Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-269/2021 01.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ünvan 1 ünvanında yerləşən, 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “xxxx” ASC-nin adına dövlət reyestrindən verilmiş çıxarış və bu çıxarışa əsasən dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin **********75 nömrəli, 31 avqust 2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “xxxx” ASC-nin adına dövlət reyestrindən verilmiş çıxarışın və aparılmış qeydin ləğv edilməsi və həmin əmlaka dair iddiaçıya çıxarışın verilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(120)-1644/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “xxxx” ASC-nin adına dövlət reyestrindən verilmiş çıxarışın və aparılmış qeydin ləğv edilməsi və həmin əmlaka dair iddiaçıya çıxarışın verilməsi” barədə iddiası üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(120)-269/2021 nömrəli qərardadı ilə iddia tələbinə “Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən, 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “xxxx” ASC-nin adına dövlət reyestrindən verilmiş çıxarış və bu çıxarışa əsasən dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin **********75 nömrəli, 31 avqust 2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6972/2017 saylı 20 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində 0,64 ha torpaq sahəsində yerləşən 2 girişli, 590,7 kv.m ümumi, 244,6 kv.m əsas, 346.1 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair keçirilmiş hərracın hüquqi nəticələri, “xxxx” MMC ilə hərracı udmuş “xxxx” ASC tərəfindən imzalanmış 29.08.2016-cı il tarixli, 40/05 saylı hərracın yekunları barədə protokol və hərracın yekunları barədə 29.08.2016-cı il tarixli əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərəfindən və “xxxx” ASC-nin tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 103)-4029/2018 saylı, 02 aprel 2018-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6972/2017 saylı 20 oktyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdiriliməsi, Cəlilabad Rayon Məhkəməsinin 10.07.2012-ci il tarixli, 2(073)-334/2012 saylı icra sənədi üzrə icranın təmin edilməsi ilə əlaqədar həmin iş üzrə ipoteka predmeti olan Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi 25 ünvanında yerləşən 1197.0 kv.m.ümumi sahədən ibarət ikimərtəbəli qeyri-yaşayış sahəsinin 280.000 manat ilkin satış qiyməti ilə yenidən hərraca çıxarılması, qətnamənin qalan hissədə, yəni Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində 0,64 ha torpaq sahəsində yerləşən 2 girişli, 590,7 kv.m. ümumi, 244,6 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair keçirilmiş hərracın hüquqi nəticələrinin, “xxxx” MMC ilə hərracı udmuş “xxxx” ASC tərəfindən imzalanmış 29.08.2016-cı il tarixli əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(102)-6636/2018 saylı qərarına əsasən onun kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli qətnaməsi Nəsimi rayon Məhkəməsinin 2(006)-6972/217 saylı, 20 oktyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Cəlilabad rayon Məhkəməsinin 10.07.2012-ci il tarixli, 2(073)34/2012 saylı icra sənədi üzrə icranın təmin edilməsi ilə əlaqədar həmin iş üzrə ipoteka predmeti olan Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi 25 ünvanında yerləşən 1197.0 kv.m ümumi sahədən ibarət iki mərtəbəli qeyri-yaşayış sahəsinin 280.000 manat ilkin satış qiyməti ilə yenidən hərraca çıxarılması hissəsində ləğv edilməsi qərara alınmışdır. Həmçinin Ali Məhkəmənin qərarı ilə bir daha təsdiq olunmuşdur ki, sözügedən ünvan 2 ünvanında yerləşən 1197 kv.m olan, 0,0863 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair əmlak üzərində hər hansı bir ipoteka yüklülüyü olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 21 iyul 2020-ci il tarixli, **********71 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə “xxxx” ASCnin adına 09 dekabr 2016-cı il tarixdə **********44-12301 reyestr nömrəli çıxarış və texniki pasportla rəsmiləşdirilmişdir. Bu göstərilənləri nəzərə alaraq ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair qeydin ləğv edilərək “xxxx” ASC-nin adına verilmiş 09 dekabr 2016-cı il tarixdə **********44-12301 reyestr nömrəli çıxarışın ləğv edilməsini və sözügedən ünvana dair onun adına dövlət reyestrində qeydiyyat aparılmaqla çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin **********75 nömrəli, 31 avqust 2020-ci il tarixli məktubu ilə müraciətindən imtina olunmuşdur. 8 saylı Cəlilabad Ərazi İdarəsi özünün də cavabdeh qismində cəlb olunduğu mülki iş üzrə sözgedən əmlak üzərində “xxxx” ASC-nin adına aparılmış qeydiyyatı ləğv etməli və onun adına reyestrdən çıxarış verməli olduğu halda müxtəlif bəhanələrlə bunu etməmişdir. Hərracın nəticələrinə görə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində 0,64 ha torpaq sahəsində yerləşən 2 girişli, 590,7 kv.m ümumi, 244,6 kv.m əsas, 346.1 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair hərrac keşirilsə də 8 saylı ünvan 3 ünvanında yerləşən 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “xxxx” ASC-nin adına dövlət reyestrindən çıxarış vermişdir. Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə ümumiyyətlə ipoteka predmeti olmamışdır. Reyestr Xdmətinin bu imtinası qanunsuz və əsassızdır. Belə ki, qanunvericilikdə imtinanın bu cür halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin verdiyi imtina onun qanuni hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən, 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “xxxx” ASC-nin adına dövlət reyestrindən verilmiş çıxarış və bu çıxarışa əsasən dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin **********75 nömrəli, 31 avqust 2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi xahiş olunmuşdur. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə inzibati orqana eyni məzmunlu tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(006)- 6972/2017 nömrəli qətnaməsini rəhbər tutaraq Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən, 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “xxxx” ASC-nin adına dövlət reyestrindən verilmiş çıxarış və bu çıxarışa əsasən dövlət reyestrində aparılmış qeydin ləğv edilməsini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin **********75 nömrəli, 31 avqust 2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA ******* nömrəli, 29.10.2010-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən, ümumi sahəsi 1197.0 kv.m olan əmlak kompleksi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 10 iyul 2012-ci il tarixli, 2- (073)-334-2205/2012 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin olunması, cavabdeh İddiaçı Ağababa oğlundan 14 avqust 2010-cu il tarixli, LNFFV-156 saylı Baş Kredit müqaviləsi üzrə 48323,74 ABŞ dolları məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 5820,93 ABŞ dolları məbləğində əsas borcu, cəmi 54144,67 ABŞ dolları məbləğində borcu və 18 yanvar 2011-ci il tarixli LNFFV -156 saylı Baş kredit müqaviləsi üzrə 22205,02 ABŞ dolları məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 365,33 ABŞ dolları məbləğində faiz borcu, cəmi 22570.35 ABŞ dolları, ümumilikdə 76715,02 ABŞ dolları məbləğində borc manatın kursuna müvafiq olaraq 60267,32 manat “xxxx” ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində istifadədə olan 0.64 ha torpaq sahəsində yerləşən 2 girişli, 590.7 kv.ümumi 244.6 kv.m əsas, 346.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binası açıq hərraca çıxarılaraq satılmaqla əldə edilmiş vəsaitdən yuxarıda göstərilən kredit müqavilələri üzrə cavabdeh İddiaçı cəmi borcların, habelə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 14 manat 30 qəpiyi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı üçün 31 manat dövlət rüsumu məbləğinin ödənişə yönəldilməsi, İddiaçı məxsus Cəlilabad şəhəri, Mirzəli Hüseynzadə küçəsində istifadədə olan 0.64 ha torpaq sahəsində yerləşən 2 girişli, 590.7 kv.ümumi 244.6 kv.m əsas, 346.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (Uşaq aləmi mağazası) ilkin hərrac qiyməti 90.000 (doxsan min) manat müəyyənləşdirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 14 manat 30 qəpiyi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyatı üçün 31 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan hərrac təşkilatının açıq hərracın yekunları barədə 01 mart 2013-cü il tarixli, 12/01 nömrəli protokolundan görünür ki, 57.375 manat dəyəri olan Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 2 mərtəbəli qeyri yaşayış binası Cəlilabad rayon Məhkəməsinin 10.07.2012-ci il tarixli, 2(073)-2205/2012 saylı, 10 iyul 2012-ci il tarixli icra vərəqəsinin, Cəlilabad rayon İcra bölməsinin 902/207-3864 saylı, 14.09.2012-ci il tarixli sifariş məktubunun icrası əsasında ilkin hərrac qiyməti 90.000 manat kimi hərraca çıxarılmış, “xxxx” ASC-nə 57.375 manata satılmışdır. İş materiallarında olan hərracın yekunları barədə 01 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC ilə “xxxx” ASC arasında İddiaçı məxsus Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 2 mərtəbəli qeyri yaşayış binasının (Uşaq aləmi mağazası) alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli, 26.12.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən, ümumi sahəsi 1197.0 kv.m olan əmlak kompleksi “xxxx” ASC-nin xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(102)-6636/18 nömrəli qərarının əsaslandırıcı hissəsindən (5-ci vərəqinin 2-ci abzasından) görünür ki, Bakı Apellyasiya Məhkəməsi MKnın 22.05.2015-ci il tarixli, 2(103)-197/2015 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3671/14 saylı, 11 sentyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddianın təmin olunması, Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi 25 ünvanında yerləşən 1197,0 kv.m. ümumi sahədən ibarət ikimərtəbəli (“Nur” şadlıq sarayı kimi fəaliyyət göstərən) qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın hüquqi nəticələri-“xxxx” MMC və hərracı udmuş “xxxx” ASC tərəfindən imzalanmış 01 mart 2013-cü il tarixli, 12/01 saylı hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə 01 mart 2013-cü il tarixli əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi qət edilmişdir. İş materiallarında olan hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 29 avqust 2016-cı il tarixli, 40/05 nömrəli protokolundan görünür ki, 57.375 manat dəyəri olan Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində istifadədə olan 0,64 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri yaşayış binası Cəlilabad rayon Məhkəməsinin 10.07.2012-ci il tarixli, 2(073)-334-2205/2012 saylı, 10 iyul 2012-ci il tarixli icra vərəqəsinin, Cəlilabad rayon İcra şöbəsinin 1657/463 saylı, 16.05.2016-cı il tarixli sifariş məktubunun və “xxxx” ASC-nin müvafiq məktubunun icrası əsasında ilkin hərrac qiyməti 90.000 manat kimi hərraca çıxarılmış, “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 57.375 manata satılmışdır. İş materiallarında olan hərracın yekunları barədə 29 avqust 2016-cı il tarixli alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC ilə “xxxx” ASC arasında İddiaçı məxsus Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 2 mərtəbəli qeyri yaşayış binasının alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli, 09.12.2016-cı il qeydiyyat tarixli çıxarışdan görünür ki, Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən, ümumi sahəsi 1197.0 kv.m olan əmlak kompleksi “xxxx” ASC-nin xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(006)-6972/2017 nömrəli qətnaməsindən görünür ki, Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi 0,64 ha torpaq sahəsində yerləşən 2 girişli, 590,7 kv.m ümumi, 244,6 kv.m əsas, 346,1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair keçirilmiş hərracın hüquqi nəticələri, “xxxx” MMC ilə hərracı udmuş “xxxx” tərəfindən imzalanmış 29.08.2016-cı il tarixli, 40/05 saylı hərracın yekunları barədə protokol və hərracın yekunları barədə 29.08.2016-cı il tarixli əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(102)-6636/18 nömrəli qərarından görünür ki, İddiaçı Asğabağır oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli qətnaməsi Nəsimi rayon Məhkəməsinin 2(006)-6972/2017 saylı, 20 oktyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Cəlilabad rayon Məhkəməsinin 10.07.2012-ci il tarixli, 2(073)-334/2012 saylı icra sənədi üzrə icranın təmin edilməsi ilə əlaqədar həmin iş üzrə ipoteka predmeti olan Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən 1197.0 kv.m ümumi sahədən ibarət ikimərtəbəli qeyri-yaşayış sahəsinin 280.000 manat ilkin satış qiyməti ilə yenidən hərraca çıxarılması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin məhkəməyə göndərdiyi 05 noyabr 2020-ci il tarixli, 2(006)-6972/2017 nömrəli məktubundan görünür ki, Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(006)-6972/2017 nömrəli qətnaməsi üzrə icra vərəqəsi verilərək, 01.02.2019-cu il tarixdə icra olunması üçün Nəsimi rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin **********75 nömrəli, 31 avqust 2020-ci il tarixli imtinasında qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığınız 13 avqust 2020-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 29 avqust 2016-cı il tarixli müqavilə və İpoteka saxlayana ipoteka predimetinin əldə edilməsi üçün hərracın yekunları barədə 29 avqust 2016-cı il tarixli, 40/05 nömrəli protokolu, 16 dekabr 2013-cü il tarixli **********44-12301 reyestr nömrəli reyestrdən çıxarış və texniki pasprt əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ünvan 5 ünvanda olan 1197.0 kv.metr əmlak kompleksi kimi müəssisəyə “xxxx” ASC-nin adına 09 dekabr 2016-cı il tarixli, **********44-12301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Sənədlərin təsdiq edilmiş surəti Cəlilabad Ərazi İdarəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli 2(006)-6972/2017 saylı qətnaməsi ilə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində 0.64 ha torpaq sahəsində yerləşən 2 girişili, 590.7 k.metr ümumi sahəsi, 244.6 k.metr əsas sahəsi, 346.1 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair keçirilmiş hərracın hüquqi nəticələri, "xxxx” MMC ilə hərrac udmuş “xxxx” ASC tərəfindən imzalanmış 29.08.2016-ci il tarixli əmlakın alqı-satqı müqviləsi etibarsız hesab edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Lakin məhkəmə qətnaməsinin icrası olaraq icra vərəqəsi və ya hər hansı icra məktubu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmamışdır. Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 saylı ünvanda olan 1197.0 kv.metr əmlak kompleksi kimi müəssisə “xxxx” ASC-nin adına 09 dekabr 2016-cı il tarixdə, **********44-12301 reyestr nömrəli çıxarış və texniki pasportla rəsmiləşdirilmiş və həmin çıxarışın ləğv edilməsi ilə bağlı məhkəmə qətnaməsi və icra vərəqəsi Cəlilabad Ərazi İdarəsinə daxil olmamışdır. Odur ki, yuxarıda qeyd olunan qanuni əsaslara görə 09 dekabr 2016-cı il tarixli **********44-12301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və həmin əmlak kompleksi kimi müəssisəyə sizin adınıza daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. İş materiallarında olan hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 12 noyabr 2020-ci il tarixli, 46/04-04 nömrəli protokolundan görünür ki, 57.375 manat dəyəri olan Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində istifadədə olan 0,64 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri yaşayış binası Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(006)-6972/2017 nömrəli 01.02.2019-cu il tarixli icra vərəqəsinin, Cəlilabad rayon İcra şöbəsinin 1657/463 saylı, 16.05.2016-cı il tarixli sifariş məktubunun və “xxxx” ASC-nin müvafiq məktubunun icrası əsasında ilkin hərrac qiyməti 90.000 manat kimi hərraca çıxarılmış, “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 57.375 manata satılmışdır. İş materiallarında olan hərracın yekunları barədə 12 noyabr 2020-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, “xxxx” MMC ilə “xxxx” ASC arasında İddiaçı məxsus Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 2 mərtəbəli qeyri yaşayış binasının alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə göndərdiyi 10.02.2021-ci il tarixli KB02/PK- 1408 nömrəli məktubunda qeyd edilmişdir ki, “xxxx” ASC-ilə İddiaçı arasında bağlanmış 19.01.2011-ci il tarixli “İpoteka Müqaviləsi” və 14.08.2010-cu il tarixli “İpoteka Müqaviləsi” əsasında tərəfinizdən ipoteka dövlət qeydiyyatına alınmışdır. İddiaçı ipoteka saxlayan “xxxx” ASC qarşısında “LNFFV-156”, “LNFFV-158” saylı kredit müqavilələrinə əsasən öhdəliklərini yerinə yetirmədiyi üçün Bank tərəfindən hərracdan alınmış və Bankın mülkiyyətinə keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası İpoteka haqqında qanunun müvafiq maddəsinə əsasən xahiş edirik, İddiaçı məxsus 80601 1000044-12301 saylı reyestr nömrəsinə əsasən Cəlilabad şəhəri, M.Hüseynzadə küç, 0.64 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri yaşayış binasının üzərində olan ipoteka yüklülüyünü götürəsiniz. İş materiallarında olan “xxxx” ASC-nin məhkəməyə göndərdiyi 04 mart 2021-ci il tarixli, RB-05/PK-2373 nömrəli məktubunda qeyd edilmişdir ki, icraatınızda olan İddiaçı “xxxx” ASC-nə və qeyrilərinə qarşı Çıxarışın ləğvi tələbinə dair 2-l(120)-269/2021 saylı inzibati iş üzrə məhkəmə iclasını iştirakımız olmadan keçirərək iddia tələbində sözügedən əmlakla bağlı təkrar hərracın keçirilib və yeni hərrac protokolunun alınması səbəbindən və iddianın predmeti olan Çıxarışın Bankın tələbi ilə ləğv edilərək yenisi ilə əvəz ediləcəyindən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul etməyinizi Sizdən xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə göndərdiyi **********40 nömrəli, 16 noyabr 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1 (120)-1644/2020 saylı sərəncamına cavab olaraq bildiririk ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 31 avqust 2020-ci il tarixli **********75 saylı məktubla bildirilmişdir ki, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 29 avqust 2016-cı il tarixli müqavilə və İpoteka saxlayana ipoteka predimetinin əldə edilməsi üçün hərracın yekunları barədə 29 avqust 2016-cı il tarixli, 40/05 nömrəli protokolu, 16 dekabr 2013-cü il tarixli **********44-12301 reyestr nömrəli reyestrdən çıxarış və texniki pasprt əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ünvan 5 ünvanda olan 1197.0 kv.metr əmlak kompleksi kimi müəssisəyə “xxxx” ASC-nin adına 09 dekabr 2016-cı il tarixli, **********44-12301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Sənədlərin təsdiq edilmiş surəti Cəlilabad Ərazi İdarəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli 2(006)- 6972/2017 saylı qətnaməsi ilə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində 0.64 ha torpaq sahəsində yerləşən 2 girişili, 590.7 k.metr ümumi sahəsi, 244.6 k.metr əsas sahəsi, 346.1 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair keçirilmiş hərracın hüquqi nəticələri,”xxxx” MMC ilə hərrac udmuş “xxxx” ASC tərəfindən imzalanmış 29.08.2016-ci il tarixli əmlakın alqı-satqı müqviləsi etibarsız hesab edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Lakin məhkəmə qətnaməsinin icrası olaraq İcra vərəqəsi və ya hər hansı icra məktubu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmamışdır. Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 saylı ünvanda olan 1197.0 kv.metr əmlak kompleksi kimi müəssisə “xxxx” ASC-nin adına 09 dekabr 2016-cı il tarixdə, **********44-12301 reyestr nömrəli çıxarış və texniki pasportla rəsmiləşdirilmiş və həmin çıxarışın ləğv edilməsi ilə bağlı məhkəmə qətnaməsi və icra vərəqəsi Cəlilabad Ərazi İdarəsinə daxil olmamışdır. Qeyd olunan qanuni əsaslara görə 09 dekabr 2016-cı il tarixli **********44-12301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və həmin əmlak kompleksi kimi müəssisəyə sizin adınıza daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. Yuxarıda qeyd etdiklərimizi və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, Məhkəmədən sözü gedən inzibati işlə bağlı İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirik. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə “xxxx” ASC arasında 14.08.2010-cu il tarixində ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi bağlanan zaman ipoteka predmetinin sahəsi 590.7 kv.m olmuşdur. İpoteka müqaviləsi bağlandıqdan sonra iddiaçı tərəfindən 29.09.2010-cu il tarixdə ipoteka predmetinin sahəsi 590,7 kv.m dən 1197,0 kv.m-ə qədər artırılmış və iddiaçı reyestrdən öz adına müvafiq çxarış almışdır. Cəlilabad rayon Məhkəməsinin 10.07.2012-ci il tarixli, 2(073)-334/2012 nömrəli qətnaməsi ilə “...ümumilikdə 76715,02 ABŞ dolları məbləğində borc manatın kursuna müvafiq olaraq 60267,32 manat “xxxx” ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində istifadədə olan 0.64 ha torpaq sahəsində yerləşən 2 girişli, 590.7 kv.ümumi 244.6 kv.m əsas, 346.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binası açıq hərraca çıxarılaraq satılaraq, əldə edilmiş vəsaitdən yuxarıda göstərilən kredit müqavilələri üzrə cavabdeh İddiaçı cəmi borcların, habelə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 14 manat 30 qəpiyi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı üçün 31 manat dövlət rüsumu məbləğinin ödənişə yönəldilməsi,...” qət edilmişdir. Həmin qətnamənin icrası ilə bağlı hərrac keçirilmiş və 01 mart 2013-cü il tarixli, 12/01 saylı hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə 01 mart 2013-cü il tarixli əmlakın alqı-satqı müqaviləsi əsasında 1197 kv.m ümumi sahədən ibarət ikimərtəbəli qeyri yaşayış sahəsi “xxxx” ASCyə satılmışdır. Həmin hərracın nəticələri Bakı Apelyasiya Məhkəməsinin 22.05.2015-ci il tarixli, 2(103)-197/2015 nömrəli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Daha sonra Cəlilabad rayon Məhkəməsinin 10.07.2012-ci il tarixli, 2(073)-334/2012 nömrəli qətnaməsinin icrası məqsədi ilə yenidən hərrac keçirilmiş və “Hərracın yekunları barədə” 29 avqust 2016-cı il tarixli, 40/05 nömrəli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçıya məxsus 1197.0 kv.metr əmlak kompleksi “xxxx” ASC-yə satılmış və həmin əmlak kompleksi üzərində “xxxx” ASC-nin adına çıxarış verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(006)- 6972/2017 nömrəli qətnaməsi ilə “Hərracın yekunları barədə” 29 avqust 2016-cı il tarixli, 40/05 nömrəli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvəsini alaraq icraya yönəlmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(006)- 6972/2017 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(102)-6636/18 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, sözügedən əmlak ipoteka qoyulan zaman 590,7 kv.m olmuş, sonradan ipoteka qoyan (iddiaçı) əlavə olaraq 606,3 kv.m qeyri-yaşayış sahəsi inşa edərək, ümumi sahəsini 1197.0 kv.metrə çatdırmışdır. Lakin, iddiaçı (ipoteka qoyan) əlavə olaraq inşa etdiyi və mülkiyyəti kimi qeydiyyata aldırdığı 606,3 kv.m qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilməmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(006)-6972/2017 nömrəli qətnaməsini rəhbər tutaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ünvan 6 ünvanında yerləşən, 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “xxxx” ASC-nin adına dövlət reyestrindən verilmiş çıxarış və bu çıxarışa əsasən dövlət reyestrində aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin **********75 nömrəli, 31 avqust 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətindən əsassız olaraq imtina etmişdir. Məhkəmə, müəyyən etdiyi işin faktiki hallarını mövcud qanunvericiliyin aşağıda qeyd olunan normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə139-1.1.4). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər (maddə149.2). Həmin Məcəlləni 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.4). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Qeyd edildiyi kimi, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək, o cümlədən toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən, 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin “xxxx” ASC-nin adına qeydiyyata aparılmasına əsas olan sənədlər - “Hərracın yekunları barədə” 29 avqust 2016-cı il tarixli, 40/05 nömrəli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(006)-6972/2017 nömrəli qətnaməsi ilə etibarsız hesab olunduğundan, həmin sənədlər əsasında aparılmış qeydiyyat və verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmənin qənaətinə görə, iddiaçının Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən, 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “xxxx” ASC-nin adına dövlət reyestrindən verilmiş çıxarış və bu çıxarışa əsasən dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi ilə bağlı müraciətindən cavabdehin imtinası qanuna ziddir və bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə ərizəsinə baxılarkən işin bütün hallarını araşmamışdır. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparılmamışdır. Bununla da, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının çıxarışın ləğv edilməsi ilə bağlı müraciətindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin 31 avqust 2021-ci il tarixli, **********75 nömrəli imtinası qanunsuz hesab edilməli və Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən, 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “xxxx” ASC-nin adına dövlət reyestrindən verilmiş çıxarış və bu çıxarışa əsasən dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı çıxarışın ləğv edilməsi ilə bağlı müraciətindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin 31 avqust 2021-ci il tarixli, **********75 nömrəli imtinası qanunsuz hesab edilsin və Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, 25 ünvanında yerləşən, 1197.0 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə dair “xxxx” ASC-nin adına aparılmış qeydiyyat və onun adına verilmiş dövlət reyestrindən çıxarış ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-269/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-269/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver