Məhkəmə qərarları › İş №2-1(120)-267/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-267/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-267/2020 30.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar x2, İddiaçı2, İddiaçı3, İddiaçı4 Təyyub qızının İddiaçı5 və İddiaçı6 Təyyub qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x3rşı “torpağa mülkiyyət hüququna dair JN 289 kod 60801018 nömrəli dövlət aktına uyğun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 5.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçılar x2, İddiaçı2, İddiaçı3, İddiaçı4 Təyyub qızının, İddiaçı5 və İddiaçı6 Təyyub qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x3rşı Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 5.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2-1(120)-267/2020 saylı qərardadı ilə x11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-1(120)-267/2020 saylı qərardadı ilə iddiaçılar və cavabdehin olduğu kimi saxlanılmaqla, iddia tələbinə torpağa mülkiyyət hüququna dair JN 289 kod 60801018 nömrəli dövlət aktına uyğun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 5.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının “Torpaq İslahatı haqqında” mövcud Qanuna əsasən Ağcabədi rayon x1 1998-ci il 30 aprel tarixli 05 nömrəli qərarı ilə onların ailə üzvlərinə payı bəlli kənd təsərrüfat təyinatlı 5.12 hektar torpaq sahəsi verilmişdir. Bununla əlaqədar onlara keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi Rayon Şöbəsi tərəfindən 11 noyabr 1998-ci il, JN 289, KOD 60801018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmiş və həmin akt Dövlət aktı qeydiyyat kitabmda 289 saylı nömrə ilə qeydə alınmışdır. Onlara məxsus olan kənd təsərrüfat təyinatlı 5.12 hektar torpaq sahəsinə çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanıb alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x10 müraciət etmişdir. Hətta, DƏDRX-nin 6 saylı x6 tələbi ilə dövlət büdcəsinə 10 (on) manat bir qəbzlə, 50 (əlli) manat ikinci qəbzlə dövlət rüsumu ödəmişdir. Bundan sonra DƏDRX-nin 6 saylı x12 5.12 hektar torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydə almamış, onlara imtina vermişdir. DƏDRX-nin 6 saylı x6 02 sentyabr 2019-cu il tarixli **********33 saylı imtina məktubunda göstərilmişdir ki, bu məsələ ‘'Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanlara əsasəntorpağa mülkiyyət hüququna dair JN 289 kod 60801018 nömrəli dövlət aktına uyğun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 5.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin DƏDRX-nin 6 saylı x6 üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxs x11 bələdiyyəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin və üçüncü şəxs x4 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin 02 sentyabr 2019-cu il tarixli, **********33 saylı məktubunda qeyd edilmişdir ki, sizin Ağcabədi rayonu Nəcəfqulubəyli kəndində yerlşən 5.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydə alınması barədə müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x7 baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, müraciəti əsasında Ərazi idarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsi üzərində mübahisə olduğu aşkarlanmışdır. Belə ki, 5.12 ha torpaq sahəsini başqa vətəndaş tərəfindən istifadə edilir və həmin vətəndaş 5.12 ha torpaq sahəsinin ölçülməsinə mane olmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında İddiaçı1 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə, 16 avqust 2019-cu il tarixli, ********** saylı müraciətinin icrasına imtina edilir. İşdə olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20.11.2019-cu il tarixli, 5536 nömrəli arayışından görünür ki, Ağcabədi şəhəri, Qarabağ küçəsi, 185 nömrəli evdə yaşayan x5 aşağıdakı ailə üzvləri: bacısı İddiaçı2, arvadı İddiaçı3, qızı İddiaçı6, İddiaçı4 və oğlu İddiaçı5 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin 12.07.2019-cu il tarixli, 11/129-12768 nömrəli məktubda qeyd edilmişdir ki, sizə məxsus JN-289 (kod 60801018) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının tapılması ilə bağlı 21.06.2019-cu il tarixdə Ağcabədi RPŞ-nə ünvanladığınız müraciətə cavab olaraq bildiririk ki, qeyd olunan sənədin tapılması mümkün olmamışdır və bu barədə Ağcabədi RPŞ-də heç bir məlumat yoxdur. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin 15 yanvar 2020-ci il tarixli, **********51 saylı məktubunda qeyd edilmişdir ki, JN-289 nömrəli dövlət aktı üzrə həmin torpaq sahəsinin kimin tərəfindən zəbt edilməsi ərazi idarəsi tərəfindən müəyyən edilməmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-289 nömrəli (kod 60801018) dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayon x1 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə 5.12 hektar torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin plan çizgisi və sxemi tərtib olunmuşdur. Məhkəmə araşdrıması zamanı müəyyən edildi ki, Ağcabədi rayon x1 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə 5.12 hektar torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi ölçülərək onlara təhkim olunmuşdur. İddiaçı1 və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin sxemi tərtib olunaraq onların adına 11 noyabr 1998-ci il tarixində “Torpağa mülkiyyət hüququna dair” JN-289 nömrəli (kod 60801018) dövlət aktı tərtib edilmişdir. İddiaçılar həmin dövlət aktı əsasında torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərindəhüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridaşınmazəmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edənaktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN-289 nömrəli (kod 60801018) Dövlət aktı 11 noyabr 1998-ci ildə onların adına qeydə alınmışdır. İddiaçılar yeni nümunəli çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə 11 noyabr 1998-ci ildə qeydə alınmış “Torpağa mülkiyyət hüququna dair” JN-289 nömrəli (kod 60801018) Dövlət aktı torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıların torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. x13 Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “x8 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. x13 Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli x13 Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. x13 Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə x13 üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar x2, İddiaçı2, İddiaçı3, İddiaçı4 Təyyub qızının İddiaçı5 və İddiaçı6 Təyyub qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x3rşı “torpağa mülkiyyət hüququna dair JN 289 kod 60801018 nömrəli dövlət aktına uyğun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 5.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İş üzrə məhkəmə xərcləri yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar x2, İddiaçı2, İddiaçı3, İddiaçı4 Təyyub qızının, İddiaçı5 və İddiaçı6 Təyyub qızının iddia tələbi təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 289 kod 60801018 nömrəli dövlət aktına uyğun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 5.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x6 üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar