Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-265/2025 04.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ünvan 1 ünvanında yerləşən 10949.8 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ünvan 2 ünvanında yerləşən 10949.8 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran şəhəri, Vaqif küçəsində 16 ünvanında yerləşən 10949.8 kv.m torpaq sahəsi və 2379.80 kv.m tikili üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Lənkəran şəhəri Vaqif küçəsi 16 ünvanında yerləşən 10949.8 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-265/2025 nömrəli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə Lənkəran şəhəri, Vaqif küçəsi, 16 ünvanında yerləşən 10949.8 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-ASC) səhmdarlarının (cəmi 16 səhmdar; cəmiyyətə məxsus səhmlərin cəmi sayı-52520 ədəd 100%) 13 sentyabr 2021-ci il tarixində növbədənkənar Ümumi yığıncağının iclası keçirilmişdir. İclasda səhmdarlardan 12 nəfər-75%, iştirak edənlərin səhmlərinin sayı isə 26857 ədəd, 51.14% iştirak etmişdir. İclasın gündəliyində: 1. 2020-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunu, audit yoxlamalarının nəticələrinin müzakirəsi və dividentlərinin bölüşdürülməsi; 2."xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlət qeydiyyatının ləğv edilməsi, cəmiyyətin qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi; 3. Ləğvetmə prosesinin həyata keçirilməsi üçün Təşviyyəçinin təyin olunması məsələləri olmuşdur. Nəticədə, gündəlikdə duran məsələlər müzakirə edilərək, "Lənkəran-Çörək” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmiş, 2020-ci il üçün səhmdarlara dividentlərin ödənilməməsi qərara alınmış, o cümlədən Cəmiyyətin ləğvi ilə əlaqədar Təsviyəçi təyin edilərək əmək haqqlarının ödənilməsi, son hesablaşmalar, kreditor və debutor borcları, büdcə hesablaşmalarının aparılması tapşırılmış və digər məsələlərin həlli ilə bağlı qərarlar qəbul edilmişdir. Bundan başqa, Cəmiyyətin əmlakı qiymətləndirilmiş, bununla bağlı "xxxx" MMC ilə müqavilə bağlanaraq Cəmiyyətin balansında və ona məxsus təqdim olunan əmlakın bazar dəyərinin təyin edilməsindən ötrü qiymətləndirilmə auditi aparılmış və 26 iyul 2021-ci il tarixli rəy təqdim edilmişdir. Eyni zamanda Cəmiyyətin balansında olan torpaq sahəsinin bazar dəyərinin təyin edilməsindən ötrü qiymətləndirilmə auditi aparılıb və 14 yanvar 2022-ci il tarixli rəy tərtib edilib. Ləğvetməyə dair digər prosedurlar həyata keçirildikdən sonra 20 avqust 2022-ci ildə “Ləğv prosesində olan Lənkəran-Çörək" ASC-nin səhmdarlarının (cəmi 16 səhmdar; cəmiyyətə məxsus səhmlərin cəmi sayı-52520 ədəd 100%) növbədənkənar ümumi yığıncağının iclası keçirilmişdir. İclasda səhmdarlardan 14 nəfər-87.5%, iştirak edənlərin səhmlərinin sayı isə 52274 ədəd, 99.53% iştirak etmişdir. Həmin iclasın gündəliyində duran məsələlərə uyğun olaraq müzakirələr aparılmış və 1. Cəmiyyətin qiymətləndirilmiş əmlakının və torpağın dəyərininn səhmdarlar arasında səhm faizlərinə uyğun olaraq hesablanıb bölüşdürülməsi, vergi tutulmalarına görə dövlət büdcəsinə mədaxil olunması. 2. Ləğv komissiyasının sədrinin adına bankda cari hesabın açılması və bölüşdürüləcək vəsaitin İddiaçı tərəfindən həmin hesaba köçürülməsi, vəfat edən səhmdarların vərəsələrinin müəyyən olunması və onlara çatacaq vəsaitin hesabda saxlanılması. 3. Cəmiyyət ləğv edildikdən sonra səhmdarlara ödəniləcək məbləğ İddiaçı şəxsi vəsaiti hesabına ödənildiyi üçün ASC-nin Lənkəran şəhəri Vaqif küçəsi 16 ünvanda yerləşən 10949.8 kv.m torpaq sahəsi və 2379.80 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqların İddiaçı adına rəsmiləşdirilməsi üçün sənədlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunması, 4. Ləğvetmə komissiyasının yekun protokolunun tərtib və təsdiq edilərək aidiyyatı qurumlara göndərilməsi, səhmdarlarla hesablaşmaların aparılması, ləğv prosesinin başa çatdırılması, 5. Protokolun, bank hesabının açılmasının və səhmdarlar arasında bölüşdürülmüş məbləğin həmin hesaba köçürülməsini təsdiq edən müvafiq sənədlərin Milli Depozit Mərkəzinə və Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim olunması qərara alınıb. Protokolda göstərilən bütün prosedurlar qanunamüvafiq qaydada icra olunmuş, nəticədə, Milli Depozit Mərkəzinin xx/xx-1656 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən (məktub AR Mərkəzi Bankına və "xxxx" ASC-yə ünvanlanıb) bildirilib ki, "Cəmiyyətin ləğv olunması haqqında qərarı və MDM-nə ünvanlanmış məktubu əsas tutaraq nominal dəyəri 2 (iki) manat olan 52520 (əlli iki min beş yüz İyirmi) ədəd adlı adi səhmlərin səhmdarların şəxsi hesablarından cəmiyyətin emissiya hesabına köçürülməsinə dair əməliyyat aparılmışdır". Həmin məktub əsasında, sənədlər yoxlanılmış və Mərkəzi Bank tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Arayışda "xxxx" ASC-nin ləğv olunması ilə əlaqədar qiymətli kağızların dövlət reyestrində həmin səhmdar cəmiyyətinin səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir" göstərilib. Arayış Baş direktor Əli Əhmədov tərəfindən imzalanıb. Arayışdan sonra xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Milli X8 Heyətinin sədr müavininin və Cəmiyyətin İdarə Heyətinin sədrinin iştirakı ilə emitentin emissiya hesabından silinmə yolu ilə ləğv edilməsi və bütün əməliyyatların Mülki qanunvericiliyə uyğun aparılması barədə AKT tərtib edilib. Daha sonra yekun olaraq Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi barədə müraciət edilib və xx.xx.2022-ci il tarixli, **********58 saylı bildirişlə qeyd edilib ki, "xx.xx.1998-ci tarixdə 5/01 nömrə ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış "xxxx" ASC xx.xx.2022-ci ildə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır". Faktiki olaraq ləğv edilən Cəmiyyət hüquqi olaraq da ləğv edilmişdir. Bu isə o deməkdir ki, qanunvericiliyə uyğun və tələb olunan şəkildə bütün prosedurlar yerinə yetirilmişdir (o cümlədən səhmdarlara verilən vəsaitin onlar tərəfindən alınmasını təsdiq edən ərizələr notarial qaydada təsdiq edilməklə). Nəticədə, Lənkəran şəhər ərazisində yerləşən, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş müvafiq "ŞƏHADƏTNAMƏ”lər əsasında özəlləşdirilən (Cəmiyyətə məxsus) əmlaklara (qeyriyaşayış binaları və torpaq sahələrinə münasibətdə) İddiaçı adına vahid daşınmaz əmlak obyekti olaraq daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi üçün cavabdeh quruma rəsmi müraciət olunub. Müraciətinə rəsmi olaraq 27 fevral 2023-cü il tarixli, 3-21-3-43/2-512/2023 saylı Bildirişlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina haqqında cavab verilib. Bildirişdə deyilir: "Sənədlərin qanunamüvafiqliyi tərəfindən araşdırılarkən, ayrı-ayrılıqda həmin qeyriyaşayış binaları və torpaq sahələrinə dair təqdim olunmuş sənədlər üzrə qanuniliyi və əsaslığı baxımından təkrar ekspertiza aparılması zərurəti yaranmışdır. Qeyd edilən hissədə yaranmış uyğunsuzluğun (müvafiq şəhadətnamələrin mövcudluğuna münasibətdə) araşdırılması məqsədilə tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğu ünvanlanmışdır. İcraatda olan sənədlər üzrə aparılan araşdırılmaların nəticəsi olaraq məlum olmuşdur ki, tərəflərindən təqdim olunmuş mühüm əhəmiyyətli sənədlərdən sayılan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli "Çıxarış"da ayrı-ayrılıqda sözü gedən əmlakların ümumilikdə səhmlərinin 16 nəfərdən ibarət səhmdara maxsus olduğu qeyd olunmuşdur. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Bu baxımdan bildirlər ki, gələcəkdə yuxarıda barəsində qeyd edilən Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli "Çıxarış"da göstərilən 15 nəfərdən ibarət səhmdarların onlara məxsus səhmləri notarial təsdiqlənmiş müqavilələr əsasında etibarlı nümayəndəsi olduqları şəxsin adına keçdiyi və Milli Depozit Mərkəzinin növbəti "Çıxarış"ında tam hüquqlu səhmdar olaraq etibarlı nümayəndəsi olduğun şəxs göstərildiyi təqdirdə tam mülkiyyət hüququ üzrə onun adına müvafiq qeydiyyatın aparılması proseduruna təkrarən baxılacaqdır. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlaklar üzərində (dörd halda olmaqla) vahid daşınmaz əmlak obyekti olaraq etibarlı nüayəndəsi olduğunuz şəxsin adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir." Hesab edir ki, müraciətinə imtina verilməsi əsassız olmaqla yanaşı, imtinaya əsas olan norma düzgün tətbiq edilməyib, nəticədə konstitusyon hüququ olan mülkiyyət hüququ dövlət qurumu tərəfindən məhdudlaşdırılıb. Cavabdehin imtina məktubunda qeyd edilir ki, təqdim edilən sənədlərin qanuniliyi və əsaslılığı baxımından ekspertiza keçirilməlidir, şəhadətnamələrin mövcudluğu ilə bağlı uyğunsuzluq var. Hesab edir ki, bu tam əsassız olmaqla yanaşı qanuni deyil. Belə ki, iddiaçı ləğv edilmiş ASC-nin ona aid əmlakı ilə bağlı müraciət etmişdir. Bu isə o deməkdir ki, ASC-nin əmlakı ilə bağlı əvvəlki prosedurlar tam qanuni olub, müəssisə ləğv edilib və səhmdar kimi ona qalan əmlak kimi öz mülkiyyət hüququnu müvafiq qurumda rəsmiləşdirmək üçün müraciət etmişdir. Əgər sənədlər qanuni və əsaslı olmasaydı, müəssisə Mərkəzi Bankdan, Milli Depozit Mərkəzindən, Vergi Xidmətindən necə ləğv prosesinə dair yekun sənəd ala bilərdi?! Cavabdehin digər dövlət orqanlarına olan etimadsızlığı başa düşülən deyil. Halbuki, inzibati icraat haqqında qanunvericilik tələb edir ki, bir dövlət orqanının verdiyi sənəd etimad prinsipinə görə digər dövlət qurumu tərəfindən qəbul olunmalıdır. Hesab edək ki, cavabdeh belə bir ekspertiza aparıb, cavab məktubunda hansı ekspertizanın, hansı metod və vasitələrlə aparılması, ekspertiza aparılması üçün əsas olan hallar və s. heç nə göstərilməyib, əksinə digər qurumların və eyni zamanda əvvəllər öz baş idarələri tərəfindən verilən şəhadətnamələri şübhə altına alaraq yenidən baş idarəyə sorğu verilib. Bu isə cavabdeh qurumun 20 ildən çox fəaliyyət göstərən, ölkə iqtisadiyyatına töhvə verən bir müəssisənin işini heçə saymaqdan başqa bir şey deyil. Digər bir bənddə bildirilir ki, "Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli "Çıxarış"da göstərilən 15 nəfərdən ibarət səhmdarların onlara məxsus səhmləri notarial təsdiqlənmiş müqavilələr əsasında etibarlı nümayəndəsi olduğunuz şəxsin adına keçdiyi və Milli Depozit Mərkəzinin növbəti "Çıxarış"ında tam hüquqlu səhmdar olaraq etibarlı nümayəndəsi olduğunuz şəxs göstərildiyi təqdirdə tam mülkiyyət hüququ üzrə onun adına müvafiq qeydiyyatın aparılması proseduruna təkrarən baxılacaqdır." Bu yanaşma da əsassız olmaqla yanaşı, qanunsuzdur. Belə ki, əvvəla MDM-i 15 nəfər səhmdarın səhm paylarına nisbətdə onlara çatacaq paylarını almasını və bunun notarial qaydada olmasını təsdiq edən sənədi qəbul edib ki, sözügedən Çıxarış verilib. Hər bir səhmdar notariusda ona çatacaq payın düzgün hesablandığını, vəsaitin almasını və gələcəkdə bununla bağlı hər hansı iddiası və tələbinin olmaması ilə bağlı şəxsən və etibarnamə əsasında, həmçinin hüquqi varislər vasitəsilə notarius önündə Ərizə-İltizama imza ataraq öz iradə ifadələrini təsdiqlədiblər. Cavabdeh qurum isə alqı-satqı müqaviləsinin olmamasını və bütün qalan payın iddiaçının adına keçirilməsini təsdiq edən sənəd tələb edir, əsas gətirir. Əvvəla, alqı-satqı müqaviləsi payların alqı-satqısı zamanı tətbiq edilən sənədləşmədir ki, ləğv prosesinə bu tətbiq edilə bilməz. Çünki burada heç kim başqasının payını almayıb, Ümumi Yığıncaq keçirilib və yekdilliklə qərara alınıb ki, cəmiyyət ləğv edilməli, Cəmiyyətin özünün imkanı xaricində olduğundan səhmdarlara çatası pay onlara İddiaçı şəxsi vəsaiti hesabına ödəniləcək. Səhmdarlar öz vəsaitlərini aldıqdan sonra isə avtomatik Cəmiyyətin bütün qalan əmlakı İddiaçı aid hesab edilir və bu hal da bütün sənədlərdə öz əksini tapır. Bütün dövlət orqanları bunu qəbul edir ki, ləğv edilmiş Cəmiyyətin əmlakı havada qalmır, sahibsiz qalmır, ən çox paya sahib və digər səhmdarların payını ödəmiş iddiaçıya qalır. Ona görə də, cavabdeh qurumun belə bir absurd yanaşması, qanunsuz tələbi əsassızdır və onun mülkiyyət hüququna birbaşa müdaxilədir. Mülkiyyət hüququ isə hansısa qurumun və ya onun işçisinin şəxsi qənaəti ilə formalaşmır. Mülkiyyət hüququ qanunla, müqavilə ilə və digər əsaslarla yaranır. Cavabdeh qurum isə artıq mövcud olan mülkiyyət hüququ barədə rəsmiləşməni həyata keçirən bir qurumdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Azərbaycan Respublikasının İqtidsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış 2023-cü il 21 fevral tarixli, **********, **********, ********** və ********** qeydiyyat nömrəli ərizələri ilə əlaqədar olaraq bildirmişlər ki, Lənkəran şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikasının dövlət əmlakının idarəedilməsi üzrə dövlət komitəsi tərəfindən verilmiş müvafiq "xxxx"lər əsasında özəlləşdirilən (Lənkəran Çörək-ASC-yə məxsus) əmlaklara (qeyri-yaşayış binaları və torpaq sahələrinə münasibətdə) dair etibarlı nümayəndəsi olduğu şəxsin (İddiaçı) adına vahid Daşınmaz əmlak obyekti olaraq daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim edilən hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən, ayrıayrılıqda həmin qeyri-yaşayış binaları və torpaq sahələrinə dair təqdim olunmuş sənədlər üzrə qanuniliyi və əsaslılığı baxımında təkrar ekspertiza aparılması zərurəti yaranmışdır. Qeyd edilən hissədə yaranmış uyğunsuzluğun (müvafiq şəhadətnamələrin mövcudluğuna münasibətdə) araşdırılması məqsədilə tərəflərindən aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğu ünvanlamışdır. İcraatda olan sənədlər üzrə aparılan araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, tərəfindən təqdim olunmuş mühüm əhəmiyyətli olan sənədlərdən sayılan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli “Çıxarış”da ayrıayrılıqda sözügedən əmlakların ümumilikdə səhmlərinin 16 nəfərdən ibarət səhmdara məxsus olduğu barədə qeyd olunmuşdur. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Aazərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilmişdir. Bu baxımdan bildirilir ki, gələcəkdə yuxarıda barəsində qeyd edilən Azərbaycan Respublikası Milli Dedpozit Mərkəzinin Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli “Çıxarış”da göstərilən 15 nəfərdən ibarət səhmdarların onlara məxsus səhmləri notarial təsdiqlənmiş müqavilələr əsasında etibarlı nümayəndəsi olduğu şəxsin adına keçdiyi və Milli Depozit Mərkəzinin növbəti “Çıxarış”ında tam hüquqlu səhmdar olaraq etibarlı nümayəndəsi olduğu şəxs gösdərildiyi təqdirdə tam mülkiyyət hüququ üzrə onun adına müvafiq qeydiyyatın aparılması” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlaklar üzərində (4 halda olmaqla) vahid daşınmaz əmlak obyekti olaraq etibarlı nümayəndəsi olduğu şəxsin adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Faktiki hallar və sübutlar: LPO "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 3 saylı, 20 avqust 2022-ci il tarixli iclas Protokolunun surətindən görünür ki, Cəmiyyətin səhmdarlarının ümumi sayı – 16 nəfər, Cəmiyyətə məxsus səhmlərin cəmi sayı 52520 ədəd 100%; iştirak etdilər: LPO ”Lənkəran Çörək” ASC-nin səhmdarları – 14 nəfər 87.5%; iştirak edənlərin səhmlərinin ümumi sayı 52274 ədəd, 99.53 % Qərara alınmışdır: Lənkəran Çörək ASC ləğv edildikdən sonra səhmdarlara ödəniləcək vəsait İddiaçı şəxsi vəsaiti hedabına ödənildiyi üçün ASC-nin ünvan 6 ünvanında yerləşən 10949.8 kv.m torpaq sahəsi və 2379.80 kv.m qeyri-yaşayış sahəsi üzərrində hüquqlar İddiaçı adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunması; LPO "xxxx" ASSC-nin ləğvetmə komissiyasının yekun protokolunun tərtib və təsdiq edilərək aidiyyatı qurumlara göndərilməsi, səhmdarlarla hesablaşmaların aparılması, ləğv prossesinin başa çatdırılması ləğvetmə komissiyasının sədri X3 həvalə edilmişdir. Protokolun surəti bank hesabının və səhmdarlar arasında bölüşdürülmüş məbləğinin həmin hesaba köçürülməsi təsdiq edən müvafiq sənədlər Milli Depozit mərkəzinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmuşdur. "xxxx" ASC-nin qiymətli kağızlarının ləğv edilməsinə dair 14 sentyabr 2022-ci il tarixli Aktının surətindən görünür ki, "xxxx" ASC-nin ləğv olunması ilə bağlı cəmiyyətin səhmdarının ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarını, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli arayışını və cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozzit Mərkəzinə (bundan sonra MDM) ünvanlanmış müraciətini əsas tutaraq, MDM "xxxx" ASC-nin qiymətli kağızlarını Emitentin emissiya hesabından silinmə yolu ilə ləğv etmişdir. Əməliyyat hər iki tərəfin iştirakı ilə, Azərbaycan Respublikasınınn Mülki qanunvericiliyyinə uyğun olaraq həyata keçirilmişdir. Qanun üzrə X7 23 may 2022-ci il tarixli Şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 8 ünvanda qeydiyyatda olan X5 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASCdə mərhuma məxsus 123 (bir yüz iyirmi üç) ədəd adi adlı Səhmdən ibarətdir. LPO "xxxx" ASC-nin qalıq əmlakının 22 fevral 2022-ci il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Aşağıda imza edənlər, LPO "xxxx" ASC-nin təşviyyəçisi X6 və LPO "xxxx" ASC-nin səhmdarı, 48.5605 % pay sahibi İddiaçı tərtib etdilər ondan ötrü ki, aşağıda adları göstərilən ASC-nin balansında olan (mülkiyyətində olan) ünvan 6 ünvanda yerləşən 252.717 (iki yüz əlli iki min yeddi yüz on yeddi) AZN dəyərində olan əmlakı və 114.972.90 (yüz on dörd min doqquz yüz yetmiş iki doxsan) AZN dəyərində olan torpaq sahəsi 22 fevral 2022-ci il tarixli əmrə əsasən səhmdar İddiaçı təhvil verildi. Azərbaycan Respublikasının İiqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********13446 nömrəli Bildirişin surətindən görünür ki,6 saylı Ərazi Vergilər Baş İdarəsi bildirir ki, xx.xx.1998-ci il tarixdə 5/01 nömrə ilə (VÖEN №**********) dövlət qeydiyyatına alınmış "xxxx" ASC (Ləğv prosessindədir) xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxsləri dövlət reyestrindən çıxarılmışdır. Milli Depozit Mərkəzinin xx/xx-1656 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, "xxxx" ASSC-nin ləğv olunması haqqında cəmiyyətin səhmdarlarının ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarını və həmin cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (MDM) ünvanlanmış məktubunu əsas tutaraq, MDM "xxxx" ASC üzrə nominal dəyəri 2.00 (iki) manat olaan 52.520 (əlli iki min beş yüz iyirmi) ədəd adi adlı səhmlərin səhmdarların şəxsi hesablarından cəmiyyətin emissiya hesabına köçürülməsinə dair əməliyyat aparmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 09 sentyabr 2022-ci il tarixli Arayışının surətindən görünür ki, "xxxx" ASSC-nin ləğv olunması ilə əlaqədar cəmiyyətin səhmdarlarının ümumi yığıncağının 13 sentyabr 2021-ci il tarixli qərarına müvafiq olaraq qiymətli kağızların dövlət reysterində həmin səhmdar cəmiyyətinin səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 iyun 2023-cü il tarixli, 3-21-3-43/2-1601/2023 nömrəli məktubunun surətindən görünür ki, icraatda olan 2-1(120)-2538/2023 saylı inzibati iş üzrə sorğunun "İddiaçı Ərazi İdarəsinə müraciətinin (ərizəsinin), müraciət olunduğu təqdirdə, həmin müraciətlə bağlı inzibati icraat materiallarının təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə aidiyyəti hissədə icrası barədə hazırki müraciətə tərəflərindən baxılmışdır. Məlumat üçün bildirlər ki, mübahisələndirilən əmlaklara dair (Lənkəran şəhəri ərazisində yerləşən, Lənkəran "Çörək-ASC"-yə məxsus qeyri-yaşayış binaları və yerləşdiyi torpaq sahələri üzərində vahid daşınmaz əmlak obyekti olaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar) hazırki iş üzrə iddiaçının etibarlı nümayəndələrinin iki halda olmaqla 10 saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, ********** və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətlərinin və həmin müraciətlərə verilmiş "İmtina" bildirişlərinin təsdiqlənmiş surəti baxılması üçün təqdim olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 20 iyun 2023-cü il tarixli, 3-21-3-43/2-1743/2023 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2023-cü il 16 mart tarixli, 2-1(120)-2538/2023 saylı inzibati iş üzrə Lənkəran şəhəri, Vaqif küçəsi ünvanında yerləşən, ayrı-ayrılıqda 10949.8 və 2379.80 kv.m torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq "Çıxarış"ların verilməsi məsələsinə münasibətdə, həmin iş üzrə iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəflərindən sözü gedən daşınmaz əmlaka dair arxiv və baza məlumatları araşdırıldı. Sözügedən ünvanda yerləşən torpaq sahələrinə dair müvafiq qeydiyyatın aparılması barədə hazırki iş üzrə iddiaçı şəxsin etibarlı nümayəndəsinin (X6) 2023-cü il 21 fevral tarixli, **********, **********, ********** və ********** qeydiyyat nömrəli ərizələri əsasında təqdim etdiyi sənədlər 10 saylı Lənkəran Ərazi İdarəsində icraata qəbul edilmiş və daimi fəaliyyətdə olan ekspertiza komissiyası tərəfindən baxılmışdır. Həmin ərəfədə icraatda olan sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, sözü gedən ünvanda yerləşən əvvəllər mövcud olmuş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinə dair Ərazi idarəsinə təqdim edilmiş hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla arxiv və baza məlumatları arasında müvafiq uyğunsuzluqlar mövcuddur. Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən, ayrı-ayrılıqda həmin qeyriyaşayış binaları və torpaq sahələrinə dair təqdim olunmuş sənədlər üzrə qanuniliyi və əsaslılığı baxımından təkrar ekspertiza aparılması zərurəti yaranmışdır. Qeyd edilən hissədə yaranmış uyğunsuzluğun (müvafiq şəhadətnamələrin mövcudluğuna münasibətdə) araşdırılması məqsədilə tərəflərindən aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğu ünvanlanmışdır. İcraatda olan sənədlər üzrə aparılan araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçı şəxsin etibarlı nümayəndəsi tərəfindən təqdim olunmuş mühüm əhəmiyyətli sənədlərdən sayılan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli "Çıxarış"da ayrı-ayrılıqda sözü gedən əmlakların ümumilikdə səhmlərinin 16 nəfərdən ibarət (iddiaçı şəxs də daxil olmaqla) ayrı-ayrı şəxslərə məxsus olduğu barədə qeyd olunmuşdur. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Bu baxımdan bildirlər ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Xidmət orqanı olaraq bildirirlər ki, həmin əmlaklara dair təqdim olunmuş hüquqmüəyyənedici sənəd üzrə məlumatlara arxiv və baza məlumatları arasında yaranmış uyğunsuzluqlara münasibətdə hazırki iş üzrə iddiaçının etibarlı nümayəndəsinin icraatda olan 2023-cü il 21 fevral tarixli ərizələrinin icrası təmin olunmamış və onun ünvanına xx.xx.2023-cü il tarixli "İmtina" bildirişi göndərilmişdir. Həmin imtina bildirişində gələcəkdə yuxarıda barəsində qeyd edilən Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli "Çıxarışda göstərilən 15 nəfərdən ibarət səhmdarların onlara məxsus səhmlərin notarial təsdiqlənmiş müqavilələr əsasında iddiaçı şəxsin adına keçirildiyi və Milli Depozit Mərkəzinin növbəti "Çıxarış"ında tam hüquqlu səhmdar olaraq göstərildiyi təqdirdə tam mülkiyyət hüququ üzrə onun adına müvafiq qeydiyyatın aparılması proseduruna təkrarən baxılacağı barədə bildirilmişdir. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən həmin torpaq sahələri üzərində (hal-hazırda mövcud tikililər söküldüyündən) hazırki iş üzrə iddiaçının adına müvafiq qeydiyyatın aparılmasına dair iddia tələbinin təmin olunmasına qanunvericiliyin tələbinə uyğun olaraq tam etiraz edirlər, eyni zamanda iddia tələbi ilə bağlı əsaslılığı və qanuniliyi baxımından (Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli "Çıxarış"da ayrı-ayrılıqda sözü gedən əmlakların ümumilikdə səhmlərinin 16 nəfərdən ibarət "iddiaçı şəxs də daxil olmaqla" ayrı-ayrı şəxslərə məxsus olmasına münasibətdə) müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və ya hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilmiş əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində hüquqların əldə edilməsini təsdiq edən xx.xx.2008-ci il tarixli, 001175-ci il tarixli Şəhadətnaməsinin surətindən görünür ki, Şəhadətnamə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ondan ötrü verilmişdir ki, o (onlar) həqiqətən ünvan 10 ünvanında yerləşən 11,5 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmaz hissəsi olan əlavədə göstərilir. Bu şəhadətnamə obyekt üzərində hüquqların qanunvericiklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair xx.xx.2008-ci il tarixli, 001721 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ondan ötrü verilmişdir ki, o (onlar) həqiqətən ünvan 6 ünvanında yerləşən Qeyri-yaşayış sahəsinin yerləşdiyi 10949.8 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 8212- (səkkiz min iki yüz on iki) manat təşkil edir. Bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və ya hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilmiş əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində hüquqların əldə edilməsini təsdiq edən xx.xx.2008-ci il tarixli, 001177-ci il tarixli Şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəhadətnamə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ondan ötrü verilmişdir ki, o (onlar) həqiqətən ünvan 11 ünvanında yerləşən 2379,8 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmaz hissəsi olan əlavədə göstərilir. Bu şəhadətnamə obyekt üzərində hüquqların qanunvericiklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair xx.xx.2008-ci il tarixli, 001678 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ondan ötrü verilmişdir ki, o (onlar) həqiqətən ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 14.7 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 16-(on altı) manat təşkil edir. Bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair xx.xx.2008-ci il tarixli , 001677 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ondan ötrü verilmişdir ki, o (onlar) həqiqətən ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 18.5 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 20-(iyirmi) manat təşkil edir. Bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və ya hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilmiş əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində hüquqların əldə edilməsini təsdiq edən xx.xx.2008-ci il tarixli, 001174-cü il tarixli Şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəhadətnamə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ondan ötrü verilmişdir ki, o (onlar) həqiqətən ünvan 13 ünvanında yerləşən 15,2 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmaz hissəsi olan əlavədə göstərilir. Bu şəhadətnamə obyekt üzərində hüquqların qanunvericiklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair xx.xx.2008-ci il tarixli , 001680 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ondan ötrü verilmişdir ki, o (onlar) həqiqətən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 46-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 14.4 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 16-(on altı) manat təşkil edir. Bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnventarlaşdırma Bürosu Müəssisə və Obyektin Daşınmaz Əmlakının 002002 nömrəli, xx.xx.2008-ci il tarixli Texniki Pasportunun surətinən görünür ki, Qeyriyaşayış sahəsi – Mağaza Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46-cı məhəllə ünvanında yerləşən "xxxx" ASC qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnventarlaşdırma Bürosu Müəssisə və Obyektin Daşınmaz Əmlakının 002000 nömrəli, xx.xx.2008-ci il tarixli Texniki Pasportunun surətinən görünür ki, Qeyriyaşayış sahəsi – Mağaza Lənkəran şəhəri, H.Əliyev (B.Abbasov) ünvanında yerləşən "xxxx" ASC qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnventarlaşdırma Bürosu Müəssisə və Obyektin Daşınmaz Əmlakının 002001 nömrəli, xx.xx.2008-ci il tarixli Texniki Pasportunun surətinən görünür ki, Qeyriyaşayış sahəsi – Mağaza Lənkəran şəhəri, H.Abdullayev ünvanında yerləşən "xxxx" ASC qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və ya hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilmiş əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində hüquqların əldə edilməsini təsdiq edən xx.xx.2008-ci il tarixli, 001173-cü il tarixli Şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəhadətnamə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ondan ötrü verilmişdir ki, o (onlar) həqiqətən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46-cı məhəllə ünvanında yerləşən 11,5 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmaz hissəsi olan əlavədə göstərilir. Bu şəhadətnamə obyekt üzərində hüquqların qanunvericiklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin 01/04-417 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, “Depozitlər sistemində qlobal əməliyyatların aparılması üzrə “Milli Depozit Mərkəzinin daxili qaydalarına əsasən qiymətli kağızların dövriyyədən çıxarılması və depozitar sistemindən silinməsi məqsədilə aktivlərin səhmdr arasında bölüşdürülməsini təsdiq edən sənədlərin (pul vəsaitlərinin ötürülməsini təsdiq edən sənədlər) emitent tərəfindən MDM-ə təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin 6-2036-14 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin səhmləri emitentin emissiya hesabından mərkəzi depozitar tərəfindən silinərək ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazzi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********9652400 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" ASC-nin qeydiyyatının və fəaliyyətinin olubolmaması, fəaliyyətinin dayandırılması, sosial sığorta, vergi ödənişlərini ödəyibödəməməsi haqqında məlumatların verilməsi və müəssisənin təsis sənədlərinin (dövlət reyestrindən çıxarış, nizamnamə, şəhadətnamə, ümumi yığıncağın qərarı) göndərilməsi barədə müraciətə aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, "xxxx" ASC-nin dövlət qeydiyyatı xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 6 noyabr 2023-cü il tarixli, 6-1-22/2- 8719/2023 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" ASC-nin səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı müraciət sənədləri və müraciətlə bağlı verilmiş cavab sənədlərinin təqdim edilməsi ilə bağlı sorğuya Azərbaycan Respublikası Mərkəzi Banında baxılmışdır. X2 e-2-1(120)-2538-2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadının surətindən görünü ki, iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli, 3-16-16/2-10/1455/2025 nömrəli ekspert rəyindən görünür ki; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-752/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30- 12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinə yerində baxış keçirilməklə döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı qeyd olunan 10949.8 kv.m torpaq sahəsi üzərində əvvəllər mövcud olmuş 2379.8 kv.m ölçüdən ibarət əmlak kompleksi kimi müəssisənin faktiki vəziyyətdə mövcud olmaması müəyyən olunmuşdur. (sualda qeyd olunan 2379.80 kv.m ölçüdən ibarət torpaq sahəsinin mövcud olmaması, sözügedən əmlak kompleksi kimi müəssisənin ölçüsünün 2379.80 kv.m ölçüdən ibarət olması müəyyən edilmişdir). Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-752/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30- 12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin hüquqi statusunun xüsusi mülkiyyətə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına aid olması, uqodiyasının tikinti altında olan torpaq sahəsi və məqsədli istifadə növünün sahibkarlıq fəaliyyəti üçün olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-752/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətin mülkiyyətinde olmuş 10949.8 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-752/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-752/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-752/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin koordinatları daxilində faktiki vəziyyətdə iki ədəd köməkçi tikilinin (gözətçi otağı və keçid məntəqəsi) mövcud olması müəyyən olunmuşdur. Həmin tikililərin "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşməsi müəyyən olunmuşdur (tikililərin hansı hissədə yerləşməsi və hansı ölçüdə olması rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-752/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin koordinatları daxilində faktiki vəziyyətdə iki adəd köməkçi tikilinin (gözətçi otağı və keçid məntəqəsi) mövcud olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-752/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikililərin koordinatlarının mühafizə-sanitariya zolağına (dəmir yolunun, magistral avtomobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və s. mühafizə zolağına) düşməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 3-21-3-43/2-752/2025 nömrəli, 10 mart 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, 1. Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinə yerində baxış keçirilməklə döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı qeyd olunan 10949.8 kv.m torpaq sahəsi üzərində əvvəllər mövcud olmuş 2379.8 kv.m ölçüdən ibarət əmlak kompleksi kimi müəssisənin faktiki vəziyyətdə mövcud olmaması müəyyən olunmuşdur. (sualda qeyd olunan 2379.80 kv.m ölçüdən ibarət torpaq sahəsinin mövcud olmaması, sözügedən əmlak kompleksi kimi müəssisənin ölçüsünün 2379.80 kv.m ölçüdən ibarət olması müəyyən edilmişdir).
2. Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin hüquqi statusunun xüsusi mülkiyyətə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına aid olması, uqodiyasının tikinti altında olan torpaq sahəsi və məqsədli istifadə növünün sahibkarlıq fəaliyyəti üçün olması müəyyən edilmişdir.
3. Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur.
4. Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən olunmuşdur.
5. Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur.
6. Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin koordinatları daxilində faktiki vəziyyətdə iki ədəd köməkçi tikilinin (gözətçi otağı və keçid məntəqəsi) mövcud olması müəyyən olunmuşdur. Həmin tikililərin "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşməsi müəyyən olunmuşdur (tikililərin hansı hissədə yerləşməsi və hansı ölçüdə olması rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir).
7. Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin koordinatları daxilində faktiki vəziyyətdə iki ədəd köməkçi tikilinin (gözətçi otağı və keçid məntəqəsi) mövcud olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir.
8. Lənkəran şəhəri, X14 küçəsi, 16 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30-12301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikililərin koordinatlarının mühafizə-sanitariya zolağına (dəmir yolunun, magistral avtomobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və s. mühafizə zolağına) düşməməsi müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq:
Səhmdar Cəmiyəti haqqında Azərbaycan Respublikasının Qanunun: 21-ci maddəsinə əsasən cəmiyyətin ali idarəetmə orqanı səhmdarların (təsisçilərin) ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid məsələ cəmiyyətin fəaliyyətinə xitam verilməsidir. Həmin Qanunun 26-cı maddəsinin 4-cü bəndinə əsasən cəmiyyətin fəaliyyətinə xitam verilməsi zamanı bütün kreditorlarla hesablaşdıqdan sonra cəmiyyətin əmlakının qalan məbləğindən təsisçilərin və ya səhmdarların ümumi yığıncağının qərarına uyğun istifadə edilir. Cəmiyyətin qalan əmlakını satmaq qərara alınarsa, onun kollektivinə bu əmlakı almaqda üstünlük verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, X7, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
«Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15).
Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmənişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh imtinasında və etirazında göstərmişdir ki, araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, tərəfindən təqdim olunmuş mühüm əhəmiyyətli olan sənədlərdən sayılan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli “Çıxarış”da ayrı-ayrılıqda sözügedən əmlakların ümumilikdə səhmlərinin 16 nəfərdən ibarət səhmdara məxsus olduğu barədə qeyd olunmuşdur. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Aazərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilmişdir. Gələcəkdə yuxarıda barəsində qeyd edilən Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin reyestrindən verilmiş xx.xx.2021ci il tarixli "Çıxarış"da göstərilən 15 nəfərdən ibarət səhmdarların onlara məxsus səhmləri notarial təsdiqlənmiş müqavilələr əsasında etibarlı nümayəndəsi olduqları şəxsin adına keçdiyi və Milli Depozit Mərkəzinin növbəti "Çıxarış"ında tam hüquqlu səhmdar olaraq etibarlı nümayəndəsi olduğun şəxs göstərildiyi təqdirdə tam mülkiyyət hüququ üzrə onun adına müvafiq qeydiyyatın aparılması proseduruna təkrarən baxılacaqdır. LPO "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 3 saylı, 20 avqust 2022-ci il tarixli iclas Protokolunun surətindən görünür ki, Cəmiyyətin səhmdarlarının ümumi sayı – 16 nəfər, Cəmiyyətə məxsus səhmlərin cəmi sayı 52520 ədəd 100%; iştirak etdilər: LPO ”Lənkəran Çörək” ASC-nin səhmdarları – 14 nəfər 87.5%; iştirak edənlərin səhmlərinin ümumi sayı 52274 ədəd, 99.53 % Qərara alınmışdır: Lənkəran Çörək ASC ləğv edildikdən sonra səhmdarlara ödəniləcək vəsait İddiaçı şəxsi vəsaiti hedabına ödənildiyi üçün ASC-nin ünvan 6 ünvanında yerləşən 10949.8 kv.m torpaq sahəsi və 2379.80 kv.m qeyri-yaşayış sahəsi üzərrində hüquqlar İddiaçı adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunması; LPO "xxxx" ASSC-nin ləğvetmə komissiyasının yekun protokolunun tərtib və təsdiq edilərək aidiyyatı qurumlara göndərilməsi, səhmdarlarla hesablaşmaların aparılması, ləğv prossesinin başa çatdırılması ləğvetmə komissiyasının sədri X3 həvalə edilmişdir. Protokolun surəti bank hesabının və səhmdarlar arasında bölüşdürülmüş məbləğinin həmin hesaba köçürülməsi təsdiq edən müvafiq sənədlər Milli Depozit mərkəzinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmuşdur. LPO "xxxx" ASC-nin qalıq əmlakının 22 fevral 2022-ci il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Aşağıda imza edənlər, LPO "xxxx" ASC-nin təşviyyəçisi X6 və LPO "xxxx" ASC-nin səhmdarı, 48.5605 % pay sahibi İddiaçı tərtib etdilər ondan ötrü ki, aşağıda adları göstərilən ASC-nin balansında olan (mülkiyyətində olan) ünvan 6 ünvanda yerləşən 252.717 (iki yüz əlli iki min yeddi yüz on yeddi) AZN dəyərində olan əmlakı və 114.972.90 (yüz on dörd min doqquz yüz yetmiş iki doxsan) AZN dəyərində olan torpaq sahəsi 22 fevral 2022-ci il tarixli əmrə əsasən səhmdar İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikasının İiqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********13446 nömrəli Bildirişin surətindən görünür ki,6 saylı Ərazi Vergilər Baş İdarəsi bildirir ki, xx.xx.1998-ci il tarixdə 5/01 nömrə ilə (VÖEN №**********) dövlət qeydiyyatına alınmış "xxxx" ASC (Ləğv prosessindədir) xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxsləri dövlət reyestrindən çıxarılmışdır. Milli Depozit Mərkəzinin xx/xx-1656 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, "xxxx" ASSC-nin ləğv olunması haqqında cəmiyyətin səhmdarlarının ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarını və həmin cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (MDM) ünvanlanmış məktubunu əsas tutaraq, MDM "xxxx" ASC üzrə nominal dəyəri 2.00 (iki) manat olan 52.520 (əlli iki min beş yüz iyirmi) ədəd adi adlı səhmlərin səhmdarların şəxsi hesablarından cəmiyyətin emissiya hesabına köçürülməsinə dair əməliyyat aparmışdır. İş materiaları ilə müəyyən edilir ki, hər bir səhmdar ona çatacaq payın düzgün hesablandığını, vəsaitin almasını və gələcəkdə bununla bağlı hər hansı iddiası və tələbinin olmaması ilə bağlı şəxsən və etibarnamə əsasında, həmçininvəfat etmiş səhimdarın hüquqi varisləri notarius vasitəsi ilə ərizə-iltizama imza edərək öz iradə ifadələrini təsdiq etmişdirlər. Səhimdarlarla iddiaçı arasında hərhansı mübahisənin olması və ya hüquqi şəxsin ləğv etmə prosessinin düzgün olmaması iş materialları ilə müəyyən edilməmiş cavabdeh inzibati orqan hər hansı səhimdarın hüququnun pozulmasını sübuta yetirə bilməmişdir İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmçinin ekspert və mütəxsis rəyi ilə müəyyən edilir ki, "xxxx" X13 Cəmiyyətinin mülkiyyətində olmuş 10949.8 kv.m torpaq sahəsinə yerində baxış keçirilməklə döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, hüquqi statusunun xüsusi mülkiyyətə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına aid olması, uqodiyasının tikinti altında olan torpaq sahəsi və məqsədli istifadə növünün sahibkarlıq fəaliyyəti üçün olması müəyyən edilmiş, torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuş, torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən olunmuş, torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuş, torpaq sahəsində yerləşən tikililərin koordinatlarının mühafizə-sanitariya zolağına (dəmir yolunun, magistral avtomobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və s. mühafizə zolağına) düşməməsi müəyyən olunmuşdur. Cavabdehin imtinasında və etirazında qeyd edilən 15 nəfərdən ibarət səhmdarların onlara məxsus səhmləri notarial təsdiqlənmiş müqavilələr əsasında etibarlı nümayəndəsi olduqları şəxsin adına keçdiyi və Milli Depozit Mərkəzinin növbəti "Çıxarış"ında tam hüquqlu səhmdar olaraq etibarlı nümayəndəsi olduğu şəxs göstərildiyi təqdirdə tam mülkiyyət hüququ üzrə onun adına müvafiq qeydiyyatın aparılması iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasında imtina üçün əsas ola bilməz. Səhimdarların notariat qaydasında təqdim etdikləri ərizələrin surətlərindən müəyyən edilir ki, cəmiyyət ləğv edildikdən sonra səhmdarlara ödəniləcək məbləğ İddiaçı şəxsi vəsaiti hesabına ödənilmişdir, bundan sonra səmdarlar və vəfat etmiş səhimdarların varisləri notarial qaydada təsdiq edilmiş ərizələrlə irada ifadələrini bildirmişdirlər. Gələcəkdə səhimdarlarla ilə iddiaçı arasında yaranan mübahisələr mülki mühakimə icraatı qaydasında həll edilə bilər. Bu əsasla cavabeh inzibati orqanın iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtansını məhkəmə qanuna müvafiq hesab etmir. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ünvan 1 ünvanında yerləşən 10949.8 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspert rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsindən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Lənkəran şəhəri, Vaqif küçəsi, 16 ünvanında yerləşən 10949.8 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Şahəli Musayev