Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-269/2025 12.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “X5 təyin edilmiş xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanununun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və müraciə etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı X8 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “mənə təyin edilmiş xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanununun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və müraciə etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı “X2 ölümü ilə əlaqədar İddiaçı onun prosessual hüquq varisi qismində tanınmışdır. İddia tələblərini onunla əsaslandırmışdır ki, hüquqi varisi olduğu iddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, ƏƏSMN-nin tabeliyində DSMF-nun XŞTüzrəMF tərəfindən ona 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman onun 72250 manat yığım kapitalı olmuş, lakin həmin yığım kapitalının 228-ə bölünməklə ona 263,67 manat pensiya təyin edilmişdir, lakin həmin vaxt 72250 manat olan yığım kapitalının 228-ə bölündüyü zamanda da ona 316,88 manat pensiya təyin edilməli idi ki, amma burada da pensiyada düzgün hesablanma aparılmayaraq ona 263,67 manat pensiya təyin edildiyini bildirmiş və ona görə də onun pensiyasını hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 28-ci maddəsinə əsasən pensiyamın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh təşkilat isə hüquqi varisi olduğum iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B- 45397/2023 saylı məktubla cavab verərək, ona təyin edilmiş xx.xx.2019-cu il tarixədək fərdi hesabımın sığorta hissəsində qeydə alınmış 60116,76 manat pensiya sığorta kapitalına görə əmək pensiyamın “Əmək pensiyaları haqqında” Qanununun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 263,67 manat (60116,76:228 ay (64 il-57 il=84 ay+144 ay)) məbləğində müəyyən edildiyini və eyni zamanda bildirmişlər ki, əmək pensiyanızda sonrakı illər üzrə artımlar nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən pensiyam həmin tarixdən ümumilikdə 388,23 manat müəyyən edilmişdir. Həmin Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyam xx.xx.2023-cü il tarixdən 445,30 manat olmaqla müvafiq kart hesabıma köçürülməsi bildirilməklə yenidən hesablanmanın mümkün olmadığından imtina etmişdir. Hüquqi varisi olduğu iddiaçıya ünvanlanmış məktubun açıqlaması olaraq bildirmişdir ki, Azərbaycan Respublikası xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvədə olan redaksiyası həmin tarixədək təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir sözlərini stat gətirərək ərizəyə baxılmasının mümkünsüz olduğundan imtina etmişdir. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq hüquqi varisi olduğu iddiaçının 2019-cu ildə təyin edilmiş 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının düzgün hesablanıb- hesablanmadığını müəyyən etmək üçün məhkəmə qarşısında vəsatət verərək mütəxəssis dəvət edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə baxışı prossesində iştirak edən mütəxəssis tərəfindən də verdiyi izahatda bir daha iddiaçı X2 2019-cu ildən, yəni pensiyaya çıxdığı tarixdən, 2023-cü ilin may ayına kimi 17060 manat yığım kapitalının olduğu və həmin kapital hesablanmayaraq pensiyanın üzərinə gəlməmişdir. Bunu misal çəkməkdə məqsədim onun tərəfindən iddiaçının işlədiyi Şirvan OYL-a və SOCAR-ın Arxivinə verdiyi ərizəsində onun xx.xx.2006-cı il tarixdən 2019-cu ilin iyun ayına kimi olan dövrlərin əmək haqqısı və pensiya fonduna köçürülmüş məbləğləri barədə məlumat verməylərini xahiş etmişdir. Həmin şirkət və idarədən iddiaçı X2 xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu ilə kimi olan dövrlərdə pensiya fonduna köçürtdüyü məbləğin ümumi 67476, 477138 manat olduğunu təsdiq etmişdirlər. Lakin cavabdeh isə imtina məktubunda iddiaçının xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60116,76 manat pensiya sığorta kapitalı olduğunu və ona “Əmək pensiyaları haqqında” Qanununun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 263,67 manat (60116,76:228 ay (64 il-57 il=84 ay+144 ay)) məbləğində müəyyən edildiyini qeyd etmişdirlər. Halbuki, Şirvan OYL-a və SOCAR-ın Arxivindən verilən arayışlarda iddiaçının xx.xx.2019-cu ilə kimi 67476,477138 manat və xx.xx.2023-cü ilə kimi isə ümumi 84301,180976 manat olduğunu təsdiq etməklə, buradan məntiqlə yanaşsaq görərik ki, mütəxəssisin izahatında qeyd etdiyi 17160 manatı 84301 manatdan çıxdıqda, yerdə 67241 manat edir (ola bilsin ki, mütəxəssisin qeyd etdiyi məbləğdə yanlışlığa yol verirəm) ki, 84301-17160=67241 m, bu da sübut olunur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilən 2019-cu ilin iyun ayında, onun yığım kapitalı cavabdehin qeyd etdiyi kimi 60116,76 manat deyil, 67476, 477138 manat olduğu sübuta yetirilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.1978-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1978-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan xx.xx.1981-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B-45397/2023 nömrəli məktubundan görünür ki, pensiya hüququnun yarandığı 16 yanvar 2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60116,76 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 263,67 manat (60116,76:228 ay (64 il - 57 il -84 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, əmək pensiyasında sonrakı illər üzrə artımlar nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən pensiyası həmin tarixdən ümumilikdə 388,23 manat müəyyən edilmişdir. Həmin Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2023-cü il tarixdən etibarən 445,30 manat olmaqla müvafiq kart hesabına köçürülür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-99781/23 nömrəli məktubundan görünür ki, Fizuli Bayramovun pensiya hüququnun yarandığı 16 yanvar 2019cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60116,76 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 263,67 manat (60116,76:228 ay (64 il - 57 il =84 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Həmçinin adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 39 il 3 ay 2 gün (xx.xx.2006-cı il tarixinədək 26 il 8 ay 2 gün əmək stajı (xx.xx.1978-xx.xx.1981 -ci il, xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1994xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 7 ay sığorta stajı), güzəştli iş stajı isə 23 il 7 ay 10 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 16 gün (xx.xx.1983xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr), həmin tarixdən sonra isə 3 il 7 ay 4) gün təşkil edir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən Fizuli Bayramovun əmək pensiyası xx.xx.2023-cü il tarixindən ümumilikdə 388,23 manat məbləğində müəyyən edilib. Həmçinin əmək pensiyalarının xx.xx.2023-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyasının məbləği həmin tarixdən 445,30 manat təşkil edir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 xx.xx.1992-ci il tarixdə Şamaxı rayonunun Quşçu kəndində nikaha daxil olmuşlar. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, AZ-İİ 338973 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 may 2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 05 ayının 22 günündə 208 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X13 LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 404/07 nömrəli məktubunda qeyd edilmişdir ki, X8 xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “X11 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Texnoloji nəqliyyat sexinin Qaldırıcı qurğular bölməsində qaldırıcı maşinist peşəsində işləmişdir. X8 ilə bağlanmış əmək müqaviləsinə vəfat etməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-171500/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 Mərkəzi Filial tərəfindən 16 yanvar 2019-ci tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Həmin tarixə adıçəkilən şəxsin pensiya kapitalı 60116,76 manat təşkil edir. Məhkəmənin iş üzrə 16 noyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9813/2023 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən iddiaçı X2 pensiya hüququnun yarandığı 16 yanvar 2019- cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60116,76 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 263,67 manat (60116,76:228 ay (64 il - 67 il =84 ay+144 ay)) məbləğində müəyyən edilir. Bundan başqa əmək pensiyasının sonrakı illər üzrə artımlar nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən pensiyası həmin tarixdən ümumilikdə 388,23 manat müəyyən edilmişdir. Həmin Qanunun 29cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanın xx.xx.2023-cü il 1 tarixindən etibarən 445,30 manat olmaqla müvafiq kart hesabına köçürülməsi müəyyən edilir. İş materiallarında olan Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən 20 noyabr 2023-cü il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri: Şirvan şəhəri, X19 küçəsi ev 17, mənzil 80 ünvanında qeydiyyatda olan İddiaçı, Şirvan şəhəri, X19 küçəsi ev 17, mənzil 80 ünvanında qeydiyyatda olan X10 və onların hər biri miras əmlakdan 1/2 irs almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-228235/24 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.8-ci maddəsinə əsasən 57 yaşının tamam olduğu 16 yanvar 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №- li siyahı üzrə müəyyən edilmiş xüsusilə zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, Fizuli Bayramovun pensiya hüququnun yarandığı 16 yanvar 2019cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60116,76 manat pensiya sığorta kapitalına görə əmək pensiyası Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 263,67 manat (60116,76:228 ay (64 il - 57 il =84 ay+144 ay)) məbləğində müəyyən edilib. Həmçinin adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 39 il 3 ay 2 gün (xx.xx.2006-cı il tarixinədək 26 il 8 ay 2 gün əmək stajı (xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1994- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 7 ay sığorta stajı), güzəştli iş stajı isə 23 il 7 ay 10 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 16 gün (xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr), həmin tarixdən sonra isə 3 il 7 ay 4) gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiya təyinatı departamentinin monitorinq şöbəsinin böyük mütəxəssisi X3 tərtib etdiyi rəydən görünür ki, X7 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.8-ci maddəsinə əsasən 57 yaşının tamam olduğu 16 yanvar 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci i! tarixinədək qüvvədə olmuş ıkıncı cümləsinə uyğun olaraq (vətəndaşın pensiya hüququnun yarandığı tarixdə qüvvədə olmuş redaksiya) Qanunun S-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu ii tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, Fizuli Bayramovun pensiya hüququnun yarandığı 16 yanvar 2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60116,76 manat pensiya sığorta kapitalına görə əmək pensiyası Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 263,67 manat (60116.76:228 ay (64 il-57 il =84 ay+144 ay)) məbləğində müəyyən edilib. Vətəndaşa pensiya təyin edildikdən sonra vəfat etdiyi tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan vəsait Qanunun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünə pensiya təyinatı zamanı nəzərə alına bilər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Hazırki tələbdə iddiaçı X5 təyin edilmiş xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanununun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və müraciə etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260- İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə 17. Yaşa görə pensiyaların məbləği Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Maddə 72. Orta aylıq əmək haqqının müəyyən edilməsi Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. İddiaçının tələbi X5 artıq təyin edilmiş xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanununun 28-ci maddəsi əsasında yenidən hesablanmasına nail olmaqdan ibarətdir. İnzibati orqanın imtinası onunla əsaslandırılmışdır ki, X7 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.8-ci maddəsinə əsasən 57 yaşının tamam olduğu 16 yanvar 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci i! tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq (vətəndaşın pensiya hüququnun yarandığı tarixdə qüvvədə olmuş redaksiya) Qanunun S-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu ii tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, Fizuli Bayramovun pensiya hüququnun yarandığı 16 yanvar 2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60116,76 manat pensiya sığorta kapitalına görə əmək pensiyası Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 263,67 manat (60116.76:228 ay (64 il-57 il =84 ay+144 ay)) məbləğində müəyyən edilib. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 17-ci maddəsinə görə bu Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Həmin Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Qanunun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. İş materiallarına əlavə edilən iddiaçıya aid pensiya işinə dair sənədlərdən, məhkəməyə təqdim edilən sübutlardan, eləcə də ekspert rəyindən görünür ki, X2 pensiya hüququnun yarandığı 16 yanvar 2019- cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 60116,76 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 263,67 manat (60116,76:228 ay (64 il - 67 il =84 ay+144 ay)) məbləğində müəyyən edilir. Bundan başqa əmək pensiyasının sonrakı illər üzrə artımlar nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən pensiyası həmin tarixdən ümumilikdə 388,23 manat müəyyən edilmişdir. Həmin Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanın xx.xx.2023-cü il 1 tarixindən etibarən 445,30 manat olmaqla müvafiq kart hesabına köçürülməsi müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanma düzgün şəkildə aparılmışdır. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi və qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Eləcə də, iddiaçının digər bir arqumenti həyat yoldaşı olan mərhum X5 məxsus şəxsi hesabının sığorta hissəsində qeydə alınan vəsait ilə bağlı olmuşdur ki, həmin hissədə də məhkəmə araşdırma aparmış və nəticə olaraq qeyd edilməlidir ki, X7 Mərkəzi Filial tərəfindən 16 yanvar 2019-ci tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman həmin tarixə adıçəkilən şəxsin pensiya kapitalı 60116,76 manat təşkil etmiş və cavabdeh inzibati orqan qeyd edilən zaman olan kapital üzrə təyinat aparmışdır. X1 məxsus şəxsi hesabının sığorta hissəsində artımlar olmuş və daha çox məbləğ müəyyən edilmişdir ki, həmin hissədə iddiaçının nəzərinə çatdırılır ki, X5 pensiya təyin edildikdən sonra vəfat etdiyi tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan vəsait Qanunun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünə pensiya təyinatı zamanı nəzərə alına bilər. Odur ki, hüquqi marağına uyğun iddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı müraciət edəcəyi təqdirdə həmin artımlar nəzərə alınacaqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “X5 təyin edilmiş xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanununun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və müraciə etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkürəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-269/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-269/2025
12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver