Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-267/2023 20.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 20 fevral 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi,10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, «cavabdehin 12 avqust 2021-ci il tarixli məktubunun əsassız sayılması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Ağcabədi rayonu olduğunu, Ağcabədi rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2021-ci il tarixli, 2-1(112)-12102/2021 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyinin tabeliyində olan Ağcabədi reqional “ASAN xidmət” mərkəzinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş və cavabdehin 12 avqust 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, təqdim etdiyi xx.xx.1982-ci il tarixində tərtib edilmiş NT-İ N ******* saylı əmək kitabçasına və hərbi biletinin surətlərinə əsasən ümumi sığorta stajı 21 il 11 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə almmış 16.702.03 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasınm minumum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə cavab məktubunda cavabdeh tərəfindən bildirilir ki, Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 52 nömrəli arayışına əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi X6 müəssisəsinin əmr kitablarında onun adına rast gəlinməmişdir. Eyni zamanda 2004-cü il tarixli əmr kitabları Ağcabədi rayon Dövtət Arxivinə təhvil verilmədiyi üçün onun işdən azadolma əmrinin yoxlanılması mümkün olmamışdır. Cavabdeh hesab etmişdir ki, bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir və yuxarıda qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 avqust 2021-ci il tarixli, **********1 saylı məktubu əsassızdır və hesab edir ki, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin ediİməlidir. Belə ki, onun əmək kitabçasında qeyd olunan əmrlərə əsasən 04 sentiyabr 1973-ci il tarixdən 02 noyabr 2004-cü il tarixə kimi hüquqi şəxs nəzdində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin istinad etdiyi xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək onun Ağcabədi X1nin əmr kitablarında adının olmaması isə ona yaşa görə əmək pensiyasının verilməməsi üçün əsa ola bilməz. Həmin tarixlərdə müəssisə tərəfindən ona verilmiş yol-nəqliyyat vərəqələri və müəssisəyə ödədiyi icarə haqqları barədə qəbzlər buna bariz sübutdur. Hesab edir ki, mövcud qanunvüriciliyə əsasən cavabdehin istinad etdiyi faktlardakı ziddiyyətlər onun hər hansı bir məsuliyyətinin nəticəsi ola bilməz və bu fakt ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubu ilə iddiaçıya yaşa görə pensiyanın təyin olunmasından imtina cavabı verilmişdir. İddiaçıya ünvanlanan imtina məktubunda imtinanın əsası kimi aşağıdakılar göstərilmişdir: 1) xx.xx.1982-ci il tarixdə tərtib edilmiş l/İT-l ******* nömrəli əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən ümumi sığorta stajı 21 il 11 ay olmaqla tələb olunan (25 il) müddətdən azdır. 2) fərdi hesabının sığorta hissəsində qeydə alınmıs 16702,03 manat pensiya kapitalı tələb olunan (28800 manat) pensiya kapitalından az olmaqla əmək pensiyasının minimum (200 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermir. 3) xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 4) Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 52 nömrəli arxiv arayışına əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyini iddia etdiyi X7 müəssisəsinin əmr kitablarında onun adına rast gəlinmir və 2004-cü il tarixli əmr kitabları həmin arxivə təhvil verilmədiyi, bununla əlaqədar işdən azadolma əmrinin yoxlanılması mümkün olmadığı ücün göstərilən dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətinin araşdırılması nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 52 nömrəli arxiv arayışında onun 1995-ci ildə isə daxiloma əmrinə rast gəlinmədiyi, 2004-cü il tarixli əmr kitablarının isə həmin arxivə təhvil verilmədiyi üçün isdən azadolma əmrinin yoxlanılmasının mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********953300 nömrəli sorğuya cavab məktubundan görünür ki, arxiv sənədlərinə və dövlət reyestrində olan məlumatlara əsasən Ağcabədi rayon İxtisaslaşmış Avtonəqliyyat müəssisəsi vergi uçotuna alınmamışdır. Həmin müəssisənin adına oxşar olan X3 Avtonəqliyyat müəssisəsinin bazasında xx.xx.1998-ci il tarixdə yaradılmış "xxxx" ASC xx.xx.2000-ci il tarixdə vergi uçotuna alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniiməsi Qaydaları"nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İddiaçının təqdim etdiyi xx.xx.1982-ci il tarixdə tərtib edilmiş əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1989-cu il tarixədək əmək fəaliyyəti dövrü, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 01.01 2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 21 il 11 ay 2 gün təşkil edir ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin, Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 52 nömrəli arxiv arayışına əsasən iddiaçının işlədiyini iddia etdiyi X6 müəssisəsindəki xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrü yuxarıda qeyd olunanlara əsasən sığorta stajına daxil edilməsini istisna edir. İddiaçının işlədiyini iddia etdiyi sözügedən bütün dövrlər nəzərə alınsa onun xx.xx.2006-cı il tarixdədək olan ümumi iş stajı 31 il 1 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X18 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə Ağcabədi Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulmuş və Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. İş materiallarında olan xx xxxxx 1956-cı il tarixdə doğulmuş İddiaçı məxsus 12 dekabr 1982-ci il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək X20 Birliyində 15 gün çilingər vəzifəsində, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək həmin müəssisədə 1 il 3 ay 12 gün sürücü vəzifəsində, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək X20 Birliyində 4 ay 13 gün çilingər vəzifəsində, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həmin müəssisədə 2 il 7 ay 10 gün sürücü vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Ağcabədi rayon X23 9 il 5 ay 28 gün sürücü vəzifəsində, xx.xx.1989-cu-cu il tarixdən xx.xx.1995-ci il tarixədək “Tacikistan” kolxozunda 5 il 11 ay 6 gün sürücü vəzifəsində, xx.xx.1995-ci ildən xx.xx.2004-cü il tarixədək Ağcabədi X1ndə 9 il 1 ay 28 gün sürücü vəzifəsində işləmiş və bu müddət ərzində 28 il 9 ay 2 gün iş stajı toplamışdır. İş materiallarında olan 11 noyabr 1974-cü il tarixli, HZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il 1 ay 9 gün hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Dövlət Arxivinin 16 mart 2021-ci il tarixli, 17 nömrəli, 09 iyul 2021-ci il tarixli, 52 nömrəli, 03 iyun 2022-ci il tarixli, 26 nömrəli və 10 noyabr 2022-ci il tarixli, 84 nömrəli arayışlarına və Ağcabədi X1nin 07 və 12 dekabr 1995ci il tarixli əmrlərinə əsasən Ağcabədi X1nin əmr kitablarında İddiaçı 1995-ci ildə işə girmə əmrinə rast gəlinmədiyi, 2004-cü il əmr kitabları isə Ağcabədi Rayon Dövlət Arxivində mühafizə olunmadığından işdən çıxma əmri haqqında məlumat verilməsinin mümkün olmadığı, lakin həmin müəssisənin 1995-ci ilə aid əmrlər kitabında İddiaçı ezamiyyətdə olması bildirilmişdir. İş materiallarında olan Dövlət Statistika Komitəsinin 26 oktyabr 2022-ci il tarixli, 01/3-4195 nömrəli məktubunda bildirilmişdir ki, statistik vahidlərin dövlət reyestrində Ağcabədi X1nə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X1 03 iyun 1996-cı il tarixdən 04 oktyabr 2002-ci il tarixədək statistik vahidlərin dövlət reyestrində Ağcabədi rayonu üzrə qeydiyyatda olmuşdur. İş materiallarında olan 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********518200 nömrəli məktubunda bildirilmişdir ki, Ağcabədi X1 vergi uçotuna alınmamış və dövlət qeydiyyatına alınması barədə hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təsərrüfat hesablı Respublika Maddi-Texniki Təchizat və X8 xx.xx.1995-ci il tarixli 55/k nömrəli əmrindən görünür ki, X19 03 avqust 1995-ci il tarixdən X9 direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məlumatın təqdim edilməsi haqqında 18 noyabr 2022-ci il tarixli, MİHO/1.2-2-2022-7849 nömrəli məktubunda bildirilmişdir ki, X6 Müəssisəsinin (keçmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Respublika X4 Nəqliyyat Müəssisəsinin X6 müəssisəsi) fəaliyyəti, özəlləşdirilməsi və rəhbərliyi ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciətə Kənd Təsərrüfatı Nazirliyində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təsərrüfat Hesablı Respublika Maddi-Texniki Təchizat və X5 1995-ci il 03 avqust tarixli, 55/k nömrəli əmri ilə X17 X9 direktoru vəzifəsinə təyin edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi üzrə özəlləşdiriləcək müəssisə və təşkilatlarla bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 1996-cı il 26 avqust tarixli, 01/37- 40- 310 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuş siyahıda Ağcabədi X1nin adı öz əksini tapmışdır. İş materiallarında olan Ağcabədi X1nin direktoru X16 tərəfindən imzalanmış və müəssisənin möhürləri ilə təsdiq olunmuş, 2000-2003-cü illəri əhatə edən yük avtonəqliyyatı üçün yol vərəqələrindən görünür ki, İddiaçı həmin müəssisədə işləmişdir. İş materiallarında olan “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 12 avqust 2021-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının^ Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Ağcabədi regional “ASAN xidmət” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Həmin məktubda bildirilir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz xx.xx.1982-ci il tarixində tərtib edilmiş l/İT-l Ns ******* saylı əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən ümumi sığorta stajınız 21 il 11 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır və eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 16.702,03 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021ci il tarixli, 52 saylı arayışına əsasən xx.xx.1995-ci il tarlxdən xx.xx.2004-cü il tarixədək iş!ədiyiniz Ağcabədi X1nin əmr kitablarında sizin adınıza rast gəlinməmişdir. Eyni zamanda 2004-cü il tarixli əmr kitabları Ağcabədi rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün işdən azadolma əmrinizin yoxlanılması mümkün olmamışdır. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. İş materiallarında olan cavabdeh təşkilatın 11 aprel 2022-ci il tarixli, **********5 nömrəli məlumatın təqdim edilməsi haqqında məktubunda bildirilmişdir ki. İddiaçı təqdim etdiyi xx.xx.1982-ci il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək əmək fəaliyyəti dövrü, xx.xx.1989-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 21 il 11 ay 2 gün təşkil edir. İddiaçının mübahisələndirilməyən iş stajına əsasən pensiya sığorta kapitalı pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixə indeksləşdirilməklə 16706,26 manat təşkil edir. Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 52 nömrəli arxiv arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək X6 müəssisəsində işləməsinə dair məlumat aşkar edilməmişdir. Bu səbəbdən həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən dövrlər nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 31 il 1 ay təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X13 altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının pensiya yaşına çatdığı xx.xx.2021 -ci il tarixə qanunvericiliklə tələb olunan 25 il sığorta stajı və ya 28800 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, Ağcabədi X1nin mövcud olması və fəaliyyət göstərməsi yuxarıda sadalanan sənədlərlə təsdiq olunmuşdur. Həmçinin, işdə olan İddiaçı məxsus 12 dekabr 1982-ci il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, onun xx.xx.1995ci il tarixdən xx.xx.2004-cü il tarixədək Ağcabədi X1ndə 9 il 1 ay 28 gün sürücü vəzifəsində işləməsi həmin müəssisənin direktoru vəzifəsində işləmiş X15 imzaladığı “sürücü təyin edilməsi” haqqında xx.xx.1995-ci il tarixli 45 №-li əmr və X12 imzaladığı “işdən azad olunması” barədə xx.xx.2004-cü il tarixli 32 №-li əmr və həmin müəssisənin möhürləri ilə təsdiq olunmuşdur. Beləliklə, İddiaçı hərbi xidmət və əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 30 il 10 ay 11 gün (28 il 9 ay 2 gün + 2 il 1 ay 9 gün) sosial sığorta stajına malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Ağcabədi X1nin Ağcabədi rayon Dövlət Arxivində olan 1995-ci ilə dair əmr kitablarında iddiaçının adına rast gəlinməməsinin, 2004-cü ilə dair əmr kitablarının Dövlət Arxivinə verilməməsinin, həmin müəssisənin vergi uçotuna alınmamasının məsuliyyətinin İddiaçı üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddiaçının 30 il 10 ay 11 gün sığorta stajını topladığı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1956-cı ildə doğulmuş və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş İddiaçı əmək kitabçasına və hərbi biletinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı əmək kitabçasında qeyd olunmuş iş illəri və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd olunmuş iş illəri və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-267/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-267/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver