Məhkəmə qərarları › İş №2-1(120)-263/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-263/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-263/2024 02.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı "xxxx" firmasının nümayəndəsi X2, İddiaçı "xxxx" firmasının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdeh orqan tərəfindən hesablanmış 108,011.13 manat vergi borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-744/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia tələbinə iddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********876400, xx.xx.2022-ci il tarixli, **********211500, xx.xx.2022-ci il tarixli, **********878000, **********052500, **********855500, **********190600, **********844100, **********698000, **********778300, **********742000, **********822300, **********967300, **********993600, **********656800, **********948600, **********080200, **********136600, **********973200 və **********027900 saylı vergilərin hesablanması barədə qərarların ləğv edilməsi və həmin qərarların əsasında hesablanmış 115602.34 manat məbləğində borcun silinməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-263/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə iddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********211500, xx.xx.2022-ci il tarixli, **********878000, **********052500, **********855500, **********190600, **********844100, **********698000, **********778300, **********742000, **********822300, **********967300, **********993600, **********656800, **********948600, **********080200, **********136600, **********973200 və **********027900 saylı vergilərin hesablanması barədə qərarların ləğv edilməsi və həmin qərarların əsasında hesablanmış 115602.34 manat məbləğində borcun silinməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-263/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə iddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Firması 1999-cu ildən rəsmi dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Fəaliyyət göstərdiyi 23 ilə yaxın müddət ərzində həmişə üzərinə düşən öhdəlikləri vaxtında və layiqincə yerinə yetirmişdir. Lakin bu yaxınlarda cavabdeh orqan tərəfindən onlar barəsində əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata durmadıqları əsası ilə barələrində müvafiq qərar qəbul edilərək həm vergi borcu hesablanmış, həm də əlavə cərimələr tətbiq edilmişdir. Cavadeh orqanın iddiaçıya ünvanladığı son rəsmi məktuba əsasən iddiaçıya vergilər üzrə 80,492.29 manat, maliyyə sanksiyaları üzrə 1,040.00 manat, faizlər üzrə 26,478.84 manat olmaqla ümumilikdə 108,011.13 manat məbləğində vergi borcu hesablanmışdır. Ümumiyyətlə barələrində belə bir qərarın və vergi borcunun hesablanmasından məlumatları olmamışdır. Yalnız bu yaxın aylarda "xxxx" Firmasının bankda olan hesabı ilə əlaqədar pul köçürməsi əməliyyatı həyata keçirmək istəyərkən cavabdeh orqan tərəfindən hesaba həbsin qoyulmasından xəbərdar olmuşdur. Bundan sonra isə həmin həbsin hansı səbəbdən qoyulduğu ilə maraqlandıqda cavabdeh orqan tərəfindən iddiaçı barəsində əlavə vergi borcunun hesablanmasından xəbərdar olmuşdur. Həmin bu cərimə və saksiyalar ilə razı olmadığı üçün şikayət ərizəsi ilə AR Vergilər Xidmətinə müraciət edilmişdir. Dəfələrlə müraciəti əsasında aparılan araşdırımaların nəticəsi olaraq iddiaçıya hesablanmış vergi borcundan 21.375.07 manatın əvəzləşdirmə qaydasında 2141 manatını isə dəqiqləşmə yolu ilə silindiyini bildirmişlər. Lakin, bununla da razılaşmayaraq iddiaçı əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmağının qeyri-qanuni olduğunu və sahibkarlıq fəaliyyəti nəticəsində olan dövriyyənin əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmağı üçün əsas olmadığını bildirmişdir. "xxxx" Firması Saatlı rayonunun Qara Nuru kəndində neft emalı məhsullarının əhaliyə satılması ilə məşğuldur. Mehman” Firmasının əhaliyə xidmət göstərdiyi yanacaq doldurma məntəqəsi əsas magistraldan kənarda olmaqla əsas etibarı ilə Qara Nuru kəndinin əhalisinə xidmət edir. Yanacaq doldurma məntəqəsində də cəmi bir ədəd yanacaq doldurma aparatı vardır. Bu yaxınlarda iddiaçının firmasında həm kassa aparatında, həm də yanacaq doldurma aparatında nasazlıq yarandığı üçün onların təmiri məqsədi ilə mütəxəssis cəlb edilmişdir. Bu problemlər də həmin təmir işlərindən sonra başlanmışdır. Belə ki, kassa aparatının yaddaşında probemlər yarandığı üçün səhv elektron qaimə-fakturalar göstərilmiş bu nəticəsində də cavabdeh orqanda "xxxx" Firmasının sahibkarlıq fəaliyyəti ilə əlaqədar satış dövriyyəsində yanlış təsəvvür yaranmışdır. "xxxx" Firmasında bütün əməliyyatlar nağdsız qaydada, yəni bank köçürmələri vasitəsilə həyata keçirilir. Həm satış üçün alınan neft emalı məhsulları, həm də əhaliyə satılan mallar kassa aparatı vasitəsilə həyata keçirilir.Bu 23 il ərzində cavabdeh orqana iddiaçının təqdim etdiyi vergi bəyannamələrində də həm aylıq, həm də illik dövriyyə aydın şəkildə görsənir. Həm bu bəyannamələrdən, həm də banka vasitəsilə aparılan əməliyyatlar barədə bank tərəfindən təyin edimiş çıxarışdan açıq-aydın görsənir ki, iddiaçının dövriyyəsi cavabdeh orqanın təqdim etdiyi şəkildə deyil. İddiaçı dəfələrlə işin bu hallarının araşdırılması ilə əlaqədar cavabdeh orqana müraciət etsə də cavabdeh orqan tərəfindən ədalətli və obyektiv araşdırma aparılmamış və bu da iddiaçının hüquqlarının pozulması ilə yanaşı əsassız olaraq maddi məsuliyyətə cəlb edilməyinə səbəb olmuşdur. Barəsində qəbul edilmiş bu vergi borcu barədə qərarın qüvvədə qalması bir sahibkarlıq subyekti kimi iddiaçının hüqüqlarının kobud şəkildə pozulmasına, həm də maddi vəziyyətinin çətinləşməsinə gətirib çıxara bilər. Ona görə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proseslərində iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini 5 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə etiraz edərək aşağıdakıları bildirir: iddiaçı "xxxx" FİRMASİ (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarə tərəfindən hesablanmış 108011,13 manat vergi borcunun silinməsi qərar qəbul edilməsini xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, aparılan araşdırma zamanı "xxxx" FİRMASİ-nın (VÖEN **********) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə onlayn kassa məlumatlarına əsasən vergiyə cəlb olunan dövriyyəsi 249864.4 (ƏDV-siz) manat təşkil etdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1 -ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Qeyd olunanları əsas götürərək vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə **********876400 nömrəli “Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi haqqında” bildiriş göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən ərizə təqdim edilmədiyi üçün, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən "xxxx" FİRMASİ xx.xx.2020-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdır. ƏDV qeydiyyatı barədə xx.xx.2021 -ci il tarixli **********857900 nömrəli bildiriş vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini (bu Məcəllənin 158.2-ci maddəsinin ikinci abzasında göstərilən vergi ödəyiciləri istisna olmaqla) vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırma zamanı onlayn kassa məlumatlarına əsasən 2020-ci il avqust ayı üzrə 44150.3 manat (ƏDV-siz) məbləğində, 2020-ci il sentyabr ayı üzrə 27057.27 manat (ƏDV-siz) məbləğində, 2020-ci il oktyabr ayı üzrə 8066.88 manat (ƏDV-siz) məbləğində, 2020-ci il noyabr ayı üzrə 55849.22 manat (ƏDV-siz) məbləğində, 2020-ci il dekabr ayı üzrə 12988.59 manat (ƏDV-siz) məbləğində, 2021-ci il yanvar ayı üzrə 22183.86 manat (ƏDVsiz) məbləğində, 2021 -ci il fevral ayı üzrə 1242.07 manat (ƏDV-siz) məbləğində, 2021-ci il mart ayı üzrə 23822.24 manat (ƏDV-siz) məlbəğində, 2021-ci il aprel ayı üzrə 23988.19 manat (ƏDV-siz) məbləğində, 2021-ci il may ayı üzrə 28239.76 manat (ƏDV-siz) məbləğində, 2021-ci il iyun ayı üzrə 10182.54 manat (ƏDV-siz) məbləğində, 2021-ci il iyul ayı üzrə 14039.47 manat (ƏDV-siz) məbləğində, 2021-ci il avqust ayı üzrə 19606.92 manat (ƏDV-siz) məbləğində, 2021-ci il sentyabr ayı üzrə 24606.07 manat (ƏDV-siz) məbləğində, 2021-ci il oktyabr ayı üzrə 23535.57 manat (ƏDV-siz) məbləğində, 2021- ci il noyabr ayı üzrə 21841.8 manat (ƏDV-siz) məbləğində, 2021-ci il dekabr ayı üzrə 3920.92 manat (ƏDV-siz) məbləğində dövriyyə məbləği müəyyən edilməsinə baxmayaraq qeyd olunan dövrlər üzrə ƏDV bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarvergiyə cəib edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********162500 nömrəli və xx.xx.2022-ci il tarixli **********011800 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********211500 nömrəli, 21.01,2022-ci il tarixli **********878000 nömrəli, **********052500 nömrəli, **********855500 nömrəli, **********190600 nömrəli, **********844100 nömrəli, **********698000 nömrəli, **********778300 nömrəli, **********742000 nömrəli, **********822300 nömrəli, **********967300 nömrəli, **********993600 nömrəli, **********656800 nömrəli, **********948600 nömrəli, **********080200 nömrəli, **********136600 nömrəli, **********973200 nömrəli, **********027900 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Aparılan araşdırma zamanı 2020-ci il üzrə ƏDV bəyannamələrinə əsasən dövriyyə məbləği 148112.26 manat olmasına baxmayaraq, qeyd olunan dövr üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı xx.xx.2020-ci il tarixdən (ƏDV-qeydiyyatı tarixindən) xx.xx.2020-ci il tarixədək olan dövr üzrə tərəfinizdən e-qaimə ilə alınmış malların ümumi dəyəri 33037.37 manat (Yol vergisi daxil), e-qaimə əsasında çəkilən digər xərclər 334.0 manat məbləğində, qeyd olunan dövr üzrə əmək haqqı xərcinin 3800.0 manat məbləğində, sosial sığorta xərclərinin isə 855.0 manat məlbəğində olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, 2020ci il mənfəət vergisi bəyannaməsi üçün dövriyyə üzrə 110085.89 manat (148112.26 - 33037.37 - 334.0 - 3800.0 - 855.0) məbləğində kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Nəticədə yuxarıda qeyd olunanlara əsasən, mənfəət vergisi üzrə 22017.18 manat vergi məbləği dövlət büdcəsindən yayındırılmış vəsait kimi qiymətləndirilir. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********010100 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********210800 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.Azərbaycan Respublikasının Konstitusiyasının 73.1 -ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Odur ki, iddiaçı "xxxx" Firmasının iddia tələbi tam əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı "xxxx" firmasının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi X6 eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. - İşdə olan xx.xx.2022-ci il tarixli,**********505000 nömrəli bildirişdən görünür ki, vergi orqanı iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 108,011.13 manat yaranmış borcunun 5 gün müddətində ödənilməsinin təmin edilməsini iddiaçıdan tələb etmişdir. - İşdə olan xx.xx.2022-ci il tarixli, **********723700 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların)tələb edilməsi haqqında olan məktubdan görünür ki, vergi orqanı iddiaçı "xxxx" firmasından 4-cü rüb 2021 dövr üçün dəqiqləşdirilmiş Sadələşdirilmiş vergi bəyannaməsi və Sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsini təqdim etməti tələb etmişdir. - İşdə olan xx.xx.2022-ci il tarixli, **********723700 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların)tələb edilməsi haqqında olan məktubdan görünür ki, vergi orqanı iddiaçı "xxxx" firmasından 4-cü rüb 2021 dövr üçün dəqiqləşdirilmiş Sadələşdirilmiş vergi bəyannaməsi və Sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsini təqdim etməti tələb etmişdir. -İşdə olan xx.xx.2022-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında olan məktubdan görünür ki, vergi orqanı iddiaçı "xxxx" firmasından 2020-ci il üzrə cari mənfəət vergisi bəyannaməsi, izahat məktubu ilə birlikdə, mal, iş (xidmət) alınmasını və sair əməliyyatları təsdiq edən müəyyən edilmiş formada tərtib edilən ilkin uçot sənədləri, o cümlədən müqavilələr, qaiməfakturaları, kassa mədaxil və məxaric orderləri, təhtəl-hesab şəxsin avans hesabatı, debitor və kreditor borcları barədə cədvəl və əsas vəsaitlərin tərkibi barədə məlumat və əsas vəsaitlərin hərəkəti cədvəlinin təqdim etməti tələb etmişdir. - İşdə olan Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********876400 nömrəli əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi haqqında olan bildirişindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda, vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən "xxxx" firmasına məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacaqdır. - İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən göndərilmiş **********8 nömrəli bildirişdən görünür ki, "xxxx" firması Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir.Qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2020-ci il göstərilmişdir. Qeydiyyata alınma tarixi xx.xx.2021-ci il göstərilmişdir.Bildiriş şöbə rəisi X.Xəlilli tərəfindən imzalanaraq götürülmüşdür. - İşdə olan xx.xx.2022-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında olan məktubdan görünür ki, vergi orqanı iddiaçı "xxxx" firmasından 2020-ci il avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci il yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə cari ƏDV bəyannaməsi, izahat məktubu ilə birlikdə, mal, iş (xidmət) alınmasını və sair əməliyyatları təsdiq edən müəyyən edilmiş formada tərtib edilən ilkin uçot sənədləri, o cümlədən müqavilələr, qaimə-fakturaları, kassa mədaxil və məxaric orderləri, təhtəl-hesab şəxsin avans hesabatı, debitor və kreditor borcları barədə cədvəl və əsas vəsaitlərin tərkibi barədə məlumat və əsas vəsaitlərin hərəkəti cədvəlinin təqdim etməsi tələb etmişdir. - İşdə olan xx.xx.2022-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında olan məktubdan görünür ki, vergi orqanı iddiaçı "xxxx" firmasından 2021-ci il dekabr ayı üzrə cari ƏDV bəyannaməsi, izahat məktubu ilə birlikdə, mal, iş (xidmət) alınmasını və sair əməliyyatları təsdiq edən müəyyən edilmiş formada tərtib edilən ilkin uçot sənədləri, o cümlədən müqavilələr, qaiməfakturaları, kassa mədaxil və məxaric orderləri, təhtəl-hesab şəxsin avans hesabatı, debitor və kreditor borcları barədə cədvəl və əsas vəsaitlərin tərkibi barədə məlumat və əsas vəsaitlərin hərəkəti cədvəlinin təqdim etməsi tələb etmişdir. - İşdə olan xx.xx.2022-ci il tarixli, **********3 nömrəli bildirişdən görünür ki, vergi orqanı iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 115,503.42 manat yaranmış borcunun 5 gün müddətində ödənilməsinin təmin edilməsini iddiaçıdan tələb etmişdir. -İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 7-01/4269 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1i ünvanında yerləşən "xxxx" firmasına (VÖEN **********) məxsus yanacaq doldurma məntəqəsinin elektrik enerjisi istehlakı “SMART kart” tipli sayğacla aparılır. -İşdə olan Saatlı rayonu, Qara Nuru kəndində yerləşən "xxxx" firmasına məxsus yanacaq doldurma məntəqəsinin NKA modeli 4613-XXX tipli İBM Pos-terminalının yoxlanılmasının nəticəsində "xxxx" MMC e-kassa operatoru tərəfindən tərtib edilmiş 82 nömrəli, xx.xx.2022-ci il tarixli qüsur aktında göstərilmişdir ki, Sahibkar "CASPOS MMC"yə müraciət edərək bildirmişdir ki, gündəlik Z- hesabatı alarkən real satışdan artıq məbləğdə bərpa qəbzi çap olunmuşdur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin YDM(yanacaq doldurma məntəqəsi)-də YPQ(yanacaq pompa qurğusu}-un elektron beynində problem yaranmışdır. Sahibkar yaranmış problemi aradan qaldırmaq üçün YPQ mütəxəssisi-Məmmədov Zakiri dəvət etmişdir. Mütəxəssisin yazdığı izahata əsasən müraciət etmədən yaranmış problemi aradan qaldırmaq üçün nasaz elektron beyni 2-ci əl elektron beyinlə əvəz etmişdir. Lakin quraşdırılmış elektron beyin sıfrlanmamış və bizə müraciət etmədən NKA-na (nəzarət kassa aparatına) qoşulmuşdur. Belə olduğu halda NKA-nın (nəzarət kassa aparatının) son sayğac göstəricisi ilə əvəz olunmuş elektron beynin sayğac göstəricisi arasında fərqlər yaranmış və nəticədə artıq məbləğlərdə bərpa qəbzi çap olunmuşdur. - İşdə olan "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Mehman Firmasının istifadəsində olan ******* zavod nömrəli 4613- XXX tipli İBM Pos-terminalı markalı nəzarət kassa aparatına yazılmış proqram təminatı və quraşdırılmış token qurğusunun versiyaları köhnə olduğundan aylıq hesabat çıxarmaq mümkün olmamış, token qurğusunun versiyası yenilənmiş və həmin NKA-a yeni proqram təminatı yazılmışdır. Proqram təminatının yenilənməsi səbəbilə ******* zavod nömrəli 4613-XXX tipli İBM Pos-terminalı markalı nəzarət kassa aparatı format olunmuşdur. Belə olduğu halda, həmin NKA-da olan əvvəlki məlumatlar silinmişdir, lakin AR İqtisadiyyat Nazirliyi yanında DVX-nə məlumat bazasına bütün məlumatlar ötürülmüşdür. Məktubda qeyd edilən tarixlər üzrə dövriyyə hesabatını yalnız DVX-nin məlumat bazasından almaq olar.Nəzərinizə çatdırırq ki, Token qurğusunun köhnə versiyasında, ötürülən məlumatları yaddaşda saxlamaq funksiyası yoxdur. Lakin yeni versiyada artıq məlumat toplama funksiyası əlavə olunub. Yeni versiyaya yeniləndiyi tarixdən cari müddətədək olan məlumatı; proqram təminatı artıq yeni versiyalı tokendən götürdüyü üçün aylıq dövriyyə üzrə hesabat çıxarmaq mümkündür. Sahibkarın verdiyi məlumata görə, avqust 2020-ci il tarixdə YPQnin elektron beyni başqa beyinlə əvəz olunmuşdur. Əvəz olunan beyin sıfırlanmamış və bizə məlumat veriləmədən NKA-a qoşulmuşdur. Əvəz olunan elektron beynin säyğacgöstəricləri NKA-da olan sayğac göstəricisindən fərqli olduğundan, gündəlik Z hesabatı alarkən arada yaranan fərq bərpa qəbzləri vasitəsilə çap olunur. -İşdə olan X7 Təchizatı və Satışı İdarəsi Saatlı Elektrik Şəbəkəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 23/143 nömrəli arayışda göstərilmişdir ki, verilir X5 ondan ötəriki həqiqətən də o, Saatlı rayon Qara-Nuru kəndində yerləşən “Mehman“ firmasının yanacaq doldurma məntəqəsində fəaliyyət göstərir və 08.2020-ci il tarixdən-11.2021- ci il tarixədək 13142.03 kvt enerji işlədərək 1196.11 manat dəyərində ödəniş etmişdir. - İşdə olan Dövlət Vergi Xidmətinin "xxxx" MMC-nə ünvanladığı məktubda göstərilmişdir ki, vergi ödəyicisi Mehman Firmasının (VÖEN: **********) 2020-ci ilin avqustdekabr ayları və 2021 -ci ilin yanvar-dekabr ayları üçün əlavə dəyər, vergisi bəyannamələri və 2020-ci il üçün Mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə inzibati şikayətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsində baxılır. Müraciət üzrə inzibati araşdırma ilə əlaqədar həyata keçirilmiş əməliyyatlara dair məlumatların təqdim edilməsinə zərurət yaranmışdır. Belə ki, vergi ödəyicisi müraciətində 2020-ci ilin avqust-dekabr ayları və 2021-ci ilin yanvar-dekabr ayları ərzində nəzarət-kassa aparatına mədaxil edilmiş pul vəsaitlərinin reallığı əks etdirmədiyini, bunu NKA-nın nasazlığı, NKA-ya pul vəsaitlərinin yanlış olaraq mədaxil edilməsi səbəbindən baş verdiyini, həmçinin 2019-cu ilin noyabr ayından 2022-ci ilin aprel ayınadək YDM-də (yanacaq doldurma məntəqəsində) quraşdırılmış onlayn NKA-nın nasazlığı səbəbindən ən azı 4- 5 dəfə STXM tərəfindən təmir üçün Bakı şəhərinə aparıldığını qeyd etmişdir. Bundan əlavə vergi ödəyicisi araşdırmaya tərəfinizdən tərtib edilmiş 82 nömrəli qüsur aktını təqdim etmişdir. Aktda aparılan araşdırmalar nəticəsində həmin YDM-də (yanacaq doldurma məntəqəsində) YPQ (yanacaq pompa qurğusu)-un elektron beynində problemin yarandığı, sahibkar tərəfindən problemin aradan qaldırılması üçün YPQ mütəxəssisi- Məmmədov Zakiri dəvət etdiyi, mütəxəssisin yazdığı izahata əsasən sizə müraciət etmədən yaranmış problemin aradan qaldırılması üçün nasaz elektron “beynin” 2-ci əl elektron “beyinlə” əvəz edildiyi, lakin quraşdırılmış elektron “beynin” sıfırlanmadığı və sizə müraciət etmədən NKA-ya (nəzarət-kassa aparatı)na qoşulduğu, belə olan halda vergi ödəyicisinin **********-67001 saylı obyektində quraşdırılan ******* zavod nömrəli 4613-XXX tipli İBM Pos-terminalı markalı nəzarət kassaaparatının son sayğaclarının göstəricisi ilə əvəz olunmuş elektron beyinin sayğac göstəricisi arasında fərqin yarandığı və nəticədə artıq məbləğlərdə bərpa qəbzi çap olunduğu qeyd edilmişdir. Həmçinin vergi ödəyicisi araşdırmaya Mehman Firmasının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən tətrib edilmiş xx.xx.2022-ci il tarixli “Arayış” təqdim etmişdir. Arayışda vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdə interval üzrə dövri hesabatın çıxarılması üçün sizə müraciət etdiyi, NKA-da versiyası 3.18 olan proqramdan interval üzrə dövri hesabatın çıxarılmasının mümkün olmadığı üçün xx.xx.2020-ci il tarixdə yeni 4.08 proqram versiyasının yazıldığı, proqramın versiyası yeniləndikdə sərt diskdəki məlumatların format olunduğu, sərt disk format olunduğundan əvvəlki dövrlər olan hesabatın kassadan çıxarmağın mümkün olmadığı, lakin token üzrə bütün məlumatların Dövlət Vergi Xidmətinin bazasına ötürüldüyü qeyd edilərək vergi ödəyicisinə əvvəlki dövrlər üzrə hesabatın alınması üçün Dövlət Vergi Xidmətinə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Mehman Firmasının »istifadəsində olan ******* zavod nömrəli 4613-XXX tipli İBM Pos-terminalı markalı nəzarət kassa aparatına 2020-ci ilin avqust- dekabr ayları və 2021-ci ilin yanvar-dekabr ayları ərzində faktiki mədaxil olunmuş (vurulmuş) məbləğlər barədə günlər üzrə məlumatların (şübhəli dublikat çekləri barədə məlumatlar əlavə edilməklə), habelə yanacaq pompa qurğusunun yeni elektron “beyinlə əvəz olunması tarixi, əvəz olunma nəticəsində alınmış "xxxx" hesabatlarında olan dövriyyələrdən Mehman Firmasına aid satışların olub-olmaması (olduğu təqdirdə mədaxil olunmuş (vurulmuş) məbləğlər barədə günlər üzrə məlumatların), olmadığı halda buna dair əsaslar əlavə edilməklə 5 (beş) iş günü müddətində araşdırmaya təqdim edilməsi xahiş olunur. - İşdə olan Azərbaycan Beynəlxalq Bankının Saatlı filialının əməliyyat bölməsi tərəfindən təqdim edilmiş "xxxx" firmasının hesabından çıxarışdan görünür ki, xx.xx.2020xx.xx.2021-ci il tarixlərdə Mehman firmasının kredit dövriyyəsi 143,796.00 manat, debit dövriyyəsi isə 143,792.08 manat olmuşdur. -İşdə olan "xxxx" firmasına məxsus **********-67001 kodlu obyektin 4613-XXX tipli İBM Pos-terminalından çıxarılmış xx.xx.2022-ci il tarixli hesabatlardan görünür ki, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020 və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə obyektin faktiki satışı 0 təşkil etmişdir. -İşdə olan "xxxx" firması tərəfindən 5 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış xx.xx.2022 ci il tarixli müraciətdə **********561500 nömrəli müraciətin etibarsız hesab edilməsi xahiş edilmişdir. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********628100 nömrəli inzibati şikayətin baxılmamış saxlanılması barədə olan qərardan görünür ki, "xxxx" Firmasının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətləri baxılmamış saxlanılmışdır. Qərar xx.xx.2022-ci il tarixli **********995900 nömrəli məktuba qoşma edilərək "xxxx" Firmasına ünvanlanmışdır. - İşdə olan ”SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi elektron qaimədən görünür ki, "xxxx" firması xx.xx.2020-ci il tarixli, 03/128 nömrəli müqavilə əsasında dizel yanacağı və Aİ 92 benzin almışdır. - İşdə olan "xxxx" Firması ilə 5 saylı Ərazi Vergilər İdarəsi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, müqavilə vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında bağlanmışdır. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Firmasına xx.xx.2022-ci il tarixdə ünvanlanmış **********995900 nömrəli sənəd xx.xx.2022ci il tarixdə, xx.xx.2022-ci il tarixdə ünvanlanmış **********558300 nömrəli sənəd xx.xx.2022-ci il tarixdə oxunmuşdur. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********170400 nömrəli inzibati şikayət üzrə icraata xitam verilməsi barədə olan qərardan görünür ki, "xxxx" Firmasının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti üzrə icraata xitam verilmişdir. Qərar xx.xx.2022-ci il tarixli **********558300 nömrəli məktuba qoşma edilərək "xxxx" Firmasına ünvanlanmışdır. - İşdə olan "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, "xxxx" firmasının direktoru Əzimov Mehman tərəfindən "xxxx" MMC-nin rəhbərliyə müraciət edilmiş və müraciətdə gündəlik Z- hesabatı alarkən real satışdan artıq məbləğdə bərpa qəbzi çap olunmuşdur. Bundan sonra "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin YDM-in YPQ-nun elektron beynində problem yaranmış, Əzimov Mehman isə "xxxx" MMCyə müraciət etmədən özbaşına nasaz elektron beyni sıfırlanmamış ikinci əl elektron beyinlə əvəz etmişdir. Bu halda NKA-nın sayğac göstəricisi ilə əvəz olunmuş elektron beynin sayğac göstəricisi arasında fərqlər yarana bilər. Bu barədə "xxxx" firmasının direktoru Mehman Əzimova da məlumat verilmişdir."xxxx" MMC-də müştərinin müraciəti ilə bağlı Qüsur aktından başqa sənəd tərtib olunmur. -İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli qərardan görünür ki, 2020-ci il avqust ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 2.199,55 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********269600 nömrəli qərardan görünür ki, 2020-ci il sentyabr ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 4.870,31 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********258200 nömrəli qərardan görünür ki, 2020-ci il oktyabr ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 1.452,04 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********297900 nömrəli qərardan görünür ki, 2020-ci il noyabr ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 10.052,86 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********302800 nömrəli qərardan görünür ki, 2020-ci il dekabr ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 2.337,95 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********266500 nömrəli qərardan görünür ki, 2021-ci il yanvar ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 3.993,09 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********275500 nömrəli qərardan görünür ki, 2021-ci il fevral ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 3.823,57 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********260300 nömrəli qərardan görünür ki, 2021-ci il mart ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 4.288,00 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********267200 nömrəli qərardan görünür ki, 2021-ci il iyun ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 1.832,86 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********259900 nömrəli qərardan görünür ki, 2021-ci il may ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 5.083,16 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********307300 nömrəli qərardan görünür ki, 2021-ci il avqust ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 3.529,25 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********276200 nömrəli qərardan görünür ki, 2021-ci il sentyabr ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği haqqı 4.429,09 manat olmuşdur - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********254400 nömrəli qərardan görünür ki, 2021-ci il oktyabr ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 4.236,40 manat olmuşdur - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********268900 nömrəli qərardan görünür ki, 2021-ci il dekabr ayında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində ƏDV üzrə hesablanmış əlavə vergi məbləği 705,77 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərardan görünür ki, 2021-ci ildə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində Mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləği 7.906,98 manat olmuşdur. - İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********868100 nömrəli qərardan görünür ki, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 22.017,18 manat, 2020-ci ildə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 4.937,08 manat olmuşdur. Məhkəmənin 2-1(120)-744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 9/5722 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "xxxx" firmasının yanacaq məhsullarının satışı üzrə dövriyyəsi 2020-ci il üzrə ümumilikdə 76.824,25 manat məbləğində (o cümlədən Aİ-92 markalı avtomobil benzinin satışı üzrə 42.354,40 manat, dizel yanacağı üzrə 34.470,50 manat), 2021-ci il üzrə ümumilikdə 114,641.20 manat məbləğində (o cümlədən Aİ-92 markalı avtomobil benzinin satışı üzrə 79.256,31 manat, dizel yanacağı üzrə 35.384,89 manat) müəyyən edilir. "xxxx" firmasının 2020-2021-ci illər ərzində sadələşdirilmiş vergi ödəyicisi olduğunu nəzərə alınsa, firmanın vergi öhdəliyi aşağıdakı kimi müəyyən edilir; 2020-ci il üzrə-- 76.824,25 *2% = 1.536,49 manat; 2021-ci il üzrə-- 114.641,20 *2% = 2.292,82 manat; Cəmi: 1.536,49 + 2.292,82 = 3.829,31 manat. Vergi Məcəlləsinin 218.1.1 -ci maddəsinin tələblərinə uyğun olaraq bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.Belə olan halda "xxxx" firması tərəfindən yanacaq məhsullarının satışı üzrə vergiyə cəlb edilən dövriyyə 2020-ci il üzrə 76.824,25 manat, 2021-ci il üzrə 114.641,20 manat olduğundan və ardıcıl 12 ayın istənilən dövründə müəssisənin vergitutulan əməliyyatlarının cəmi 200.000 manatı keçmədiyindən, ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yaranmamışdır.Yuxarıda qeyd edilənlərə əsasən "Mehman” firması sadələşdirilmiş vergi ödəyicisi olduğundan və ƏDV-nin məqsədləri üçün qeydiyyat alınmaq öhdəliyi yaranmadığından, vergi orqanı tərəfindən firmaya 2020-ci ilin avqust-dekabr ayları və 2021-ci ilin yanvar- dekabr ayları üzrə hesablanmış ƏDV və 2020-2021-ci illər üzrə hesablanmış mənfəət vergisi məbləğlərinin düzgünlüyü müəyyən edilmir. Eyni zamanda həmin dövrlər üzrə firma tərəfindən ƏDV-nin və Mənfəət vergisinin azaldılması müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən, 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinin müddəaları bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilənlərə şamil edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir. Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. Bu zaman iştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən digər xərclər də çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 154-cü maddəsinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və bu Məcəllənin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır. Bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. Bu maddənin məqsədi üçün ayrıca şəxs dedikdə birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur. Aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır.Bu Məcəllənin 33.8-1-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) ƏDV-nin ödəyiciləri sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 158-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDVnin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına göndərməlidir. Vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV-nin ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçını xx.xx.2021-ci il tarixli ********** nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişinə əsasən həmin tarixdə məcburi qaydada ƏDV-nin məqsədləri üçün qeydə almış və qeydiyyatın qüvvəyə minmə tarixini xx.xx.2020-ci il tarixi müəyyən etmişdir. Belə ki, vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı "xxxx" firmasının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə onlayn kassa məlumatlarına əsasən vergiyə cəlb olunan dövriyyəsinin 249,864.4 (ƏDV-siz) manat təşkil etdiyi və nəticədə 2020-ci ilin iyul ayında 200.000,0 manatlıq həddi keçdiyi müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğuna görə növbəti aydan, yəni 2020-ci ilin avqust ayının 1dən məcburi qaydada ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaranmışdır. Bundan sonra xx.xx.2020-xx.xx.2021-ci il tarixləri ərzində baş vermiş satış əməliyyatları ƏDV üzrə vergitutma obyekti hesab edilmiş və həmin dövrə aid onlayn kassa məlumatları əsas götürülərək, iddiaçıya 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvar-dekabr ayları üzrə Əlavə dəyər vergisi, 2020-2021-ci illərə isə mənfəət vergisi hesablanmışdır. İddiaçı hazırda ƏDV-nin məqsədləri üçün qeydiyyatı və 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvar-dekabr ayları üzrə hesablanmış əlavə dəyər vergisi məbləğlərini, eləcə də 2020-2021-ci illər üzrə hesablanmış mənfəət vergisi məbləğlərini mübahisələndirir və hesab edir ki, onlayn kassa məlumatları reallığı əks etdirmir və iddiaçının ardıcıl 12 aylıq vergiyə cəlb olunan dövriyyəsi 200,000.0 manatı keçmədiyinə görə ƏDV və mənfəət vergisi öhdəliyi yarana bilməzdi. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı iddiaçını ƏDV qeydiyyatına almaqda və bu əsasla ƏDV və mənfəət vergisi hesablamaqda haqlı olmamışdır. Belə ki, işin hallarından aydın olduğu kimi, mübahisənin yaranmasının səbəbi vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 ay ərzində 200.000 manatı keçməsi əsası ilə cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2021-ci ilin dekar ayının 24-də məcburi olaraq əvvəlki – xx.xx.2020-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirilməsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 157-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. Şəxsin ərizəsindəki məlumatların düzgün olmadığı müəyyən edildikdə, araşdırmanın nəticələri üzrə vergi orqanı tərəfindən bu Məcəllənin 157-2-ci maddəsinin dördüncü abzasında müəyyən edilmiş formada əsaslandırılmış akt tərtib olunur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxs aktı aldığı gündən 5 gün müddətində dəqiqsizlikləri aradan qaldırıb vergi orqanına təqdim etməlidir, təqdim edilmiş ərizədə dəqiqsizliklər olmadıqda şəxs qeydiyyata alınır və bu barədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir. Şəxs bu maddənin ikinci abzasında müəyyən edilmiş qaydada dəqiqsizlikləri aradan qaldırmadıqda və qeydiyyata alınmadıqda vergi orqanı tərəfindən ona qeydiyyata alınmadan imtina barədə bildiriş təqdim edilir. Araşdırmanın nəticələri üzrə tərtib olunan aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; - bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. 157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. 157.3.3. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, 157.4. Vergi orqanı ƏDV-nin ödəyicilərinin reyestrini aparmağa borcludur. Vergi ödəyiciləri ƏDV-nin reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini (bu Məcəllənin 158.2-ci maddəsinin ikinci abzasında göstərilən vergi ödəyiciləri istisna olmaqla) vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. 157.6. ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə ƏDV ödəyicilərinin dövlət reyestrində müvafiq düzəlişlər edilməlidir. 157.8. Bu Məcəllə ilə müəyyən olunmuş hallarda rəsmi sorğulara əsasən sorğu edənə "ƏDV ödəyicilərinin reyestrindən çıxarış" verilir. Məhkəmə ƏDV məqsədləri üçün qeydiyyata münasibətdə qeyd edir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olarsa, həmin vergi ödəyicisi 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir. Ərizəni vermədiyi təqdirdə isə vergi orqanı öz təşəbbüsü ilə həmin şəxsi qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir (Vergi Məcəlləsinin 155.1, 157.3 və 157.5-ci maddələri) Qeyd etmək lazımdır ki, qanunvericilikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisinin 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi nəzərdə tutulsa da, vergi orqanının həmin vergi ödəyicilərini ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata almasına münasibətdə konkret müddət qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə müddətin 10 gün nəzərdə tutulması vergidən yayınma halının qarşısını almaqla yanaşı, vergi ödəyicisi tərəfindən ƏDV-nin hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu, əvəzləşdirmə hüququnun nə vaxt yarandığını dəqiqləşdirmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən ƏDV-nin məqsədləri üçün dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinə satdığı malların (işlərin, xidmətlərin) dəyərinə ƏDV təbiq (əlavə) etmək və malları (işləri, xidmətləri) alarkən ödədikləri ƏDV-ni əvəzləşdirmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı 2020-2022-ci illər ərzində sadələşdirilmiş verginin ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş, apardığı əməliyyatlara ığıdtas) mallara) ƏDV tətbiq (əlavə) etməmiş, sadələşdirilmiş verginin ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən vergi ödəyicinin (nınıçaiddi) vergi tutulan əməliyyatlarının həcminin 200.000 manat həddini keçməsi aşkar olunduğu halda iddiaçının ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınmasını 16 ay sonra həyata keçirməsi, bununla da qeyd edilən müddətdə satdığı mallara görə faktiki olaraq ƏDV əlavəsi tətbiq etmək və əvəzləşdirmə hüququnu tətbiq etmək imkanından məhrum olması normanın məqsədlərinə uyğun hesab edilə bilməz. Belə ki, məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə qeydiyyat tarixi qüvvəyə minməsinə dair normanın məzmunu aydın olsa da, hansı müddətdə tətbiq edilməsinə dair aydın göstəriş – tənzimləmə yoxdur. Belə olduğu təqdirdə, məhkəmə normanın onun məqsədinə uyğun tətbiq edilməli olduğu qənaətindədir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə ödəyici üçün müddətin 10 gün nəzərdə tutulması vergi orqanı üçün hüququnun tətbiqi üçün müddətlərin tətbiq edilməsini zəruri edir. Başqa sözlə, mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Belə ki, vergi ödəyicisinin (nınıçaiddi) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur. Belə ki, vergi orqanının həmin hüququ ödəyici üçün müəyyənləşdirilmiş 10 gününün ertəsi günündən başlamış, vergi orqanı isə həmin hüququ 16 aydan sonra xx.xx.2021-ci il tarixdə qüvvəyə minməklə həyata keçirmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişinin qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvar-dekabr aylarına ƏDV və 2020-2021-ci illərə mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğlərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalara əsasən müəyyən edilir ki, idiaçı 2020-2021-ci illər ərzində "xxxx" QSC-dən ümumilikdə 181.89 ton Aİ-92 markalı avtomobil benzini və dizel yanacağı almış və aldığı mallara görə satıcıya əlavə dəyər vergisi ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" QSC-dən Aİ-92 markalı avtomobil benzini və dizel yanacağı aldığı tarixlərdə ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyindən (sadələşdirilmiş verginin ödəyicisi olduğundan) aldığı mallara görə ödədiyi ƏDV məbləğlərini Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən əvəzləşdirmək hüququ olmamışdır. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Həmin Məcəllənin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. Qeyd olunan normaların birgə təhlilindən aydın olur ki, vergi ödəyicisi mal alarkən ödədiyi ƏDV məbləğlərini Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamışdırsa, həmin malın təqdim edilməsi (satılması) ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat hesab edilmir və nəticə etibarilə ƏDV-yə cəlb edilmir. Belə ki, bu halda ƏDV ödəyicisi həm mal alarkən, həm də satarkən iki qat ƏDV məbləği ödəməli olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 2020-2021-ci illər ərzində "xxxx" QSC-dən aldığı mallara görə ƏDV ödədiyi halda, onları Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə müvafiq olaraq əvəzləşdirmək hüququna malik olmamışdır ki, nəticə etibarilə həmin malların (yanacaq məhsullarının) satışı ƏDV-yə cəlb olunan əməliyyat hesab edilə və ƏDV-yə cəlb edilə bilməzdi. Digər yandan məhkəmə qeyd edir, cavabdeh vergi orqanı 2020-ci ilin avqustdekabr, 2021-ci ilin yanvar-dekabr aylarına ƏDV hesablayarkən istinad etdiyi yeganə əlaqəli məlumat onlayn kassa məlumatları olmuşdur ki, məhkəmə aşağıda qeyd olunan səbəblərdən həmin məlumatları vergilərin hesablanması üçün mötəbər mənbə hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin məktubuna əsasən iddiaçı yanacaq doldurma məntəqəsində quraşdırılmış nəzarət kassa aparatının elektron beynində yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə ikinci əl digər elektron beyindən istifadə etmiş və ikinci beynin məlumatları sıfırlanmadığından, sayğac göstəricilərində, eləcə də vergi orqanına ötürülən onlayn kassa məlumatlarında uyğunsuzluqlar ortaya çıxmışdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən məlumat, eləcə də iddiaçının aldığı yanacaq məhsullarının həcmi və həmin həcmə uyğun olaraq müəyyən edilən satış dövriyyəsi ilə onlayn kassa məlumatlarının göstəriciləri arasındakı kəskin fərq iddiaçıya məxsus yanacaq doldurma məntəqəsindəki onlayn kassa aparatının məlumatlarının mötəbərliyi ilə bağlı ciddi şübhələr yaradır. Bu isə o deməkdir ki, vergi orqanı xidməti vəzifəsindən irəli gələrək inzibati icraat (kameral vergi yoxlaması) zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, eləcə də maraqlı şəxsin xeyrinə olan halları araşdırıb nəzərə almalı idi. (“İnzibati icraat haqqında” AR Qanununun 24.1, 24.2, 24.3 və 24.4-cü maddələri) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarxli 9\5722 nömrəli ekspert rəyində qeyd edilənlərə əsasən iddiaçının "xxxx" QSC-dən elektron qaimə-faktura əsasən aldığı yanacaq məhsullarının (Aİ-92 markalı avtomobil benzini və dizel) həcmi və Tarif Şurasının təsbit etdiyi müvafiq tarixlər üzrə pərakəndə satış qiymətlərini nəzərə alaraq, iddiaçının vergiyə cəlb olunan dövriyyəsi 2020-ci il üzrə 76,824.25 manat, 2021-ci il üzrə 114,641.20 manat, ümumilikdə isə 191,465.45 manat müəyyən edilmişdir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarxli 9\5722 nömrəli ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud deyil və iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilər. Buna görə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 9/5722 nömrəli ekspert rəyi mötəbər sübut olaraq qiymətləndirilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ardıcıl 12 aylıq dövr ərzində vergiyə cəlb edilən dövriyyəsi 200,000.0 manatı keçmədiyindən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmək və ƏDV hesablamaq öhdəliyi yaranmamışdır. Onlayn kassa məlumatlarının ekspert rəyi ilə müəyyən edilmiş satış dövriyyəsindən yüksək olmasına münasibətdə məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan bir haldakı iddiaçının onlayn kassa üzrə satış dövriyyəsinin real satış dövriyyəsi olduğunu iddia edir, bu halda elektron qaimə-faktura əsasında rəsmi olaraq alınan malların həcminə Tarif Şurasının normalarının tətbiqi nəticəsində hesablanmış satış dövriyyəsi ilə onlayn kassa məlumatları arasındakı uyğunsuzluğa aydınlıq gətirməli və həmçinin iddiaçının rəsmi olaraq elektron qaimə-faktura əsasında aldığı mallardan kənar mal alıbsatdığına dair mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh vergi orqanı buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh vergi orqanı onlayn kassa məlumatlarına əsasən satıldığı iddia olunan məhsulların dəyərinin iddiaçıya nağd və ya nağdsız qaydada ödənilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir. Halbuki, vergi qanunvericiliyinin tələblərinə əsasən, malların (işlərin, xidmətlərin) təqdim edilməsi o hada ƏDV üzrə vergiyə cəlb olunan və 18 faiz dərəcə ilə ƏDV hesablanan əməliyyat hesab edilir ki, həmin əməliyyatların ƏDV-siz dəyəri vergi ödəyicisinə nağd və ya nağdsız şəkildə ödənilmiş olsun (Vergi Məcəlləsinin 166.1, 166.1.1, 166.1.1-1, 166.7-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı aldığı mallara (yanacaq məhsullarına) görə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olmadığından və alınmış yanacaq məhsullarının həcminə uyğun olaraq müəyyyən edilmiş satış dövriyyəsi 200,000.0 manatlıq həddi keçmədiyindən, bundan başqa onlayn kassa məlumatlarına əsasən müəyyən edilmiş və həqiqliyinə dair aradan qaldırılmaz şübhələr mövcud olan satışlar üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması qaydasında 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvar-dekabr aylarına hesablanmış əlavə dəyər vergisi və mənfəət vergisi məbləğləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi ləğv olunmalıdır. Həmçinin "xxxx" MMC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, "xxxx" firmasının direktoru Əzimov Mehman tərəfindən "xxxx" MMC-nin rəhbərliyə müraciət edilmiş və müraciətdə gündəlik Zhesabatı alarkən real satışdan artıq məbləğdə bərpa qəbzi çap olunmuş, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən aparılmış araşdırma nəticəsində YDM-in YPQ-nun elektron beynində problem yaranması, Əzimov Mehman isə "xxxx" MMC-yə müraciət etmədən özbaşına nasaz elektron beyni sıfırlanmamış ikinci əl elektron beyinlə əvəz edilməsi, NKAnın sayğac göstəricisi ilə əvəz olunmuş elektron beynin sayğac göstəricisi arasında fərqlər yarana biləcəyi müəyyən edilmiş və məhkəməyə qüsur aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 145 (bir yüz qırx beş) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 145 (bir yüz qırx beş) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar