Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-27/2024 21.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Biləsuvar rayonu Bəydili bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Biləsuvar rayonu Bəydili bələdiyyəsinin ərazisində olan həyətyanı məqsədi ilə ayrılması nəzərdə tutulan 0,08 hektar, 011 hektar, 722 kv.metr və 0,09 hektar torpaq sahələrinin yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanaraq bələdiyyəyə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Biləsuvar rayonu Bəydili bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Biləsuvar rayonu Bəydili bələdiyyəsinin ərazisində olan həyətyanı məqsədi ilə ayrılması nəzərdə tutulan 0,08 hektar, 011 hektar, 722 kv.metr və 0,09 hektar torpaq sahələrinin yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanaraq bələdiyyəyə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməsi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixə saat 10:30-a məhkəməyə dəvət edilmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixə saat 15:30-a və xx.xx.2024-cü il tarixə saat 10:30-a təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək iddiaçı Biləsuvar rayonu Bəydili bələdiyyəsinə həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubunun göndərilməsinə baxmayaraq, iddiaçı Biləsuvar rayonu Bəydili bələdiyyəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə tərəfindən iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Biləsuvar rayonu Bəydili bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Biləsuvar rayonu Bəydili bələdiyyəsinin ərazisində olan həyətyanı məqsədi ilə ayrılması nəzərdə tutulan 0,08 hektar, 011 hektar, 722 kv.metr və 0,09 hektar torpaq sahələrinin yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanaraq bələdiyyəyə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-27/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-27/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver