Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2630/2025 18.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 187009/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-187009/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” tələbi bаrədə qərаr çıхаrılmаsını Bakı İnzibati Məhkəməsindən хаhiş еtmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, hazırki işin Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı 2-1(120)-2630/2025 nömrəli və e-2-1(120)-2432/2025 nömrəli işlərin vahid icraatda birləşdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli, hazırkı iş üzrə icraat e-2-1(120)-2432/2025 saylı inzibati iş üzrə icraata birləşdirilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatı üzrə iddiaçının tələbi iki hissədən ibarət olmaqla inzibati orqana qarşı yönəlmişdir, nəzərə alınmalıdır ki, tələb iki hissədən ibarət olsa da, bir-biri ilə bağlı, daha dəqiq desək növbəti tələb (sərəncamın qüvvədən düşmüş hesab edilməsi göstərilmişdir) ilkin tələbdən (orderin qüvvədən düşmüş hesab edilməsi göstərilmişdir) asılı və törəmədir. Həm operativlik, həm də obyektivlik baxımından ayrı-ayrı iddiaçılar tərəfindən verilsə də, onların bir icraatda birləşməsi inzibati məhkəmə icraatının prinsiplərinə zidd deyil. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. MPM-in 169.3.-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Deməli, tələblərin birləşdirilməsi predmetin subyektiv tərkibinə görə müvafiq məhkəmə yurisdiksiyası ilə məhdudlaşmalıdır. Tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, birbiri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Nəzəriyyədə tələblərin birləşdirilməsinin müxtəlif formaları mövcuddur: tələblərin azad, mütləq və məhdud birləşdirilməsi. Azad birləşdirmə iddiaçıdan asılılığını, mütləq birləşdirmə qanunvericilikdə birbaşa göstərilməsini, məhdud birləşdirmə forması isə tələblərin məhkəmənin razılığı ilə birləşdirilməsini nəzərdə tutur. Mülki prosessual qanunvericilik bir yurisdiksiya daxilində bir-biri ilə əlaqəli tələblərin mütləq birləşdirilməsini nəzərdə tutur. Belə ki, MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Məhkəmələrə verilən tələblərin məhdud birləşdirilməsi səlahiyyəti də qanunvericiliklə müəyyən edilir. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (MPM-in 169.3-cü maddəsi). Digər tərəfdən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır (MPMnin 169.1-ci maddəsi). Qanunvericilikdə müəyyən edilən bu fərqli prosessual qaydalar, mahiyyəti üzrə yaxın tələbləri birləşdirmək və ya müxtəlif səbəblərdən, o cümlədən bir yurisdiksiya daxilində baxıla bilməyən tələbləri ayıraraq fərqli icraatda baxılmasını nəzərdə tutur. İPM-in 37-ci maddəsinin tələblərinə əsasən isə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Beləliklə, inzibati prosessual qanunvericilikdə tələblərin birləşdirilməsi eyni predmetlə bağlı olduqda mümkün sayılır. İnzibati-Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati-Prosessual Məcəllənin 36.3-cü maddəsinə görə müəyyən etmə və ya haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddət ərzində həll edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İnzibati-Prosessual Məcəllənin 56.2-ci maddəsinə əsasən məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. İnzibati-Prosessual Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 56.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 187009/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi” tələbinə dair hazırkı 2-1(120)-2432/2025 saylı iş üzrə məhkəmə icraatı Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-336171/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” tələbinə dair e-2-1(120)-2432/2025 saylı inzibati iş üzrə icraata birləşdirilsin. 2-1(120)-2630/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(120)- 2432/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2630/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2630/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver