Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2677/2023 21.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə qarşı “Cəbrayıl rayonu, Horovlu kənd soveti tərəfindən iddiaçının adına tərtib edilmiş 17 noyabr 1980-ci il tarixli, 58 saylı doğum haqqında akt qeydində düzəliş edilməklə doğum tarixinin xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cəbrayıl rayonu, Horovlu kənd soveti tərəfindən iddiaçının adına tərtib edilmiş 17 noyabr 1980-ci il tarixli, 58 saylı doğum haqqında akt qeydində düzəliş edilməklə doğum tarixinin xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.1981-ci il tarixdə doğulmuşdur. Bu barədə ona Cəbrayıl rayonu, Horovlu kənd soveti tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Özünə yeni nəsil şəxsiyyət vəsiqəsi almaq istədiyi üçün lazımi sənədləri hazırlayarkən onun X12 doğulduğu tarixin xx.xx.1980-ci il tarix olduğu müəyyən edilmişdir. Onun bütün sənədlərində isə doğum tarixi "xx.xx.1981-ci il” yazılmışdır. Ona görə də Cəbrayıl Rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək X12 düzəliş edilməklə “xx.xx.1980-ci il tarixinin xx.xx.1981-ci il kimi yazılmaqla X13 düzəliş edilməsini xahiş etmişdir. Lakin Cəbrayıl Rayon Qeydiyyat şöbəsi X13 düzəliş etməkdən 02 mart 2023-cü il tarixli, 25 saylı məktubla imtina etmişdir. Cəbrayıl Rayon Qeydiyyat Şöbəsinin 02 mart 2023-cü il tarixli, 25 saylı imtinasını əsassız hesab edir. Belə ki, onun bütün sənədlərində şəxsiyyət vəsiqəsində, hərbi biletində və sair sənədlərinin hamısında doğum tarixinin səhv yazılması hal-hazırda yeni nəsil şəxsiyyət vəsiqəsi almasına mane olmuşdur. Cəbrayıl Rayon Qeydiyyat Şöbəsi isə həmin düzəlişi aparmaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, Cəbrayıl rayonu, Horovlu kənd soveti tərəfindən onun adına qeydə alınmış 17 noyabr 1981-ci il tarixli, 58 saylı doğum haqqında akt qeydində düzəliş edilməklə doğum tarixi olan xx.xx.1980-ci il tarixinin xx.xx.1981-ci il tarixi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. cаvаbdеh Cəbrayıl rayon Qeydiyyat şöbəsi məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981ci il tarixdə anadan olmuşdur. - XİX-JQ 470637 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında X6, ana qrafasında X3 qeyd edilmişdir. - xx.xx.2011-ci il tarixli, AZ-İ 650929 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ilə X1 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, sonuncu Ərəbova soyadını qəbul etmişdir. - AO №05344031 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı hərbi xidməti barədə məlumatlar qeyd edilmişdir. - xx.xx.1980-ci il tarixli, 58 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Cəbrayıl rayonu, Horovlu kənd soveti tərəfindən İddiaçı xx.xx.1981-ci ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında X6, ana qrafasında X3 qeyd edilmişdir. - Vİ-JQ 276201 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1979-cu ildə doğulması barədə Cəbrayıl rayonu, Horovlu kənd soveti tərəfindən qeydiyyat aparılmış, ata qrafasında X6, ana qrafasında X3 qeyd edilmişdir. - Vİİİ-JQ 477957 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.1983-cü ildə doğulması barədə Cəbrayıl rayonu, Horovlu kənd soveti tərəfindən qeydiyyat aparılmış, ata qrafasında X6, ana qrafasında X3 qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1980-ci il” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə doğum tarixi “xx.xx.1981-ci il” qeyd edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində, doğum haqqında şəhadətnamədə, hərbi biletində və digər sənədlərdə doğum tarixinin “xx.xx.1981-ci il” qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin, doğum və nikah haqqında şəhadətnamənin, hərbi biletin və digər sənədlərin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə də təvəllüdü “xx.xx.1981-ci il kimi olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə təvəllüdünün “xx.xx.1981-ci il” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1980-cü ildən xx.xx.1981-ci ilə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cəbrayıl rayonu, Horovlu kənd soveti tərəfindən İddiaçı adına tərtib olunmuş 17 noyabr 1980-ci il tarixli, 58 saylı doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinə düzəliş edilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2677/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2677/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver