Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2668/2024 22.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarının etibarsız hesab edilərək ləğv edilməsi, 50000 manat pul məbləğində kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1157/2021 saylı qərardadı ilə X5 üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1157/2021 saylı qərardadı ilə iddiaçıların Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi dəqiqləşdirilmə barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-80/2023 saylı qərardadı ilə X6, X8, X9 üçüncü şəxs qismində iş üzrə zəruri icraata cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 15 yanvar 1998-ci il tarixli qərarı ilə babası X4 məxsus olan və “Araz” Kolxozunun qaytanlanmış baş kitabında onun adına qeydiyyatdan keçmiş 0,20 ha torpaq sahəsi X1 mülkiyyətinə pay torpağı kimi verilmişdir. Bu barədə onlara atası X7 31 yanvar 2017-ci ildə vəfat etdikdən sonra bəlli olmuşdur. Belə ki, Ə.Əsgərov mübahisəli inzibati akt əsasında həmin yerə torpağın mülkiyyətə verilməsinə dair İN019A, kod 60808038 saylı şəhadətnamə alaraq onları məhkəməyə verib babasına məxsus olan evdən çıxarmışdır. Həmin mülkiyyətə dair iddia müddətin prossesual axımı bu tarixdən başlayır və cavabdehin belə aktı qəbul etməsi irsi tranmissiya qaydasında malik olduqları mülkiyyət hüquqlarını pozur. Cavabdeh təşkilata qəbul etdiyi inzibati aktın yaratdığı hüquqi nəticələrlə bağlı pretenziya edilmiş və həmin hüquqların bərpası ilə əlaqədar kompensasiya tələb edilmişdir. Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarı ilə X2 601.37 kv.m torpaq sahəsi verilmişdir. 2006-cı ildə artıq Aqrar İslahat Komissiyası mövcud olmadığından onun həmin tarixdə vermiş olduğu bu qərar da mötəbər sayılmamışdır. Digər tərəfdən mübahisəli 20 sot pay torpağı Aqrar İslahat Komissiyası tərəfindən pay torpağı şəklində Ə.Əsgərova verilmişdirsə, İİ dəfə həmin komissiya tərəfindən 601.37 kv.m torpağı bu şəxsə verilə bilməzdi. Əgər Ə.Əsgərovun iddia etdiyi kimi torpaq onun atası İ.Əsgərovun olubsa və o bu torpağı vərəsə kimi əldə edibsə onda məhkəmə digər vərəsələrin dairəsini və payını müəyyən etməli idi. Hər iki halda Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 15 yanvar 1998-ci il tarixli qərarı mübahisəlidir, ləğv edilməlidir. Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-80/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-406/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-80/2023 nömrəli qərardadının ləğv edilməsi, inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs X5 məhkəməyə etiraz ərizələri göndərərək, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini nəzərdən kеçirib, proses iştirakçılarının izahatlarını dinləyərək, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-406/2023 nömrəli qərardadının əsaslandırma hissəsində aşağıdakılar qeyd edilmişdir: Birinci instansiya məhkəməsi mübahisəli həyətyanı torpaq sahəsinin hansı qaydada hansı şəxslərə ayrılmasını, islahata qədər kimlərin qanuni istifadəsində olmasını, mübahisəli həyətyanı torpaq sahəsində islahata qədər mövcud olmuş tikililəri, yəni yaşayış sahələrini, həmin yaşayış sahələrində daimi və müvəqqəti yaşayan şəxsləri, islahat vaxtı yaşayış yeri üzrə qeydiyyatda olan şəxsləri, islahata qədər və islahat vaxtı təsərrüfatbaşına kitablara və digər sənədlərə əsasən həmin yaşayış sahələrində yaşamış ailə üzvlərini, mübahisəli həyətyanı torpaq sahəsində sonradan yaranmış və ya ayrılmış ailə təsərrüfatlarını aydınlaşdırmalıdır. Həmçinin mübahisəli həyətyanı torpaq sahəsinə subyektiv hüquqları və qanunla qorunan maraqları olan digər şəxsləri də inzibati işə cəld etməlidir. Hazırkı inzibati iş üzrə qeyd edilənlər araşdırılarkən Cavabdehnə, mübahisəli həyətyanı torpaq sahəsinin yerləşdiyi yer üzrə icra nümayəndəliyinə, mübahisələndirilən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının qərarının və həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hazırlanmasında iştirak etmiş digər orqanlara və onlar mövcud olmadıqda onların hüquq varislərinə, şəxslərin yaşayış yerlərini müəyyən edən və yaşayış yeri üzrə qeydiyyatını aparan orqanlara, aidiyyəti arxivlərə və digər məlumat saxlayıcılarına sorğular verilməlidir. İddiaçıların və onların ailə üzvlərinin hansı tarixdən, hansı əsaslarla mübahisəli həyətyanı torpaq sahəsindən istifadə etmələri, hansı tarixdən, hansı əsaslarla hansı yaşayış sahələrində yaşamaları, islahatdan əvvəl və islahat vaxtı mübahisəli həyətyanı torpaq sahəsində yerləşən hansı yaşayış sahəsində hansı əsaslarla yaşamaları, islahatdan əvvəl və islahat vaxtı iddiaçıların və onların ailə üzvlərinin başqa yaşayış sahələrinin olub-olmaması, islahat vaxtı onların mülkiyyətinə ayrı təsərrüfat kimi pay və həyətyanı torpaq sahəsinin verilib-verilməməsi, həmçinin araşdırma zamanı müəyyən olunmalı işin digər faktiki halları aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçıların mübahisələndirdiyi qərarın mövcudluğu iş materialları ilə müəyyən edilmir. İlk növbədə bu istiqamətdə tam dolğun araşdırma aparılmalıdır. Əgər mübahisələndirilən qərar mövcud olmamışdırsa, o, mübahisə predmeti ola bilməz. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-1576/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 2-1(120)-2668/2024 nömrəli inzibati iş ilə əlaqədar zəruri sənədlərin təsdiq edilmiş surətinin verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə daxil olmuş məktuba "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində torpaq islahatı 1997-ci ildə aparılmışdır. Mərkəzin arxivində saxlanılan ünvan 1i üzrə mövcud həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından X5 (yalnız həyətyanı siyahısında qeyd olunub), İddiaçı1 və İddiaçı2 adları qeyd edilmiş hissədən, eləcə də Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 saylı Qərarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3- 21-3-45/2-3750/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2668/2024 nömrəli sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən müraciətdə qeyd edilən ünvan 1 ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə məlumat aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmadı. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 1351 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı1 miras qoyan - 31 yanvar 2017-ci ildə vəfat etmiş ünvan 1i ünvanında qeydiyyatda olmuş X3 vərəsələrindən biri kimi tanınmış və Ağcabədi regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixində 179 saylı vərəsəlik işi açılmışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları ilə yanaşı aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsini məhkəmədən tələb edir. Hazırki iddia müahisələndirmə haqqında iddia növünə aiddir və həmin iddia ilə mübahisələndirilən inzibati akt (qərar) nə cavabdeh inzibati orqanda, nə də Ağcabədi rayon Dövlət Arxivində müəyyən edilməmişdir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 01 iyul 2024-cü il tarixli və 30 sentyabr 2024-cü il tarixli, 2-1(120)-2668/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarının əslinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tələb olunan sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanı da qanunvericiliyin tələbləri izah olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, mübahisələndirilən qərar (inzibati akt) mövcud olmadığından hazırki iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddiası mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2668/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2668/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver