Məhkəmə qərarları › İş №2-1(120)-2701/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2701/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2701/2025 19.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi ilə, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Qeydiyyat şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Cavabdehndə tərtib edilmiş 271 saylı doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixinə xx.xx.1970-ci ildən xx.xx.1970- ci ilə və doğum haqqında akt qeydinin tarixinə xx.xx.1970-ci ildən xx.xx.1970-ci ilə düzəliş edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, adına Cavabdehndə tərtib edilmiş xx.xx.1970-ci il tarixli, saylı 271 saylı doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixinə və doğum haqqında akt qeydinin tarixinə düzəliş edilməsi üçün Cavabdehnə rəsmi olaraq müraciət etmiş, müraciətinə Cavabdehndə baxılmış və xx.xx.2024-ci il tarixli 3-16-5/8-15-H-1505/24 saylı cavab məktubu göndərilmiş, həmin məktubda kifayət qədər əsaslar olmadığı və təqdim olunan sənədlərdə ziddiyyət olduğuna görə tərtib edilmiş 271 saylı doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixi xx.xx.1970-ci ildən xx.xx.1970-ci ilə və doğum haqqında akt qeydinin tarixinə xx.xx.1970-ci ildən xx.xx.1970-ci ilə düzəliş edilməsinin rayon qeydiyyat şöbəsində mümkün olmamasını göstərməklə müraciətini təmin etməkdən imtina etmişdir. Həmin imtinadan narazıdır, hesab edirə ki, cavabdeh əsassız olaraq düzəliş etməkdən imtina etmişdir. Belə ki, o 12 dekabr 1970-ci ildə Ağcabədi şəhərində doğulmuşdur. Doğulan zaman onun doğum tarixi xx.xx.1970-ci il kimi qeyd edilmiş, doğum haqqında şəhadətnamə verilmiş, həmin doğum şəhadətnaməsi əsasında da o əvvəllər SSRİ pasportu əldə etmişdir. Daha sonra o qeyd edilən doğum tarixinə uyğun olaraq hərbi xidmətə getmiş və pasportunda və hərbi biletində doğulduğu tarix həqiqətdə olduğu kimi xx.xx.1970-ci il göstərilmişdir. Lakin məlum olmayan səbəbdən doğum akt qeydinin tarixində və doğum tarixində həmin texniki yalnışlıq baş vermişdir. Onun doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmiş, bu səbəbdən təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün Cavabdehnə müraciət edərkən belə bir yanlışlığın baş verdiyi aşkarlanmışdır. Cavabdeh tərəfindən verilmiş doğum haqqında arxiv aryışından da görünür ki, doğum haqqında akt qeydində hazırda sahib olduğu sənədlərlə nəzərə çarpacaq dərəcədə ciddi ziddiyyət yaradan səhvə yol verilmişdir. Doğum haqqında akt qeydində olan yalnışlıq hüquqlarını pozur və həmin düzəlişin edilməsi zəruridir. Çünki 1994-cü ildən Rusiya Federasiyasında yaşayır və həmin ildən də Rusiya vətəndaşıdır. Rusiya Federasiyasında olan bütün sənədləri, o, cümlədən Rusiya Federasiyası vətəndaşlığına dair pasportunda, xarici pasportunda da doğum tarixi xx.xx.1970-ci il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazı (münasibət) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus RUS 77 ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci ildə doğulmuşdur. İddiaçı X2 2-ci şöbəsinin hərbi komissarlığı tərəfindən verilmiş AM ******* saylı, xx.xx.1996-cı il tarixli hərbi biletin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən müəyyən olunur ki, sonuncunun doğum tarixi xx.xx.1970-ci il kimi qeyd olunmuşdur. Cavabdeh tərəfindən verilmiş 3-16-5/8-15-H-1505/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci ildə Ağcabədi şəhərində doğulmuşdur. BU barədə xx.xx.1970-ci il tarixdə Cavabdehndə 271 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 145 saylı xx.xx.2025-ci il tarixli Arayışından müəyyən olunur ki, mərhum X1 ailə tərkibi kimi xx.xx.1970-ci il təvəllüdlü qardaşı İddiaçı qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Cavabdeh 3-16-5/8-13-245/25 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş xx.xx.1970-ci il tarixli 271 №-li doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, uşaq barədə məlumat qrafasında uşağın soyadı Həsənov, adı Tofiq, ata adı Əliqulu, doğum tarixi xx.xx.1970-ci il qeyd olunmuşdur.Aktda Rayon Qeydiyyat Şöbəsinin 14.01.`2025-ci il tarixli rəyə əsasən ana qrafasında ananın adı Qanfrus kimi düzəliş olunmuşdur. Ədliyyə Nazirliyi Vətəndaşlıq X4 tərəfindən verilmiş 3-16-5/2-9888/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri X5 (xx.xx.1995-ci ildə vəfat etmişdir) və X3 (xx.xx.2016-cı ildə vəfat etmişdir) olan xx.xx.1955-ci il təvəllüdlü Validə Həsənovanın, xx.xx.1957-ci il təvəllüdlü Xalidə Həsənovanın, xx.xx.1958-ci il təvəllüdlü Qəndili Həsənovanın, xx.xx.1960-cı il təvəllüdlü Allahverdi Həsənovun, xx.xx.1962-ci il təvəllüdlü Fazil Həsənovun, xx.xx.1965-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1968-ci il təvəllüdlü Sevinc Həsənovanın və xx.xx.1970-ci il təvəllüdlü İddiaçı doğumunun Cavabdehndə qeydə alındığı məlum olmuşdur. İnformasiya sistemində İddiaçı nikahının və övladının doğumunun qeydə alınması haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 3-38-33/2-826/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda xx.xx.1970-ci il təvəllüdlü İddiaçı sonuncu dəfə dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2024-cü il tarixdə Rusiyaya girişi, xx.xx.2025-ci il tarixdə Rusiyadan çıxışı qeyd olunmuşdur. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-12-12/2- 95892/2025 saylı xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təsdiq olunmuş tələbnamədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında İddiaçı barəsində heç bir məlumat olmadığı qeyd olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-16-5/8-15-H-1505/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1970-ci il tarixdə Cavabdehndə İddiaçı barəsində tərtib edilmiş 271 saylı doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixi “xx.xx.1970”, təqdim edilən sənədlərdə doğum tarixi "xx.xx.1970” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edilir ki, kifayət qədər əsaslar olmadığı üçün və təqdim olunan sənədlərdə ziddiyət olduğuna görə xx.xx.1970-ci il tarixdə Cavabdehndə İddiaçı barəsində tərtib edilmiş 271 saylı doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixi “01,07.1970-ci ildən “xx.xx.1970-ci ilə, və doğum haqqında akt qeydinin tarixinə “xx.xx.1970-ci ildən “xx.xx.1970-ci ilə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsi hallarından biridir; 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsindən görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının doğum tarixinin digər sənədlərində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1970” kimi qeyd edilsə də, iddiaçının Rusiya vətədaşlığı üzrə şəxsiyyət vəsiqəsində, arayışlarda hərbi biletində və digər sənədlərdə “xx.xx.1970” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının doğum tarixinin doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sonrakı sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Məhkəmə həmçinin vurğulayır ki, doğum haqqında akt qeydinə əsasən iddiaçının doğum tarixi xx.xx.1970-ci ildir. Həmçinin iddiaçının sonradan doğum tarixinin və doğum haqqında akt qeydinin tarixinin dəyişdirilməsi ilə bağlı hər hansı akt qeydi aşkar edilməmişdir. Belə olan halda, məhkəmə bir daha qeyd edir ki, iddiaçının istinad etdiyi “sonrakı sənədlər” ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Bununla yanaşı məhkəmə izah edir ki, iddiaçı sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. Hüquqmüəyyənedici sənədlərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malikdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, şəxsin sənədlərində göstərilən doğum tarixinin onun şəxsiyyətini təsdiq edən sənəddəki doğum tarixi ilə uyğunsuzluğunun doğum haqqında akt qeydinə dəyişiklik edilməklə aradan qaldırılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar