Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-27/2025 14.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Üçüncü şəxs Azərbaycan Dövlət X1 X7 Hüquqi Şəxsin ("xxxx" Açıq Səhmdar Cəmiyyəti Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinin) nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 aprel 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vurulmuş maddi ziyan və əldən çıxmış faydanın məbləği olaraq 4.368.753 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yardımlı rayonunda "xxxx" ASC tərəfindən inşa edilən “X21 Qurğuları Kompleksi” ona məxsus 2 ha torpaq sahəsində inşa edilmişdir. Şəxsi mülkiyyəti olan mal-qara üçün tikilmiş 30.2 x 6.5 =196.3 kv.m ölçüdə tövlə binası Tikinti və Norma Qaydalarına əsasən 100 metr məsafə qəbul etdiyindən “sanitar zonaya” düşmüşdür. Torpaq sahəsinə gəldikdə isə həmin ərazi 2012-ci ildən "xxxx" ASC tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Prezidenti X23 müraciətindən sonra xx.xx.2015-ci ildə Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 75 saylı qərarına əsasən “Alan Orqan” kimi tanınmış "xxxx" ASC ilə aralarında Akt imzalanmışdır. Həmin Aktda göstərilir: ”Layihənin təsirinə məruz qalmış torpaq sahəsinin mülkiyyətçisi (hüquqi varisi) Yardımlı rayon Dəryavar kənd sakini İddiaçı ilə aktda qeyd olunmuş şərtlərlə razılığa gəlindi”. Aktın 1.1-ci bəndi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş xx.xx.2010-cu il tarixli “Torpaqların dövlət ehtiyacları üçün alınması” Qanununa, Dünya Bankının 4.12 saylı Fəaliyyət Siyasətinə və onun Qoşmasına əsasən “Alan Orqan” torpağın alınması və torpağa dəyən ziyana görə yaranmış xərclərin Azərbaycan Höküməti tərəfindən ayrılmış pul vəsaiti “Alan Orqan”-nın öz bank hesabına köçürüldükdə ziyanın hesablanmış məbləği torpaq sahiblərinin bank hesabına köçürülür; Aktın 2-ci bəndi: Kompensasiya məbləğinə layihənin həyata keçirildiyi 3 il müddət ərzində məhsula dəyən ziyanın xərcləri, eləcə də, boru xəttinin keçdiyi gündəlik istifadə edilən torpaq sahəsinin xərcləri və öz torpağında 20 illik zəbt (servitut hüququ) nəticəsində ondan istifadəni və məhdudlaşdırmaqla yaranan gəlir itkisi daxil olacaqdır. 2015-ci ilin aprel ayında “AİMTEXAS TRADİNG LLC”-nin nümayəndələri mülkiyyətinə dəymiş ziyanı müəyyən etmək üçün əraziyə baxış keçiriblər və dəymiş ziyan hesablanaraq siyahı tərtib olunmuşdur. xx.xx.2016-cı ildə “AİMTEXAS TRADİNG LLC”-nin rəhbərliyi Abdulrahman Tan nümayəndə heyəti ilə Yardımlı rayon Dəryavar kəndində yerləşən mülkiyyətinə gəlmişlər və ona dəymiş maddi ziyanı hesablayaraq siyahı tərtib etmişlər. Lakin heç bir ödəniş olunmamışdır. Buna görə o, yenidən müraciətlərə başlamışdır. Bir ildən sonar Milli Su Təsərrüfatı və Kanalizasiya Xidmətinin ikinci layihəsinin işçi Qrupunun rəhbəri Ayaz Qəhrəmanov ona ünvanladığı xx.xx.2016-cı il tarixli, 084 M saylı cavab məktubunda "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixdə imzalanmış Aktı xatırladaraq narahat olmamağını tövsiyyə edərək tövlə binasının “Tikinti Norma və Qayaları”nın 100 metr məsafə qəbul edildiyindən sanitar zonaya düşməsi və satın alınacağı bildirilmişdir. xx.xx.2019-cu il tarixli məktubuna cavab olaraq "xxxx" ASC xx.xx.2015-ci il tarixdə imzalanmış Aktı unutmuş və göstərmişlər ki, ona məxsus mal-qara tövləsinə heç bir müdaxilə olunmamış, gediş-gəliş yolu açıqdır, heç bir çətinlik olmadan mal-qara tövləsindən istifadə edə bilərsən. Halbuki, bu cavab bundan öncə verilmiş cavabla ziddiyyət təşkil edir. "xxxx" ASC unudur ki, sözügedən mülkiyyət onun dövlət qeydiyyatına alınmış mülkiyyətidir. Bildirir ki, tövlənin sol tərəfi qonşudur və 110 metrlik çəpərlə məhdudlaşırlar. Sağ tərəfdə isə uzunluğu 110 metr, dərinliyi 1.8 metr, eni 2 metr olan dağdan gələn yağış qar sularının qurğuya zərər vurmasını önləmək üçün qazılmış xəndəkdir. Maşın yolundan tövləyə düşən yeganə maşın yolu ümumi maşın yolundan 2.5 metr hündürlükdə sərt eniş olmaqla torpaqaltı su axıdıcı Betonlardan quraşdırılmışdır. Tövlənin qarşısında 3 metr və qapıdan 4 metr aralıda Qurğunu inşa edən tikinti təşkilatı qurğu üçün 10.000 Kvt elektrik xətti çəkmişdir. Hansı ki, həmin elektrik xətti texniki təhlükəsizlik qaydalarına əsasən 25 metr aralıda yerləşməlidir. Əks halda bu xəttin törədəcəyi fəsadlar istisna edilmir. Maşın yolundan tövləyə düşən ümumi maşın yolundan 2.5 metr hündürlükdən sərt eniş olmaqla Beton Küveyt su axıdıcı çəkilmişdir. Həmin xəndəklə qonşu çəpər arasında 0.8 metr məsafə qalmışdır, nəinki maşın yolu, hətta mal-qara üçün gediş-gəliş mümkün deyil. Məhz bu səbəbdən Yardımlı Rayon İcra Hakimiyyətinə müraciət etmiş və xüsusi komissiya yaradılaraq əraziyə baxış keçirilmiş və akt tərtib edilərək fakt təsdiqlənmişdir. Bundan başqa, Yardımlı rayonu XDSnin xx.xx.1991-ci il tarixli, 169 saylı Qərarı ilə kiçik müəssisə açmışdır. Müəssisənin fəaliyyət göstərməsi üçün ərazisində yaşadığı “Xanlar” adına kolxoza məktubla müraciət edərək, xx.xx.1991-ci ildə 1 ha torpaq sahəsi almışdır. 2000-ci ilin dekabr ayında Yardımlı RİH-ə ərizə ilə müraciət edərək tərəvəzçiliyin inkişafı üçün müvafiq icazə istəmişdir. Yardımlı RİH-nin xx.xx.2001-ci il tarixli, 123 saylı Sərəncamı ilə Dövlət torpağı olduğu üçün 15 il müddətinə torpaqdan istifadə üçün icarə müqaviləsi imzalamışdır. Artıq 29 ildir ki, həmin torpaqdan fasiləsiz istifadə edir və 6 saylı ƏVİ-də VÖEN ********** nömrəli şəhadətnamə ilə Dövlət Qeydiyyatından keçmişdir. İcarə haqqını hər il vaxtı vaxtında “Kapital Bank”ın Yardımlı filialına ödəmişdir. İcarəsində olan torpaq sahəsi ilə bağlı 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 58 nömrəli “Texniki Pasport” sənədi almışdır. Həmin tövlənin balansında olan 1 ha torpaq sahəsi, həm də icarəyə götürdüyü 1 ha torpaq sahəsi tövlə binası ilə birlikdə 2001-ci ildə aldığı Texniki Pasport sənədində göstərilmişdir. Yardımlı rayon X11 12 mart 2000-ci il tarixli qərarı ilə tərtib edilmiş akt əsasında ona satılmış tövlə və tövlənin balansında olan 1 ha torpaq sahəsindən istifadə etməkdən ötrü ona yer seçim aktı əsasında heyvandarlığın inkişafı üçün qeyri-müəyyən müddətə icarəyə verilmişdir. Hansı ki, xx.xx.2016-cı il tarixli, 084 saylı cavab məktubunda 20 baş mal-qaranın inkişafında tikintinin mühafizə hasarının olmaması təsərrüfatın dağılmasına səbəb olduğunu istəmişdi. Söz verilsə də, hasarlamanı sonra yerinə yetirdiklərindən təsərrüfatının dağılmasına səbəb olmuşdur. Nəhayət xx.xx.2019-cu il tarixli, 339 nömrəli cavab məktubunda ikinci suala cavab olaraq göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxslərin mülkiyyətindədir. Bu cür cavablarından bezərək Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)- 143/2019 saylı qərarında göstərilmişdir ki, Yardımlı rayon Bozayran Bələdiyyəsinə aid olan və Bozayran kəndində yerləşən kənd təsərrüfatı məqsədi ilə nəzərdə tutulan 1.0 ha torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı örüş torpaqları daxilində yerləşən JN-039A/10.03 və JN- 040A/1.04 nömrəli şəhadətnamələrlə üst-üstə düşür. Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı bütöv rayon üzrə aparılmış islahata aid qərardır. Onun iddiasında olduğu torpaq sahəsi isə Bozayran kəndində yox, Dəryavar kəndində yerləşir. Bozayran kəndi ilə Dəryavar kəndi arasında olan məsafə 8-10 km-dir. Bozayran kəndində yerləşən kənd təsərrüfatı məqsədi ilə nəzərdə tutulan torpaq sahələri, kənd təyinatlı torpaqlar daxilində yerləşən JN-039A/10.03 və JN-040A/1.04 nömrəli şəhadətnamələr Bozayran kəndinə aiddir. Onun iddiasında olduğu sahələr isə Yardımlı RİHB-nın xx.xx.2001-ci il tarixli, 123 nömrəli Sərəncamında qeyd edildiyi kimi Dəryavar kəndində yerləşməklə “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsində, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 saylı Qərarının 10-cu maddəsində nəzərdə tutulan əsaslarla kənd təsərrüfatı məhsulu və tərəvəzçiliklə məşğul olmaq üçün verilmişdir. Diqqət yetirək, Bozayran kəndi ilə Dəryavar kəndində yerləşən torpaq sahələri necə üst-üstə düşə bilər. Təqdim olunmuş Cəlilabad rayon Layihə-Tədqiqat İdarəsi və Cəlilabad rayon DƏDRX 8 Saylı Ərazi İdarəsi tərəfindən ünvanlanmış məktublarda qeyd edilir ki, sözügedən torpaqlar Yardımlı rayon Bozayran kəndində yerləşən və Bozayran Bələdiyyəsinə aiddir, iddia etdiyi 2 ha torpaq sahəsi isə Dəryavar kəndində yerləşir. Onu da qeyd edir ki, Yardımlı rayonu Bozayran kəndi ilə Dəyavar kəndi arasında Köryədi kəndi yerləşir. O, Yardımlı RİH-nə müraciət edərək, icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş etmiş və müraciəti qeydiyyata alınmışdır. Yardımlı RİH-nin xx.xx.2020-ci il tarixli, 297/3 saylı arayışı bir daha təsdiq edir ki, Dəryavar kənd sakini İddiaçı Yardımlı RİHB-nın xx.xx.2001-ci il tarixli, 123 nömrəli Sərəncamı ilə rayonun Dəryavar kəndi yaxınlığında Dövlət torpaqlarına aid 1 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilməsini təsdiq etmişlər. Təqdim edilmiş sənədlərdən də görünür ki, iddia predmeti olan torpaq sahələri Yardımlı rayonu Dəryavar kəndində yerləşir. Göründüyü kimi, yuxarıda qeyd etdiyi xüsusatların baş verməsi və hazırda davam etməsi Konstitusiyanın və İnsan Hüquqları və X12 dair Avropa Konvesiyasının əlavəsi olan Protokolun 1-ci maddəsində nəzərdə tutulan hüquqların, Məcəllənin və Qanunların nəzərdə tutduğu ona verilmiş hüquqların kobud surətdə pozulmasıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyəti məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Yardımlı şəhərinin aşağı hissəsində, Dəryavar kəndi ərazisində X21 qurğunun tikintisi üçün torpaq sahəsi seçilmişdir. İlkin araşdırmalar nəticəsində əldə etdikləri məlumatlara görə həmin torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. Bunu nəzərə alaraq 2013-cü ildə onunla görüş keçirilmiş və torpaq sahəsinin ona məxsus olması barəsində sənədlərin təqdim edilməsi diqqətinə çatdırılmışdır. 2013-cü ildə İddiaçı tərəfindən Yardımlı rayon keçmiş X17 İcraiyyə Komitəsi tərəfindən verilmiş icarə sənədləri təqdim edilmiş və həmin anda ona bildirilmişdir ki, torpaq sahəsinin ondan alınması və kompenasasiya ödənilməsi üçün həmin torpaq sahəsinə aid mülkiyyət sənədlərini təqdim etməlidir. Mütəxəssislər tərəfindən ona bildirilmişdir ki, torpaq sahəsinə aid hüquqverici sənədlər təqdim edildikdən sonra həmin torpaq sahəsi tikinti altına düşdüyünə görə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq satın alınacaqdır. Bilidrirlər ki, İddiaçı tərəfindən layihə müddətində heç bir hüquqi sənəd İşçi Qrupa təqdim edilməmişdir. Layihə altına düşmüş torpaq sahəsinin və onun üzərində əmlakın qiymətləndirilməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə ilkin sənədlər əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əklakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC tərəfindən kadastr planından çıxarış hazırlanmışdır. Məlum olmuşdur ki, X21 qurğunun tikintisi altına düşən torpaq hansı ki, İddiaçı tərəfindən iddia edilən sahə başqa şəxslərin, Əhmədov İlqar və həyat yoldaşı olan X9 (İddiaçı bacısı) mülkiyyətindədir (kadastr planından çıxarışların və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin surətləri əlavə olunur). Maliyyə Nazirliyi tərəfindən həmin torpaq sahəsinin satın alınması üçün ayrılmış vəsait İşçi Qrupu tərəfindən mövcud qanunvericiliyə əsasən Yardımlı rayon dövlət Notariusunun depozit hesabına köçürülmüşdür. İşçi Qrupunun mütəxəssisi dəfələrlə İddiaçı ilə keçirilmiş görüşdə torpaq sahəsinin ona məxsus olması barədə hüquqi sənədləri notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması üçün notariusa təqdim etməsi bildirilmişdir. Qeyd olunan torpaq sahəsinin ona məxsus olması barədə heç bir hüquqi sənəd təqdim edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Şirvan İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Əhmədov İlqar və Əhmədov Eldara qarşı sözügedən ərazinin ona məxsus olması barədə iddia qaldırmış və məhkəmə tərəfindən onun iddiası təmin edilməmişdir. Yardımlı rayonunda X21 qurğunun tikintisi altına düşmüş torpaq sahəsinin hüquqi sahibləri ilə "xxxx" ASC arasında 15 sentyabr 2020-ci il tarixində Masallı regional “ASAN xidmət” mərkəzində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən ona məxsus olduğu iddia edilən mal-qara tövləsi ilə əlaqədar bildirirlər ki, tikinti təşkilatı tərəfindən həmin tövləyə heç bir müdaxilə edilməmiş, tövləyə gediş-gəliş yolu tam açıqdır və heç bir çətinlik olmadan tövlədən tam istifadə edə bilər. Nəzərinizə çatdırırıq ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində nəzərdə tutulan tikinti-quraşdırma işlərinin tamamlandığı üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 098-ü saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən 01 noyabr 2020-ci il tarixindən İşçi Qrupu ləğv edilərək onun aktiv və passivlərinin varisi Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X3 Müdiriyyəti elan olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Üçüncü şəxsin nümayəndəsi X15 məhkəmə iclasına gəlmiş, iddiaçı və cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X15 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş hüquqmüəyyənedici və digər sənədlərdən müəyyən olunur ki, Yardımlı rayon Bozayran YAİK-nın 07 mart 2000-ci il tarixli, 05 №-li iclas protokoluna əsasən keçmiş Dəryavar kəndli (fermer) təsərrüfatına məxsus, 1988-ci ildə tikilmiş, uzunluğu 30 metr, eni 6,5 metr, hündürlüyü 4,3 metr olan sadə tipli tövlə binasının hazırki vəziyyətinə və mövcud bazar qiymətlərinə uyğun olaraq ******* (AZM) manata Dəryavar kənd sakini İddiaçı satılması və bina ətrafı 1(bir) ha torpaq sahəsinin əvəzsiz verilməsi məqsədəmüvafiq hesab edilərək ona verilmiş, bu barədə Yardımlı RİH, RAİK, Bozayran YAİK-nın məsul və səlahiyyətli nümayəndələrinin iştirakı ilə 12 mart 2000-ci il tarixli Akt tərtib olunmuş, İddiaçı ərizəsinə əsasən satılmış tövlə binasının balansında olan, şərqdən maşın yolu, qərbdən tövlə binası, şimaldan döş-qaya, cənubdan kəndə gedən yol ilə həmsərhəd 1(bir) ha torpaq sahəsinin ona istifadəyə (icarəyə) verilməsi məqsədəmüvafiq hesab olunaraq bu barədə DTXK Yardımlı rayon şöbəsinin səlahiyyətli nümayəndələri tərəfindən 12 dekabr 2001-ci il tarixli “Yerin seçim akt”ı tərtib olunmuş, Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2001-ci il tarixli, 123 nömrəli qərarı ilə İddiaçı tövlə binasına bitişik dövlət torpaqlarından 1 (bir) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmiş, bununla əlaqədar İddiaçı ilə torpaq sahəsinin icarəyə verilməsi haqqında 17 dekabr 2001-ci il tarixli, 09 saylı müqavilə bağlanmış, həmin torpaq sahəsinin sxemi və planı, həmçinin sözügedən tövlə binasının texniki pasportu tərtib edimiş, ümumi sahəsi 160,6 kv.m olan və bələdiyyə mülkiyyətinə aid 0,01963 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (tövlə) tam mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışla iddiaçının adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 14 oktyabr 2020ci il tarixli, 1367/3 nömrəli məktubunda qeyd olunmuşdur ki, Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2001-ci il tarixli, 123 nömrəli qərarı ilə İddiaçı 1 (bir) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmiş və həmin torpaq sahəsinin icarə müddəti 2016-cı ildə bitmişdir. Hal-hazırda vaxtilə İddiaçı verilmiş torpaq sahəsində "xxxx" ASC-nin tabeliyində olan çirkab sutəmizləyici qurğu inşa edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş 20 aprel 2010-cu il tarixli “Torpaqların dövlət ehtiyacları üçün alınması” Qanununa əsasən su təchizatı və kanalizasiya sisteminin tikintisi üçün torpağın alınması və tikinti səbəbindən mülkiyyətçiyə dəyən ziyanın əvəzinin ödəniməsi haqqında” 13 mart 2015-ci il tarixli aktdan müəyyən olunur ki, “Alan Orqan” kimi tanınmış "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X16 ilə Layihənin təsirinə məruz qalmış torpaq sahəsinin mülkiyyətçisi İddiaçı arasında qarşılıq razılaşma imzalanmış və aşağıdakılar razılaşdırılmışdır: Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş 20 aprel 2010-cu il tarixli “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa, Dünya Bankının 4.12 saylı Fəaliyyət Siyasətinə və onun Qoşmasına əsasən “Alan Orqan” torpağın alınması və torpağa dəyən ziyana görə yaranmış xərcləri Azərbaycan Hökuməti tərəfindən ayrılmış pul vəsaiti hesabına ödəyir. Azərbaycan Hökuməti tərəfindən ayrılmış pul vəsaiti “Alan Orqan”ın bank hesabına köçürüldükdən sonra dəymiş ziyanın hesablanmış məbləği torpaq sahiblərinin bank hesablarına köçürülür. Kompensasiya məbləğinə layihənin həyata keçirildiyi 3 il müddət ərzində məhsula dəyən ziyanın xərcləri, eləcə də, boru xəttinin keçdiyi gündəlik istifadə edilən torpaq sahəsinin xərcləri və öz torpağında 20 illik zəbt (servitut hüququ) nəticəsində ondan istifadəni məhdudlaşdırmaqla yaranan gəlir itkisi daxil olacaqdır. İş materiallarında olan "xxxx" ASC Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi Qrupunun İddiaçı ünvanladığı 18 mart 2016-cı il tarixli, 084m nömrəli məktubunda bildirilmişdir ki, X13 sanitar zonası “Tikinti Norma və Qaydaları”na əsasən 100 m qəbul edilmişdir. Sizin mülkiyyətinizdə olan torpaq sahəsi tikinti altına və mal-qara üçün tikilmiş tövləniz sanitar zonasına düşdüyünə görə dövlət ehtiyacları üçün satın alınacaqdır. Hal-hazırda müvafiq sənədləşdirilmə işləri yerinə yetirilir və bu işlər tamamlanan kimi Sizə kompensasiya ödəniləcəkdir. İş materiallarında olan "xxxx" ASC Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi Qrupunun İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, 397m nömrəli məktubun məzmunundan müəyyən olunur ki, iddiaçı X13 icarə hüququ əsasında ona məxsus torpaq sahəsində tikilməsi və mülkiyyətində olan tövlə binasının həmin qurğunun sanitar zonasına düşməsi ilə əlaqədar kompensasiyanın ödənilmədiyindən şikayət etmiş, inzibati orqan isə X4 məxsus olduğunu iddia etdiyi torpaq sahəsində tikilməsini və mülkiyyətində olan tövlə binasının qurğunun sanitar zonasına düşməsini təsdiq edərək qeyd olunan daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərin təqdim olunacağı təqdirdə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa müvafiq olaraq həmin əmlakların satın alınacağını bildirmişdir. İş materiallarında olan "xxxx" ASC Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi Qrupunun İddiaçı ünvanladığı 13 noyabr 2019-cu il tarixli, 339m nömrəli digər məktubunda X13 tikildiyi torpaq sahəsinin ona məxsusluğunu təsdiq edən hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, araşdırma zamanı həmin torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olduğunun müəyyən edildiyi, həmçinin, mülkiyyətində olan tövləyə tikinti təşkilatı tərəfindən heç bir müdaxilə olunmadığı, tövləyə gedən yolun açıq olduğu və heç bir çətinlik olmadan mal-qara tövləsindən tam istifadə edə biləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı 28 iyul 2021-ci il tarixli, 11/17-594 nömrəli məktubunda bildirilmişdir: Sizin Yardımlı rayonunda X21 qurğunun tikintisi altına düşən torpaq sahəsinə və qurğunun sanitar-mühafizə zonasında yerləşən mal-qara tövləsinə dəymiş ziyana görə kompensasiyanın ödənilməməsi barədə Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış təkrar müraciətinizə baxılmışdır. İlkin araşdırmalar zamanı X21 qurğunun tikintisi altına düşən torpaq sahəsinin Sizə məxsus olduрunu bildirmişdiniz. Bununla əlaqədar 2013-cü ildə Sizə torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin təqdim edilməsi bildirilmiş, lakin Siz tərəfindən yalnız keçmiş X17 İcraiyyə Komitəsi tərəfindən verilmiş icarə sənədləri təqdim edilmişdir ki, bununla da kompensasiyanın müəyyənləşdirilərək ödənilməsi mümkün olmamışdır. Qeyd olunan torpaq sahəsinin Sizə məxsus olması barədə heç bir hüquqi sənəd təqdim edilməmişdir. Eyni zamanda layihə altına düşmüş torpaq sahələrinin müəyyənləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC tərəfindən kadastr planları və çıxarışlar hazırlandıqdan sonra məlum olmuşdur ki, X21 qurğunun tikintisi altına düşən və Sizin iddia etdiyiniz torpaq sahəsi başqa şəxslərin mülkiyyətindədir. Bu sənədlərə uyğun olaraq müstəqil qiymətləndirici şirkət tərəfindən qiymətləndirmə işləri aparılaraq torpaq mülkiyyətçilərinə kompensasiya ödənilmisdir. Mal-qara tövləsi isə qeyriyaşayış sahəsi olduğundan X21 qurğunun sanitar-mühafizə zonasından köçürülməsi məqsədəuyğun hesab edilməmişdir. Tikinti zamanı tövləyə zərər dəyməmiş, gediş-gəliş yolu tam açıqdır və istifadəsində heç bir maneələr yoxdur. Bununla əlaqədar Sizin Əmlak Məsələləri Dövlət Xidmətinin 8 saylı Ərazi İdarəsinə və torpaq mülkiyyətçilərinə qarşı qaldırdırdığınız iddia məhkəmədə baxılmış və təmin edilməmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22 oktyabr 2020-ci il tarixli, 098n nömrəli əmrinin surətindən görünür ki, Milli Su Təchizatı və Kanalizasiya Xidmətlərinin İkinci Layihəsi üzrə tikintisi tamamlanmış içməli su şəbəkəsi və qurğularının, eləcə də kanalizasiya şəbəkələrinin "xxxx" ASC-nin balansına verilməsi məqsədilə Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi Qrupu ləğv edilmiş, aktiv və passivlərinin varisi Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyəti elan olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyətinin məhkəməyə ünvanladığı 10 noyabr 2021-ci il tarixli, m/7-759 nömrəli məktubunda bildirilmişdir: Yardımlı şəhərinin aşağı hissəsində, Dəryavar kəndi ərzaisində X21 qurğunun tikintisi üçün torpaq sahəsi seçilmişdir. İlkin araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatlara görə həmin torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. Bunu nəzərə alaraq 2013-cü ildə onunla görüş keçirilmiş və torpaq sahəsinin ona məxsus olması barəsində sənədlərin təqdim edilməsi diqqətinə çatdırılmışdır. 2013-cü ildə İddiaçı tərəfindən Yardımlı rayon keçmiş X17 İcraiyyə Komitəsi tərəfindən verilmiş icarə sənədləri təqdim edilmiş və həmin anda ona bildirilmişdir ki, torpaq sahəsinin ondan alınması və kompenasasiya ödənilməsi üçün həmin torpaq sahəsinə aid mülkiyyət sənədlərini təqdim etməlidir. Mütəxəssislər tərəfindən ona bildirilmişdir ki, torpaq sahəsinə aid hüquqverici sənədlər təqdim edildikdən sonra həmin torpaq sahəsi tikinti altına düşdüyünə görə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq satın alınacaqdır. Bilidririk ki, İddiaçı tərəfindən layihə müddətində heç bir hüquqi sənəd İşçi Qrupa təqdim edilməmişdir. Layihə altına düşmüş torpaq sahəsinin və onun üzərində əmlakın qiymətləndirilməsi üçün "xxxx" ASC-nin sifarişi ilə ilkin sənədlər əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin "xxxx" MMC tərəfindən kadastr planından çıxarış hazırlanmışdır. Məlum olmuşdur ki, X21 qurğunun tikintisi altına düşən torpaq hansı ki, İddiaçı tərəfindən iddia edilən sahə başqa şəxslərin, Əhmədov İlqar və həyat yoldaşı olan X9 (İddiaçı bacısı) mülkiyyətindədir. Maliyyə Nazirliyi tərəfindən həmin torpaq sahəsinin satın alınması üçün ayrılmış vəsait İşçi Qrupu tərəfindən mövcud qanunvericiliyə əsasən Yardımlı rayon dövlət Notariusunun depozit hesabına köçürülmüşdür. İşçi Qrupunun mütəxəssisi dəfələrlə İddiaçı ilə keçirilmiş görüşdə torpaq sahəsinin ona məxsus olması barədə hüquqi sənədləri notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması üçün notariusa təqdim etməsi bildirilmişdir. Qeyd olunan torpaq sahəsinin ona məxsus olması barədə heç bir hüquqi sənəd təqdim edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Şirvan İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Əhmədov İlqar və Əhmədov Eldara qarşı sözügedən ərazinin ona məxsus olması barədə iddia qaldırmış və məhkəmə tərəfindən onun iddiası təmin edilməmişdir. Yardımlı rayonunda X21 qurğunun tikintisi altına düşmüş torpaq sahəsinin hüquqi sahibləri ilə "xxxx" ASC arasında 15 sentyabr 2020-ci il tarixində Masallı regional “ASAN xidmət” mərkəzində daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən ona məxsus olduğu iddia edilən malqara tövləsi ilə əlaqədar bildiririk ki, tikinti təşkilatı tərəfindən həmin tövləyə heç bir müdaxilə edilməmiş, tövləyə gediş-gəliş yolu tam açıqdır və heç bir çətinlik olmadan tövlədən tam istifadə edə bilər. Nəzərinizə çatdırırıq ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində nəzərdə tutulan tikinti-quraşdırma işləri tamamlandığı üçün "xxxx" ASC-nin 098-ü saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən 01 noyabr 2020-ci il tarixindən İşçi Qrupu ləğv edilərək onun aktiv və passivlərinin varisi Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X3 Müdriyyəti elan olunmuşdur. İş materiallarına əsasən, İddiaçı tərəfindən iddia edilən sahə başqa şəxslərin, Əhmədov İlqar və həyat yoldaşı olan X10 (İddiaçı bacısı) mülkiyyətindədir. Maliyyə Nazirliyi tərəfindən həmin torpaq sahəsinin satın alınması üçün ayrılmış vəsait İşçi Qrupu tərəfindən mövcud qanunvericiliyə əsasən Yardımlı rayon dövlət Notariusunun depozit hesabına köçürülmüşdür. İşçi Qrupunun mütəxəssisi dəfələrlə İddiaçı ilə keçirilmiş görüşdə torpaq sahəsinin ona məxsus olması barədə hüquqi sənədləri notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması üçün notariusa təqdim etməsi bildirilmişdir. Qeyd olunan torpaq sahəsinin ona məxsus olması barədə heç bir hüquqi sənəd təqdim edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Şirvan İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Əhmədov İlqar və Əhmədov Eldara qarşı sözügedən ərazinin ona məxsus olması barədə iddia qaldırmış və məhkəmə tərəfindən onun iddiası təmin edilməmişdir. Yardımlı rayonunda X21 qurğunun tikintisi altına düşmüş torpaq sahəsinin hüquqi sahibləri ilə "xxxx" ASC arasında 15 sentyabr 2020-ci il tarixində Masallı regional “ASAN xidmət” mərkəzində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyəti publik hüquqi şəxsin məhkəməyə ünvanladığı 11 dekabr 2024-cü il tarixli, 3-53-5/2-842/2024 nömrəli məktubunda Yardımlı şəhərinin aşağı hissəsində, Dəryavar kəndi ərzaisində X21 qurğunun tikintisinin 2017-2018-ci illərdə aparıldığı bildirilmişdir. İddiaçı Yardımlı rayon Bozayran YAİK-nın 07 mart 2000-ci il tarixli, 05№-li iclas protokoluna əsasən ******* (AZM) manat təşkil edən dəyəri ödənilməklə ona satılmış və tam mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarışla adına rəsmiləşdirilmiş, keçmiş Dəryavar kəndli (fermer) təsərrüfatına məxsus, 1988-ci ildə tikilmiş, uzunluğu 30 metr, eni 6,5 metr, hündürlüyü 4,3 metr olan, sadə tipli tövlə binasının "xxxx" ASC-nin balansında olan X13 sanitar zonasında yerləşdiyini və bu səbəbdən həmin mülkiyyətindən istifadasinə maneələr yarandığını, habelə Yardımlı RİH, RAİK, Bozayran YAİK-nın məsul və səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 12 mart 2000-ci il tarixli Aktla bina ətrafı 1(bir) ha torpaq sahəsinin əvəzsiz olaraq onun istifadəsinə və həmçinin Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2001-ci il tarixli, 123 nömrəli qərarı ilə mülkiyyətində olan tövlə binasına bitişik dövlət torpaqlarından daha 1 (bir) hektar torpaq sahəsinin 15 (on beş) il müddətinə ona icarəyə verildiyini, X13 həmin torpaq sahələrində inşa edildiyini bildirmiş, qeyd olunanlara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vurulmuş maddi ziyan və əldən çıxmış faydanın məbləği olaraq 4.368.753 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertlər qarşısında – “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 0.01963 hektar torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Yardımlı Rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli, 123 saylı sərancamına və 17 dekabr 2001-ci il tarixli, 09 saylı İcarə müqaviləsinə əsasən Dəryavar kənd sakini İddiaçı Dəryavar kəndi yaxınlığındakı Viləş çayı ətrafındakı tövlə binasına bitişik 15 il müddətinə icarəsinə verilmiş 1 (bir) hektar torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yardımlı rayonunda tikilmiş X21 qurğu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 0.01963 hektar torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirmi? Əgər sözügedən qurğu iddiaçıya məxsus torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşmirsə, həmin qurğu ilə iddiaçının mülkiyyətində olan Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 160,6 m2-dən ibarət qeyri-yaşayış binası və 0.01963 hektar torpaq sahəsi arasındakı ara məsafəsi nə qədərdir? - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Yardımlı rayonunda tikilmiş X21 qurğunun inşası nəticəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 160,6 m2-dən ibarət qeyri-yaşayış binasına və 0.01963 hektar torpaq sahəsinə gedən yol yeri bağlanmışdırmı və yaxud sözügedən qurğunun həmin ərazidə inşa edilməsi nəticəsində iddiaçıya öz mülkiyyətindən istifadəsinə hər hansı maneə yaradırmı? - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 160,6 m2-dən ibarət qeyri-yaşayış binasının və 0.01963 hektar torpaq sahəsinin yerləşdiyi əraziyə yaxın məsafədə 10 min Kvt-luq hava elektirik verilişi xətti çəkilmişdirmi? Əgər çəkilmişdirsə həmin elektrik xətti ilə iddiaçının mülkiyyətində olan Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 160,6 m2-dən ibarət qeyri-yaşayış binası və 0.01963 hektar torpaq sahəsi arasındakı ara məsafəsi nə qədərdir? Eləcə də həmin elektrik xəttinin çəkilişi nəticəsində iddiaçının öz mülkiyyətindən istifadəsinə maneə törədirmi? - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yardımlı rayonunda tikilmiş X21 qurğu Yardımlı Rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli, 123 saylı sərancamına və 17 dekabr 2001-ci il tarixli, 09 saylı İcarə müqaviləsinə əsasən Dəryavar kənd sakini İddiaçı Dəryavar kəndi yaxınlığındakı Viləş çayı ətrafındakı tövlə binasına bitişik 15 il müddətinə icarəsinə verilmiş 1 (bir) hektar torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirmi? Əgər yerləşirsə hansı ölçüdə yerləşməsi müəyyən edilsin” məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 17 mart 2023-cü il tarixli, 10/561 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Yardımlı rayonu Dəryavar kəndi ərazisində İddiaçı **********06-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı”nın elektron baza materialının döngə nöqtələrinin koordinatlarına görə qeyri-yaşayış (tövlə) tikilisinin icarəyə verilmiş 0,01963 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hüdudları daxilində naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən Çıxarışda göstərilmişdir. Yardımlı rayonu Dəryavar kəndi ərazisində İddiaçı icarəyə verilmiş 0,01963 ha **********06-06301 reyestr nömrəli Çıxarışın elektron baza materialı döngə nöqtələri koordinatlarının “Texniki Pasport”un şərti istinad planı koordinatları ilə müqayisədə qismən uyğunsuzluqların olduğu müəyyən edilmişdir. - Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi ərazi kimi plana alınmış 1,33 hektaradək torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən Çıxarışda göstərilmişdir.Yardımlı Rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli, 123 saylı sərəncamına əsasən İddiaçı icarəsinə verilmiş 1,0 hektara aid olan 17 dekabr 2001-ci il tarixli, 09 saylı Torpaq icarəsi müqaviləsinin torpaqayırma sxeminin məkan göstəricilərinin (koordinatlarının) olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə naturadakı yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadı. - Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Yardımlı rayonu Dəryavar kəndi ərazisində **********06-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı”nın elektron baza materialının döngə nöqtələrinin koordinatlarına görə İddiaçı icarəyə verilmiş qeyri-yaşayış (tövlə) tikilialtı və ətrafı 0,01963 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş X21 qurğunun hasarlanmış ərazisinin qərb istiqamətində hüdudlardan kənarda olmaqla 8,3 m və 16,7 m ara məsafədə yerləşir. - Qərardadın dördüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Yardımlı rayonu Dəryavar kəndi ərazisində **********06-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ‘Torpaq sahəsinin planı”nın elektron baza materialının döngə nöqtələrinin koordinatlarına görə İddiaçı Xubalı oğluna icarəyə verilmiş qeyri-yaşayış (tövlə) tikilialtı və ətrafı 0,01963 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə gedən yol naturada mövcud olmadığı müəyyən edilmişdir. - Qərardadın beşinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Yardımlı rayonu Dəryavar kəndi ərazisində İddiaçı **********06-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı”nın elektron baza materialının döngə nöqtələrinin koordinatlarına görə icarəyə verilmiş 0,01963 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hüdudları daxilində yerləşən qeyri-yaşayış (tövlə) tikilisinin cənub istiqamətində 4,6 m və 2,4 m şərq istiqamətində isə 5,2 m və 19,0 m məsafədə 10 kvt-luq hava elektrik verilişi xətti keçir. Bu 10 kvt-luq hava elektrik verilişi xətti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən Çıxarışda göstərilmişdir. Qərardadın altıncı sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Yardımlı rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli, 123 saylı sərəncamına əsasən İddiaçı icarəsinə verilmiş 1,0 hektara aid olan 17 dekabr 2001-ci il tarixli, 09 saylı Torpaq icarəsi müqaviləsinin torpaqayırma sxeminin məkan göstəricilərinin (koordinatlarının) olmaması səbəbindən iddia olunan torpaq sahəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş X21 qurğunun hasarlanmş ərazisinin hüdudları daxilində dəqiqliklə yerləşmə yerini müəyyən etməyin mümkün olmadığını” vurğulamışlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş X21 qurğunun sanitar-mühafizə zonası nəzərdə tutulmuşdurmu? Əgər nəzərdə tutulmuşdursa sanitar-mühafizə zonasının sərhədləri hansı məsafədə müəyyən edilmişdir? - Yardımlı rayonu Dəryavar kəndi ərazisində **********06-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı Xubalı oğlunun mülkiyyətində olan qeyri-yaşayış (tövlə) binası və ətrafı 0,01963 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş X21 qurğunun sanitar-mühafizə zonasına düşürmü? Əgər sözügedən qeyri-yaşayış (tövlə) binası və ətrafı 0,01963 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi hər hansı hissədə həmin zonaya düşürsə, zonaya düşən hissənin ölçüsünün və sərhədlərinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 26 oktyabr 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş X21 qurğunun sanitar-mühafizə zonası nəzərdə tutulmuşdurmu? Əgər nəzərdə tutulmuşdursa sanitar-mühafizə zonasının sərhədləri hansı məsafədə müəyyən edilmişdir? - Yardımlı rayonu Dəryavar kəndi ərazisində **********06-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı Xubalı oğlunun mülkiyyətində olan qeyri-yaşayış (tövlə) binası və ətrafı 0,01963 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş X21 qurğunun sanitar-mühafizə zonasına düşürmü? Əgər sözügedən qeyri-yaşayış (tövlə) binası və ətrafı 0,01963 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi hər hansı hissədə həmin zonaya düşürsə, zonaya düşən hissənin ölçüsünün və sərhədlərinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 09 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/6693 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci və ikinci sualları üzrə: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 21-3-44/2-3931/2024 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planına əsasən, **********06-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış (tövlə) binası və ətrafı 0,01963 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş X21 qurğunun yerləşdiyi torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş X21 qurğunun layihə sənədləri iş materiallarında olmadığından həmin qurğunun mühafizə zonasının nəzərdə tutulubtutulmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunduğu kimi, İddiaçı cavabdeh inzibati orqana məxsus X13 Yardımlı RİH, RAİK, Bozayran YAİK-nın məsul və səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 12 mart 2000-ci il tarixli Aktla əvəzsiz olaraq ona verilmiş mülkiyyətində olan tövlə binasının ətrafındakı 1(bir) ha torpaq sahəsində, həmçinin Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2001-ci il tarixli, 123 nömrəli qərarı ilə 15 (on beş) il müddətinə ona icarəyə verilmiş mülkiyyətində olan tövlə binasına bitişik dövlət torpaqlarından daha 1 (bir) hektar torpaq sahəsində inşa edildiyini, nəticədə ona məxsus 2(iki) hektar torpaq sahsi üzrə istifadə hüququndan məhrum olduğunu bildirmiş, qeyd olunanlara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vurulmuş maddi ziyan və əldən çıxmış faydanın məbləği olaraq 4.368.753 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsini tələb edir. İş materiallarının məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Yardımlı RİH, RAİK, Bozayran YAİK-nın məsul və səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 12 mart 2000-ci il tarixli aktla əvəzsiz olaraq verilmiş mülkiyyətində olan tövlə binasının ətrafındakı 1(bir) ha torpaq sahəsi üzərində İddiaçı heç bir hüquqmüəyyənedici sənədə malik deyildir. Həmin akt isə iddiaçının 1 (bir) ha torpaq sahəsi üzərində hər hansı hüququnun (mülkiyyət, icarə, istifadə) mövcud olmasını təsdiq edən hüquqi sənəd hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Göründüyü kimi, qanunverici torpaq sahəsinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsinin hüquqi əsası kimi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarının və tərəflər arasında bağlanmış müqavilənin olmasını tələb edir. İddiaçı 12 mart 2000-ci il tarixli Aktla ona əvəzsiz olaraq verilmiş 1(bir) ha torpaq sahəsi ilə bağlı sərəncam və ya qərarın, habelə həmin torpaq sahəsi üzrə onunla bağlanılmış müqavilənin mövcudluğu baradə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2-1 (086)-143/2019 nömrəli qərarında da sözügedən 12 mart 2000-ci il tarixli Akta hüquqi qiymət verimiş və həmin Akt hüquqmüəyyənedici sənəd kimi qəbul edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının Yardımlı RİH, RAİK, Bozayran YAİK-nın məsul və səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 12 mart 2000-ci il tarixli Aktla əvəzsiz olaraq verilmiş mülkiyyətində olan tövlə binasının ətrafındakı 1(bir) ha torpaq sahəsi ilə bağlı vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbi əsassızdır və bu hissədə cavabdeh inzibati orqan kompensasiyanın ödənilməsindən imtina etməkdə haqlıdır. Bundan başqa, iş materiallarına əsasən Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2001-ci il tarixli, 123 nömrəli qərarı ilə İddiaçı mülkiyyətində olan tövlə binasına bitişik dövlət torpaqlarından 1 (bir) hektar torpaq sahəsinin 15 (on beş) il müddətinə icarəyə verilməsi qərara alınmış, həmin torpaq sahəsinin sxemi və planı tərtib edimiş, tərəflər arasında torpaq sahəsinin icarəyə veilməsi haqqında 17 dekabr 2001-ci il tarixli, 09 saylı müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və torpaq sahələri üzərində hüquqların yalnız müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranması imperativ norma kimi nəzərdə tutulmuşdur. Lakin iş materiallarına əsasən Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2001-ci il tarixli, 123 nömrəli qərarı ilə dövlət torpaqlarından icarəyə verilməsi qərara alınmış 1 (bir) hektar torpaq sahəsi üzərində İddiaçı icarə hüququ dövlət qeydiyyatından keçirilməmiş, bununla da, onun həmin torpaq sahəsindən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyəti publik hüquqi şəxsin məhkəməyə ünvanladığı 11 dekabr 2024-cü il tarixli, 3-53-5/2-842/2024 nömrəli məktubundan görünür ki, Yardımlı şəhərinin aşağı hissəsində, Dəryavar kəndi ərzaisində X21 qurğunun tikintisi 2017-2018-ci illərdə, yəni, Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2001-ci il tarixli, 123 nömrəli qərarı əsasında dövlət torpaqlarından 15 il müddətinəə icarəyə verilmiş 1 (bir) hektar torpaq sahəsidən İddiaçı istifadə hüququ bitdikdən (17 dekabr 2016-cı il) sonra aparılmış, bu zaman həmin torpaq sahəsi artıq başqa şəxslərin, iş materiallarında olan kadastr planından çıxarışlara və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən Əhmədov İlqar və həyat yoldaşı olan X10 (İddiaçı bacısı) mülkiyyətinə verilmiş, Maliyyə Nazirliyi tərəfindən sözügedən torpaq sahəsinin dövlət ehtiyacları üçün satın alınmasına ayrılmış vəsait İşçi Qrupu tərəfindən mövcud qanunvericiliyə əsasən Yardımlı rayon Dövlət Notariusunun depozit hesabına köçürülmüş və torpaq mülkiyyətçilərinə ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Şirvan İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Əhmədov İlqar və Əhmədov Eldara qarşı sözügedən ərazinin ona məxsus olması barədə iddia qaldırmış və məhkəmə tərəfindən onun iddiası təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2001-ci il tarixli, 123 nömrəli qərarı ilə dövlət torpaqlarından icarəyə verilməsi qərara alınmış 1 (bir) hektar torpaq sahəsi ilə bağlı vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbi əsassızdır və cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət (icarə) hüququna müdaxilə edilməmişdir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir (7.1.). Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir (7.2.). Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər (7.3.) : torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər (7.3.1.); Göründüyü kimi, İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin əhatə dairəsinə daxil olan şəxs deyildir. Bundan başqa, iddiaçı şəxsi mülkiyyəti olan mal-qara üçün tikilmiş 30.2 x 6.5 =196.3 kv.m ölçüdə tövlə binasının "xxxx" ASC tərəfindən inşa edilən “X21 Qurğuları Kompleksi” üçün müəyyən olunmuş “sanitar zona”ya düşdüyünü, bununla əlaqədar həmin əmlakından istifadə etməsinə maneələr yarandığını bildirmişdir. İş materiallarında olan "xxxx" ASC Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi Qrupunun İddiaçı ünvanladığı 13 noyabr 2019-cu il tarixli, 339m nömrəli məktubunda X13 tikintisi zamanı mülkiyyətində olan tövləyə tikinti təşkilatı tərəfindən heç bir müdaxilə olunmadığı, tövləyə gedən yolun açıq olduğu və heç bir çətinlik olmadan mal-qara tövləsindən tam istifadə edə biləcəyi bildirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 17 mart 2023-cü il tarixli, 10/561 nömrəli və 09 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/6693 nömrəli ekspert rəylərində İddiaçı mülkiyyətində olan tövlə binasının tikilialtı və ətrafı 0,01963 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş X21 qurğunun yerləşdiyi torpaq sahəsinin sərhədlərindən kənarda olmaqla 8,3 m və 16,7 m ara məsafədə yerləşir. Qeyd olunanlar iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəylərinə əlavə olunmuş yerquruluşu planı ilə də təsdiq olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddiaçının şəxsi mülkiyyətində olan mal-qara üçün tikilmiş 30.2 x 6.5 =196.3 kv.m ölçüdə tövlə binasından istifadəsi üçün maneələrin mövcudluğunu sübuta yetirilməmiş hesab edir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki ºəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları məcmu şəkildə qiymətləndirərk məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 100,0 (bir yüz) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100,0 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X8, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-27/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-27/2025
14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver