Məhkəmə qərarları › İş №2-1(120)-2704/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2704/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2704/2024 30.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu, Digah kəndində yerləşən 0,948 kv.m torpaq sahəsi, 106,0 kv.m bir mərtəbəli qeyri-yaşayış binası və 177, 1kv.m bir mərtəbəli qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X1 0.948 ha torpaq sahəsinə və üzərində yerləşən qeyriyaşayış binasına vahid daşınmaz əmlka obyekti olaraq müvafiq qeydiyyat aparmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati məhkəməsinin 01 may 2024-cü il tarixli 2-1(120)-2704/2024 saylı qərardadı ilə Lənkəran rayonu Digah (Şiləvar) Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş və Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X1 0.948 ha torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(120)-2704/2024 saylı qərardadı ilə, iddia tələbinə iddiaçı Əsgərova (Qafarova) Şəfaqət Şərafət qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və qeyri-yaşayış binasına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2-1(120)-2704/2024 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X1 0.948 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına vahid daşınmaz əmlka obyekti olaraq müvafiq qeydiyyat aparmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2-1(120)-2704/2024 saylı qərardadı ilə, Lənkəran rayonu İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş və iddia tələbinə iddiaçı Əsgərova (Qafarova) Şəfaqət Şərafət qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Lənkəran rayonu, Digah kəndində yerləşən 0,948 kv.m torpaq sahəsi, 106,0 kv.m bir mərtəbəli qeyri-yaşayış binası və 177, 1kv.m bir mərtəbəli qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 xx.xx.2006-cı il tarixdə Lənkəran rayonu, Digah Bələdiyyəsinə torpaq sahəsinin alınması ilə ilə bağlı ərizə ilə müraciət etmişdir. Lənkəran rayon Digah Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı iclas protokoluna əsasən Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsinin rəyi nəzərə alınaraq Digah Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0.948 ha torpaq sahəsinin satılması qərara alınmışdır ( həmin protokoldan çıxarışı iddia ərizəsinə əlavə edirəm). xx.xx.2006-cı il tarixli, 2145 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt əsasında Digah Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0.948 ha torpaq sahəsi X6 tərəfindən Lənkəran rayonu, Kapitalbank ASC-nin **********0 saylı hesabına əvvəlcədən 31 manat 50 qəpik haqq ödənilməklə ( qəbza 225, xx.xx.2006-cı il) ona satılmışdır. Satılan torpaq sahəsinin planı da tərtib edilərək alıcıya verilmişdir. Sözügedən torpaq sahəsində tikiləcək iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinin eskiz layihəsi Lənkəran şəhərinin baş memarı E.Əsədullayev ilə razılaşdırılmaqla verilmiş və Lənkəran ŞİHB-nın 07.098.2018-ci il tarixli, 10-44/131 saylı sərəncamı ilə birinci mərtəbəsində ümumi sahəsi 106.0 kv.m qeyri- yaşayış sahəsi olan, iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddia ərizəsinə əlavə etdiyim FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi Rövşən Qasımov, sifarişçi və podratçının nümayəndəsi İddiaçı və layihəçinin nümayəndəsi Ədalət Əlizadə tərəfindən imzalanan xx.xx.2019-cu il tarixli, Ö/002948 nömrəli istismara hazırlıq aktı obyektdə tikinti- quraşdırma işlərinin sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən texniki nəzarətin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir (həmin aktı iddia ərizəsinə əlavə edirəm). "xxxx" MMC-nin İddiaçı istifadəsində olan 948 kv.m torpaq sahəsində tikiləcək qeyri-yaşayış obyektinin planında obyektin baş planı, yan fasadı, perspektiv görünüşü, planı, damın planı, kəsimləri, ön fasadı, yan fasadı və arxa fasadı göstərilmişdir (həmin planı iddia ərizəsinə əlavə edirəm). Lənkəran rayonu, Digah kəndində İddiaçı qeyri yaşayış (avtomobil təmiri) obyekti tikilməsinə dair xx.xx.2021 -ci il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair seriya AZE 004038 nömrəli Şəhadətnamə verilmişdir. Lənkəran ŞİHB Taleh Qaraşov tərəfindən Lənkəran rayonu, Digah kəndində yerləşən qeyri-yaşayış binasının istismarına xx.xx.2021-ci il tarixdən icazə verilmiş və bu barədə tikinti obyektinin istismarına 13/2 nömrəli icazə sənədi verilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə Lənkəran rayon Şilavar Bələdiyyəsinin sədri N.Babayev tərəfindən ünvanlanmış məktubdan da görünür ki, 0.0948 ha torpaq sahəsi üzərində DƏDRX-də mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması qanuna müvafiq hesab edilmişdir. AR Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli arxiv çıxarışından da görünür ki, Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsinin rəyi nəzərə alınaraq Digah Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0.948 ha torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə nümayəndəsi olduğum şəxs İddiaçı məxsus Lənkəran rayonu, Digah kəndində 0.948 ha torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması barədə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək qeyd olunmuşdur ki, təqdim olunan sənədlərin ekspertizası və faktiki yerində keçirilmiş müayinə nəticəsində müraciətdə qeyd olunan torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası 110kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Bu səbəbdən də daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Şiləvar Bələdiyyəsinin nümayəndəsi X13 izahat verərək, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasına etiraz etməmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: -Lənkəran rayonun bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 302 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran rayonun Digah kənd sakini X7 üçün Digah kənd ərazisindən 0,0948 ha torpaq sahəsi yaşayış evinin tikintisi məqsədi ilə Digah bələdiyyəsinin 25 dekabr 2006-cı il tarixli, 16 saylı qərarı ilə ayrılmışdır. Digah bələdiyyəsinin qeyd olunan həmin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarı hal-hazırda qüvvədədir və ayrılmış torpaq sahəsi ilə bağlı hər-hansı mübahisə yoxdur. Odur ki, sözügedən 0,948 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması qanuna müvafiqdir. - Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli 3-48-DA-7F/1-Ə-8xxxx/2023 nömrəli arxiv çıxarışında göstərilmişdir ki, Lənkəran rayon Digah bələdiyyəsinin 25 dekabr 2006-cı il tarixli 16 saylı protokolundan çıxarışda Azərbaycan Respublikası Torpaq məcəlləsinə, “Torpaq İslahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997- ci il 10 yanvar tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına” 09 avqust 2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi”, 06 may 2002-ci il tarixli “ Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunmuş qanunlara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq , Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsinin verdiyi rəy nəzərə alınaraq X2 0,948 ha Digah bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. -Lənkəran rayon Digah bələdiyyəsinin 25 dekabr 2006-cı il tarixli 16 saylı protokolundan çıxarışda göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına” 09 avqust 2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi”, 06 may 2002-ci il tarixli “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunmuş qanunlara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998- ci il tarixli 158 saylı qərarına müvafiq olaraq, Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsinin verdiyi rəy nəzərə alınaraq X2 0,948 ha Digah bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli Akt-dan görünür ki, X2 Digah bələdiyyəsinin mülkiyyətində olan 0,948 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006cı il tarixli 16 saylı qərar qəbul edilmişdir. -Lənkəran şəhər İcra Hakimiyyətinin 10-44/131 nömrəli, xx.xx.2018-ci il tarixli obyektin tikintisinə icazədən görünür ki, İddiaçı Lənkəran rayonu, Digah kəndində ümumi sahəsi 106.0 kv.m+177.1 kv.m= 283.1 kv.m qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, AZE 004038 nömrəli Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamədən görünür ki, İddiaçı Lənkəran şəhəri Digah kəndində yerləşən qeyri-yaşayış obyektinin qeydə alınma nömrəsi verilmişdir və informativ və sttaistik xarakterli-80213028-3-4210-004038/1121 tikinti obyektinə kod verilmişdir. - İddiaçı Lənkəran rayonu, Digah kəndində 1 mərtəbəli qeyri-yaşayış binasına dair xx.xx.2019-cu il tarixdə Ö/002948 nömrəli istismara hazırlıq aktı təqdim edilmişdir. -Lənkəran şəhər İcra Hakimiyyətinin 13/2 nömrəli, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Lənkəran rayonu, Digah kəndində Lənkəran rayonu, Digah kəndində X-311752.34, Y-4293009.92, X-311742.38, Y-4293034.59, X-311776.50, Y-429304875, X-311785.93, Y-4293026.14 döngə nöqtələrinin koordinatları üzrə 106.0 kv.m və 177.1 kv.m 1 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. -Qeyri-yaşayış binalarının mövcud texniki parametrlərinin Lənkəran RİH Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq olunan Memarlıq-Planlaşdırma bölməsi təqdim edilmişdir. -Azərbaycan Respublikası Dövlət X5 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-48-DA-7F/1-37/2024 nömrəli məktubunda göstərilmişdir ki, X14 filialında saxlanılan Lənkəran rayon Digah bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 saylı protokolu ilə X2 torpaq sahəsinin verilməsi haqqında olan qərarın arxiv çıxarışı göndərilir. Həmin protokolun qəbul olunmasına dair sənədlər arxivə təhvil verilmədiyindən həmin sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi mümkün olmadı. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 506/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı iddia tələbi ilə bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri baxılmasından ötrü təqdim olunur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təqdim olunan sənədlərin ekspertizası və faktiki yerində keçirilmiş müayinə nəticəsində məlum olmuşdur ki, müraciətdə qeyd olunan torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası 110 kvluq yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Bu səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində etibarlı nümayəndəsi olduğu şəxsə (İddiaçı) məxsus mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 522/2024 nömrəli məktubunda göstərilmişdir ki, icraatda olan 2-1(120)-2704/2024 saylı inzibati iş üzrə “torpaq sahəsinə və qeyri-yaşayış binasına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmasına münasibətdə” sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi Nümayəndə tərəfindən Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən etibarlı nümayəndəsi olduğu şəxsə (İddiaçı) məxsus qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuşdur. Hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi Nümayəndə tərəfindən təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər ekspertiza olunan zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən 110 kv.luq yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 .-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu şəbədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixində imtina bildirişi ünvanlanmışdır. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirilir ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz etmişdir, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 522/2024 nömrəli məktubunda göstərilmişdir ki, icraatda olan 2-1(120)-2704/2024 saylı inzibati iş üzrə “torpaq sahəsinə və qeyri-yaşayış binasına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmasına münasibətdə” sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi Nümayəndə tərəfindən Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən etibarlı nümayəndəsi olduğu şəxsə (İddiaçı) məxsus qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuşdur. Hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi Nümayəndə tərəfindən təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər ekspertiza olunan zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən 110 kv.luq yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu şəbədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixində imtina bildirişi ünvanlanmışdır. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirilir ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz etmiş, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. - Lənkəran rayon Şiləvar bələdiyyəsinin məhkəməyə ünvanladığı 31 may 2024-cü il tarixli 44 saylı məktubunda göstərilmişdir ki, Lənkəran rayonunun Digah kənd sakini İddiaçı Digah bələdiyyəsinin 25 dekabr 2006-ci il tarixli 16 saylı iclasında müzakirə olunaraq Digah bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0,0948 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində Lənkəran Şəhər icra Hakimiyyətinin 07 sentyabr 2018-ci il tarixli 10-44/131 nömrəli icazəsi ilə 2018cı ıl ildə obyektin inşasına başianaraq 2019-cu ildə istifadəyə verilmişdir. Sözü gedən torpaq sahəsi alındığı gündən hal-hazıra qədər vətəndaşın istifadəsindədir və həmin torpaq sahəsi üzərində heç bir mübahisə yoxdur. - Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 31 may 2024cü il tarixli 12-23/63 saylı məktubunda göstərilmişdir ki, Lənkəran rayonunun Digah kənd sakini İddiaçı Digah bələdiyyəsinin 25 dekabr 2006-ci il tarixli 16 saylı iclasında müzakirə olunaraq Digah bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0,0948 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində Lənkəran Şəhər icra Hakimiyyətinin 07 sentyabr 2018-ci il tarixli 10-44/131 nömrəli icazəsi ilə 2018cı ıl ildə obyektin inşasına başianaraq 2019-cıı iidə ist.tadəyə verilmişdir. Sözü gedən torpaq sahəsi alındığı gündən hal-hazıra qədər vətəndaşın ıstifadəsindədir və həmin torpaq sahəsi üzərində heç bir mübahisə yoxdur. - Azərbaycan Respublikası Cənub X9 və Satışı İdarəsi Lənkəran Elektrik Şəbəkəsinin məhkəməyə ünvanladığı 31 may 2024-cü il tarixli C/078 b saylı məktubunda göstərilmişdir ki, Digah kənd sakini İddiaçı məxsus qeyri-yaşayış obyekti X8 məxsus 110 kv-luq Hava Elektrik xəttinin son naqilindən 13 metr məsafədə mühafizə zonasında tikilib, lakin xəttin istismarına maneçilik göstərmir. - Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 5- 2/2-819/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “torpaq sahəsinə və qeyri yaşayış binasına çıxarışın və texniki pasportun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işlə bağlı xx.xx.2018-ci il tarixli, 10-44/131 nömrəli icazənin, xx.xx.2019-cu il tarixli, Ö/002948 nömrəli aktının və xx.xx.2021-ci il tarixli. 13/2 nömrəli icazənin tərtib edilməsinə əsas olmuş sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri göndərilmişdir. Şirvan İnzibati məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2-1(120)-2704/2024 saylı qərardadı ilə, məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5337 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5337 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5337 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,948 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminin sxematik və miqyassız tərtib olunması, xüsusilədə torpaqayırma sxemində torpaq sahəsinin sərhədlərinin həndəsi ölçülərinin əks olunmaması və ya ayrıc aktının (qonşu torpaq sahələri əks olunan) mövcud olmaması səbəblərindən həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin naturada iddia olunan vəziyyətə uyğun yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün 0,0948 ha olması məlum olmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,948 ha torpaq sahəsinin (faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən 0,015 ha hissəsinin hüquqi statusunun xüsusi mülkiyyətdə, 0,0798 ha hissəsinin hüquqi statusunun bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaq sahəsinin təyinatına görə alqı-satqının predmeti predmeti ola bilməsi müəyyən olunmuşdur. Qərardadın üçüncü və dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X2 tikinti üçün ayrılmış 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Torpaq sahəsinin ölçüsünün sənəd üzrə 0,948 ha, faktiki vəziyyətdə isə 0,0948 ha olması müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Lənkəran rayonu, Digah kəndinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X2 tikinti üçün ayrılmış 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsinin (iddia olunan vəziyyətə uyğun) faktiki olaraq iddiaçının istifadəsində olması və qeyri-yaşayış təyinatlı tikinti obyekti kimi istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X2 tikinti üçün ayrılmış 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsi (iddia olunan vəziyyətə uyğun) üzərində iki ədəd qeyri- yaşayış binasının və sanitar qovşağının mövcud olması, həmin tikililərin bütövlüklə iddia edilən 0,0948 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından həmin torpaq sahəsi barədə elektron bazada məlumatların mövcud olmaması müəyyən edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, qeyd edilən torpaq sahəsinin üzərində inşa edilən qeyri-yaşayış obyektinin həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olması müəyyən olunmuşdur. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, qeyd edilən mübahisəli tikililərin altında yerləşən torpaq sahəsinin 0,04179 ha ölçüdən (tikililərin və tikililərin yerləşdiyi torpaq sahəsinin ölçüləri yerquruluşu planında göstərilmişdir) ibarət olması müəyyən olunmuşdur. Qərardadın onuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, qeyd edilən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın onbirinci sualı üzrə: Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsi üzərində üzərində iki ədəd bir mərtəbəli qeyri-yaşayış binası inşa edildiyi, həmin qeyri-yaşayış binalarının mövcud texniki parametrlərinin iş materiallarında olan Lənkəran RİH Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq olunan Memarlıq-Planlaşdırma bölmələrinə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın on ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X2 tikinti üçün ayrılmış 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsinin (iddia olunan vəziyyətə uyğun) üzərində yüksək gərginlikli hava elektrik ötürücü xəttinin (yerquruluşu planında göstərilmişdir) keçməsi müəyyən olunmuşdur. Qeyd olunur ki, elektrik xəttlərinin mühafizə zonası gərginlikdən asılı olaraq dəyişir. Elektrik xəttinin gərginliyinin müəyyən edilməsi mütəxəssisin (ekspertin) səlahiyyətlərindən kənar olmaqla müvafiq qurum tərəfindən müəyyən edilə bilər. Qərardadın on üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsinin (iddia olunan vəziyyətə uyğun) və üzərində inşa edilmiş qeyri yaşayış obyektinin magistral avtomobil yolunun, su kanalının, çayın, qaz xəttinin və.s. mühafizə zonasında yerləşməməsi müəyyən olunmuşdur. Qərardadın on dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2196/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Digah Bələdiyyəsinin 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən, X2 tikinti üçün ayrılmış 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Qeyd olunan torpaq sahəsinin (faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən 0,015 ha hissəsinin İddiaçı qıızının **********36 reyestr nömrəli Çıxarışla xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin faktiki koordinatlarının başqa üçüncü şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin olmaması müəyyən olunmuşdur. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı Əsgərova X4 rayonu, Digah kəndində yerləşən 0,948 kv.m torpaq sahəsi, 106,0 kv.m bir mərtəbəli qeyri-yaşayış binası və 177, 1kv.m bir mərtəbəli qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Beləliklə, işin araşdırılmış hallarından görünür ki, Lənkəran rayonu Digah Bələdiyyəsi 16 saylı, xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışla Əsgərova (Qafarova) Şəfaqət Şərafət qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,948 ha torpaq sahəsinin ayrılmışdır və torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akt, plan-ölçü sxemi tərtib edilmişdir. Bundan sonra İddiaçı mübahisəli torpaq sahəsində 106.0 kv.m+177.1 kv.m= 283.1 kv.m qeyri-yaşayış binasının tikilməsi məqsədilə Lənkəran şəhər İcra Hakimiyyətinin 10-44/131 nömrəli, xx.xx.2018-ci il tarixli obyektin tikintisinə icazə əldə etmişdir, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, AZE 004038 nömrəli Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnaməyə əsasən, İddiaçı Lənkəran şəhəri Digah kəndində yerləşən qeyri-yaşayış obyektinin qeydə alınma nömrəsi verilmişdir. İddiaçı Lənkəran rayonu, Digah kəndində 1 mərtəbəli qeyri-yaşayış binasına dair xx.xx.2019-cu il tarixdə Ö/002948 nömrəli istismara hazırlıq aktı təqdim edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyətinin 13/2 nömrəli, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Lənkəran rayonu, Digah kəndində X- 311752.34, Y-4293009.92, X-311742.38, Y-4293034.59, X-311776.50, Y-429304875, X- 311785.93, Y-4293026.14 döngə nöqtələrinin koordinatları üzrə 106.0 kv.m və 177.1 kv.m 1 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. Bundan sonra Lənkəran RİH Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq olunan Memarlıq-Planlaşdırma bölməsi əldə edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, mübahisəli torpaq sahəsi və qeyri-yaşayış binalarına mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lənkəran rayon Şiləvar bələdiyyəsi məhkəməyə bildirmişdir ki, Lənkəran rayonunun Digah kənd sakini İddiaçı Digah bələdiyyəsinin 25 dekabr 2006-ci il tarixli 16 saylı iclasında müzakirə olunaraq Digah bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0,0948 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində Lənkəran Şəhər icra Hakimiyyətinin 07 sentyabr 2018-ci il tarixli 10-44/131 nömrəli icazəsi ilə 2018-cı ıl ildə obyektin inşasına başianaraq 2019-cu ildə istifadəyə verilmişdir. Sözü gedən torpaq sahəsi alındığı gündən hal-hazıra qədər vətəndaşın istifadəsindədir və həmin torpaq sahəsi üzərində heç bir mübahisə yoxdur və mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydə alınmasına etiraz etməmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində torpaq sahəsinin ölçüsünün sənəd üzrə 0,948 ha, faktiki vəziyyətdə isə 0,0948 ha olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Lənkəran rayonu, Digah kəndinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuş, 0,948 ha torpaq sahəsinin (faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən 0,015 ha hissəsinin hüquqi statusunun xüsusi mülkiyyətdə, 0,0798 ha hissəsinin hüquqi statusunun bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaq sahəsi olması, 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsi üzərində üzərində iki ədəd bir mərtəbəli qeyri-yaşayış binası inşa edildiyi, həmin qeyri-yaşayış binalarının mövcud texniki parametrlərinin iş materiallarında olan Lənkəran RİH Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq olunan Memarlıq-Planlaşdırma bölmələrinə uyğun olması, qeyd edilən torpaq sahəsinin üzərində inşa edilən qeyri-yaşayış obyektinin həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olması, qeyd edilən mübahisəli tikililərin altında yerləşən torpaq sahəsinin 0,04179 ha ölçüdən ibarət olması, 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsinin (iddia olunan vəziyyətə uyğun) üzərində yüksək gərginlikli hava elektrik ötürücü xəttinin (yerquruluşu planında göstərilmişdir) keçməsi, elektrik xəttlərinin mühafizə zonası gərginlikdən asılı olaraq dəyişməsi, elektrik xəttinin gərginliyinin müəyyən edilməsi mütəxəssisin (ekspertin) səlahiyyətlərindən kənar olmaqla müvafiq qurum tərəfindən müəyyən edilə biləcəyi, 0,948 ha (faktiki 0,0948ha) torpaq sahəsinin və üzərində inşa edilmiş qeyri yaşayış obyektinin magistral avtomobil yolunun, su kanalının, çayın, qaz xəttinin və.s. mühafizə zonasında yerləşməməsi, torpaq sahəsinin (faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən 0,015 ha hissəsinin İddiaçı **********36 reyestr nömrəli Çıxarışla xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, torpaq sahəsinin faktiki koordinatlarının başqa üçüncü şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin olmaması müəyyən olunmuşdur. Məhkəmə tərəfindən ekspert rəyi və iş materiallarını araşdırılaraq hesab edilir ki, Digah kənd sakini İddiaçı məxsus qeyri-yaşayış obyekti X8 məxsus 110 kv-luq Hava Elektrik xəttinin son naqilindən 13 metr məsafədə mühafizə zonasında tikilib, lakin xəttin istismarına maneçilik göstərmədiyi, qeyri-yaşayış binalarının mövcud texniki parametrlərinin iş materiallarında olan Lənkəran RİH Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq olunan Memarlıq-Planlaşdırma bölmələrinə uyğun olduğu üçün, bələdiyyə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən istimara icazə sənədi, istismar aktı tərtib edildiyindən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə verildiyi üçün mübahisəli torpaq sahəsi və qeyri-yaşayış binalarına mülkiyyət hüquqlarının qeydə alınması məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin mövqeyi ilə razılaşmır. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə imtina edərək göstərmişdir ki, müraciətdə qeyd olunan torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası 110 kvluq yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası Cənub X9 və Satışı İdarəsi Lənkəran Elektrik Şəbəkəsinin məhkəməyə ünvanladığı 31 may 2024-cü il tarixli C/078 b saylı məktubunda göstərilmişdir ki, Digah kənd sakini İddiaçı məxsus qeyri-yaşayış obyekti X8 məxsus 110 kv-luq Hava Elektrik xəttinin son naqilindən 13 metr məsafədə mühafizə zonasında tikilib, lakin xəttin istismarına maneçilik göstərmir. Məhkəmə qeyd edir ki, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aparılmalı olan icraata görə Lənkəran RİH cavabdehlik daşımışdır və sonuncu tərəfindən qeyri-yaşayış binalarının istismarına icazə verilmişdir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək isə Lənkəran Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisələndirilməmişdir. Müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. 1110kV-luq yüksək gərginlikli hava elektrik xətti ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. “ Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Bu səbəbdən Məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə əsassızdır. Belə olan halda Məhkəmənin qənaətinə görə Lənkəran rayonu, Digah kəndində yerləşən (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) 0,948 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində 106,0 kv.m bir mərtəbəli qeyri-yaşayış binasına və 177, 1 kv.m bir mərtəbəli qeyri-yaşayış binasına üzərində (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) iddiaçının mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X10 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 nömrəli 23 iyul 2004-cü il tarixli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarına əsasən qeyri - yaşayış fonduna aid olan özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılmasında əsas məqsəd özəl əmlakın təsnifat bölgüsünün aparılmasından, bu əmlaka mülkiyyət hüququnun (cari idarəetmə) müəyyən edilməsindən, onun kəmiyyət və keyfiyyət göstəricilərinin, həmçinin müasir dəyərinin müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən hüquqi qeydiyyat obyekti olaraq inzibati ərazi bölgüsü daxilində küçə, döngə, meydan və ya digər məkanda yerləşən və müəyyən nömrə ilə təsbit olunmuş ayrıca tikilmiş bina, tikili, qurğu və ya onların hissələri başa düşülür. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən qeyri - yaşayış fonduna məxsus özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər sırasına vətəndaşlara və qeyri - dövlət qurumlarına məqsədli istifadə üçün qeyri yaşayış binası, tikili və ya qurğusu tikilməsi üçün torpağın ayrılması və sonradan obyektin müvafiq qaydada istismara qəbul edilməsi barədə aktlardaxildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd. İş materiallarına əlavə edilmiş sənədlərlə (Lənkəran rayon Digah bələdiyyəsinin 25 dekabr 2006-cı il tarixli 16 saylı protokolundan çıxarış, torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akt, plan-ölçü sxemi, Lənkəran şəhər İcra Hakimiyyətinin 10-44/131 nömrəli, xx.xx.2018-ci il tarixli obyektin tikintisinə icazə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, AZE 004038 nömrəli Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə, İddiaçı verilmiş xx.xx.2019-cu il tarixdə Ö/002948 nömrəli istismara hazırlıq aktı, Lənkəran şəhər İcra Hakimiyyətinin 13/2 nömrəli, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə, qeyri-yaşayış binalarının mövcud texniki parametrlərinin Lənkəran RİH Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq olunan Memarlıq-Planlaşdırma bölməsi) Lənkəran rayonu, Digah kəndində yerləşən (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) 0,948 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində 106,0 kv.m bir mərtəbəli qeyri-yaşayış binasının və 177, 1 kv.m bir mərtəbəli qeyri-yaşayış binasının iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsi və qeyri-yaşayış binalarına mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları ... 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq Lənkəran rayonu, Digah kəndində yerləşən 0,948 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində 106,0 kv.m bir mərtəbəli qeyri-yaşayış binasına və 177, 1 kv.m bir mərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc -məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARAALDİ: İddiaçı iddiası təmin edilsin. Lənkəran rayonu, Digah kəndində yerləşən (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) 0,948 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində 106,0 kv.m bir mərtəbəli qeyri-yaşayış binasına və 177, 1 kv.m bir mərtəbəli qeyri-yaşayış binasına İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar