Məhkəmə qərarları › İş №2-1(120)-2627/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2627/2024

02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2627/2024 02.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, hal-hazıradək işləyəcəyi təqdirdə daşıyacağı xüsusi rütbə ilə təmin edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, hal-hazıradək işləyəcəyi təqdirdə daşıyacağı xüsusi rütbə ilə təmin edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək “İddiaçı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, hal-hazıradək işləyəcəyi təqdirdə daşıyacağı xüsusi rütbə ilə təmin edilməsi barədə qərar qəbul edilməsi” davam etdirilməsi qərara alınmışdır. İddia tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı Qızlar Universitetinin filologiya-tarix fakültəsinin ingilis dili ixtisasını 2009-cu ildə bitirmiş və test üsulu ilə Azərbaycan Respublikasının Dövlət Gömrük orqanına xidmətə qəbul olunaraq xx.xx.2018-ci il tarixdən X8 İdarəsi Sınıq Körpü gömrük postunun inspektoru vəzifəsində işləmişdir. İşlədiyi dövrdə onunla birlikdə gömrük postunun böyük inspektoru vəzifəsində işləyən X5 tərəfindən barəsində rəhbərliyə şikayət edilmişdir. Şikayətin səbəbi o olmuşdur ki, guya o X2 2019-2020-ci illər ərzində borc qismində 79600 Azərbaycan manatı, 12100 ABŞ dolları və 8000 avro məbləğində pulu borc alaraq qaytarmamışdır. Şikayət Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində araşdırıldıqdan sonra araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin İdarənin 07 sentyabr 2021-ci il tarixli 02/2-180xx-xx/2706 saylı məktubu ilə şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Lakin şikayət Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində obyektiv və düzgün araşdırılmamış, onu qanunsuz olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəddinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin əsasnamənin 120-ci maddəsinin 8-ci bəddinə əsasən gömrük orqanlarında xidmətinə xx.xx.2021-ci il tarixdə 1000/380Ş nömrəli əmrlə xitam verilmişdir. Bundan sonra X5 mülki icraat qaydasında Beyləqan rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək guya onun X2 borc aldığı pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-706/2022 saylı qətnaməsi ilə iddiçı X3 ona qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamədən X5 təfındən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-671/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Beyləqan rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə ona borc pul verilməsi faktı təsdiqini tapmadığından o, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin qanunsuz olduğu üçün ləğv edilməsi və onun xidmətə bərpa edilməyini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/2-003431/2023 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının 07 dekabr 1999cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında“ Əsasnamənin 128-ci maddəsinə əsasən gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Belə olan halda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən onun gömrük orqanlarında xidmətinə xitam verilməsi qanunsuz və əsassız olduğundan hesab edir ki, xidmətə bərpa məhkəmə qərarı ilə olmalıdır. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun xidmətinə xitam verərkən əmrdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəddinə və 120-ci maddəsinin 8-ci bəddinə əsaslanmışdır. Odur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021ci il tarixli, 1000/380Ş nömrəli əmrinin qanunsuz olduğu üçün ləğv edilməsi, xidmətə bərpa edilməsi və xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı nümayəndəsi və vəkili Vəkil ötürülmüş prosesual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək ərizədə bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük orqanlarında xidmətinə 11 iyun 2021-ci il tarixli 1000/380Ş nömrəli əmri ilə xitam verilmişdir. Onun gömrük orqanlarında xidmətinə xitam verilməsinə səbəb iş yoldaşı X4 şikayəti olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı körpü” gömrük postunun böyük inspektoru, gömrük xidməti baş leytenantı Ernİn Əhəd oğlu Dünyamalılı onunla bir idarədə işləyən idarəetmənin təşkili şöbəsinin inspektoru, gömrük xidməti leytenantı İddiaçı guya ondan borc pul alaraq qaytarmadığı barədə rəhbərliyə şikayət etmiş və onun şikayəti əsasında X1 İdarəsində araşdırma aparılmışdır. Sonradan şikayət araşdırılması üçün Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və idarənin 07 sentyabr 2021-ci il tarixli. 02\2-180lt-2l\2706 saylı məktubu ilə şikayətçiyə İddiaçı əməlini məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Xidməti araşdırmadan sonra Azərbaycan Respublikası Baş prokuroru yaranda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdim etdiyi 18 may 2021-ci il tarixli 02/2- 2667xıd-21/157S nömrəli məktubu və X1 idarəsinin arayışı əsas götürülərək Azərbaycan Respublikası Dövləl Gömrük Komitəsi sədrinin 11 iyun 2021-ci il tarixli 1ÖÜ/38Ş nömrəli əmri ilə İddiaçı "Gömrük orqanlarında xidmət haqqında’ Əsasnamənin 69-cu maddəsinin 7-ci həddinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin əsasnamənin 120-ci maddəsinin 8-ci bəddinə əsasən onun gömrük orqanlarında xidmətinə xilam verilmişdir. İddiaçı işdən qanunsuz çıxarıldığı üçün xidmətə bərpa olunmaq məqsədilə həmin dövrdə olan vəkili vasitəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 23 iyun 2021-ci il tarixli və 05 iyul 2021-ci il tarixli məktublarla müraciət edərək onun xidmətinə xitam verilməsinə əsas olmuş sənədlərin surətlərinin verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 iyul 2021-ci il tarixli Ks 1000-190/1xxxx/011016 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı barəsində aparılan xidməti araşdırma materialları əməlinə hüquqi qiymət verilməsi məqsədilə 01 aprel 2021-ci il tarixli 1000-190/0xx-xx/005015 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildiyi üçün həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Həmçinin İddiaçı gömrük orqanlarından xaric edilməsi barədə 11 iyun 2021-ci il tarixli 1000/380Ş nömrəli əmrin təsdiq olunmuş surəti məktuba əlavə edilərək xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə iddiaçının vəkilinə göndərilmişdir. Bundan sonra İddiaçı 23.08 2021ci il tarixdə mediasıya təşkilatına müraciət etmiş və müraciət müsbət nəticə vermədiyinə görə iddiaçı xx.xx.2021-ci il tarixli mediasıya arayışını aldıqdan sonra cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra X5 mülki icraat qaydasında Beyləqan rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X7ma borc verdiyi pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-706/2022 savlı qətnaməsi ilə iddiaçı X3 cavabdeh X6 qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Beyləqan rayon Məhkəməsinin qətnaməsindən narazı qalan X5 apellyasiya şikayəti vermişdir. Şirvan Apeilyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-671/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi ilə razılaşmayan X5 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 3728/2023 saylı qərarı ilə iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı onun barəsində mülki icraat qaydasında X5 tərəfindən verilmiş "borc pul tələbinə dair” iddianın nəticəsindən sonra (yəni verilmiş şikayət təsdiqini tapmadığına görə) "əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi iddia ərizəsini və qoşma sənədləri aidiyyat qaydalarına uyğun olaraq Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi üzrə buraxılmış prosessual müddət bərpa edilməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə buraxılmış prosesual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək etirazda qeyd etmişdir ki, sabiq gömrük əməkdaşı İddiaçı xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Komitənin 1000/380ş nömrəli 11 iyun 2021-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (bundan sonra - Əsasnamə) 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-AR ƏM) 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. AR ƏM-nin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin,(sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. AR ƏM-nin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. İnzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. AR İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. AR İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. AR İPM-nin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının onun iddia müddətini ötürdüyü nəzərə alınmaqla mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ötürülmüş prosessual müddətin bərpa edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, idddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpası ilə bağlı ərizəsində qeyd edir ki, Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-706/2022 saylı qətnaməsi ilə iddiaçı X3 ona qarşı borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamədən X5 tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-671/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Beyləqan rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi ilə razılaşmayan X5 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3728/2023 saylı qərarı ilə iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə ona borc pul verilməsi faktı təsdiqini tapmadığından o, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin qanunsuz olduğu üçün ləğv edilməsi və onun xidmətə bərpa edilməyini xahiş etdiyini qeyd etmişdir. Məhkəmə iddiaçının ərizədə qeyd etdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq müəyyən edir ki, iddiaçının uzun müddətdir ki, mübahisəli əmrdən məlumatı vardır. Belə ki, inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli əmr ilə İddiaçı gömrük orqanlarından xaric edilmişdir və həmin əmr ona elan edilmişdir.Müddətin axımı inzibati qanunvericiliyə müvafiq olaraq həmin inzibati aktın elan edildiyi vaxtdan başlamışdır.İş materiallarında olan inzibati icraat materiallarında olan arayış və izahatlardan da müəyyən olunur ki, İddiaçı müxtəlif vaxtlarda Emin Dünyamalılıdan pul vəsaitini borc qismində almış və müxtəlif vaxtlarda həm özü, həm atası həmin pulları Emin Dünyamalılıya geri qaytarmışdır.İddiaçı ərizədə müddətin ötürülməsinə əsas kimi araşdırmanın aparılmasını və daha sonra isə məhkəmə proseslərini və qəbul edilən qərarların nəticələrini qeyd etmişdir.Məhkəmə araşdırmaya münasibətdə qeyd edir ki, əmr qəbul edildikdən sonra aparılmış hər hansı bir araşdırma iddiaçını inzibati aktı mübahisələndirmək imkanından məhrum etmirdi.Həmçinin iddiaçının ilkin müraciəti də müddət ötürülməklə, yəni xx.xx.2021-ci il tarixdə olmuşdur.Daha sonra Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-in 261.1-ci maddəsinə əsasən mülki icraat qaydasında işin baxılmasının yolverilməzliyinə görə işə xitam verilsə də, iddiaçı inzibati məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə, yəni kifayət qədər uzun müddət ötürüldükdən sonra müraciət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Beyləqan rayon Məhkəməsinə iddiaçı deyil, X5 “borc pul tələbinə dair” iddia ilə müraciət etmişdir və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə tələb rədd edilmişdir.Daha sonra həmin işin davamı kimi yuxarı instansiya məhkəmələrində proses davam etmişdir. Məhkəmə hesab edir ki, həmin iş üzrə iddiaçının marağı borc pul tələbindən ibarət olmuşdur.Başqa sözlə, həmin mülki işin İddiaçı işə bərpası və ya əmrin ləğvi məsələsinə birbaşa təsiri olmamışdır və iddiaçıya inzibati icraat qaydasında iddia qaldırmağa maneə hesab olunmamalıdır.Qeyd edilənlərlə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi 1000/380ş nömrəli, 11 iyun 2021-ci il tarixli əmrdən vaxtında məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizəninin təqdim edilməsi hüququ izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, hal-hazıradək işləyəcəyi təqdirdə daşıyacağı xüsusi rütbə ilə təmin edilməsi barədə qərar qəbul edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/380Ş nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa edilməsi, xidmətə xitam verildiyi gündən bərpa olunduğu günə kimi olan əmək haqqının ödənilməsi, hal-hazıradək işləyəcəyi təqdirdə daşıyacağı xüsusi rütbə ilə təmin edilməsi barədə qərar qəbul edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar