Məhkəmə qərarları › İş №2-1(120)-2632/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2632/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2632/2023 25.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında (keçmiş Vaqif küçəsi, ev 9, mənzil 9) yerləşən mənzilə onun adına Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “onun ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında (keçmiş Vaqif küçəsi, ev 9, mənzil 9) yerləşən mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X13, X14, X10 və X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 5 nəfərdən ibarət ailə üzvlərilə birlikdə ünvan 2 ünvanında (keçmiş Vaqif küçəsi ev 9, mənzil 9) qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qeyd etdiyi mənzil keçmiş Kürdəmir rayon X18 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 21 nömrəli qərarına əsasən mərhum babası X5 verilmişdir. Sonradan mərhum babası həmin mənzili onun anasına, yəni mərhum X3 vermişdir. X1 xx.xx.2000-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzilə görə ona xx.xx.2003-cü il tarixdə Kürdəmir rayon Mənzil İstismar Sahəsi tərəfindən 37 nömrəli Order verilmişdir. Hazırda o, 4 nəfərdən ibarət ailə üzvlərilə birlikdə həmin mənzildə yaşayır və mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Yaşadığı mənzilə görə orderi olsa da, o, həmin mənzilə öz adına Dövlət reyestrindən çıxarış və texniki pasport almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə istinad edərək çıxarışın verilməsinin mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi onun qanuni tələbini icra etməməklə onun özünün və ailə üzvlərinin qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam, order və ya kirayə müqaviləsi əsas hesab edildiyi halda və ona həmin mənzilə görə order verilməsinə baxmayaraq, 16 saylı Ucar Ərazi İdarəsi hazırda ailə üzvlərilə birlikdə yaşadığı mənzilə görə ona çıxarışın və texniki pasportun verilməsindən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Qanunvericiliyin tələbinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqavilə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmçinin onun hazırda ailə üzvlərilə birlikdə yaşadığı və mülkiyyətində olan mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqla, həmin mənzilə çıxarış almaq istəyi digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmur. Hazırda yaşadığı ünvan 2 ünvanında (keçmiş Vaqif küçəsi ev 9, mənzil 9) yerləşən mənzilə Dövlət reyestrindən çıxarış almadığına görə həmin mənzilə dair istifadə və mülkiyyət hüquqları kobud surətdə pozulur. Pozulmuş hüquqlarını bərpə etmək üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Qafarov X6 şəhəri, H.Əliyev prospekti, məhəllə 1, 9 nömrəli binada yerləşən 9 nömrəli mənzilin sənədləşməsinə köməklik göstərilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsınə baxılmışdır. Bununla bağlı bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrınə əsasən hüquqların dövlət qeydiyyatı hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə olunan sənədlər əsasında aparılır. Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 1, 9 nömrəli binada yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına əsas kimi Kürdəmir Mənzil İstismar Sahəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli Orderin surəti təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsınə əsasən daşınmaz əmlak üzərində huquqların dövlət reyestrində qeydiyyatı üçün əsas kımi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dovlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinın verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur. Bu səbəbdən ərizənin icrası mumkun olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cu maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydıyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdıgı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-36/1-Q-00xx-xx/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 1, 9 nömrəli binada yerləşən 9 nömrəli mənzilin sənədləşməsinə köməklik göstərilməsi ilə bağlı “Daşınınaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizənizə baxılmışdır. Bununla bağlı bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə olunan sənədlər əsasında aparılır. Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 1, bina 9-da yerləşən 9 nömrəli mənzilə dair hüquqmüəyyənedici sənədlər araşdırılarkən bir sıra çatışmazlıqlar müəyyən olunmuşdur. Belə ki, H.Əliyev prospekti, məhəllə 1, bina 9-da yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına əsas kimi Kürdəmir Mənzil İstismar Sahəsinin xx.xx.2003-cü il tarixli, 37 nömrəli Orderin surəti təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur. Bu səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- 25RA/2-41/2023 saylı arayışında bildirilmişdir ki, İddiaçı müraciətinə əsasən Vaqif küçəsi 9, ev 9 (Heydər Əliyev pr, məhəllə 1, ev 9) ünvanında olan mənzil ona məxsusdur və Kürdəmir rayon X12 İcraiyyə Komitəsinin 27 dekabr 1986-cı il tarixli qərarının 21 nömrəli protokoluna əsasən verilmiş 17 aprel 2003-cü il tarixli, 37 nömrəli Orderin yeni Çıxarışla rəsmiləşdirilməsi üçün arxiv arayışının təqdim olunmasını xahiş etmişdir. Araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon X12 İcraiyyə Komitəsinin 27 dekabr 1986-cı il tarixli qərarının 21 nömrəli protokoluna aid olan Çıxarışın adlı siyahısı sıralarında İddiaçı adı aşkar edilməmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- 25RA/2-41/2023 saylı arayışından görünür ki, İddiaçı ünvan 6 ünvanına verilmiş Order Arxiv İdarəsində saxlanılmır. Araşdırılma aparılmış və həmin Orderdə qeyd olunan Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsinin 27 dekabr 1986-cı il tarixli, 21 nömrəli protokolundan Cıxarışına aid olan adlı siyahılarda İddiaçı oglunun adı aşkar edilməmişdir. İş materiallarında olan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 5-56-37/616 nömrəli arayışından görünür ki, İddiaçı yaşadığı ünvan 7 ünvanında yerləşən 9 saylı mənzil anası X2 adına olmuşdur. O, xx.xx.2000-ci ildə vəfat etmişdir. Oğlu İddiaçı 1972-ci ildə həmin ünvanda anadan olmuş və 2003-cü ildən pasport qeydiyyatına düşmüşdür. Hal-hazırda həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (mənzil hüququ) görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X12 icraiyyə komitəsi tərəfindən verilir. Qeyd olunan maddənin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X12 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Sözügedən Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X9 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 32-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istismarını və müvafiq surətdə idarə olunmasını təşkil etmək, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, order icra hakimiyyəti orqanlarının qərarı əsasında verilir və o, yaşayış sahəsinə kömək üçün yeganə əsas hesab olunur və ancaq boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzilllərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 8.1-ci bəndinə əsasən Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. Həmin Əsasnamənin 9-cu bəndinə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə edilmiş sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya dayandırılması üçün əsas olmadığı halda, təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, qanunla müəyyən edilmiş hallarda və qaydada hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə daxildir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış vəö qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar (maddə 8.0.1), daşınmaz əmlak barəsində notariat qaydasında təsdiqlənmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər (maddə 8.0.2), qanuni qüvvəyə minmiş məhkəmə qərarları (maddə 8.0.3), bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmılak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.4), 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icrarə müqavilələri, sərəncamlar və orderlər (maddə 8.0.5), qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar (maddə 8.0.6) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardır. Sözügedən Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən sövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə, iş materiallarından göründüyü kimi, ünvan 2 ünvanında (keçmiş Vaqif küçəsi, ev 9, mənzil 9) yerləşən mənzil Kürdəmir rayon X18 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 21 nömrəli qərarına əsasən İddiaçı mərhum babası X5 verilmiş, sonradan mərhum babası həmin mənzili iddiaçının anasına vermiş, X1 xx.xx.2000-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzilə görə iddiaçıya xx.xx.2003-cü il tarixdə Kürdəmir rayon Mənzil İstismar Sahəsi tərəfindən 37 nömrəli Order verilmişdir. Cavabdeh inzibati orqan iddiaçının yaşadığı mənzilə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsinin əsası kimi İddiaçı tərəfindən Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 1, bina 9-da yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına əsas kimi Kürdəmir Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 37 nömrəii Orderin dublikatının təqdim edildiyini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının, order və ya mənzil kirayəsi müqaviləsinin hesab olunduğunu bildirmişdir. Məhkəmənin qənaəti belədir ki, İddiaçı ünvan 2 ünvanında (keçmiş Vaqif küçəsi, ev 9, mənzil 9) yerləşən mənzilinə dair order verilməsi faktı məhkəmə qaydasında müəyyən edildiyindən və mənzildə yaşayan digər şəxslərin müvafiq razılığı olduğundan, iddiaçı həmin mənzilə qanuni kirayəçi kimi müvafiq olaraq 20 və 30 ildən artıq müddətdə faktik sahiblik və istifadə hüququnu əldə etdiyindən, bu müddət ərzində sözügedən mənzilin mülkiyyətçisi tərəfindən ona heç bir etiraz edilmədiyindən «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olaraq ona mülkiyyət hüququ əldə etmiş olur və bu hüquq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Ona görə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının bir mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdeh inzibati orqanın imtina məktubunda qeyd olunan hallar mövcud olduğu təqdirdə belə məhkəmə hesab edir ki, bu hallar «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin əhatə dairəsinə aid deyil və xx.xx.2003-cü il tarixli, 37 nömrəli Orderin mötəbərliliyinə xələl gətirmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 1, 9 saylı evin, 9 nömrəli mənzilinə (keçmiş Vaqif küçəsi, ev 9, mənzil 9) mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-i 2.2, 4.1, 13, 23.1, 52, 58.7, 68-69, 73, 75, 78-79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 1, 9 saylı evin, 9 nömrəli mənzilinə (keçmiş Vaqif küçəsi, ev 9, mənzil 9) mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar