Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2659/2025 31.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, Cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Saatlı Rayon Qeydiyyat Şöbəsinə qarşı «xx.xx.2009-cu ildə xx.xx.2010-cu ildə Saatlı rayon Hacıqasımlı KİN-də bağlanmış 08 nömrəli və 15 nömrəli nikah qeydləri məhkəmə qətnaməsi ilə pozulduğu üçün Saatlı rayon Qeydiyyat şöbəsində olan vətəndaş vəziyyəti aktlarının qeydiyyat kitabında düzəliş düzəliş edilərək həmin nikahlar üçün ilkin akt qeydlərinin ləğv olunması» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 17 mart 2009-cu ildə və 15 sentyabr 2010-cu ildə Saatlı rayon Hacıqasımlı KİN-də bağlanmış 08 (səkkiz) nömrəli və 15 (on beş) nömrəli nikah qeydlərinin məhkəmə qətnaməsi ilə pozulduğları üçün, Saatlı rayon Qeydiyyat Şöbəsində olan vətəndaş vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəliş edilərək, həmin nikahlar üzrə ilkin akt qeydlərinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 mart 2009-cu ildə Allahverdiyeva (Cahangirova] Nəzakət İrşad qızı ilə İddiaçı arasında Saatlı rayon Hacıqasımlı kənd İcra Nümayəndəliyində 08 (səkkiz] nömrəli nikah bağlanmışdır. Həmin nikah qeydi, Yevlax rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli Qətnaməsinə əsasən pozulub. 15 sentyabr 2010-cu ildə Mirzəliyeva (Cahangirova] Pəri Qəhrəman qızı ilə İddiaçı arasında Saatlı rayon Hacıqasımlı kənd İcra Nümayəndəliyində 15 (on beş] nömrəli nikah bağlanmışdır. Həmin nikah qeydi, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən pozulub. Bildirilir ki, Saatlı rayonu Qeydiyyat Şöbəsinin sistemində 2 (iki] dənə nikah qeydi var. Nikah qeydləri pozulmuş olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində görsənir. 17 mart 2009-cu ildə Allahverdiyeva (Cahangirova] Nəzakət İrşad qızı ilə aralarında bağlanmış Saatlı rayon Hacıqasımlı kənd İcra Nümayəndəliyində 08 (səkkiz] nömrəli nikah qeydinin və 15 sentyabr 2010-cu ildə Mirzəliyeva (Cahangirova] Pəri Qəhrəman qızı ilə aralarında bağlanmış Saatlı rayon Hacıqasımlı kənd İcra Nümayəndəliyində 15 (on beş] nömrəli nikah qeydinin Saatlı rayon Qeydiyyat Şöbəsində olan vətəndaş vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəliş edilərək, X4 ilkin qeydlərinin ləğv olunması və həmçinin Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən silinməsi barədə Saatlı rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edilib. Saatlı rayon Qeydiyyat Şöbəsindən mənə ünvanlanmış 18 dekabr 2024-cü il tarixli, 3-16- 5/12-370/2024 saylı məktubda göstərilib ki, müvafiq məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/12-370/24 nömrəli məktubuna əsasən, X3 ilə Saatlı rayonu Hacıqasımlı KİNdə nikaha daxil olmağı barədə xx.xx.2009-cu il tarixli 8 saylı nikah akt qeydi tərtib olunmuşdur. Bundan əlavə Mirzəliyeva (Cahangirova) Pəri Qəhrəman qızı ilə İddiaçı Saatlı rayonu Hacıqasımlı KİN-yi tərəfindən xx.xx.2010-cu il tarixli 15 saylı nikahın dövlət qeydiyyatına dair akt qeydi tərtib edilmişdir. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, X3 ilə İddiaçı nikahı Yevlax rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Mirzəliyeva (Cahangirova) Pəri Qəhrəman qızı ilə İddiaçı nikahı isə xx.xx.2023-cü il tarixli Abşeron rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25- ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmçinin Ailə Məcəlləsinin 163-cü maddəsinə əsasən X4 ilkin akt qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında icra edilir. Beləliklə göründüyü kimi nikahın ləğv və ya etibarsız hesab edilməsi məhkəmənin səlahiyyətinə aiddir. - İşdə olan Hacıqasımlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 280 nömrəli arayışında İddiaçı Saatlı rayon Hacıqasımlı kənd İƏD-nin Hacıqasımlı kəndində qeydiyyatda olduğu bildirilir. - İşdə olan Saatlı rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-444/2-027221/25 nömrəli məktubunda, xx.xx.2025-ci il tarixli məktuba cavab olaraq bildirilir ki, İddiaçı barəsində hər hansı təqsirləndirici materialın olmadığı bildirilir. - İşdə olan Hacıqasımlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli,5-69-27/2-05/25 nömrəli məktubundan görünür ki, qeyd olunan şəxs Cahangirov X2 İƏD-nin Hacıqasımlı kəndində qeydiyyatdadır, lakin İddiaçı Abşeron rayon Məhəmmədli kəndində məlum olmayan ünvanda yaşayır, İddiaçı Moldova Respublikasında adı məlum olmayan universitetdə Qiyabi təhsil alır. İddiaçı Əlisafa oğlu “44 günlük Vətən Müharibəsinin” qazisidir. - İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/12-90/25 nömrəli məktubundan görünür ki, İddiaçı nikahları üzrə ilkin akt qeydlərinin ləğv olunması barədə iddia tələblərinə dair Saatlı rayon qeydiyyat şöbəsində baxılmış işlər üzrə sənədlərin surətləri təqdim olunur. İşdə olan xx.xx.2010-cu il tarixli nikah akt qeydinə əsasən, İddiaçı ilə Mirzəliyeva (Cahangirova) Pəri Qəhrəman qızı arasında xx.xx.2010-cu il tarixdə nikah akt qeydi bağlanmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cahangirova) Pəri Qəhrəman qızı ilə İddiaçı arasında bağlanmış Saatlı rayonu Hacıqasımlı Kənd İcra Nümayəndəliyində bağlanmış xx.xx.2010-cu il tarixli, 15 saylı nikah pozulmuşdur. İşdə olan **********4062023 saylı nikahın pozulması haqqında akt qeydinə əsasən, İddiaçı ilə Mirzəliyeva (Cahangirova) Pəri Qəhrəman qızı arasında xx.xx.2010-cu il tarixdə nikah akt qeydi Abşeron Rayon Məhkəməsinin 29012)-1498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, pozulmuşdur. İşdə olan xx.xx.2000-ci il tarixli nikah akt qeydinə əsasən, İddiaçı ilə X3 arasında xx.xx.2000-ci il tarixdə nikah akt qeydi bağlanmışdır. İşdə olan 66 saylı, xx.xx.2010-cu il nikahın pozulması haqqında akt qeydinə əsasən, İddiaçı ilə X3 arasında nikah akt qeydi Yevlax Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. - İşdə olan Saatlı rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 102/2-3524 nömrəli məktubuna əsasən, İddiaçı məhkum olunmamış və barəsində Saatlı RPŞ-də heç bir təqsirləndirici materialın olmadığı bildirilir. - İşdə olan X4 Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-27004/25 nömrəli məktubundan görünür ki, İddiaçı ilə X1 və İddiaçı ilə Mirzəliyeva (Cahangirova) Pəri Qəhrəman qızının nikahı haqqında akt qeydinin və akt qeydinin tərtib edilməsinə əsas olmuş sənədlərin surətlərinin istənilməsi barədə müraciətə baxılmışdır. Əvvəllər qüvvədə olmuş “VVAQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən siyahı”ya əsasən nikaha daxil olmaq haqqında ərizələr və ərizələrə əlavə edilən digər sənədlərin saxlanılma müddəti 5 il idi. Həmçinin qeyd edirik ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin tərtib edilməsinə əsas olan sənədlərin X4 arxivində mühafizə edilməsi qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Bununla bağlı İddiaçı ilə X1 və İddiaçı ilə Mirzəliyeva (Cahangirova) Pəri Qəhrəman qızının nikahı haqqında akt qeydlərinin kserosurəti təqdim olunur. - İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-192/25 nömrəli məktubunda, xx.xx.2025-ci il tarixli məktuba cavab olaraq bildirilir ki, İddiaçı aid Saatlı rayonu Hacıqasımlı KİN-yi tərəfindən tərtib olunmuş xx.xx.2009-cu il tarixli 08 saylı və xx.xx.2010-cu il tarixli 15 saylı nikah haqqında akt qeydlərinin təsdiq olunmuş surətini göndərir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən X4 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. X4 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - X4 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. X4 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 23-cü bəndinə əsasən, X4 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaları İİİ. X4 qeydlərinin ləğvi qaydası
23. X4 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
24. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikahın pozulması haqqında qeydin ləğv olunması onların birgə ərizəsinə əsasən nikahı pozmuş qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
25. Bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər.
26. X4 qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər. 26-cı bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
27. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X4 qeydlərinin ləğvi məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.
28. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X4 qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya X4 qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. X4 qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
29. X4 qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
30. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X4 qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.2000-ci il tarixdə nikah akt qeydi bağlanmışdır. Bundan sonra məhkəmə qaydasında boşanmış, İddiaçı ilə X3 arasında nikah akt qeydi Yevlax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra İddiaçı ilə Mirzəliyeva (Cahangirova) Pəri Qəhrəman qızı arasında xx.xx.2010-cu il tarixdə nikah akt qeydi bağlanmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cahangirova) Pəri Qəhrəman qızı ilə İddiaçı arasında bağlanmış Saatlı rayonu Hacıqasımlı Kənd İcra Nümayəndəliyində bağlanmış xx.xx.2010-cu il tarixli, 15 saylı nikah pozulmuşdur. İddiaçı ilə Mirzəliyeva (Cahangirova) Pəri Qəhrəman qızı arasında xx.xx.2010-cu il tarixdə nikah akt qeydi Abşeron Rayon Məhkəməsinin 29012)- 1498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, pozulmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək barəsində tərtib edilmiş iki nikah haqqında akt qeydlərinin ləğv edilməsini xahiş etmişdir və cavabdeh orqan tərəfindən imtina edilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, İddiaçı məhkəmədə onun barəsində tərtib edilmiş xx.xx.2009-cu ildə xx.xx.2010-cu ildə Saatlı rayon Hacıqasımlı KİN-də bağlanmış 08 nömrəli və 15 nömrəli nikah qeydlərinin ləğv olunmasının iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçının hər iki nikah qeydi barədə məhkəmə mübahisələri olmuş, məhkəmə qaydasında nikahlar pozulmuş və yekun məhkəmə aktlarının icrası nəticəsində nikahlar pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, nikah haqqında akt qeydlərinin ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Saatlı Rayon Qeydiyyat Şöbəsinə qarşı «xx.xx.2009-cu ildə xx.xx.2010-cu ildə Saatlı rayon Hacıqasımlı KİN-də bağlanmış 08 nömrəli və 15 nömrəli nikah qeydləri məhkəmə qətnaməsi ilə pozulduğu üçün Saatlı rayon Qeydiyyat şöbəsində olan vətəndaş vəziyyəti aktlarının qeydiyyat kitabında düzəliş düzəliş edilərək həmin nikahlar üçün ilkin akt qeydlərinin ləğv olunması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Amilya Hüseynova