üçün iddiaçının kifayət qədər əsasları vardır və övladı X6 doğum haqqında tərtib edilmiş 02 dekabr 2013-cü il tarixli, 1296 nömrəli akt qeydində doğum tarixinin xx.xx.2012-ci il tarixdən xx.xx.2009-cu il tarixə dəyişdirilməsi (düzəliş edilməsi) və həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı övladı X6 doğum haqqında tərtib edilmiş 02 dekabr 2013-cü il tarixli, 1296 nömrəli akt qeydində doğum tarixinin xx.xx.2012-ci il tarixdən xx.xx.2009-cu il tarixə dəyişdirilməsi (düzəliş edilməsi) və həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2626/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2626/2025
16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver