Məhkəmə qərarları › İş №2-1(120)-269/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-269/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-269/2022 03.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X4 qarşı «ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 iyun 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 6 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərdə X2 İdarəsində işləməsi faktının təsdiq olunması və həmin müddətin onun sığorta stajı kimi hesab olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 6 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “xx.xx.1992-xx.xx.2022-ci illərdə işlədiyi iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 6 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 6 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X5 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 6 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X5 ilə əvəz olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 1956-cı ildə Salyan rayonunda anadan olmaqla hazırda da rayonun Xocalı kəndində yaşayır. O, 1977-ci ildə əmək fəaliyyətinə başlamış və həmin ildə Salyan şəhərindəki 3 saylı Tikinti Trestində sürücü kimi işə qəbul olunmuşdur. 1980-ci ildə öz ərizəsi ilə işdən azad olunmuş və həmin ildə, yəni xx.xx.1980-ci ildə Salyan “X15” sürücü kimi fəaliyyətini davam etdirmişdir. 1985-ci ildə öz ərizəsi ilə həmin idarədən işdən azad olunmuşdur. 1985-ci ildə Salyan X1nə sürücü peşəsinə qəbul olunmuş və xx.xx.1985-ci ildən xx.xx.2002-ci il tarixə kimi həmin idarədə işləmişdir. Həmin vaxt öz ərizəsi ilə işdən azad olunmuşdur. Həmin ildən hazırki günə kimi heç bir yerdə işləməmişdir. O, qeyd etdiyi idarə və təşkilatlarda işləməyi barədə ona verilmiş əmək kitabçasında müvafiq qeydlər aparılmış və hər idarə işə qəbul və azad olunmağı faktını öz möhürləri ilə təsdiq etmişlər. Bildirir ki, o, 1975-1977-ci illərdə keçmiş Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. O, pensiya yaşı çatdığından və bu barədə ona heç bir xəbərdarlıq gəlmədiyindən məcbur qalıb Dövlət Sosial Müdafiə X16 Şəxsinin 6 saylı Regional Ərazi filialına müraciət etdikdə ona bildirdilər ki, 1992-2002-ci illərdə işlədiyi illərlə bağlı sığorta stajı qeyd edilmədiyindən yaşa görə pensiya hüququnun yaranması mümkün deyildir. O, arxivə müraciət etdikdə ona rəsmi cavab verildi ki, həmin idarənin sənədləri arxivə təhvil verilməmişdir. Bildirir ki, o, 1985-ci ildən 2002-ci ilə kimi Salyan X1ndə sürücü işləmiş və bu barədə onun əmək kitabçasında rəsmi qeyd vardır. Deməli o, 1992-2002-ci illərdə həmin təşkilatda işləmişdir. Əgər həmin illər üçün onun sığorta stajı qeyd edilməyibdirsə bu onun səhlənkarlığı deyil, həmin idarənin rəsmiləri buna cavabdehdirlər. Onun 1992-2002-ci illərdə həmin idarədə sürücü işləməyi faktı keçmiş və hazırda sağ olan iş yoldaşları tərəfindən təsdiq olunur. Bütün bu mötəbər sənədlərin olmasına baxmayaraq Dövlət Sosial Müdafiə X16 Şəxsinin 6 saylı Regional Ərazi filialı onun işlədiyi həmin illəri sığorta stajı hesab etməkdən boyun qaçırır və onu pensiyaya buraxmaqdan imtina edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və cavablandırılmışdır. Cavabdeh orqanın imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixədək Salyan rayon “X1”ndə işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 26 il 8 ay 23 gün iş stajı vardır. Bildirirlər ki, tərəflərindən mübahisələndirilən xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixədək (10 il 4 ay 14 gün) vətəndaşın Salyan rayon “X1”ndə işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunan müəssisə ilə bağlı cavabdeh orqan tərəfindən Milli Arxiv İdarəsi Salyan rayon Dövlət Arxivinə və Şirvan Şəhər Statistika İdarəsinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təpdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Şirvan səhər Statistika İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 198 nömrəli məktubunda Şirvan şəhər üzrə X11 Reyestrində xx.xx.2021-ci il vəziyyətinə olan məlumata əsasən “X1” adlı təşkilat vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və X11 Reyestrinə daxil edilməmişdir. Bu müəssisənin xx.xx.1998-xx.xx.2003-cü illərdə və hal-hazırda vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması və fəaliyyət göstərməsi haqqında məlumat yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X13 filialından daxil olmuş xx.xx.2021-ci il tarixli, 487 nömrəli məktubunda Salyan rayon “X1”nin arxiv sənədlərində, o cümlədən əmək haqqı cədvəllərində İddiaçı Mirzaqa oğlunun 1985- 1987-ci illərdə sürücü işləyib əmək haqqı aldığı qeyd edilmişdir. Qeyd olunan müəssisənin 1988-2002-ci illərə dair heç bir işi filiala təhvil verilməmişdir. İddiaçı Mirzaqa oğlunun 1988-2002-ci illərdə iş fəaliyyətini təsdiq etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 nümayəndəsi iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və cavablandırılmışdır. Cavabdeh orqanın imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixədək Salyan rayon “X1”ndə işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 26 il 8 ay 23 gün iş stajı vardır. Bildirirlər ki, tərəflərindən mübahisələndirilən xx.xx.1988-ci il tarixindən xx.xx.2002-ci il tarixədək ( 14 il 4 ay 14 gün) vətəndaşın Salyan rayon “X1”ndə işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunan müəssisə ilə bağlı cavabdeh orqan tərəfindən Milli Arxiv İdarəsinə, Salyan rayon Dövlət Arxivinə və Salyan rayon Statistika İdarəsinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: - Salyan rayon Statistika İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 232 nömrəli məktubunda Salyan şəhər üzrə X11 Reyestrində xx.xx.2021-ci il vəziyyətinə olan məlumata əsasən “X1” adlı təşkilat vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş və X11 Reyestrinə daxil edilməmişdir. Bu müəssisənin 1988-2002-ci illərdə və hal-hazırda vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması və fəaliyyət göstərməsi haqqında məlumat yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X13 filialından daxil olmuş xx.xx.2021-ci il tarixli, 487 nömrəli məktubunda Salyan rayon “X1”nin arxiv sənədlərində, o cümlədən əmək haqqı cədvəllərində İddiaçı 1985- 1987-ci illərdə sürücü işləyib əmək haqqı aldığı qeyd edilmişdir. Qeyd olunan müəssisənin 1988- 2002-ci illərə dair heç bir işi filiala təhvil verilməmişdir. İddiaçı 1988-2002-ci illərdə iş fəaliyyətini təsdiq etmək mümkün olmamışdır. - Azərbaycan Meliorasiya və X17 Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli sorğuya gələn xx.xx.2021-ci il tarixli, 09/5-400 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “X1” Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. Həmin idarə "xxxx"ASC-nin tabeliyində olmadığından, İddiaçı haqqında ASC-də heç bir məlumat yoxdur. Qeyd olunan sənədə gələn xx.xx.2021-ci il tarixli, 05/08-xx-xx-2883 nömrəli cavab məktubunda “X1”nin sənədlərinin mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilmədiyi üçün İddiaçı əmək fəaliyyəti ilə bağlı məlumatların təqdim edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı əmək kitabçasına əsasən qəbul olunan sığorta stajı 9 il 7 gün və hərbi biletə əsasən isə 1 il 11 ay 23 gün, ümumillikdə isə 11 il təşkil edir. Mübahisələndirilən sığorta stajı isə 14 il 4 ay 14 gün təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, ИТ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1977-ci il tarixli, 53 nömrəli əmrlə Salyan rayon 3 nömrəli Trestin t/h Tikinti Mexanizasiya sahəsinə sürücü qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 68 nömrəli əmrlə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1980-ci il tarixli, 41 nömrəli əmrlə Salyan rayon “X18”nə sürücü təyin edilmiş, xx.xx.1985-ci il tarixli, 645 nömrəli əmrlə ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1985-ci il tarixli, 1 nömrəli əmrlə Salyan rayon “X1”nə “QAZ-52” markalı avtomaşına 2-ci dərəcəli sürücü təyin edilmiş, xx.xx.2002-ci il tarixli, 3 nömrəli əmrlə ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. İş materiallarında olan НЗ-2485891 saylı hərbi biletdən görünür ki, İddiaçı 17 may 1975-ci il tarixdən 10 may 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X13 filialının xx.xx.2021-ci il tarixli, 487 saylı Arayışından görünür ki, X13 filialında mühafizə olunan Salyan rayon “X1”nin arxiv sənədlərində, o cümlədən əmək haqqı cədvəllərində İddiaçı 1985-1987-ci illərdə sürücü işləyib əmək haqqı aldığı müəyyən edilmişdir. Qeyd: 1988-2002-ci illərə aid Salyan rayon “X1”nin heç bir işi filiala təhvil verilməyib. Odur ki, İddiaçı 1988-2002-ci illərdə iş fəaliyyətini təsdiq etmək mümkün olmadı. İş materiallarında olan Salyan rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 206 nömrəli məktubundan görünür ki, Salyan rayon “X1”nə dair məlumat Salyan rayon X7 Reyestrində mövcud deyil. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli, 09/5-400 nömrəli məktubdan görünür ki, İddiaçı əvvəllər çalışdığı təşkilat Salyan rayon “X1” Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. Həmin idarə "xxxx" ASC-nin tabeliyində olmadığından, vətəndaş İddiaçı haqqında lazımi məlumatların Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına verilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2021-ci il tarixli, 02/10-xx-xx-3070 nömrəli məktubundan görünür ki, Salyan rayon “X1”nin fəaliyyəti, vətəndaş İddiaçı qeyd edilən müəssisədə çalışığı illər və vəzifəsi ilə bağlı məlumatların təqdim edilməsi barədə daxil olmuş müraciətə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində baxılmış, müraciətdə qeyd olunan müəssisə ilə bağlı sənədlər mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də tələb olunan məlumatların təqdim edilməsi imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/242 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə daxil olmuş vətəndaş İddiaçı barəsində olan sorğu aidiyyəti üzrə baxılmaq üçün X13 filialına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X13 filialının xx.xx.2022-ci il tarixli, 82 saylı Arayışından görünür ki, Salyan rayon “X1”nin 1992-2002-ci illərə aid heç bir işi filiala təhvil verilməyib. Odur ki, İddiaçı 1992-2002-ci illərdə iş fəaliyyətini təsdiq etmək mümkün deyil. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında' Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (xx.xx.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqlarınız pensiya kapitalına çevrilməklə). Belə ki, təqdim etdiyiniz xx.xx.1980-ci il tarixində açılmış əmək kitabçanızda xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixə və xx.xx.1980-ci il tarixdən xx.xx.2002-ci il tarixədək ümumi stajınız 24 il 09 ay, hərbi bilet 1 il 11 ay 23 gün, cəmi iş stajı: 26 il 08 ay, 23 gündür. Əmək kitabçanızda xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərin sığorta stajı təsdiq olunmadığı üçün qanunvericiliyin tələblərinə görə göstərilən dövrün sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. Yəni, həmin dövr nəzərə alınmadıqda yaşa görə əmək pensiyası hüququ verən pensiya kapitalına malik olmadığınız üçün, Sizə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı ildə Salyan rayonunda anadan olmuşdur. İddiaçı 17 may 1975-ci il tarixdən 10 may 1977-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuş; xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Salyan rayon 3 nömrəli Trestin t/h Tikinti Mexanizasiya sahəsində sürücü, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Salyan rayon “X18”ndə sürücü, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Salyan rayon “X1”ndə sürücü işləmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Salyan rayon 3 nömrəli Trestin t/h Tikinti Mexanizasiya sahəsində sürücü, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Salyan rayon “X18”ndə sürücü işlədiyi illəri mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Salyan rayon “X1”ndə sürücü işlədiyi illərdir. Cavabdeh bildirir ki, iddiaçının işlədiyini iddia etdiyi “X1”ndək əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməməsi səbəbindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Salyan rayon “X1”ndə sürücü işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, “X1”nin arxiv sənədləri X13 filialına təhvil verilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyrimümkün olması barədə cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Salyan rayon “X1”ndə sürücü işləmiş, onun həmin illərdə işləməsi adına olan xx.xx.1980-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Habelə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, iddiaçının Salyan rayon “X1”ndə 1985-1987-ci illərdə sürücü işləməklə əmək haqqı alması Azərbaycan Respublikası X13 filialının xx.xx.2021-ci il tarixli, 487 saylı Arayışı ilə təsdiqlənmiş, eləcə də həmin arayışa qeyddən görünür ki, 1988-2002-ci illərə aid Salyan rayon “X1”nin heç bir işi filiala təhvil verilməyibdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə həmçinin əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Bundan başqa məhkəmə cavabdehin nəzərinə çatdırılmasını zəruri hesab edir ki, iddiaçının qiymət verilən illəri onun sosial sığorta stajını təşkil etsə də, onun xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Salyan rayon “X18”ndə, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Salyan rayon “X1”ndə işlədiyi aylar üst-üstə düşür (xx.xx.1985-ci il tarixdə Salyan rayon “X18”ndən işdən azad olunub, xx.xx.1985-ci il tarixdə Salyan rayon “X1”nə işə qəbul olunub). İddiaçıya pensiya təyin olunaçağı təqdirdə iddiaçının seçimi ilə üst-üstə düşən aylardan biri nəzərə alınaçaqdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar