Məhkəmə qərarları › İş №2-1(120)-263/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-263/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-263/2023 04.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X28 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı ”vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********7636 saylı qərarın ləğv edilməsi” tələbinə dair işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********7636 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “Mirror” restoranında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı şəhəri X64 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci il tarixinədək **********3702 nömrəli qərar əsasında X57 qaydasında yoxlama keçirilmişdir. Göstərilmiş iaşə xidməti müqabilində 32 AZN nağd pül ödənişi müqabilində ödəniş qəbzinin təqdim edilməməsi və X29raşdırılmaması müəyyən edilmişdir. Nəticədə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2021-ci il tarixli **********7636 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv olunmalıdır. Bundan əlavə vergi orqanının qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********7636 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəfələrlə müraciət etdikdə sonra rəsmi qaydada ona xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Qanunvericilidə müyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürülməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********7636 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qanunsuz çıxarıldığından və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən həmin qərar ləğv olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin 11 mart 2022-ci il tarixli, **********722200 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) cavabdeh 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən qəbul edilmiş 26.11,2021-ci il tarixli, **********7636 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır.Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir:İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X64 üzrə Baş İdarəsinin xx.xx.2021 -ci il tarixli **********3702 nömrəli “X57nin həyata keçirilməsi haqqında” Qərarına əsasən, kiçik vergi xidməti müşaviri X33, 1-ci dərəcəli müfəttiş X61, 3-cü dərəcəli müfəttiş X30, 3-cü dərəcəli müfəttiş X22, 1-ci dərəcəli müfəttiş X53, kiçik vergi xidməti müşaviri X45, 3-cü dərəcəli müfəttiş X31, kiçik vergi xidməti müşaviri X34, kiçik vergi xidməti müşaviri X54, kiçik vergi xidməti müşaviri X35 xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən MİRROR restoranında keçirilmiş X57 tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005271 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X57nin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir.Bununla bağlı İşçilər verdikləri yazılı izahatlarda fərdi sahibkar İddiaçı ilə aralarında əmək müqaviləsinin olmadığını təsdiq etmişlər.Tərtib edilmiş akt əsasında 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2021 -ci il tarixli **********7636 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 40000 (qırx min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021 -ci il tarixli **********93400 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15-08:06-da oxunduğu müəyyən edilmişdir.Eyni zamanda fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021 -ci il tarixli DVX seriyalı 008884 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərəfindən xx.xx.2021-ci il tarixli **********5119 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********721300 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 15:08:38-də oxunduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Dövlət Vergi Xidmətinin əməkdaları tərəfindən restoranda olan şəxslərin izahatları məcburi alınmış, izahatı alınan şəxslərin əksəriyyəti restorana gəlmiş qonaqlar, digər şəxslər isə musiqiçilərdir və restorana heç bir aidiyyəti yoxdur. Bununla bağlı olaraq bildiririk ki, X57 zamanı əmək müqaviləsi olmayan işçilərin hər birindən yazılı izahat alınmış və onlar öz izahatlarında orada işlədiklərini təstiq etmişlər. Bununla yanaşı İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, vergi yoxlaması başlanan qədər ümumilikdə 18 işçinin əmək və ya xidmət müqaviləsi olmadan obyektdə müxtəlif işlərin görülməsinə cəlb etmişəm. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, xx.xx.2021 -ci il tarixli, **********7636 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X55 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, aktda qeyd edilmiş X11, X16 iddiaçının qardaşları olduğunu, obyektdə operativ nəzarət həyata keçirilən zaman onlar qardaşlarının yanına kömək üçün gəldiklərini, obyektdə işçi kimi işləmədiklərini, aktda göstərilən digər bir çox şəxslərin isə restoranda kabinetlərdə müştəri olduqları halda, vergi orqanın işçiləri tərəfindən onlardan izahat alındığı bildirmiş, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli **********7636 saylı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardan görünür ki İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 40000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********5119 saylı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardan görünür ki İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan “X57nin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3702 nömrəli qərardan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Səxavət Quliyev küçəsi 4A ünvanında yerləşən Mirror restoranında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X57nin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “X57nin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********3704 nömrəli, xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmış əmək müqavilələrinin (kontraktın) hüquqi qüvvəyə minməsi barədə bildirişlər, bağlanmış xidmət müqavilələri, şəxsiyyəti təsdiq edən sənədlərin surəti, nəzarət kitabçası və X57 ilə əlaqədar digər zəruri sənədlər tələb olunmuşdur. İş materiallarında olan KY211662792 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, X57nin həyata keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgütürən tərəfindən fiziki şəxlərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial siğorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işçilərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X57nin nəticəsi haqqında 12 oktyabr 2021-ci il tarixli, seriya DVX № 005271 nömrəli aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Səxavət Quliyev küçəsi 4A ünvanında yerləşən Mirror restoranınd ictimai-iaşə xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 21 nəfər fiziki şəxsdən 20 nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli akta əsasən, “X57nin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3702 nömrəli qərarı əsasında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Mirror” restoranında həyata keçirilən X57 zamanı restoranda NKA quraşdılmamaqla nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması və AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi üvvəyə minmədən İddiaçı tərəfindən 18 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsi aşkar edildi və nəticələri barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 008884 və 005771 nömrəli aktlar tərtib edildi. İddiaçı təqdim etdiyi yazılı izahat 18 nəfər fiziki şəxsin əmək və ya xidməti müqavilə bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini göstərmədiyinə baxmayaraq, işlərin yerinə yetirilməsinə cəlb edilmiş 3 nəfər fiziki şəxs X12, X4, X11 hər hansı əsaslı səbəb göstərmədən yazılı izahat təqdim etməkdən imtina etdilər. Həmçinin obyektdə İddiaçı tərəfindən əmək və ya xidməti müqavilə bağlanılmadan musiqi alətində ifa edən 2 nəfər fiziki şəxs, X46, X13 musiqiçi qismində, İddiaçı təqdim etdiyi şifahi izahata əsasən həftənin müxtəlif günlərində “Mirror” restoranında xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildi və X57nin nəticəsi barədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt tərtib edildi. Qeyd edilmiş faktla əlaqədar İddiaçı və hər iki fiziki şəxs, T.T.Həsənov və M.M.Seyidli hər hansı əsaslı səbəb göstərmədən yazılı izahat təqdim etməkdən imtina etdilər. İddiaçı hər hansı səbəb göstərmədən operativ nəzarətin nəticəsi barədə xx.xx.2021-ci il tarixli aktla tanış olmasına baxmayaraq, akta imza etməkdən və bir nüsxəsini əlavələri ilə birlikdə almaqdan imtina etdi. İddiaçı xx.xx.2021-ci il tarixli yazılı aktla tanış olaraq imza etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X5 (işçinin) yazılı izahatından görünür ki, xx.xx.2021-ci ildə İddiaçı məxsus restorana aşbaz vəzifəsinə sınaq müddətinə işə götürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X1 (işçinin) yazılı izahatından görünür ki, 6 gündür İddiaçı tərəfindən aşbaz-köməkçisi işinə götürülmüşdür. Aylıq əmək haqqını 450 manat olmaqla nağd şəkildə İddiaçı alacaqdır. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X23 (işçinin) yazılı izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən Mirror restoranında İddiaçı tərəfindən kassir vəzifəsinə sınaq müddətinə işə götürülmüşdür. İlkin olaraq 300 manat əmək haqqı ilə işə başlayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X47) bildirişi xx.xx.2021-ci il saat 15:47-dən başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X17 (işçinin) yazılı izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən supervision vəzifəsinə sınaq müddətinə təyin olunmuşdur. Günlük əmək haqqını 6 manat olmaqla nağd şəkildə İddiaçı alır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X36) bildirişi xx.xx.2021-ci il saat 15:54-dən başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X9 (işçinin) yazılı izahatından görünür ki, İddiaçı tərəfindən aşbazköməkçisi işinə götürülmüşdür. Sınaq müddətində olduğu üçün hələ maaş danışmamışdır. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X2 (işçinin) yazılı izahatından görünür ki, İddiaçı tərəfindən qabyuyan işinə götürülmüşdür. Aylıq əmək haqqını 250 manat təşkil edir. Kartla verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X6 (işçinin) yazılı izahatından görünür ki, 1 aydır İddiaçı tərəfindən administrator işinə götürülmüşdür. Aylıq əmək haqqını 500 manat formasında İddiaçı tərəfindən ödəniləcək. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X14 (işçinin) yazılı izahatından görünür ki, işə götürünlə aralarında əmək və ya xidmət müqaviləsi bağlanmayıb. Gündəlik 12 manat İddiaçı tərəfindən ödənilir. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X10 (işçinin) yazılı izahatından görünür ki,xx.xx.2021-ci il tarixdə 15-45 radələrində Mirror restoranında işə düzəlmək üçün İddiaçı görüş təyin edərək dəvət etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X24 (işçinin) yazılı izahatından görünür ki, xx.xx.2021-ci il 12:15-dən restoranda stajor olaraq ofisiant vəzifəsinə gəlmişdi. əmək haqqı barədə heç bir razılığa gəlməmişlər. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X37 (işçinin) yazılı izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən Mirror restoranında barmen vəzifəsinə işə götürülmüşdür. Aylıq əmək haqqı 250 manatdır. Hələ almayıb. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X18 (işçinin) yazılı izahatından görünür ki, Mirror restoranında aşbaz vəzifəsində işləmək üçün tanışlığa gəlmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X38 (işçinin) yazılı izahatından görünür ki, İddiaçı tərəfindən afisiant işinə götürülmüşdür Aylıq əmək haqqını 250 manat formasında İddiaçı tərəfindən ödəniləcək. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X62) bildirişi xx.xx.2021-ci il saat 15:36-dan başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X19 (işçinin) yazılı izahatından görünür ki, İddiaçı tanışıdır. Lazım olanda malların çatdırılması üçün köməklik edir. Mal gətirəndə yol məsafəsinə görə pul götürür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X39) bildirişi xx.xx.2021-ci il saat 18:22-dən başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X7 (işçinin) yazılı izahatından görünür ki, İddiaçı tərəfindən aşbazköməkçisi işinə götürülmüşdür. Sınaq müddətində olduğu üçün maaş danışılmayıb. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X3 (işçinin) yazılı izahatından görünür ki, vergi ödəyicisinə məxsus obyektdə baş aşbaz kimi fəaliyyət göstərməsinə baxmayaraq heç bir əsaslı səbəb gətirməyərək yazılı izahat verməkdən imtina etmişdir. İşdə olan İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli izahatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səxavət Quliyev küçəsi 4A ünvanında yerləşən “Mirror” restoranında təqribən 10 gündür ki, sahibkarlıq fəaliyyətinə başlamışdır. Obyekti qeydiyyata aldırmaq üçün elektron məktubla müvafiq vergi orqanına müraciət etmişdir. Lakin obyekt kodu ala bilmədiyinə görə obyektə hələki, NKA quraşdıra bilməmişdir. Obyektə tabeliyində çalışan işçılərdən iki nəfəri ilə bugünə qədər, 5 işçi ilə isə bugün saat saat 16:50-dən sonra əmək müqaviləsi bağlamışdır. Obyektə vergi yoxlaması başlanana qədər ümumilikdə 18 işçinin əmək və ya xidmət müqaviləsi olmadan obyektə müxtəlif işlərin görülməsinə cəlb etmişdir. İşçilərə əmək haqqı onun tərəfindən nağd şəkildə ödənilir. Obyekti yeni açmışdır.İlk dəfədir sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əmək müqaviləsi bağlanmadan cəlb edilən işçilər cəmi 1-2-3 gündür ki, işə cəlb olunublar və hamısı sınaq müddətindədirlər. Qanunvericiliyi yaxşı bilmədiyimdən yeni gələn və sınaq müddətində olan işçiləri qeydiyyata aldırmamışdır. Lakin ən qısa müddətdə işdə qalıb işləyəcək bütün işçilərlə əmək müqaviləsi bağlayacaqdır. İzahat onun sözləri ilə işçisi Lalə Babayeva tərəfindən yazıldı, ucadan oxundu. Sözlərin doğruluğunu təsdiq edərək imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulmasını təstiq edən akt məsuliyyətə cəlb etmə haqqında qərar və digər zəruri sənədlər məhkəməyə göndərilir. İddiaçı (VÖEN **********) uçot yeri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X64 üzrə Baş İdarəsinə dəyişdiyi üçün VÖEN şəhadətnaməsinin şürətinin çıxarılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X63) bildirişi xx.xx.2021-ci il saat 16:58-dən başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, əmək müqaviləsi üzrə işçi (X63) işə xx.xx.2021-ci il tarixindən başlayır, aylıq ödənişi 300 manat olmaqla, hər ay əmək haqqı ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X8) bildirişi xx.xx.2021-ci il saat 16:55-dən başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X11) bildirişi xx.xx.2022-ci il saat 12:01-dən başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X52) bildirişi xx.xx.2021-ci il saat 20:22-dən başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, əmək müqaviləsi üzrə işçi (X8) işə xx.xx.2021-ci il tarixindən başlayır, aylıq ödənişi 300 manat olmaqla, hər ay əmək haqqı ödənilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, əmək müqaviləsi üzrə işçi (X25) işə xx.xx.2021-ci il tarixindən başlayır, aylıq ödənişi 300 manat olmaqla, hər ay əmək haqqı ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X25) bildirişi xx.xx.2021-ci il saat 16:26-dan başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X32) bildirişi xx.xx.2021-ci il saat 16:21-dən başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, əmək müqaviləsi üzrə işçi (X32) işə xx.xx.2021-ci il tarixindən başlayır, aylıq ödənişi 300 manat olmaqla, hər ay əmək haqqı ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X20) bildirişi xx.xx.2021-ci il saat 16:46-dan başlayaraq qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, əmək müqaviləsi üzrə işçi (X20) işə xx.xx.2021-ci il tarixindən başlayır, aylıq ödənişi 300 manat olmaqla, hər ay əmək haqqı ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********872100 nömrəli məktubundan görünür ki, fiziki şəxs İddiaçı (VÖEN:**********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 3 ünvanında yerləşən “MİRROR” restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 20 (iyirmi) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı davam etdirilir. Məhkəmə araşdırması zamanı cqavabdehin nümayəndəsinin verdiyi izahatlardan və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı (VÖEN:**********) məxsus , Bakı şəhəri, Nərimanov rayonu, Səxavət Quliyev küçəsi 4A ünvanında yerləşən “Mirror” restoranında Bakı şəhəri X64 üzrə Baş İdarəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrinə əsasən xx.xx.2021-ci il tarixli **********3728 nömrəli Qərarı ilə X57 keçirilmişdir. X57 tədbiri nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgütürən tərəfindən fiziki şəxlərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial siğorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işçilərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X57nin nəticəsi haqqında 12 oktyabr 2021-ci il tarixli, seriya DVX № 005271 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş akt əsasında 8 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı ”vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********7636 saylı qərar qəbul edilmişdir. Hazırda iddiaçı həmin qərarla razılaşmayaraq onun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını və tədqiq olunan sübutları aşağıdakı hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə görə işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə görə işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü madəsinin 5-ci əndinə görə əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-1-ci bəndinə görəəmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 3-cü maddəsinin 8-ci bəndinə görə iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddənin 1-ci bəndinin “h” yarım bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla)əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Həmin Məcəllənin 47-ci maddəsinin “b” bəndinə əsasən təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-2-ci bəndinə görə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə görə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-2-ci bəndinə görə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 3-cü bəndinə görə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Həmin Məcəllənin 49-cu maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən hüquq normalarının təbiətindən görünür ki, işçi ilə işəgötürən arasında əmək münasibətləri tərəflər (işçi ilə işəgötürən) arasında bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Eyni zamanda müəyyən olunur ki, əmək müqaviləsi bu barədə bildirişin qeydiyyata alındığı andan hüquqi qüvvəyə malik olur. Həmçinin qeyd olunan hüquq normaları ilə müəyyən olunur ki, işçinin əmək funksiyalarının icrasına başlanması və qurtarması anı, o cümlədən əmək funksiyalarının icrası yeri əmək müqaviləsi ilə tənzimlənir. İşdə olan yazılı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, obyektdə İddiaçı tərəfindən əmək və ya xidməti müqavilə bağlanılmadan musiqi alətində ifa edən 2 nəfər fiziki şəxs, X46, X13 musiqiçi qismində, İddiaçı təqdim etdiyi şifahi izahata əsasən həftənin müxtəlif günlərində “Mirror” restoranında xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildi və X57nin nəticəsi barədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Qeyd edilmiş faktla əlaqədar İddiaçı və hər iki fiziki şəxs, T.T.Həsənov və M.M.Seyidli hər hansı əsaslı səbəb göstərmədən yazılı izahat təqdim etməkdən imtina etdilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli yazılı aktla tanış olaraq imza etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının vəkilinin izahatı üzrə operativ nəzarət nəticəsində aşkar olunmuş 20 nəfər şəxslər içərisində restorana gələn təsadüfi müştərilər olması barədə dəlil irəli sürmüşdür. İddiaçının dəlili ilə bağlı məhkəmə hesab edir ki, hazırki iş üzrə X57nin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 15 nəfər fiziki şəxsdən alınmış izahatlara və iddiaçının öz izahatına əsasən onların təsadüfən bir araya gəlmələri deyil, daha çox bir yerdə işlədikləri müəyyən olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, İddiaçı şifahi izahatı və akta imzası nəticəsində X46, X13 musiqiçi (çalğıçı) qismində restoranında xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi onların fərdi sahibkar ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi üçün əsas ola bilməz. Həmçinin yazılı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı təqdim etdiyi yazılı izahat 18 nəfər fiziki şəxsin əmək və ya xidməti müqavilə bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini göstərmədiyinə baxmayaraq, işlərin yerinə yetirilməsinə cəlb edilmiş 3 nəfər fiziki şəxs X12, X4, X11 hər hansı əsaslı səbəb göstərmədən yazılı izahat təqdim etməkdən imtina etmişlər. Məhkəmə hesab edir ki, 3 nəfər fiziki şəxs X12, X4, X11 yazılı izahat verməkdən imtina etsə də, iddiaçı verdiyi iahatda onun işçiləri olduğunu etiraf etmişdir. Həmçinin İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X15) bildirişi xx.xx.2022-ci il saat 12:01-dən başlayaraq qeydiyyata alınmışdır. İddiaçının vəkili tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, X11, X16 iddiaçının qardaşları olmuşlar, obyektdə operativ nəzarət həyata keçirilən zaman onlar qardaşlarının yanına kömək üçün gəlmişlər. Obyektdə işçi kimi işləməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinə nəzər yetirilərək müəyyən edilir ki, X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X11) bildirişi xx.xx.2022-ci il saat 12:01-dən və X57 tədbiri nəticəsində aşkar edilmiş əmək müqaviləsi qeydiyyata alınmayan işçinin (X16) bildirişi xx.xx.2021-ci il saat 20:22-dən başlayaraq qeydiyyata alınmışdır. Həmçinin iddiaçı tərəfindən cəlb olunmuş və X57 tədbiri nəticəsində izahatı alınmış X5 (işçinin) yazılı izahatında xx.xx.2021-ci ildə İddiaçı məxsus restorana aşbaz vəzifəsinə sınaq müddətinə işə götürüldüyünü göstərmişdir. İş materiallarını nəzərdən keçirərək, müəyyən edir ki, 15 nəfər işçi tərəfindən izahat alınmış və izahatlarında işçilər İddiaçı obyektində fəaliyyət göstərdiklərini etiraf etmişlər. X44, Pərvanə Allahverdiyevanın, Akif Niftalıyevin, Elnarə Əhmədovanın, Lalə Babayevanın, Mirzəli Elgizin, Aslanov Qorxmazın, Əmənov Əmrahın,Məhərrəmov Ruslanın, Məmmədov Elnurun, Diana Saxnonun DVX 005271 saylı, xx.xx.2021-i il tarixli akt tərtib edildikdən sonra, yəni xx.xx.2021-ci il, saat 16.00-dan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri qeydiyyata alınmışdır. Belə olduğu halda, yəni işçinin işə başlamalı olduğu iddiaçı (işəgötürən) sözügedən əmək müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmasını təmin etməli idi. Bu hal həmçinin işçinin əmək hüquqlarının (əmək haqqının hesablanması, məzuniyyət hüququnun yaranması və s.) və gələcəkdə pensiya təminatının təmin olunmasına xidmət etmiş olur. Lakin işin faktiki hallarından görünür ki, 15 nəfərlə əmək müqaviləsi bağlandığı müxtəlif tarixlərdən, hətta faktiki əmək funksiyalarını icra etdiyi işçinin əmək müqaviləsinin qeydiyyatı aparılmamışdır. Belə ki, iddiaçı tərəfindən əmək müqavilələrinin qeydiyyata alınmasına dair bildiriş olmasına baxmayaraq, iş materiallarında olan sənədlərdən (8 saylı Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi tərəfindən verilmiş cədvələ əsasən) müəyyən olunur ki, cəlb olunmuş 11 nəfər fiziki şəxsin əmək müqaviləsinə dair bildiriş elektron informasiya sistemində həmin günü saat 16.00-dan sonra, yəni işçinin işə başlama saatından (09:00-dan) sonra qeydiyyata alınmışdır. Hansı ki, iş materialında olan sənədlərdən (akt, protokol, izahat) təsdiq olunur ki, artıq 16.00-a kimi əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş sözügedən 20 nəfər işçi iş yerində olmuşdur. Digər şəxslərin əmək müqaviləsinə dair bildirişi qeydiyyata alınmamışdır. X46, X13 musiqiçi (çalğıçı) qismində restoranında xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi üçün onların fərdi sahibkar ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim edə bilməmişlər. Göründüyü kimi, əmək müqaviləsinin qeydiyyatının aparılması (elektron informasiya sisteminə yerləşdirilməsi) işəgötürən kimi iddiaçının bir başa vəzifəsi olmasına baxmayaraq, iddiaçı öz vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X57ni keçirmək Vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən X57 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı məsələləri (50.1.7-ci bəndi) əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X57nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X57 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını hazırkı işə tətbiqi baxımdan qeyd edir ki,X57 tədbiri zamanı vergi ödəyicisinə (iddiaçıya) maliyyə sanksiyası o halda tətbiq oluna bilər ki, iddiaçı (işəgötürən) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri (20 nəfər işçini) hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olsun. İşin müəyyən edilən hallarından görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər işçini işə cəlb etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş X57 tədbiri nəticəsində qeyd edilən faktlar aşkar edilmiş və bu barədə 12 oktyabr 2021-ci il tarixli, seriya DVX № 005271 nömrəli akt tərtib edilmişdir. Məhz bu akta əsasən maliyyə sanksiyasının tətbiqi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı ”vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********7636 saylı qərar qəbul edilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı işə götürülmüş 18 işçi ilə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağladığını bildirmiş, lakin bununla bağlı iddiaçının dəlilləri də iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapmamışdır. İşin faktiki haları onu deməyə imkan verir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsi cəlb etmişdir. Lakin vergi nəzarətinin həyata keçirildiyini görən iddiaçı vergi məsuliyyətindən yayınmaq məqsədi ilə həmin işçilərin yoxlama keçirilən zaman, yəni artıq vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan faktlar aşkar olunduqdan sonra sözügedən işçilərdən 11 nəfərin elektron informasiya sistemində qeydiyyata alınmasını təmin etmişdir. Bununla da məhkəmə yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7636 nömrəli qərarı qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. AzərbaycanRespublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1955/2021 nömrəli qərarda hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. AzərbaycanRespublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı ”vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********7636 saylı qərarın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı ”vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********7636 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar