Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-266/2020 13.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə qarşı “xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə qarşı “xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Qara Nuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 1775 saylı arayışından görünür ki, İddiaçı hal-hazırda Saatlı rayonunun Qara Nuru kəndində yaşayır. İşdə olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V 086209 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq veteran vəsiqəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı 27 dekabr 2019-cu il tarixli, 11/6340 saylı məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1/V-18410 nömrəli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə müraciət etmiş İddiaçı sənədlərinə komissiyanın xx.xx.20119-cu tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2019-cu il tarixli ərizənizə Şöbədə baxılmış və ərizənizdə toxunduğunuz məsələ tərəfimizdən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sizə müharibə veteranı vəsiqəsi 28 iyun 2019-cu il tarixdə verilmişdir. Həmin tarixdən etibarən müraciətiniz əsasında şöbə tərəfindən Sizə müharibə veteranı kimi təqaüd təyin edilmişdir. Lakin Siz xx.xx.2016 - xx.xx.2019-cu il tarixədək olan dövr, yəni təyinatdan əvvəlki üç il üçün almadığınız sosial müavinətin və təqaüdün hesablanaraq Sizə ödənilməsini xahiş edirsiniz. Bununla bağlı bildiririk ki, mövcud Qanunvericiliyə əsasən xx.xx.2019-cu il tarixdən etibarən Sizə düzgün olaraq müharibə veteranlarına verilən sosial müavinət hesablanaraq ödənilir. Aşağıda göstərilən səbəblərdən xx.xx.2016 - xx.xx.2019-cu il tarixədək olan dövr üçün Sizə həmin sosial müavinət hesablanaraq ödənilə bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə, "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı maddəsinə əsasən Siz müharibə veteranı vəsiqəsini aldığınız gündən əvvəlki tarixə sosial müavinəti almaq hüququna malik deyilsiniz. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında İddiaçı müharibə veteranlarına müəyyən edilmiş sosial müavinətin xx.xx.2016-cı il oarixdən xx.xx.2019-cu il tarixədək hesablanaraq verilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə həvalə edilməsinə dair iddia tələbi vardır.İddiaçı iddia tələbinə dair bildiririk ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən - müharibə veteranı adı və müharibə veteranı vəsiqəsi verilmişdir.İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə müraciətinə əsasən ona müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2019-cu il tarixdən düzgün olaraq sosial müavinət təyin edilərək ödənilir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında ştirak edən şəxslər müharibə veteranı hesab olunurlar.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müəyyən edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bildiririk ki, "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun4.0.1.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və əmək pensiyası almaq hüququ olmayan şəxslərə sosial müavinət təyin olunur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 -c-irəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək iederanı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının Daxili İşlər və Müdafiə Nazirliklərində yaradılmış müvafiq komissiyanın rəyinə əsasən verilən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi müharibə veteranlarına sosial müavinət təyin olunması üçün əsas sənəd hesab olunur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsi xx.xx.2019-cu il tarixdə verildiyindən, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət də “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq müharibə veteranı statusunun müəyyən edildiyi həmin tarixdən təyin olunmalıdır, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrə müharibə veteranlarına müəyyən edilmiş sosial müavinət hesablanaraq ödənilə bilməz.Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qərar oəbul etməyinizi Sizdən xahiş edirik. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Saatlı rayonu Qara Nuru kənd sakini Vəlişov X2 Müharibəsi veteranı kimi təqaüdün təyin edilməsi ilə bağlı şöbəyə xx.xx.2019-cu il tarixdə müraciət etmiş və onun təqdim etdiyi sənədlər mövcud qaydalara uyğun olaraq tam təqdim edildiyindən həmin gün qeydiyyata alınmışdır. Onun müraciətinə sosial müavinət və təqaüd təyin edən komissiyada baxılmış və həmin komissiyanın xx.xx.2019-cu il tarixli, 2470 nömrəli qərarı ilə Müharibə veteranı vəiqəsinin verildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən etibarən təqaüd təyin edilərək ödənişə göndərilmişdir. İddiaçı təqaüd işi üzrə sənədlərin surəti Sizə göndərilir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 2470 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müharibə veteranı kimi prezident təqaüdü təyin edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubuna əlavə olunmuş arayışdan görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdən 2-ci qrup H.X.D əlil kimi, xx.xx.2020-ci il tarixədək hər ay 160,00 manat pensiya alır. Məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq veteran vəsiqəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 28 iyun 2019-cu il tarixdə müharibə veteranı olması ilə əlaqədar vəsiqə almış və həmin vəsiqəni aldıqdan sonra cavabdeh inzibati orqana müavinətin təyin edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən onun müraciətinə baxılaraq ona 28 iyun 2019-cu il tarixdən, yəni müharibə veteranı vəsiqəsi təqdim edilən vaxtdan sonrakı dövrə müavinət təyin edilmişdir. Həmçinin işdə olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubuna əlavə olunmuş arayışdan görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdən 2-ci qrup H.X.D əlil kimi, xx.xx.2020-ci il tarixədək hər ay 160,00 manat pensiya alır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda müavinatın ödənişi dayandırılır. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi şəxsin pensiya hüququ qazanması (pensiya təyin edilməsi) əvvəllər ona təyin edilmiş müavinətin verilməsinin dayandırılması ilə nəticələnir. Yəni qeyd edilən hüquq normasının mənasına görə pensiya ilə müavinat eyni vaxtda ödənilə bilməz. Qeyd edilən hüquq normalarının hazırkı işin faktiki hallarına tətbiqi baxımdan məhkəmə hesab edir ki, şəxsin müavinatın ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilə bilməsini tələb etmək hüququnun olmasına baxmayaraq, bunun üçün həmin şəxsin həmin dövrlərdə pensiya hüququnun olmaması vacib şərtdir. Lakin İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdən 2-ci qrup H.X.D əlil kimi pensiya təyin edilmişdir. Yəni daha dəqiq desək, iddiaçı müavinatın ödənilməsini tələb etdiyi müddətlərdə - müharibə veteranı vəsiqəsi aldığı xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün pensiya almışdır. Belə olduğu halda yəni iddia tələbinin qanuni əsası olmadığı üçün məhkəmə iddiaçının iddia tələbini əsassız, cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə qarşı “xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə qarşı “xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-266/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-266/2020
13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver