Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2700/2024 22.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, 2 nömrəli tam orta məktəbində uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə apardığı test imtahanının nəticələrinin ləğv edilməsi və məlum vakansiya yerləri üzrə təkrar imtahanın aparılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, 2 nömrəli tam orta məktəbində uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə apardığı test imtahanının nəticələrinin ləğv edilməsi və məlum vakansiya yerləri üzrə təkrar imtahanın aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi belə əsaslandırılmışdır ki, 23 noyabr 2023-cü il tarixdə, Lənkəran şəhəri 2 nömrəli tam orta məktəbində, uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə, işə qəbul müsabiqəsinin test mərhələsinə dəvət olunmuş, test kağız üzərində aparılmış, bir neçə gün sonra xx.xx.2023-cü il tarixində, mobil telefonuna mesaj gəlmişdir ki, test imtahanından 21 (iyirmi bir) bal toplamış, imtahanın nəticəsindən narazı olduğu üçün aidiyyəti üzrə Cavabdehnə yazılı müraciət edərək test imtahanındakı sualları cavablarının yenidən doğru-düzgün hesablanmasını xahiş etmişdir. Aidiyyəti üzrə nüraciətindən ona məlum olmuşdur ki, imtahanın nəticələrinin hesablanmasında ciddi qanun pozuntusuna yol verilmişdir. Uşaq birliyi təşkilatının rəhbər vəzifəsi üzrə 23 noyabr 2023-cü il tarixli müsabiqə test imtahanın nəticələri ləğv edilməli və məlum vakansiya yerləri üzrə təkrar test imtahanları keçirilməlidir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, 2 nömrəli tam orta məktəbində uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə apardığı test imtahanının nəticələrinin ləğv edilməsi və məlum vakansiya yerləri üzrə təkrar imtahanın aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, İddiaçı iddia ərizəsini əsası olmayan və məntiqi əhəmiyyət kəsb etməyən, iddia predmetinin mahiyətinə aid hec bir tutarlı əsas və sübut əlavə etmədən iddia ərizəsini tərtib etmişdir. Belə ki, Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli F-377 nömrəli əmri ilə təsdiq edilmiş Cavabdeh Əsasnaməsinin 5.6.1 bəndinə əsasən İdarə müdiri “idarənin fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir”: həmin Əsasnamənin 5.6.3-cü bəndinə əasasən “idarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcbüri olan əmr, sərəncam və göstəriş verir”. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci bəndinə əsasən an Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. - “İşəgötürənin AR Əmək Məcəlləsinin 11-ci maddəsində nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin:-bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; - işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; - işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; - İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir, işəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Real vəziyyətə görə iddiaçı Lənkəran - Astara Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-35/3-2-26F/2023 nömrəli “İşə qəbul müsabiqəsinin keçirilməsi“ əmrinə əsasən Cavabdehndə işə qəbul prossesinə start verilmişdir. xx.xx.2023-ci il tarixdə keçirilən işə qəbul imtahanlarında Cəlilabad rayonu Gülməmmədli kənd tam orta məktəbin də vakant olan “Uşaq birliyi təşkilatı rəhbəri” vəzifəsində İddiaçı da Qaydalara üyğün olaraq hamı kimi iştrak etmişdir. İmtahanın nəticələrinə görə ən yüksək bal toplayan namizəd X7 ən yüksək bal (23 bal) toplamiş, uğur qazanaraq həmən vəzifəyə təyin olmmuşdur. İddiaçı 21 bal toplamışdır. İmtahanların nəticələrində narazı qalan İddiaçı Lənkəran - Astara Regional Təhsil idarəsinə müraciət edərək təkrar imtahanların keçirilməsini xahiş etmişdir. Onun istəyi qəbul olunaraq təkrarən “Fərdi qaydada imtahanın təşkil olunması“ barədə idarə müdiri tərəfindən xx.xx.2024-ci il tarixli 3-29-35/3-2-07F/2024 nömrəli əmr vermişdir (imzalanmışdır). Əmrə əsasən imtahan komissiyasının yaradılması, imtahanın təşkil edilməsi və keçirilməsi tapşırılmışdır. Əmr icra edilərək İddiaçı imtahana dəvət olunmuş, ilkin şəraitdə imtahanda iştrak etməyə razılıq versədə, “sual kitabı” və “cavab kartı” ona təqdim olunarkən O imtahanda iştrak etməyəcəyini bildirərək idarəni tərk etmişdir. İşə qəbul imtahanlarının təşkili, keçirilməsi, nəticələri və yekun qərar Lənkəran - Astara Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-35/3-2-26F/2023 nömrəli “İşə qəbul müsabiqəsinin keçirilməsi“ əmri ilə təsdiq edilmiş “Qaydalara“ uyğun həyata keçirilmişdir. Cavabdeh tərəfindən nəzarət dairəsinə daxil olan təhsil müəssisələdə işin təşkilinə, əmək münasibətlərinin tənzimləməsinə müdaxilə etmək İddiaçı səlahiyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 35.4-cü maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 47.1. maddəsinə əsasən “işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın münkünlüyünə dair" xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 cü bəndinin tələblərinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cavabdehin imtinasının olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. Bütün bunlara baxmayaraq İddiaçı Əmək Məcəlləsinin və bu sahəni tənzimləyən digər nomotiv hüquqi aktların tələblərini nəzərə almayaraq heç bir hüquqi əsası olmayan, qanunazid ittihamlar irəli sürərək “idarə rəhbərinin hüquq və vəzifələri“nə müdaxilə etməklə əsassız iddia irəli sürmüşdür. İddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələblərinə riayət etmədən prosesual normaları da pozmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla da Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77-ci maddəsinin tələblərini pozmuşdur. Yuxarıda qeyd edilənlərə istinad edərək, idiaçı İddiaçı cavabdeh Lənkəran - Astara Regional Təhsil İdarəsinə qarşı “test imtahanlarının nəticələrininn ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Cavabdeh xx.xx.2023-cü il tarixli 3-29-35/3-2-26F/2023 nömrəli əmri ilə təsdiq edilmiş Cavabdeh əhatə dairəsində yerləşən ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində vakant olan təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi rəhbəri, katibə-makinaçı və laborant (kimya, fizika və informatika fənləri üzrə) vəzifələrinə işə qəbul Qaydalarının 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas Sorğu Kitabçası”na, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas Sorğu Kitabçasına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 14 iyun 2022-ci il tarixli F- 377 nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdeh Əsasnaməsi”nə uyğun olaraq hazırlanmışdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli F-377 nömrəli əmrinə 7 nömrəli əlavənin surətindən görünür ki, “Cavabdeh Əsasnaməsi"nin 3.1.37-ci bəndinə əsasən idarə və təhsil müəssisələri tərəfindən əmək münasibətlərinin rəsmiləşdirilməsində qanunvericiliyin tələblərinə riayət olunmasına, əmək müqaviləsi üzrə elektron bildirişlərin bir iş günü ərzində elektron informasiya sistemində qeydiyyata alınmasına nəzarəti təmin etmək idarənin vəzifəsidir Həmin Əsasnamənin 4.1.3-cü bəndinə əasasən idarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək idarənin hüququdur. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh xx.xx.2024-ci il tarixli 3-29-35/3-2-07F/2024 nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh tərəfindən təşkil olunmuş tədris-yardımçı heyət üzrə imtahanda uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə iştirak etmiş İddiaçı vətəndaş qəbuluna gələrək imtahan nəticəsindən narazı olduğunu və yenidən imtahan təşkil olunmasını istədiyini bildirmişdir. Vətəndaşın müraciətini nəzərə alaraq “Cavabdeh Əsasnaməsi”nin 5.6.3-cü bəndinə əsasən 17 yanvar 2024-cü il tarixində İddiaçı üçün fərdi qaydada imtahanı təşkil olunması əmr edilmişdir. İşdə olan Cavabdeh inzibati təşkilat sektorunun məsləhətçisi Fərhad Məmişovun, inzibati təşkilat sektorunun məsləhətçisi Ülviyyə Mustafayevanın inzibati təşkilat sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Mirhəşimlinin, Lənkəran rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Nəciməddin İsgəndərovun tərtib etdikləri xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı uşaq birliyi təşkilatının rəhbəri imtahanından narazı olduğu üçün yenidən imtahana dəvət olunmuş, əvvəlcə razılıq vermiş, suallar kitabçası və cavab kartı təqdim olunan zaman həyəcanlı olduğu üçün imtahanda iştirak etməyəcəyini bildirmiş və idarəni tərk etmişdir. İşdə olan Cavabdeh müdiri Bəhruz Mehdiyevlə X1 filialının müdiri Rasim Harəzmşah arasında xx.xx.2024-cü il tarixdə Əməkdaşlıq Memorandumu (bundan sonra: memorandum) Lənkəra-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə (Məktəbəqədər, umumtəhsıl, məktəbdənkənar və xususı tipli təhsil müəssisələri) X2 filialı tərəfindən texniki və yardımçı pedaqoji kateqoriyalar uzrə əməkdaşların seçilməsi, onların rəsmiləşdirilməsi, eyni zamanda, proses zamanı tərəflərin məsuliyyət və öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə imzalanmışdır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-69/2- 1204/2024 nömrəli “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.29-cu maddəsinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. Ümumi təhsil müəssisələrində yardımçı pedaqoji kadrların - laborant, kitabxanaçı, kitabxana müdiri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini və uşaq birliyi təşkilatı rəhbəri vəzifəiərinə işə qəbul üzrə müsabiqənin keçirilməsi vəzifəsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunan vəzifələrə qəbul işəgötürən tərəfindən birbaşa əmək müqaviləsi bağlanmaqla həyata keçirilə bilər. Lakin obyektivliyin, şəffaflığın və işə qəbul olmaq istəyən namizədlərə bərabər imkanların yaradılmasının təmin edilməsi məqsədilə tabeliklərində fəaliyyət göstərən təhsil müəssisələrində yardımçı pedaqoji kadrların işə qəbuiunun müsabiqə əsasında aparılması, həmçinin müsabiqənin şərtlərinin və aparılma qaydasının müəyyən edilməsi regional təhsil idarələrinə tapşırılmışdır. Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-377 nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdeh Əsasnaməsi"nin 3.1.37-ci bəndinə əsasən idarə və təhsil müəssisələri tərəfindən əmək münasibətlərinin rəsmiləşdirilməsində qanunvericiliyin tələblərinə riayət olunmasına, əmək müqaviləsi üzrə elektron bildirişlərin bir iş günü ərzində elektron informasiya sistemində qeydiyyata alınmasına nəzarəti təmin etmək idarənin vəzifəsidir Həmin Əsasnamənin 4.1.3-cü bəndinə əasasən idarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək idarənin hüququdur. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, tabeliklərində fəaliyyət göstərən təhsil müəssisələrində yardımçı pedoqoji kadrların işə qəbulunun müsabiqə əsasında aparılması, həmçinin müsabiqənin şərtlərinin və aparılma qaydasının müəyyən edilməsi regional təhsil idarələrinin səlahiyyətindədir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Ümumi təhsil haqqında” qanunun 4.0.29-cu maddəsinə əsasən ümumi təhsil müəssisələrinin müəllimlərə tələbatını müəyyən etmək, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq etmək, habelə kadr təminatını həyata keçirmək Ümumi təhsil sahəsində dövlətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 3-29-35/3-2-26F/2023 nömrəli “İşə qəbul müsabiqəsinin keçirilməsi“ əmrinə əsasən Cavabdehndə işə qəbul prossesinə start verilmişdir. xx.xx.2023-ci il tarixdə keçirilən işə qəbul imtahanlarında Cəlilabad rayonu Gülməmmədli kənd tam orta məktəbin də vakant olan “Uşaq birliyi təşkilatı rəhbəri” vəzifəsində İddiaçı da Qaydalara üyğün olaraq hamı kimi iştrak etmişdir. İmtahanın nəticələrinə görə ən yüksək bal toplayan namizəd X7 ən yüksək bal (23 bal) toplamiş, uğur qazanaraq həmən vəzifəyə təyin olmmuşdur. İddiaçı 21 bal toplamışdır. İmtahanların nəticələrində narazı qalan İddiaçı Lənkəran - Astara Regional Təhsil idarəsinə müraciət edərək təkrar imtahanların keçirilməsini xahiş etmişdir. Onun istəyi qəbul olunaraq təkrarən “Fərdi qaydada imtahanın təşkil olunması“ barədə idarə müdiri tərəfindən xx.xx.2024-ci il tarixli 3-29-35/3-2-07F/2024 nömrəli əmr vermişdir (imzalanmışdır). Əmrə əsasən imtahan komissiyasının yaradılması, imtahanın təşkil edilməsi və keçirilməsi tapşırılmışdır. Əmr icra edilərək İddiaçı imtahana dəvət olunmuş, ilkin şəraitdə imtahanda iştrak etməyə razılıq versədə, “sual kitabı” və “cavab kartı” ona təqdim olunarkən O imtahanda iştirak etməyəcəyini bildirərək idarəni tərk etmişdir. İş materiallarına əlavə edilən sənədlərə əsasən inzibati orqan tərəfindən hər hansısa bir qanun pozuntusuna yol verildiyi müəyyən edilmir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı öhdəliyin icra edilməli olmasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Şərh olunanlara əsasən cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, 2 nömrəli tam orta məktəbində uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə apardığı test imtahanının nəticələrinin ləğv edilməsi və məlum vakansiya yerləri üzrə təkrar imtahanın aparılması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, 2 nömrəli tam orta məktəbində uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə apardığı test imtahanının nəticələrinin ləğv edilməsi və məlum vakansiya yerləri üzrə təkrar imtahanın aparılması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2700/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2700/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver