Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-266/2023 02.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0-ci il tarixli, 0602 nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunmağı” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyun N3-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin üzərindən götürülməsi, əmrin dəyişdirilməsi və yenidən hərbi xidmətə bərpa olunmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Lənkəran rayonu olduğunu, Lənkəran rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.N1-ci il tarixli, 2-1(112)-11215/N1 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0-ci il tarixli, 0602 nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunmağı” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0-ci il tarixli, 0602 nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunmağı” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci il tarixində Lənkəran şəhərində anadan olmuşdur, Azərbaycanlıdır, subaydır. 2002-ci il tarixindən 2011-ci ilə qədər Bakı şəhəri Xətai rayonu 264 saylı məktəb-liseyində orta təhsil almışdır. xx.xx.2011-ci il tarixində Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunmuş, xx.xx.2014-cu il tarixinədək həmin liseydə təhsil almışdır. xx.xx.2014-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbində Artilleriya ixtisası üzrə Ali hərbi təhsil almışdır. Təhsil aldıgı müddətdə Silahlı Qüvəllərinin 95-ci il və 100 illik hərbi paradında iştrak etmiş, medallarla təltif olunmuşdur. xx.xx.2018-ci il tarixindən Mudafiə Nazirliyinin N saylı hərbi hissəsinin Artilleriya divizionunun 2-ci haubitsalı artilleriya batareyasında 2-ci atəş tagım komandiri kimi xidmətə başlamışdır. Xidməti zamanı Bakının işgaldan azad olunmasının 100 illik yubiley paradında xidmət etdiyi N saylı hərbi hissənin döyüş bayragını daşımışdır. xx.xx.2018-ci ildə həmin divizionun 3-cu haubitsalı artilleriya batareyasında batareyanın baş zabiti təyin olunmuşdur. xx.xx.2019-cu il tarixində göstərdiyi nümunəvi xidmətə görə N saylı hərbi hissədən X5 Batareya komandiri vəzifəsi üzrə zabit təkmilləşdirmə kursuna gondərilmiş və müvəffəqiyyətlə kursu bitirmişdir. xx.xx.N0-ci il tarixində N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun minaatan batareya komandiri vəzifəsinə təyin olunmuşdur. Batareya komandiri kimi xidmət etdiyi dövrdə nümünəvi bir zabit kimi xidmət göstərmişdir. Lakin N0ci ilin yanvar ayında N saylı hərbi hissə komandiri vəzifəsinə polkovnik Fuad İsmayılov təyin edilmişdir. Bildirmək istəyir ki, polkovnik Fuad ismayılov N saylı hərbi hissəyə komandir təyin olunduğu gündən vəzifəsindən sui-istifadə edərək tabeciliyində olan zabitlərə qarşı kobud hərəkətlər etməyə, şəxsi heyəti sındırmağa, özünü ağıllı, tələbkar komandir kimi göstərməyə calışsada, zabit şərəfinə yaraşmayan hərəkətlər etməyə başlamışdır. Belə ki, N0-ci ilin təqribən aprel aylarında 4-cü MAT-un zabitlərinə qarşı ədalətsiz qərarlar verməyə başladı. Zabit heyətini briqadanın tibb xidməti ilə sövdələşərək “Narkoloji” dispanser qeydiyyatından kecirməyə başladı. Tibb xidmətinin vasitəsi ilə aparılmış dispenser qeydiyyatlarının nəticəsi olaraq zabitlərin qanında və sidiyində guya narkotik maddələrin aşkarlandığını rəsmi iclaslarda bildirdi. Bundan sonra xoşuna gəlməyən zabitlərə “Narkoman” damğası vurmağa başladı. Zabitləri kabinetinə cağıraraq onlardan bu yolla pul tələb etdi. Növbə ona da catdı, o, idmanla məşğul olduğu ücün özünə güvənərək polkovnik Fuad İsmayılova pul verməkdən imtina etdi. Bundan sonra analizin nəticəsi olaraq “Narkoman” olmağını bildirdi. O, buna etiraz etdi. Bundan bir müddət sonra polkovnik Fuad İsmayılovun göstərişinə əsasən təqribən aprel ayında onu intizamsız nizamnaməyə əməl etməyən zabit kimi “Zabit şərəf məhkəməsinə” çıxartdılar. “Zabit şərəf məhkəməsində” polkovnik Fuad İsmayılovun göstərişinə əsasən bəzi zabitlər onun xidməti vəzifəsinin bir pillə aşağı salınmasını istədilər. Həmin iclasda ona son Qərar elan edilmədi və o, hərbi xidmətinə davam etdi. N0-ci ilin iyun ayında N saylı hərbi hissə komandiri polkovnik Fuad İsmayılovun şəxsən göstərişinə əsasən onu Bakı şəhərində yerləşən “Mərkəzi Hərbi Klinik Hospitala” hərbi həkim komissiyasına göndərdilər. O, müayinədən kecdi. Lakin müayinənin nəticəsini ona bildirmədilər və məxfi olduğunu qeyd etdilər. O, özünə inanaraq və əlində rəsmi subut olmaq ücün həm özəl klinikada, həmdə Azərbaycan Respublikası DTX-nin hospitalında sidikdən və qandan analiz verdi və hər iki analizin cavablarında onun qanında və sidiyində narkotik tərkibli maddə aşkar edilmədi. O, analizin rəsmi cavablarını gətirib hərbi hissədə polkovnik Fuad ismayılova təqdim etdi və xidmətinə davam etdi. N0-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində mənfur erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasına cəhd edilmişdir. Atəşgah rejimi düşmənlərimiz tərəfindən pozulmuşdur. General-mayor Polad Həşimov və bir necə zabitimiz şəhid olmuşdur. Həmin ərəfədə N saylı hərbi hissə komandiri polkovnik Fuad İsmayılovun əmri ilə onların 4-cü motoatıcı taborunun minaatan batareyasıda döyüş mövqeyinə cıxarılmışdır. O və şəxsi heyəti döyüş mövqeyində, səhra şəraitində, döyüş tapşırıqlarını yerinə yetirən zaman polkovnik Fuad İsmayılovun göstərişinə və şəxsi qərəzliyinə əsasən yuxarı komandanlıq tərəfindən onun batereyasına yoxlama gəldi. Zabitlərdən ibarət yoxlama döyüş hazırlığı barədə irad və catışmamazlıq tapmadılar. Səhra şəraitini nəzərə almayaraq niyə əsgərlərin üzlərinin tüklü olmasını irad tutdular. O, su qıtlığının olmasını, su catışmamazlığının olduğunu və bu səbəbdəndə əsgərlərin səliqəsində problem yarandığını bildirdi və onlar onun haqqında komandirə yalan məruzə etdilər. Həmin günün axşamı onu N saylı hərbi hissə komandiri polkovnik Fuad İsmayılov vəzifədən kənarlaşdırdı. Cəbhədə vəziyyət sakitləşdikdən bir müddət sonra N saylı hərbi hissə komandiri polkovnik Fuad İsmayılovun göstərişinə əsasən onu intizamsız nizamnaməyə əməl etməyən zabit kimi təkrar “Zabit şərəf məhkəməsinə” cıxartdılar. “Zabit şərəf məhkəməsində” polkovnik Fuad İsmayılovun şəxsi qərəzinə əsasən bəzi zabitlər onun xidmətə uyğunsuz olmağını qeyd etdilər. Bildirmək istəyir ki, N saylı hərbi hissə cətin döyüş şəraitində yerləşir və 2016-cı il aprel döyüşlərindən sonra hərbi hissənin şəxsi heyətini, vətənpərvər zabitləri, müxtəlif vasitələr ilə sındırdıqlarından zabitlər komandirdən cox-cox qorxurdular. Yuxarıda qeyd olunanlardan və N saylı hərbı hissə komandiri polkovnik Fuad İsmayılovun qərəzli, məkirli niyyətindən sonra N0-ci ilin iyun ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldı. Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri təqribən avqust ayının sonlarında hərbi hissəyə gəldi və o, əmr gələn günədək N saylı hərbi hissədə xidmətdə olmuşdur. N0-ci ilin avqust ayının sonlarında yəni o, hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ona qarşı haqsızlıq edildiyini, əmrin dəyişdirilməsi barədə ərizə ilə müraciət etmişdir. N0-ci ilin sentyabr ayının 27-də mənfur düşmənlərimizin təxribatlarına qarşı şanlı ordumuz tərəfındən cavab verilərkən, o, könüllü olaraq komissarlığa müraciət etmiş və kadr zabit olduğu ücün bir başa döyüşə getmişdir. Döyüş yoluna N saylı hərbi hissənin 1-ci motoatıcı taborunun minaatan batareyasının komandiri vəzifəsində başlamışdır. Hərbi hissələri və batereyaları şərəfli, ağır, cətin döyüş yolu kecmişlər. O və şəxsi heyəti Cəbrayıl, Qubadlı rayonlarının, eləcə də Şuşa şəhərinin işgaldan azad olunması uğrunda aparılan döyüşlərdə fəal iştrak etmişdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə Vətən müharibəsində göstərdiyi sücayətə görə xx.xx.N0-ci il tarixində Cəbrayıl rayonunun azad olunması medalı ilə, xx.xx.N0-ci il tarixində isə Qubadlı rayonunun azad olunması medalı ilə təltif olunmuşdur. 05 fevral N1ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən (Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqannın Fərmanına əsasən icra edilir) yenidən ehtiyata buraxılmışdır. Bildirmək istəyir ki, N saylı hərbi hissə komandiri polkovnik Fuad İsmayılov isə Vətən müharibəsindən sonra yol verdiyi nöqsanlara görə aşağı vəzifəyə kecirilmişdir. 05 fevral N1-ci il tarixindən sonra bir müddət səhhətində yaranmış problemlərlə əlaqadar olaraq müalicə olunmuşdur. Müalicəsi başa catdıqdan sonra yenidən Müdafiə Nazirliyinə ona qarşı N saylı hərbi hissə komandiri polkovnik Fuad İsmayılovun qərəzli, məkirli əməllərinin qurbanı olduğunu və onun ixtisaslı hərbci olmağını nəzərə almaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin üzərindən götürülməsini və yenidən hərbi xidmətə bərpa olunmağını və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istənilən döyüş bölgəsində yerləşən hərbi hissəsində xidmətə hazır olduğu barədə ərizə ilə müraciət etmişdir. Lakin təssüflər ki, bu günədək hec bir müsbət cavab ala bilməmişdir. Yuxarıda göstərilən xüsusatlara və istinad olunan hüquq normalarına əsasən, hesab edir ki, ona qarşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən haqsızlıq edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən iddia ərizəsində, xx.xx.2018-ci il tarixdən Müdafiə Nazirliyinin N saylı hərbi hissənin Artilleriya divizionunun 2-ci haubitsalı artilleriya batareyasında 2-ci atəş tağım komandiri kimi xidmətə başladığını, xx.xx.2018-ci ildə həmin divizionunun 3-cü haubitsalı artilleriya batareyasında batareyanın baş zabiti təyin olunduğunu, xx.xx.N0-ci ildə həmin hərbi hissənin 4-cü motoatıcı taborunun minaatan batareya komandiri vəzifəsinə təyin olunduğunu, N0-ci ilin iyun ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını göstərərək Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin üzərindən götürülməsini, əmrin dəyişdirilməsini və yenidən hərbi xidmətə bərpa olunmağını cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsinə dair məhkəmədən qərar qəbul etməsini xahiş edir. İddiaçı xx.xx.2014-xx.xx.N0-ci illərdə Azərbaycan Ordusunda zabit kimi həqiqi hərbi xidmətdə olmuş, xidmət müddəti ərzində özünü intizamsız, bacarıqsız və təcrübəsiz bir zabit kimi göstərmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin birinci müavini - qərargah rəisinin xx.xx.N0-ci il tarixli, 1626 nömrəli göndərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin məhkəmə-kimya bölməsinin kimyaçı eksperti, iş təcrübəsi 2001-ci ildən olan Qalib Həsənov tərəfindən xx.xx.N0-ci ildə müayinə olunmuş, ondan götürülmüş qan və sidik nümunələri tədqiq edilmişdir. 505/K saylı maddi sübutların tədqiqatı aktında göstərilir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu leytenant İddiaçı götürülmüş qan, sidik nümunələrinin tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan 3,4 - Metilendiksiamfenatamin (N-metilendiksiamfenatamin-MDA) adlı narkotik vasitənin izləri aşkar olunmuşdur. Aşkarlanan bu maddə qəbulu və dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin İ saylı siyahısına daxildir. Göstərilənlərə əsasən N nömrəli hərbi hissənin komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış, Müdafiə nazirinin 06 avqust N0-ci il tarixli 0602 nömrəli əmrilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Məhkəməyə şikayət vermək üçün qanunla müəyyən edilmiş müddətin axımı inzibati aktın elan edildiyi, təqdim (elan) edildiyi vaxtdan başlayır. İddiaçı isə həmin inzibati aktı 1 il 5 ay sonra mübahisələndirir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanlara əsasən iddiaçı inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr mümkünlük şərtlərini yoxlayarkən İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 avqust N0-ci il tarixli, 0602 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N №-li hərbi hissə komandirinin sərancamında (N №-li hərbi hissənin 4-cü taborunun minaatan batareyasının sabiq komandiri) olan leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.N0-ci il tarixli, 505/K nömrəli maddi sübutların tədqiqatı Aktından görünür ki, İddiaçı götürülmüş qan, sidik nümunələrinin tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan 3,4 - Metilendiksiamfenatamin (N-metilendiksiamfenatamin-MDA) adlı narkotik vasitənin izləri aşkar olunmuşdur. Aşkarlanan bu maddə qəbulu və dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin 1- siyahısına daxildir. İş materiallarında olan “Uniklinika”nın xx.xx.N0-ci il tarixli rəyindən görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə kimyəvi tədqiqatı nəticəsində qan və sidik nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin xx.xx.N0-ci il tarixli rəyindən görünür ki, İddiaçı qan nümunəsində heç bir narkotik, psixotrop və güclü təsiredici maddələr aşkar olunmamışdır. Məhkəmənin hazırkı iş üzrə xx.xx.N2-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - iddiaçı (xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, X8 küçəsi, ev 26 ünvanında qeydiyyatda olan, ş/v nömrəsi AA*******) İddiaçı qan və sidik nümunələri götürülərək, həmin nümunələrdə narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrinin olubolmaması müəyyən edilsin; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 saxlanılan N nömrəli hərbi hissənin leytenantı İddiaçı ilkin olaraq götürülmüş qan və sidik nümunələri üzərində tətqiqatın aparılması (nəzəri və praktiki cəhətdən) mümkündürmü? - Əgər mümkündürsə İddiaçı ilkin olaraq götürülmüş qan və sidik nümunələrində narkotik vasitələrinin, psixotrop və güclü təsiredici maddələrinin izləri aşkar edilirmi, yəni həmin nümunələr əsasında İddiaçı narkotik vasitə, psixotrop və güclü təsiredici maddələrinin qəbul etməsini müəyyən etmək olurmu? - xx.xx.N0-ci il tarixindən (ilkin müayinədən) xx.xx.N0-ci il və xx.xx.N0-ci il tarixlərə (sonrakı müayinələrə) kimi keçən müddət ərzində İddiaçı götürülmüş qan və sidik, o cümlədən İddiaçı bədənində narkotik vasitələrinin, psixotrop və güclü təsiredici maddələrinin izlərinin qalması mümkündürmü? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.N2-ci il tarixli, 3767/K nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: - iddiaçı (xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, X8 küçəsi, ev 26 ünvanında qeydiyyatda olan, ş/v nömrəsi AA*******) İddiaçı Rafıq oğlundan qan və sidik nümunələri götürülərək, həmin nümunələrdə narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin olub-olmaması müəyyən edilsin. Sualınıza cavab olaraq bildirirəm ki, İddiaçı götürülmüş qan nümunəsində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. - Azərbaycan Respublikası Müdafıə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 saxlanılan N nömrəli hərbi hissənin leytenantı İddiaçı Rafıq oğlundan ilkin olaraq götürülmüş qan və sidik nümunələri üzərində tədqiqatın aparılması (nəzəri və praktiki cəhətdən) mümkündürmü? Sualınıza cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikası Müdafıə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 saxlanılan N nömrəli hərbi hissənin leytenantı İddiaçı ilkin olaraq götüriilmüş qan və sidik nümunələri məhkəmə-kimya şöbəsinə təqdim edilmədiyi üçün məhkəmə-kimyəvi tədqiqatı aparmaq mümkün deyil. - Əgər mümkündürsə İddiaçı ilkin olaraq götürülmüş qan və sidik nümunələrində narkotik vasitələrin, psixoirop və güclü təsiredici maddələrinin izləri aşkar edilirmi, yəni həmin nümunələr əsasında X2 narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrinin qəbul etməsini müəyyən etmək olurmu? Sualınza cavab olaraq bildirirəm ki, İddiaçı ilkin olaraq götürülmüş qan və sidik nümunələri məhkəmə-kimya şöbəsinə təqdim edilmədiyi üçün bu barədə fikir söyləmək mümkün deyil. xx.xx.N0-ci tarixindən (ilkin müayinədən) xx.xx.N0-ci il və xx.xx.N0-ci il tarixlərə (sonrakı müayinələrə) kimi keçən müddət ərzində İddiaçı götiirülmüş qan və sidik, o cümlədən İddiaçı bədənində narkotik vasitəbrin, psixotrop və güclü təsiredici maddələrinin qalması mümkündürmü? Sualınıza cavab olaraq bildirirəm ki, narkotik və psixotrop maddələrin orqanizmdən xaric olma müddəti bir çox faktorlardan aslıdır (yaş, çəki, piy qatı, fiziki hərəkət). Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsidir. Çünki bir çox narkotik vasitələr insan orqanizimində (qaraciyər və piy toxumalarında) yığılma xüsusiyyətlərinə malikdirlər. İnsan orqanizminin fəaliyyəti nəticəsində qaraciyərdən və piy toxumasından depoya yığılan maddələr vaxtaşırı qana buraxılır. Qan vasitəsilə bu maddələr bədənin ifrazat sisteminə daxil olaraq orqarizmindən xaric olurlar. Bu proses isə narkotik vasitələri şəxs qəbul etməyi dayandırdıqdan sonra da davam edir. Bu prosesin müddəti hər bir orqanizim üçün fərdidir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisinin xx.xx.N0-ci il tarixli, 1626 nömrəli göndərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin məhkəmə-kimya bölməsinin kimyaçı eksperti, iş təcrübəsi 2001-ci ildən olan Qalib Həsənov tərəfindən xx.xx.N0-ci ildə müayinə olunmuş, ondan götürülmüş qan və sidik nümunələri tədqiq edilmiş, 505/K saylı maddi sübutların tədqiqatı aktına əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu leytenant İddiaçı götürülmüş qan, sidik nümunələrinin tərkibində qəbulu və dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin İ saylı siyahısına daxil edilmiş Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan 3,4-Metilendiksiamfenatamin (N-metilendiksiamfenatamin- MDA) adlı narkotik vasitənin izləri aşkar olunmuş, göstərilənlərə əsasən N nömrəli hərbi hissənin komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış, Müdafiə nazirinin 06 avqust N0-ci il tarixli 0602 nömrəli əmrilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı Kazımlı X4 nazirinin 06 avqust N0-ci il tarixli 0602 nömrəli əmrini mübahisələndirərək həmin əmrin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, tələbinin əsası kimi mübahisələndirilən əmrin əsasını təşkil edən halların mövcud olmadığını, bunun ekspert rəyi ilə təsdiq olunduğunu bildirmişdir. Qeyd olunduğu kimi, iş materiallarında olan “Uniklinika”nın xx.xx.N0-ci il tarixli, Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin xx.xx.N0-ci il tarixli və Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.N2-ci il tarixli, 3767/K nömrəli rəylərində İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə kimyəvi tədqiqatı nəticəsində qan və sidik nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmadığı bildirilmişdir. Lakin göründüyü kimi, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmadığı barədə xx.xx.N0-ci il tarixli, xx.xx.N0-ci il tarixli və xx.xx.N2-ci il tarixli rəylər Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilən xx.xx.N0-ci il tarixli rəydən müvafiq olaraq 1 ay 11 gün, 1 ay 16 gün və 2 il 6 ay sonra verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.N2-ci il tarixli, 3767/K nömrəli rəyində bildirilir ki, narkotik və psixotrop maddələrin orqanizmdən xaric olma müddəti bir çox faktorlardan aslıdır (yaş, çəki, piy qatı, fiziki hərəkət). Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsidir. Çünki bir çox narkotik vasitələr insan orqanizimində (qaraciyər və piy toxumalarında) yığılma xüsusiyyətlərinə malikdirlər. İnsan orqanizminin fəaliyyəti nəticəsində qaraciyərdən və piy toxumasından depoya yığılan maddələr vaxtaşırı qana buraxılır. Qan vasitəsilə bu maddələr bədənin ifrazat sisteminə daxil olaraq orqanizmindən xaric olurlar. Bu proses isə narkotik vasitələri şəxs qəbul etməyi dayandırdıqdan sonra da davam edir. Bu prosesin müddəti hər bir orqanizim üçün fərdidir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.N2-ci il tarixli, 3767/K nömrəli ekspert rəyinə əsasən narkotik və psixotrop maddələrin orqanizmdən xaric olma müddəti şəxsin yaşı, çəkisi, piy qatı, fiziki hərəkəti və ən başlıcası isə nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsi faktorlarından asılıdır. Bu isə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzi tərəfindən iddiaçı ilə bağlı verilən xx.xx.N0-ci il tarixli rəyə əsasən izləri aşkar olunmuş və dövriyyəsi qadağan olunan narkotik vasitələrin təqribən bir ay yarım sonra onun orqanizmindən tam xaric olunması ehtimalını, eyni zamanda, dövriyyəsi qadağan olunan narkotik vasitələrin xx.xx.N0-ci il tarixdə idddiaçının orqanizmində mövcud olmasını istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmaması barədə xx.xx.N0-ci il tarixli, xx.xx.N0-ci il tarixli və xx.xx.N2-ci il tarixli rəylərin Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzi tərəfindən iddiaçı ilə bağlı verilən xx.xx.N0-ci il tarixli rəyi təkzib edən mötəbər sübutlar kimi qəbul edilməsini mümkün hesab etmir. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0-ci il tarixli, 0602 nömrəli əmrinin verilməsində qanunvericiliyin pozulması halına yol verilməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0-ci il tarixli, 0602 nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunmağı” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0-ci il tarixli, 0602 nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunmağı” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-266/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-266/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver