Məhkəmə qərarları › İş №2-1(120)-270/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-270/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-270/2025 17.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X28 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “X10 adına keçirilmiş özəlləşdirmə qanunsuz olduğundan və İddiaçı mülkiyyət hüquqları pozulduğundan, keçirilmiş özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X29 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə X30 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərardadları ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci ildə Astara rayonu, Siyəkü kəndində anadan olmuş və hazıradək orada yaşayır. Onlar ailədə 5 uşaq olublar. O, xx.xx.1996-cı ildə X31 ilə rəsmi nikaha daxil olmuşdur. O, ailəsi ilə birlikdə X15 məxsus Astara rayonu Siyəkü kəndində yerləşən evdə yaşamış və bu gündə həmin evdə yaşayırlar. Həmin ev onun atasına məxsus olmuş, bütün sənədlər də atasının adına olmuşdur. X59 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İki bacısı ərə gedib başqa ünvana köçmuşlər. İki qardaşı isə özlərinə yeni ev tikib başqa yerə köçmüşlər. Həmin evdə onun anası və ailəsi birlikdə yaşamışlar. Son 5 ildə anası X6 qardaşı ilə birlikdə yaşayır. X5 10 ildən artıqdır ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Anasının adına verilmiş çıxarışdan onun məlumatı olmamışdır. Qeyd edir ki, çıxarış verilmiş ev İddiaçı atasından qalmış miras evdir və onun həmin miras əmlakda payı vardır. Lakin ev sənədləşdirilərkən ona məlumat verilməmişdir. Yerli icra hakimiyyəti arayış verərkən evdə faktiki yaşayanların deyil, Bakı şəhərində yaşayan qardaşı Sakit Dənziyevin və onun ailə üzvlərinin adları qeyd edilərək həmin evə sənəd düzəldilmiş və həmin sənədlər reyester idarəsinə təqdim edilərək tam mülkiyyət hüququ ilə anasının adına sənədləşdirilmişdir. Həmin çıxarışın verilməsinə əsas olan sənədlər onun mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, sözü gedən ünvanda (Astara rayonu, Siyakü kəndi ərazisində) yerləşən 1 saylı mənzilə dair vətəndaş X11 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsasında tam qanunamüvafiq qaydada verilmişdir. Sözü gedən mənzilə dair hüquqmüəyyənedici sənəd olaraq təqdim olunmuş sənədlər üzrə həmin dövrdə faktiki yerində aidiyyəti mütəxəssis tərəfindən keçirilən müayinənin (çöl ölçmə işləri) nəticələrinə uyğun hazırki sərəncamda, habelə iddia ərizəsində barəsində qeyd olunan şəxsin (X32) adına daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq olaraq həmin 10 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. Həmin əmlaka dair arxiv və baza məlumatları araşdırılarkən məlum oldu ki, hazırda mübahisələndirilən sözü gedən mənzil Astara rayon Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-266 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında artıq özgəninkiləşdirilmiş və sonuncu mülkiyyətçi olaraq X12 adına daşınmaz əmlakın dövlət reyestrindən 17 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. Bu baxımdan bildirir ki, qeyd olunan əmlak özgəninkiləşdirildiyi səbəbdən, əvvəlki hüquq sahibi olaraq X11 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş həmin 10 noyabr 2021 -ci il tarixli, ********** qeydiyyat nömrəii müvafiq “Çıxarış” hal-hazırda qüvvəsini itirmiş hesab edilir, yəni Milli Qeydiyyat Sistemində artıq digər şəxsin adına müvafiq qeydiyyat aparılmışdır. Qeyd olunanlara əsasən həmin çıxarışın ləğv edilməsinə dair hazırki iddia tələbinin əsaslılığı və qanuniliyi baxımından təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. İddiaçının nümayəndəsi-vəkili üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini və təxirə salınmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X47 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı X11 adına qeydiyyata alınmışdır. X37, X16, X38, X33, X17 notarial qaydada təsdiq olunmuş ərizə ilə həmin mənzilin X11 adına özəlləşdirilərək xüsusi mülkiyyətinə verilməsinə razılıq vermişdirlər. Astara rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd İnzibati Ərazi Dairəsi üzrə nümyəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, X4 rayonu Siyəkü kəndində yaşayır, ev 1 mərtəbəli, 4 otaqlı, 96.8 kv.m yaşayış sahəsindən ibarətdir. X8, X37, X18, X38 və X39 daimi qeydiyyatdadırlar. Siyaku Çayçılıq sovxozunun xx.xx.1995-ci il tarixli 68 nömrəli Əmrində qeyd edilmişdir ki, sovxozla X23 arasında bağlanmış 1967-ci il tarixli müqaviləyə əsasən, yaşadığı yaşayış evi onunla birlikdə yaşayan ailə üzvləri, 1.X33, 2.X19, 3. X7 razılığı ilə qanunla müəyyən edilmiş şərtlərlə əvəzsiz olaraq X9 şəxsi mülkiyyətinə verilsin. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı məktubda onun tələbinin təmin edilməsindən imtina edilərək qeyd edilmişdir ki, qeyd olunan məsələnin həlli Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı X12 adına qeydiyyata alınmışdır. Astara rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd İnzibati Ərazi Dairəsi üzrə nümyəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət X64 Şəxsinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı Döviət reyestrindən ********** saylı 10 noyabr 2021-ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işlə bağlı Astara rayon İHB-nin Siyaku kənd İƏD-si üzrə nümayəndəliyi məlumat üçün bildiril ki, Astara rayonun ərazisində İddiaçı məxsus ayrıca evlər yoxdur. Astara rayon İHB-nın Siyaku kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci ıl və xx.xx.2023-cü il tarixli arayışlar mötəbərlidir. İddiaçı, Anası Nəbiyeva /Dənzıyeva/ Ətrifə Ağadədə qızı və ailə üzvləri ilə birlikdə 0,53 ha Astara rayon ərazisində kənd təsərrüfatı Təyinatı torpaq sahəsi vardır. Astara rayonun Vaqo kəndində fərdi ev timəkdən ötrü 0.06 ha torpaq sahəsi vardır.İddiaçı,Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 nömrəli Təsərrüfatbaşına kitabının 46-cı səhifəsində 1076 saylı şəxsi hesabı olmaqla təsərrüfatdan ayrıdır. Lakin 2015-2024-cü ilə kimi anası X20 məxsus evdə qeydiyyatda olmaqla həyat yoldaşı və uşaqları ilə birlikdə Bakı şəhərinə köçmüş və orada yaşamışlar. 2024-cü ilin iyun ayından Siyaku kəndinə qayıtmış və hal- hazıra kimi anası X20 məxsus evdə yaşayırlar. X37 və ailə üzvləri anası X20 məxsus Astara rayonun Siyaku kəndində yerləşən evdə qeydiyyayda olmaqia 1995-ci ildə Bakı şəhərinə köçmüş, hal-hazırda orada yaşayırlar. İddiaçı Astara rayonun Vaqo kəndində mərhum babasına məxsus evdə anadan olmuşdur. X32 1970-1980-cı illərdə Siyaku Çayçılıq sovxozunda fəhlə işləmişdir. Siyaku Çayçılıq sovxozu tərəfindən 1978-ci ildə ona Siyaku kəndində ev verilmiş və ora köçmüşlər. Astara rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd İnzibati Ərazi Dairəsi üzrə nümyəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı və ailə üzvləri anası X20 məxsus Astara rayonun Siyaku kəndində yerləşən evdə qeydiyyaydadırlar. Torpağa mülkiyyət hüququna dair JN 0458 saylı Dövlət Aktından müəyyən olunur ki, X19 ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli Qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.53 ha torpaq sahəsi verilmişdir. Təsərrüfatbaşına kitabdan çıxarışdan müəyyən olunur ki, X9 təsərrüfatında təsərrüfat üzvləri kimi X37, X33, X24, X38, X40 və X13 qeyd edilmişdir. Təsərrüfatbaşına kitabdan çıxarışdan müəyyən olunur ki, X25 təsərrüfatında təsərrüfat üzvləri kimi İddiaçı, X26 və X34 qeyd edilmişdir. Daşınmaz Əmlakın 22 aprel 2022-ci il tarixli, AN-İN ******* nömrəli Alqı-satqı müqaviləsi ilə X32 mülkiyyətində olan Siyəku kəndi, ev 3, mənzil 1 ünvanını X2. Astara rayon Məhkəməsinin 2(018)-651/2022 saylı, 14 iyun 2022-ci il tarixli Qətnaməsinə əsasən, iddiaçılar İddiaçı və X14 cavabdehlər X20, X22, Astara rayon Notariat ofisinə və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “22 aprel 2022-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(106)-1891/2022 saylı Qətnaməsi ilə Astara rayon Məhkəməsinin 2(018)-651/2022 saylı, 14 iyun 2022-ci il tarixli Qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd İnzibati Ərazi Dairəsi üzrə nümyəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5 nömrəli arayışında qeyd edilmişdir ki, Astara rayon İHB-nın Siyaku kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli arayışlar mötəbərdir. X37 və ailə üzvləri anası X20 məxsus Astara rayonun Siyaku kəndində yerləşən evdə 2002- 2003-cü illərdə yaşamış və orada qeydiyyayda olmaqla Bakı şəhərinə köçmüş, halhazırda orada yaşayırlar. İddiaçı - xx xxxxxx 1972-ci il tarixdə Siyaku kənd İƏD-si üzrə nümayəndəliyinin Vaqo kəndində anadan olmuşdur. X32 uzun müddət Siyaku çayçılıq sovxozunda fəhlə işləmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd İnzibati Ərazi Dairəsi üzrə nümyəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 206 nömrəli arayışında qeyd edilmişdir ki, X37,Astara rayonun Siyaku kəndində anası X20 məxsus evdə, nümyəndəliyin 16 saylı Təsərrüfatbaşına kitabının 44-cü səhifəsində 886 nömrəli şəxsi hesabda qeydiyyatda olmaqla, hal-hazırda orada yaşamır, uzun müddətdir Bakı şəhərinə getmiş və orada yaşayır. Astara rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 21/1 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Nəbiyeva (Dənziyeva) Ətrifə Ağadədə qızı “Fioletov” adına sovxoza xx.xx.1983-cü il tarixli 112 nömrəli əmrlə işə qəbul olmuş, xx.xx.1993-cü il tarixli 10 saylı əmr ilə işdən azad edilmişdir. Nəbiyeva (Dənziyeva) Ətrifə Ağadədə qızı 1972- 1974, 1977-1978, 1983-1993-cü illərdə əmək haqqı almışdır. Astara rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd İnzibati Ərazi Dairəsi üzrə nümyəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 12 nömrəli arayışında qeyd edilmişdir ki, Astara rayonun ərazisində İddiaçı məxsus ayrıca evlər yoxdur. Anası Nəbiyeva /Dənziyeva/ Ətrifə Ağadədə qızı və ailə üzvləri ilə birlikdə 0,53 ha Astara rayon ərazisində kənd təsərrüfatı Təyinatı torpaq sahəsi vardır. İddiaçı, Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 nömrəli Təsərrüfatbaşına kitabının 46-cı səhifəsində 1076 saylı şəxsi hesabı olmaqla təsərrüfatdan ayrıdır. Lakin 1995-2021-ci illərdə anası X20 məxsus evdə qeydiyyatda olmaqla həyat yoldaşı və uşaqları ilə birlikdə Bakı şəhərində yaşayırlar. X37 və ailə üzvləri anası X20 məxsus Astara rayonun Siyaku kəndində yerləşən evdə 1995-2021-ci illərdə qeydiyyayda olmaqla Bakı şəhərinə köçmüş, hal-hazırda orada yaşayırlar. Astara rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 38 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Astara rayonun Siyakü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 2001- 2005-ci illərin təsərrüfatbaşına kitablarına əsasən 10 saylı kitabın 710 №-li şəxsi hesabında X25 təsərrüfatının xüsusi mülkiyyətində torpaq sahəsi qeyd edilməmişdir. X25 ailə üzvləri X43, ailə başçısı İddiaçı əri, X26 oğlu, X34 oğlu. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia, etiraz ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, X32 xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək sovxozda işləmiş və Siyaku Çayçılıq sovxozunun xx.xx.1995-ci il tarixli 68 nömrəli Əmrinə əsasən, sözügedən yaşayış evi onunla birlikdə yaşayan ailə üzvləri, X33, X19, X7 razılığı ilə qanunla müəyyən edilmiş şərtlərlə əvəzsiz olaraq X9 şəxsi mülkiyyətinə verilmişdir. Və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 3 ünvanı X11 adına reyestrdə qeydiyyata alınmışdır. Həmin dövrdə Astara rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd İnzibati Ərazi Dairəsi üzrə nümyəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, X4 rayonu Siyəkü kəndində yaşayır, ev 1 mərtəbəli, 4 otaqlı, 96.8 kv.m yaşayış sahəsindən ibarətdir. X8, X37, X18, X38 və X39 daimi qeydiyyatdadırlar. Həmin ev şəxsin adına reyestrdə qeydiyyata alınarkən ailə üzvləri olaraq X37, X16, X38, X33, X17 notarial qaydada təsdiq olunmuş ərizə ilə mənzilin X11 adına özəlləşdirilərək xüsusi mülkiyyətinə verilməsinə razılıq vermişdirlər. Bundan sonra X3 Gülsüm Həmzağa qızı arasında Daşınmaz Əmlakın 22 aprel 2022-ci il tarixli, AN-İN ******* nömrəli Alqı-satqı müqaviləsi bağlanmış və Siyəku kəndi, ev 3, mənzil 1 ünvanını X1. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 3 ünvanı X12 adına qeydiyyata alınmışdır. Məhkəmə diqqətə çatdırır ki, həmin çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə məsələyə hüquqi qiymətini vermişdir. Belə ki, İddiaçı və X31 cavabdehlər X20, X22, Astara rayon Notariat ofisinə və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “22 aprel 2022-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və Astara rayon Məhkəməsinin 2(018)-651/2022 saylı, 14 iyun 2022-ci il tarixli Qətnaməsinə əsasən, iddia tələbi təmin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(106)-1891/2022 saylı Qətnaməsi ilə Astara rayon Məhkəməsinin 2(018)-651/2022 saylı, 14 iyun 2022-ci il tarixli Qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. İş materiallarında olan bütün arayışların ümumi tədqiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı, Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 nömrəli Təsərrüfatbaşına kitabının 46-cı səhifəsində 1076 saylı şəxsi hesabı olmaqla təsərrüfatdan ayrıdır. X37 və ailə üzvləri isə anası X20 məxsus Astara rayonun Siyaku kəndində yerləşən evdə 1995-2021-ci illərdə qeydiyyayda olmaqla Bakı şəhərinə köçmüş, hal-hazırda orada yaşayırlar. Belə ki, Təsərrüfatbaşına kitabdan çıxarışdan müəyyən olunur ki, X9 təsərrüfatında təsərrüfat üzvləri kimi X37, X33, X24, X38, X40 və X13 qeyd edilmişdir. Həmçinin Təsəsrrüfatbaşına kitabdan çıxarışdan müəyyən olunur ki, X25 təsərrüfatında təsərrüfat üzvləri kimi İddiaçı, X26 və X34 qeyd edilmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Başqa sözlə sözügedən mənzilin X11 adına özəlləşdirilməsi zamanı iddiaçının hüquqları pozulmamış və həmin ev sovzoxun əmrilə onun mülkiyyətinə verilərək evdə qeydiyyatda olmuş ailə üzvlərinin razılığı əsasında onun adına qeydiyyata alınmışdır. Məhkəmə diqqətə çatdırır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “X10 adına keçirilmiş özəlləşdirmə qanunsuz olduğundan və İddiaçı mülkiyyət hüquqları pozulduğundan, keçirilmiş özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçıya hüquqi yardım məktubları ünvanlamış və subyektiv hüququnun mövcud olmamasını qeyd edərək qanunvericiliyin iddianın mümkünlüklə bağlı şərtlərini ətraflı şəkildə izah etmişdir. Həmçinin iddiaçının nümayəndəsi-vəkili tərəfindən dəfələrlə iddia tələbi dəyişdirilmişdir. Məhkəmə tərəfindən ona dəfələrlə iddia tələbinin düzgün olmadığı, dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Lakin sonuncu dəfə yenə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən iddia tələbi özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi kimi dəyişdirilmişdir ki, hazırki tələb də mümkünlük şərtlərinə cavab vermir. Belə ki, qanunverici inzibati aktın etibarsız sayılması əsaslarını mahiyyət etibari ilə ayıraraq “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində konkret olaraq müəyyən etmişdir ki, hazırki halda həmin əsasların mövcudluğu müəyyən edilmir. Lakin çıxarış da inzibati akt hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanun: Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi çıxarışla onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu, başqa sözlə onun mülkiyyət və ya digər hüquqlarına müdaxilə, həmçinin hüquqlarının məhdudlaşdırılmasının mövcudluğu müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya sonuncu dəfə 20 fevral 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar