Məhkəmə qərarları › İş №2-1(120)-2676/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2676/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2676/2025 23.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas X5, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hacıqabul rayon Polis şöbəsinə qarşı “X6 və uşaqları X9, X7 iddiaçıya məxsus Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hacıqabul rayon Polis şöbəsinə qarşı “X6 və uşaqları X9, X7 iddiaçıya məxsus Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X10 və uşaqları X20, X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2676/2025 nömrəli qərardadı ilə xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilməsi qərara alınmışdır. İddia tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul şəhəri,M.Müşviq küçəsində yerləşən 113 saylı fərdi yaşayış evi onların paylı mülkiyyətində olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adlarına xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. X10 onun oğlu X2 həyat yoldaşıdır. Belə ki, onlar 10 ildir boşanmışlar. İlahə heç vaxt bu məzildə yaşamamış və uşaqları X20 və X17 ilə bu mənzildə formal qeydiyyatdadırlar. Lakin onlar heç vaxt bu evdə yaşamamış və onların bu evin hər hansı bir hüquqları yoxdur. Lakin bu şəxslərin mülkiyyətlərində olan evdə qeydiyyatda qalmaları onların mülkiyyət hüquqlarını pozur, bu şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh orqana müraciət etsələr də müraciətləri müsbət həll olunmamışdır və bu səbəbdən də məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənləri nəzərə alaraq X6 və uşaqları X9, X7 iddiaçıya məxsus Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Hacıqabul rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Hacıqabul rayon Polis şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçılar məhkəmə ərizə ünvanlayaraq tələblərinin təmin edilməsini xahiş etmişdirlər. Üçüncü şəxs X10 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və inzibati orqan Hacıqabul rayon ərazisində yerləşdiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı iddia ərizəsində göstərilən məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab edərək icra etməkdən imtina etmişdir, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-627/16 nömrəli qərarına baxış keçirilən zaman Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarix qətnaməsi ilə iş № 2(106)-1076/15 iddiaçı İ.İmranovanın apellyasiya şikayəti qismən təmin olunaraq Hacıqabul Rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli, 2(071)-35/15 saylı qətnamə ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin olunaraq İ.İmranovaya məxsus əmlakların, özləri olmadıqda isə onların dəyərinin cavabdehlər X23, İddiaçı1 və X12 alınıb ona verilməsi, X8 iki azyaşlı uşaqları ilə birlikdə cavabdeh X13 mülkiyyətində olan və ünvan 3 evə köçürülməsi qət olunmuş, əsas iddia tələbinin qalan hissəsi və qarşılıqlı iddia təmin edilməmişdir. Cavabdehlər X22, X25 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 sentyabr 2015-ci il tarixli, 2(106)-1076/15 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********28-10301 qeydiyyat nömrəli və çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-51-2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 Nigar Novruz qızının oğludur. X3 İlahə Qulam qızı ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Hacıqabul rayon Məhkəməsinin 2(071)-644/2014-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. X1 Taleh Əli oğlu ilə X6 övladlarıdır. X18 0006 saylı övladlığa götürmə haqqında akt qeydində ana qrafasında İddiaçı1 yazılmışdır. İşdə olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5-125/2-121/2025 nömrəli məktubundan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-644/2014 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X11 hər ay 103 (yüz üç) manat sabit pul məbləğində aliment alınaraq İmranova (Heydərova) İlahə Qulam qızına verilməsi qət edilmişdir. Əlavə olaraq qeyd olunur ki, məhkəminin xx.xx.2016-cı il tarixli 2(071)-644/2014 nömrəli qətnaməsi 30 yanvar 2015-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Hacıqabul rayon İcra qrupuna (hazırki Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə) göndərilmiş, icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2015-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Arxivdə olan iş materiallarında icra vərəqəsinin sonrakı vəziyyəti barədə hər hansı sənəd aşkar edilməmişdir. Bununla bağlı Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə sorğu verilmiş, lakin sorğuya cavab olaraq bildirilmişdir ki, hazırda məhkəmənin 2(071)-644/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icra şöbəsinin icraatında mövcud deyildir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olsa da, əsaslı deyil. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********28-10301 qeydiyyat nömrəli və çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarixli, 2(106)-1076/15 saylı qətnaməsi ilə X8 iki azyaşlı uşaqları ilə birlikdə cavabdeh X13 mülkiyyətində olan və ünvan 3 evə köçürülməsi qət olunduğu və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-627/16 nömrəli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 sentyabr 2015-ci il tarixli, 2(106)-1076/15 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıldığı müəyyən edilir. Məmmədova (İmranova) İlahə Qulam qızının iki azyaşlı uşaqları ilə birlikdə ünvan 3 ünvanda yaşamaması hissəsinə isə üçüncü şəxs İlahə Məmmədova (İmranova) məhkəmə iclasında münasibət bildirərək uşaqların azyaşlı olduğundan çətinliklər olduğunu, maneələr yaradıldığını, istifadə hüququnun olduğunu, bugünə kimi istifadə hüququna xitam verilmədiyini bildirərək və həmin ünvanda yaşamaq istədiyini qeyd edərək iradə ifadəsini bildirmişdir. Həmçinin, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5-125/2-121/2025 nömrəli məktubundan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-644/2014 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X11 hər ay 103 (yüz üç) manat sabit pul məbləğində aliment alınaraq İmranova (Heydərova) İlahə Qulam qızına verilməsi qət edilmişdir. Əlavə olaraq qeyd olunur ki, məhkəminin xx.xx.2016-cı il tarixli 2(071)-644/2014 nömrəli qətnaməsi 30 yanvar 2015-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Hacıqabul rayon İcra qrupuna (hazırki Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə) göndərilmiş, icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2015-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Eləcə də, hazırkı iş üzrə üçüncü şəxslər X6 və uşaqları X9, X7 Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsində nəzərdə tutulan əsaslarlardan hər hansı biri, o cümlədən onların həmin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyil. Belə olan halda, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasını əsassız sayır və hesab edir ki, iddia təmin edilə bilməz. İnzibati orqanın iddiaçıların tələbindən imtinası qanunazidd və onların hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hacıqabul rayon Polis şöbəsinə qarşı “X6 və uşaqları X9, X7 iddiaçıya məxsus Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hacıqabul rayon Polis şöbəsinə qarşı “X6 və uşaqları X9, X7 iddiaçıya məxsus Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 113 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar