Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2671/2025 10.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşdan, 01 dekabr 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 13 dekabr 2021-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci tələblərinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 27 dekabr 2024-cü il tarixli, 3-17-1/2-B-320358/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmaq istəmişdir ki, “refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan refrijerator seksiyasının mexaniki vəzifəsinə uyğun deyil. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, o, orta təhsilini başa vurduqdan sonra 08 may 1975-10 may 1977-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. 09 iyun 1977-ci ildə Lənkəran rayon Oktyabr sovxozuna sürücü kimi işə qəbul edilmiş və 14 fevral 1983-cü ilə qədər orada işləmişdir. 25 mart 1983-10 avqust 1983-cü il tarixlərində Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində refrijerator mexaniki kursunda əyani təhsil almışdır. 04 oktyabr 1983-cü ildə Azərbaycan Dəmir Yollarının Ələt-Liman stansiyası X5 refrijerator qatar mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 27 yanvar 1986-cı ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmişdir. 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. 23 fevral 2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 23 fevral 2018-ci ildə X10 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 25 sentyabr 2018-ci ildə işdən çıxmışdır. 15 oktyabr 2018-ci il tarixində X10 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 21 dekabr 2018-ci il tarixində işdən çıxmışdır. 21 dekabr 2018-ci ildə Azərbaycan Dəmir Yollan Servis MMC-də X10 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinə böyük mexanik vəzifəsinə işə qəbul edilmiş və 01 mart 2019-cu ildə işdən çıxmışdır. 01 mart 2019-cu il tarixində Azərbaycan Dəmir Yolları Ekspress MMC-nin X10 refrijerator seksiyalannın rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 24 iyul 2019-cu il tarixində yenə orada refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinə böyük mexanik vəzifəsinə keçirilmişdir. 16 yanvar 2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. O, iddia ərizəsinin əsasında əmək fəaliyyəti dövründə 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. 57 yaşının tamam olduğu tarixə kimi o, ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamış ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yanmbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsidə eynilik təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, ona 01 dekabr 2013-cü il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh öz imtina məktubunda müraciət tarixinin 13 dekabr 2024-cü il tarixi olmasını bildirmişdir və o bununla razılaşır. Bu halda, müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğini tələb etmək hüququ 13 dekabr 2021-ci il tarixindən yaranmış olur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, İddiaçı 13 dekabr dekabr 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın cavab məktubunda bildirilmişdir ki, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1983-xx.xx.1986-cı İl, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı V.X7 təqdim ediyi "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1 /2-B-3822/3-1 /2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il, xx.xx.201825-09.2018-ci il, xx.xx.2018-xx-xx.2018-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni Ələt X5, X10, "xxxx" MMC X10, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956cı il təvəllüdlü Bağırov X2 rayonu, Siyavar kəndində doğulmuş, Lənkəran rayonu, Siyavar kəndində qeydiyyatdadır. HЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: 09 iyun 1977-14 fevral 1983-cü il ərzində Lənkəran rayon Oktyabr sovxozuna sürücü vəzifəsində işləmiş, 25 mart 1983-cü il tarixdən 10 avqust 1983-cü il tarixədək Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində refrijerator mexaniki kursunda əyani təhsil almış, 04 oktyabr 1983-cü ildə Azərbaycan Dəmir Yollarının Ələt-Liman stansiyası X5 refrijerator qatarı mexaniki vəzifəsinə işə qəbul edilmiş, 27 yanvar 1986-cı ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmiş, 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmış, 23 fevral 2018-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 23 fevral 2018-ci ildə X10 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmiş, 25 sentyabr 2018-ci ildə işdən azad edilmiş, 15 oktyabr 2018-ci il tarixində X10 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmiş, 21 dekabr 2018-ci il tarixində işdən azad edilmiş, 21 dekabr 2018-ci ildə Azərbaycan Dəmir Yollan Servis MMC-də X10 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinə böyük mexanik vəzifəsinə işə qəbul edilmiş, 01 mart 2019-cu ildə işdən azad edilmiş, 01 mart 2019-cu il tarixində Azərbaycan Dəmir Yolları Ekspress MMC-nin X10 refrijerator seksiyalannın rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmiş, 24 iyul 2019-cu il tarixində refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinə böyük mexanik vəzifəsinə keçirilmiş, 16 yanvar 2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" QSC tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə işləmişdir: Vəzifəyə təyin İşdən azad edilmə (başqa Vəzifədən olunduğu İşə Sıra Çalışdığı struktur Vəzifə(peşənin) işə keçirilmə) azad edilməyə (başqa işə №-si adı başladığı vahidi barədə əmrin dair əmrin keçirildiyi) tarix tarixi tarixi və tarix və nömrəsi nömrəsi refrijerator Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1983 xx.xx.1986
1. 880 75 xx.xx.1983 xx.xx.1986 vaqon deposu mexaniki
refrijerator xx.xx.1991 Yeni-Ələt refrijerator xx.xx.2018
2. seksiyaların rəhbər 347 xx.xx.1991 xx.xx.2018 vaqon deposu 64 mexaniki refrijerator
3. Şərq vaqon deposu seksiyaların rəhbər xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 mexaniki 314 707
"xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların rəhbər xx.xx.2018 18- xx.xx.2018
4. xx.xx.2018 xx.xx.2018 mexaniki AEXP-540 18-AEXP- 1065 "xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların böyük xx.xx.2018 18- xx.xx.2019
5. xx.xx.2018 xx.xx.2019 mexaniki ASVS-230 19-AEXP- 281 "xxxx" MMC-nin Şərq refrijerator
6. vaqon deposu seksiyaların rəhbər xx.xx.2019 19- - xx.xx.2019 mexaniki AEXP-250 "xxxx" MMC-nin Şərq refrijerator xx.xx.2019 xx.xx.2023
7. vaqon deposu seksiyaların böyük 19-AEXP- 23-AEXP- xx.xx.2019 xx.xx.2023 mexaniki 610/1 021
İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 34 il 3 ay 20 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-B-3822/3-1/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt X5, X10, "xxxx" MMC X10, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.1983-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı 25 mart 1983cü il tarixdən 10 avqust 1983-cü il tarixinədək Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində refrijerator mexaniki kursunda əyani təhsil almışdır. "xxxx" QSC-nin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında qeyd edilən X3 xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.1983-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən hal-hazıradək refrijerator seksiyaların mexaniki və İddiaçı isə xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək refrijerator seksiyaların mexaniki, xx.xx.1991 -ci il tarixindən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində çalışmışlar. Qeyd edir ki, E.A.Zeynalov və İddiaçı çalışdıqları refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Bununla yanaşı, E.Zeynalov və İddiaçı işlədikləri refrijerator seksiyaların rəhbər mexaniki və refrijerator seksiyaların böyük mexaniki vəzifələri Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1 -ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1 -ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin yuxarıda göstərilən dövr ərzində işlədikləri müvafiq vəzifələr üzrə E.Zeynalovun güzəştli iş stajı 40 il 7 ay, İddiaçı güzəştli iş stajı isə 34 il 3 ay 20 gün təşkil edir. E.Zeynalov və İddiaçı işlədikləri refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki və böyük mexanikinin vəzifə təlimatlarının surətini qoşmada təqdim edirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı 46 il 4 ay 29 gün (xx.xx.2006-cı il tarixinədək 29 il 10 ay 29 gün (xx.xx.1975-xx.xx.1977-ci il (hərbi xidmət dövrü), xx.xx.1977xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2005-ci il tarixləri il arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 6 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə 51645,96 manat təşkil edir. Əlavə olaraq bildirir ki, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim ediyi "xxxx" QSC-nin ona dair xx.xx.2024-cü il tarixli 13-1/2-B- 3822/3-1/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt X5, X10, "xxxx" MMC X10 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunub. Həmin vəzifə sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulan refrijerator qatarlarının (seksiyalarının) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda bildiririk ki, X1 Fondun Lənkəran şəhər şöbəsi tərəfindən 17 avqust 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsə pensiya təyin edilərkən onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 26 il 7 ay 10 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət dövrü),xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 21 il 9 ay 18 gün (xx.xx.1983-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edib. 323180 nömrəli, xx.xx.2017-ci il tarixli Pensiyaçının uçot vərəsindən görünür ki, X1 Fondun Lənkəran şəhər şöbəsi tərəfindən 17 avqust 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXVİİİ (Nəqliyyat) bölməsi: “refrijerator qatarların (seksiyaların) mexanikləri –Kod- 23001000—23598. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
21. Nəqliyyat. 21.4.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər 27-ci abzas. Refrijerator qatarlarının (seksiyalarının) mexanikləri.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia, etiraz ərizəsini və iş materiallarını araşdıraraq, sübutlara obyektiv qiymət verərək, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 3 il geriyə ödənilməmiş pensiya məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) İddiaçının 57 yaşının tamam olması, 2) 57 yaşı tamam olanadək, yəni 01 dekabr 2013-cü il tarixədək 25 il ümumi sığorta stajına malik olması; 3) həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1991xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt X5, X10, "xxxx" MMC X10, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinin güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı kimi yalnız 5 il 11 ay 25 gün, yəni xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər qəbul edilmişdir. İşin müəyyən edilən hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1986cı il tarixinədək refrijerator seksiyaların mexaniki, xx.xx.1991-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il tarixədək və xx.xx.2019-xx.xx.2019-cu il tarixədək refrijerator seksiyalarının rəhbər mexaniki, xx.xx.2018-xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-xx.xx.2023-cü il tarixinədək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində çalışmışdır. Belə ki, İddiaçı çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Bununla yanaşı, İddiaçı işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və refrijerator seksiyaların böyük mexaniki vəzifələri Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1 -ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. İddiaçının işlədiyi müəssisə "xxxx" QSC-nin güzəştli arayışında qeyd edilmişdir ki, İddiaçı çalışdıği refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Refrijerator seksiyasının rəhbər mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan MR İdarəsinin, bütün şəhər və rayon şöbələrinin rəhbərlərinə ünvanlanmış “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə 08 noyabr 2007-ci il tarixli xx/xx-3402 №li məktubda göstərilmişdir ki, siyahıya işçilərin peşələri ümumi adda daxil edilmişdirsə, bu halda bütün peşələrdə çalışan işçilərin, o cümlədən baş, böyük mütəxəssislər və onların köməkçilərinin güzəştli şərtlərlə pensiya hüququ vardır. Məsələn: Qazmaçı-qazmaçı köməkçisi, mexanik – müxanik köməkçsi, usta-usta köməkçisi və s. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ haquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə və o cümlədən sübutların cavabdeh inzibati orqan tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi prinsipinə uyğun gəlmir və hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. İş materiallarında olan DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3- 17-1/2-B-320358/2024 saylı, xx.xx.2024-cü il tarixli məktbundan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşdan, yəni 01 dekabr 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməlidir. İPM-in: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə də, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 4.1, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova