Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-263/2025 02.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıya satılmış 0,028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reystrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıya satılmış 0,028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reystrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mərzçəkmə işlərinin aparılmasına və torpaq sahəsinin yerinin tanıtdırılması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddia tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıya satılmış 0,028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reystrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-263/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadına əsasən iddiaçı və cavabdhin olduğu kimi saxlanılması, iddia tələbinə “Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıya satılmış 0,028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reystrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: xx.xx.2007-ci il tarixdə Beyləqan rayon X3 maşın təmiri sexi tikmək üçün torpaq sahəsi ayrılması barədə müraciət etmişdir. Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə ona satılmış 0.028 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrinə qeydiyyata alınması ilə bağlı müraciət etmiş. Lakin cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi həmin müraciətdən torpaq sahəsinin kordinatlarının və döngə nöqtələrinin düzgün olmaması ilə bağlı müraciətindən imtina etmişdir. Bunan sonra Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasına və torpaq sahəsinin yerinin tanıtdırılması tələbi ilə müraciət etmişdir. Lakin bu dəfədə Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi onun müraciətindən əsassız olaraq imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı Beyləqan rayonu, 1-ci Şahsevən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə ona satılmış 0.028 ha torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılmasına və torpaq sahəsinin yerinin tanıtdırılmasına dair müraciətinə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmış və inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün ilkin sənədlərin təqdim olunmadığı üçün ölçü işlərinin aparılması mümkün olmamışdır. Bununla bağlı İddiaçı xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Bundan əlavə olaraq bildirilir ki, iddaçı İddiaçı məhkəməyə torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun tanınmasına köməklik göstərilməsinə dair xx.xx.2023-cü il tarixdə 6 saylı Beyləqan Ərazi İdarəsinə etdiyi müraciət əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli imtina məktubunu təqdim etmişdir. Belə ki, həmin müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X9 X14 ilə eyniləşdirilən zaman torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına və tikinti altında olan torpaqlar uqodiyasına aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş AN№ 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları ilə eyniləşdirilən zaman torpaq sahələri arasında 564.0 metr fərq olması müəyyən edilmişdir. Ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş AN 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsi 17.05mx16.0m olmaqla göstərilsə də, müraciətə əlavə edilmiş ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planında torpaq sahəsi 17.5 mx16.0 m olmaqla göstərilmiş, faktiki vəziyyətdə istifadə etdiyi torpaq sahəsinin isə texniki göstəricilərinin eni bir tərəfdən 14.32 m, digər tərəfdən 15.86 metr, uzunluğu bir tərəfdən 18.9 metr, digər tərəfdən isə 18.6 metr təşkil edir. Həmçinin bildirilmişdir ki, müraciətə əlavə edilən sənədlərin ekspertizası zamanı Ərazi İdarəsinin elektron məlumat bazasında ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə aid hər hansı bir məlumat aşkar edilməmiş və 0.028 ha torpaq sahəsinə dair Beyləqan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müvafiq rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, müraciətə əlavə edilən sənədlərdə torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ayrılması qeyd edilsə də, ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin qaiməsi (sertifikatı) hissəsində torpaq sahəsinin məqsədli istifadə növü əkin kimi keyfiyyət qrupu İİİ, bonitet balı ise 58 olmaqla göstərilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən bu məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, yuxarıda şərh olunanları, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı "mərzçəkmə işlərinin aparılmasına və torpaq sahəsinin yerinin tanıtdırılması" tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərəl iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X15 tərəflərindən verilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkün iddiadır. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-M-0006-8/2023 nömrəli məktubunun surətindən görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0.028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 06 yanvar 2023-cü il tarixli müraciətə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bundan əlavə bildirilir ki, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X9 X14 ilə eyniləşdirilən zaman torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına və tikinti altında olan torpaqlar uqodiyasına aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə bildirilmişdir ki, müraciətə əlavə edilmiş ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları ilə eyniləşdirilən zaman torpaq sahələri arasında 564.0 metr fərq olması müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, müraciətə əlavə edilən ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsi 17.05mx16.0m olmaqla göstərilsə də, müraciətə əlavə edilmiş ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planında torpaq sahəsi 17.5 mx16.0 m olmaqla göstərilmiş, faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin isə texniki göstəricilərinin eni bir tərəfdən 14.32 m, digər tərəfdən 15.86 metr, uzunluğu bir tərəfdən 18.9 metr, digər tərəfdən isə 18.6 metr təşkil edir. Eyni zamanda bildirilir ki, müraciətilə əlavə etdiyi sənədlərin ekspertizası zamanı Ərazi İdarəsinin elektron məlumat bazasında ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş AN№ 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə aid hər hansı bir məlumat aşkar edilməmiş və 0.028 ha torpaq sahəsinə dair Beyləqan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müvafiq rəyinin müraciətinə əlavə edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, müraciətinə əlavə etdiyi sənədlərdə torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ayrılması qeyd edilsə də, ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin qaiməsi (sertifikatı) hissəsində torpaq sahəsinin məqsədli istifadə növü əkin kimi keyfiyyət qrupu İİİ, bonitet balı isə 58 olmaqla göstərilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0.028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 06 yanvar 2023-cü il tarixli müraciətinin icrası mümkün olmamışdır. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Birinci Şahsevən kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 510 nömrəli Arayışının surətindən görünür ki, Beyləqan rayon Birinci Şahsevən kəndinə yaşayan 1958-ci il təvəllüdlü İddiaçı ailə üzvləri Arvadı – X11, qızı- X6 ibarətdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsinin Rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi bildirir ki, 1ci Şahsevən bələdiyyəsinin 24 fevral 2007-ci il tarixli, 02 saylı qərarı ilə İ Şahsevən sakini İddiaçı mülkiyyətinə bələdiyyənin əkinə yararsız torpaq sahəsindən fərdi sahibkarlıq məqsədi üçün 280 m2 torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi Bələdiyyənin əkinə yararsız torpaq sahəsi olmaqla satılması mövcud qanunvericiliyin tələbinə uyğundur. 05 aprel 2007-ci il tarixli Aktın surətindən və 23 may 2007-ci il tarixli Torpaqların Alqı-Satqısına dair Aktın surətindən görünür ki, Beyləqan rayonu ərazisində 1-ci Şahsevən kəndində yaşayan Məmmədov X13 rayonu 1-ci Şahsevən bələdiyyəsinə 23 dekabr 2006cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Beyləqan rayonu 1-ci Şahsevən bələdiyyə ərazisində 280 m2 torpaq sahəsinin satılması barədə 2007-ci il 24 fevral 02 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Beyləqan rayon Kapital Bankının ********** saylı hesabına əvvəlcədən 34,60 manat haqq ödənilmişdir. Bu akt Beyləqan rayonu 1-ci Şahsevən rayon bələdiyyə orqanının nümayəndəsinin sədri X1 Vaqif Əkbər oğlu X7 iştirakı ilə 17 may 2007-ci il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Beyləqan rayonu X2 24 fevral 2007-ci il tarixli, 02 nömrəli iclas protokolundan Çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini İddiaçı torpaq sahəsinin satılması barədə Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, «Torpaq islahatı haqqında» və «Torpaq bazarı haqqında « Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar Tarixli fərmanı ilə təsdiq edilmiş, «Torpaqların alqı-satqısı qaydaları»na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq Birinci Şahsevən kənd sakini İddiaçı ona bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına özünə məxsus özəlləşdirilmiş təmir sexi altındakı məşğulluq məqsədi ilə 0,028 ha torpaq sahəsi satılması barədəki 23 dekabr 2006-cı il tarixli ərizəsini, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin hazırladığı rəy və digər sənədləri əsas tutaraq qərara almışdır: 1. Beyləqan rayonu Birinci Şahsevən kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız mövcud təmir sexi altındakı torpaq sahəsindən Kənd sakini İddiaçı alqı-satqı məqsədi ilə 0,028 ha torpaq sahəsi satlıması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınsın. 2. Beyyləqan rayonu Birinci Şahsevən kənd sakini Culfa-Ələt yolunun solundakı bələdiyyə ehtiyyat fondunun alqı-satqı predmeti olan əkinə yararsız özəlləşdirilmiş təmir sexi altındakı torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 0,028 ha torpaq sahəsi satılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarına müvaifq olaraq satılmış torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilsin. 4. İddiaçı tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini X2 bankdakı xüsusi hesabına ödəsin və ödəmə barədəki qəbzi DT və XK-nin Beyləqan rayon şöbəsinə təqdim edilsin. 5. DT və XK-nin Beyləqan rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi “Torpaqların alqı-satqı qaydaları”na əlavədə göstərilən nümunə əsasında “Torpaqların alqısatqınsına dair” üç nüsxədən ibarət akt tərtib etsin və onu qeydiyyata alsın. 6. İddiaçı aldığı torpaq sahəsində mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanıb verilməsi DT və XK-dən xahiş edilsin. 7. Bu qərarın icrasına nəzarət bələdiyyə şurasına həvalə edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********51 nömrəli məktubunun surətindən görünür ki, Beyləqan rayonu 1-ci Şahsevən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən, İddiaçı ayrılmış 0.280 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən etmək üçün torpaq sahəsi ayrılan zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib olunmuş yerquruluşu planından istifadə etməklə naturada yeri müəyyən edilmişdir. Eyni zamanda Beyləqan rayonu 1-ci Şahsevən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən, İddiaçı ayrılmış 0.280 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü sənədində (reyestr nömrəsi ******************) qeyd olunmuş koordinatlar əsasında naturada yeri müəyyən edilmişdir. Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini İddiaçı faktiki olaraq istifadəsində olan 0.280 ha torpaq sahəsinin də naturada koordinatları dəqiqləşdirilmişdir. Araşdırma zamanı müəyyən olundu ki, Beyləqan rayonu 1-ci Şahsevən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən, İddiaçı ayrılmış 0.280 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün torpaq sahəsi ayrılan zaman ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib olunmuş yerquruluşu planında, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş və faktiki olaraq istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi ilə ilkin yerquruluşu planında və “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi fərqli-fərqli ərazilərdə yerləşir. Qeyd olunan torpaq sahələrinin yerləşiyi ərazi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini İddiaçı Beyləqan rayonu 1-ci Şahsevən Bələdiyyəsinin 24 fevral 2007-ci il tarixli 02 saylı qərarı ilə Xüsusi mülkiyyətinə 280 kv metr Sahibkarlıq məqsədi üçün torpaq sahəsi tərtib edilmişdir. X22 kitabında 18 iyul 2007-ci il tarixdə 140 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-3815/2023 nömrəli məktubunun surətindən görünür ki, Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində yerləşən ümumi sahəsi 0.0480 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə 17 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Beyləqan rayonu, 1-ci Şahsevən bələdiyyəsinin 24 fevral 2007-ci il tarixli 02 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş sənəd toplusunda daşınmaz əmlakın ümumi sahəsi 0.280 ha deyil 0.0480 ha olmaqla qanunvericiliyin tələblərinə zidd olaraq düzəlişlər aparılmışdır. Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın ünvanında yoxlama ölçü içləri aparılan zaman torpaq sahəsinin faktiki yerləşməsi ilə sənəd üzrə yerləşməsində 555 metr fərq olduğu və təqdim olunmuş 18 iyul 2007-ci il tarixli AN00394 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin İdarənin elektron məlumat bazasında aşkarlanmadığı məlum olmuşdur. Məlumat üçün bildirilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Kadastri ve Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətin icrası mümkün olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2519/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2025-ci il tarixli, 10/1444 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış 0.028 ha torpaq sahəsinin ilkın torpaqayırma sənədlərinə və torpaq sahəsinə aid tərtib olunmuş yerquruluşu planına əsasən, ərazisi müəyyən edilməklə döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayon X2 24.02 2007-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış 0.028 ha torpaq sahəsinin 24 fevral 2007-ci ildə torpaq sahəsi ayrılarkən bələdiyyə mülkiyyətində olmaqla tikinti altında torpaq sahəsi olmuşdur. Mübahisəli olan ərazi keçmiş Babək adına təsərrüfatın ərazisində "Torpaq İslahatı" aparılan zamanı tərtib olunmuş kompeks yerquruluşu planında da tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Hazırda isə İddiaçı satılmış 0.028 ha torpaq sahəsi X9 Uçotu və İnformasiya Sistemində bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış 0.028 ha torpaq sahəsi tikinti altında olmaqla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş sənədlərdə alqı-satqının predmeti kimi qeyd olunmuşdur. Qərardadın dördüncü suualı üzrə: Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış 0,028 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Qərardadın beşinci sualı üzrə: Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış və faktiki olaraq istifadəsində olan 0.028 ha torpaq sahəsinin koordinatları digər şəxslərin qanuni istifadələrində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15).
Məhkəmənin mövqeyi:
Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Beyləqan rayon X4 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə Beyləqan rayon X2 mülkiyyətində olan torpaq sahəsindən həyətyanı üçün 0.028 ha torpaq sahəsinin İddiaçı ayrılaraq verilməsi qərara alınmış, həmçinin həmin torpaq sahəsinin plan ölçüsü tərtib olunmuşdur. İddiaçı torpaqların alqısatqısına dair akt əsasında İddiaçı satılmış 0.028 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinanın və etirazın əsasın qeyd edilmişdir ki, X9 X14 ilə eyniləşdirilən zaman torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına və tikinti altında olan torpaqlar uqodiyasına aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə bildirilmişdir ki, müraciətə əlavə edilmiş ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları ilə eyniləşdirilən zaman torpaq sahələri arasında 564.0 metr fərq olması müəyyən edilmişdir. Ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsi 17.05mx16.0m olmaqla göstərilsə də, müraciətə əlavə edilmiş ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planında torpaq sahəsi 17.5 mx16.0 m olmaqla göstərilmiş, faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin isə texniki göstəricilərinin eni bir tərəfdən 14.32 m, digər tərəfdən 15.86 metr, uzunluğu bir tərəfdən 18.9 metr, digər tərəfdən isə 18.6 metr təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, müraciətinə əlavə etdiyi sənədlərdə torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ayrılması qeyd edilsə də, ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 003944 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin qaiməsi (sertifikatı) hissəsində torpaq sahəsinin məqsədli istifadə növü əkin kimi keyfiyyət qrupu İİİ, bonitet balı isə 58 olmaqla göstərilmişdir. Beyləqan rayonu, 1-ci Şahsevən bələdiyyəsinin 24 fevral 2007-ci il tarixli 02 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş sənəd toplusunda daşınmaz əmlakın ümumi sahəsi 0.280 ha deyil 0.0480 ha olmaqla qanunvericiliyin tələblərinə zidd olaraq düzəlişlər aparılmışdır. Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın ünvanında yoxlama ölçü içləri aparılan zaman torpaq sahəsinin faktiki yerləşməsi ilə sənəd üzrə yerləşməsində 555 metr fərq olduğu və təqdim olunmuş 18 iyul 2007-ci il tarixli AN00394 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin İdarənin elektron məlumat bazasında aşkarlanmadığı məlum olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanının mütəxəssisi tərəfindən tərtib edilmiş rəydən görünür ki, torpaq sahəsi ayrılarkən bələdiyyə mülkiyyətində olmaqla tikinti altında torpaq sahəsi olmuşdur. Mübahisəli olan ərazi keçmiş Babək adına təsərrüfatın ərazisində "Torpaq İslahatı" aparılan zamanı tərtib olunmuş kompeks yerquruluşu planında da tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Hazırda isə İddiaçı satılmış 0.028 ha torpaq sahəsi X9 Uçotu və İnformasiya Sistemində bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Torpaq sahəsi iddiçıya satıldıqdan sonra X9 Uçotu və İnformasiya Sistemində dəyişiklik olmuş, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilmiş, torpaq sahələri arasında 564.0 metr fərq olması müəyyən edilmiş, torpaq sahəsinin faktiki yerləşməsi ilə sənəd üzrə yerləşməsində 555 metr fərq olduğu qeyd edilmişdir. Cavabdeh inzibati orqan digər dəlilində göstərir ki, iddiaçının təqdim etdiyi sənədlərdə daşınmaz əmlakın ümumi sahəsi 0.280 ha deyil 0.0480 ha olmaqla qanunvericiliyin tələblərinə zidd olaraq düzəlişlər aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı 0.0480 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmir. İddiaçının hüquqi marağı 0.280 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqularını dövlət qeydiyyatıyatına alınmasından ibarətdir. Əgər iddiaçı 0.0480 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edərdisə cavabdeh inzibati orqan bu dəlilə istinad etməkdə haqlı hesab edilərdi. Cavabdeh inzibati orqan digər dəlilində Torpaq sahəsinin planı və ölçüsü sənədinin İdarənin elektron məlumat bazasında aşkarlanmadığına istinad etmişdir. Məhkəmə hesab edir ki, Torpaq sahəsinin planı və ölçüsü sənədinin İdarənin elektron məlumat bazasında aşkarlanmamaması iddiaçının təqsiri ucbatından baş verməmişdir. Beyləqan rayonu, 1-ci Şahsevən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı qəbul edilən zaman həmin qərarla iddiaçının üzərinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin İdarənin elektron məlumat bazasına yerləşdirməsi öhtəliyi qoyulmamışdır. Bundan başqa iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1444 nömrəli ekspert rəyi ilə sözügedən torpaq sahəsinin, Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış 0.028 ha torpaq sahəsi tikinti altında olmaqla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş sənədlərdə alqı-satqının predmeti kimi qeyd olunduğu, qərar ilə İddiaçı satılmış 0,028 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsində olduğu, digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Beyləqan rayonu 1-ci Şahsevən bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 02 saylı saylı qərarı və torpaqların alqı-satqısına dair aktı qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. Bundan başqa Beyləqan rayonu 1-ci Şahsevən bələdiyyəsinin mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiyi məhkəmə tərəfindən müəyyən olunmuşdur. Bunun əksi olaraq bələdiyyənin iddiaçının xeyrinə qəbul etdiyi Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı X17 Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayonu şöbəsinin hazırladığı rəy və digər sənədləri nəzərə alınması Qərara alınmışdır. Bundan başqa İddiaçı həyətyanı məqsədi üçün 0,028 ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin hazırladığı sənədlərin nəzərə alınması qərarda öz əksini tapmışdır. Həmçinin DT və XK-nın Beyləqan rayon şöbəsindən xahiş edillmişdir ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi Torpaqların alqı-satqısı qaydalarına əlavədə göstərilən nümunə əsasında «Torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib etsin və onu qeydiyyata alsın. İddiaçı aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmiş və bu qararın icrasına nəzarət Bələdiyyə şurasına həvalə edilmişdir. Bu hallar bir daha təsdiq edir ki, cavabdeh inzibati orqanın iddiaçı tələb etdiyi sənədləri iddiaçının xeyrinə qəbul edilmiş bələdiyyə qərarı nəzərət etmək bələdiyyəyə həvalə edilmişdir. Yəni həmin hallar iddiaçının təqsiri ucbatından baş verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıya satılmış 0,028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reystrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Beyləqan rayon X2 xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıya satılmış 0,028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reystrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Şahəli Musayev