Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-271/2024 23.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Mamusta bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 26 saylı qərarına əsasən Lənkəran rayonu Mamusta kəndi ərazisində yerləşən 0,06 ha həyətyani torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüququnun ölmüş X16 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Lənkəran rayonu Mamusta bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək “Lənkəran rayon Mamusta bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 26 saylı qərarına əsasən Lənkəran rayonu Mamusta kəndi ərazisində yerləşən 0,06 ha həyətyani torpaq sahəsinə dair hüququn ölmüş X16 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil yeni ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək “Lənkəran rayon Mamusta bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 26 saylı qərarına əsasən Lənkəran rayonu Mamusta kəndi ərazisində yerləşən 0,06 ha həyətyani torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüququnun ölmüş X16 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X21 2003-cü ildə həyətyanı torpaq sahəsinin alınmasından və tikinti aparılmasından ötrü Lənkəran rayon Mamusta bələdiyyəsinə müraciət edərək 0.06 ha həyətyanı torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Həmin müraciətə bələdiyyə tərəfindən müsbət cavab verilərək, Lənkəran rayonu Mamusta bələdiyyəsi tərəfindən Mamusta bələdiyyəsinin torpaqlarından alqı-satqı əsasında ayrılmasına dair 05 dekabr 2003-cü il tarixli akt qəbul edilmiş və 10 dekabr 2003-cü il tarixdə adıçəkilən torpaq sahəsinin alqı-salqısı aparılaraq bu barədə müvafiq qərar qəbul edilməklə həmin akt və qərar tərərflərin imza və möhürlə təsdiq edilməklə Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsində qeydə alınmışdır. Atası mərhum X21 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən atasının vərəsəsi müyyən edilmişdir. Tələb olunan hüquqmüəyyənedici sənədləri topladıqdan sonra mülkiyyətində olan daşınmaz əmlakı dövlət qeydiyyatına alınmasından ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı ərazi idarəsinə müraciət edərək torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, sənədlərin ilkin ekspertizası zamanı qurumun əməkdaşları tərəfindən sənədlərin tamlığına müsbət rəy verilərək müvafiq qaydada Hüquqların dövlət qeydiyyatına alınmasına dair Dövlət Reyestrindən Çıxarışla təmin ediləcəyi bildirilmiş, lakin müraciətinə 06 iyul 2022-ci il tarixdə № **********50 saylı məktubla rədd cavabı verilərək əmlakının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin imtinaya səbəb isə hüquqmüəyyənedici sənəd üzrə göstərilənlərlə elektron baza məlumatları arasında uyğunsuzluq mövcud olması və həmin torpaq sahəsinin DWG (xəritə) baza məlumatına əsasən həmin ərazi Mamusta bələdiyyəsinin sərhədləri daxilində olmaqla bələdiyyə mülkiyyətinə verilmiş KPİ-yə aid edilmiş və islahatın müvafiq qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənməsi qeyd edilmişdir. İmtinada qeyd olunan məsələ onun təqsiri üzündən baş verməmişdir. Torpaq sahəsinə dair texniki məsələlər və sənədlərin uyğunsuzluğu vətəndaşın və ya mülkiyyətçinin təqsiri və səhvi deyildir. Torpağın alqı satqısına dair qurumlardan alınan sənədlərdə göstərilən ərazi mənim xüsusi mülkiyyətimə aid olmaqla, hüquqların dövlət qeydiyyatının aparılması qanunamüvafiqdir.Bu barədə Mamusta bələdiyyəsi bir daha təqdim etdiyi müvafiq arayışla rəy vermişdir. Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinə çıxarışın alınmasından ötrü tələb olunan bütün sənədləri qanunmüvafıq qaydada təqdim etməyinə baxmayaraq inzibati orqan xahişini yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, hazırki iş üzrə sorğunun icrası olaraq tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran rayonu, Mamusta kəndi ərazisində yerləşən, Mamusta bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 26 saylı qərarı əsasında həyətyanı məqsədilə iddiaçının qanun üzrə vərəsəsi olduğu şəxsə (X21) ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun, habelə müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər iddiaçı şəxsin 2022-ci il 30 iyun tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə Lənkəran rayonu, Mamusta kəndi ərazisində yerləşən, hazırki iş üzrə İddiaçı qanurı üzrə vərəsəsi olduğu şəxsə (X21) ayrılmış həmin 600 kv.m həyətyanı tcrpaq sahəsinə dair vərəsəlik üzrə yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair texniki pasportun tərtib olunması xahiş edilmişdir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə sözü gedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim edilmiş ilkin sənədlərlə faktik: vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim olunmuş bələdiyyə qərarı alqı-satqı aktından sonrakı tarixdə qəbul olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən əvvəl bələdiyyə qərarı qəbul edildikdən sonra alqı-satqı aktı tərtib olunmalıdır. Həmin dövrdə faktiki yerində aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, reallıqda hüquqmüəyyənedici sənəd olaraq sözü gedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş Mamusta bələdiyyəsinin xx.xx.2003-ci il tarixli, 26 saylı qərarının əsaslılığı və qanuniliyi baxımından Arxiv İdarəsində arxiv nüsxəsinin mövcud olub-olmaması müəyyənləşdirilməsi zərürəti yaranmışdır. Belə ki, mövcud uyğunsuzluğun aradan qaldırılmasına münasbətdə tərəfimizdən aidiyyəti üzrə səlahiyyətli qurum olaraq Azərbaycan Respublikası Dövlət X7 dəqiqləşdirilmiş məlumatın, habelə həmin sənədlərin təsdiqlənmiş arxiv surətinin əldə olunması məqsədilə xx.xx.2021-ci il tarixli müvafiq sorğu ünvanlanmışdır. Səlahiyyətli orqan olaraq həmin qurumdan daxil olmuş xx.xx.2021-ci il tarixli, B/261 qeydiyyat nömrəli cavab məktubu ilə sözü gedəri bə ədiyyə qərarı barəsində aidiyyəti hissədə arxiv məlumatlarında hər-hansı bir məlumatın olmadığı bildirilmişdir. Bu baxımdan inzibati icraat materialları üzrə (arxiv məlumatlarına və islahatın müvafiq qərarı əsasında X14 və onun ailə üzvlərinin adına JN- 0447 nömrəli şəhadətnamə işlənməsinə münasibətdə) yaranmış uyğunsuzluğa münasibətdə, miras əmlak olaraq həmin 600 kv.m həyətyanı torpaq sahəsinə vərəsəlik üzrə yaranmış hüquqlara dair mərhum şəxsin adına müvafiq qeydiyyatın aparılması təmin olunmamış, vərəsə olaraq hazırki iş üzrə iddiaçının icraatda olan ərizəsindən imtina edilmiş və onun ünvanına xx.xx.2021-ci il tarixli, **********93 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Odur ki, hazırki iş üzrə miras əmlak olaraq mərhum şəxsə məxsus 600 kv.m həyətyanı torpaq sahəsinə dair ilkin bələdiyyə sənədləri üzrə yaranmış uyğunsuzluğun (ilkin torpaqayırma sənədləri üzrə məlumatların fərqli olması, alqı-satqı aktının bələdiyyə qərarından əvvəl tərtib olunmasına, habelə mərhumun və onun ailə üzvlərinin adına JN-0447 nömrəli şəhadətnamə verilməsinə münasibətdə) tərəflərin (bələdiyyənin və arxiv idarəsinin) iştirakı ilə tam araşdırılmaqla qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin və üçüncü şəxs Lənkəran rayonu Mamusta bələdiyyəsi nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən üçüncü şəxs Lənkəran rayonu Mamusta bələdiyyəsinin nümayəndəsi X12 iddia tələbinə etiraz etmədiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Lənkəran rayon Mamusta bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 26 saylı qərarına əsasən Lənkəran rayonu Mamusta kəndi ərazisində yerləşən 0,06 ha həyətyani torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüququnun ölmüş X16 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Lənkəran rayonu, Mamusta Bələdiyyəsinin 10 dekabr 2003-cü il tarixli, 26 saylı qərarı və xx.xx.2003- cü il tarixli “Torpaqların alqı-satqısına dair” aktı əsasında X16 Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06 ha torpaq sahəsinin satıldığı müəyyən edilir. (sənədlərin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir). İşdə olan JN-0447 KOD 80214018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayonu Mamusta kənd sakini X16 və ailə üzvləri X16, X2, X13, X8, X15 və X17 Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 18 nömrəli qərarına əsasən 0.5 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Mamusta kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, AZ-İİ 020012 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 05 oktyabr 2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 10 ayının 10 günündə 27 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********50 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu, Mamusta kəndi ərazisində yerləşən, Mamusta bələdiyyəsinin 10 dekabr 2003-cı il tarixli, 26 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü qanun üzrə vərəsəsi olduğu şəxsə (X21) ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair plan ölçü sənədinin tərtib edilməsi və müvafiq çıxarışın verilməsindən ötrü təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, miras əmlak olaraq həmin 600 kv.m həyətyanı torpaq sahəsinə dair vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Tərəflərindən təqdim olunmuş sözü gedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, mövcud DWG (xəritə) baza məlumatlarına əsasən həmin ərazi Mamusta bələdiyyəsinin sərhədləri daxilində olmaqla bələdiyyə mülkiyyətinə verilmiş (KPİ-yə) aid edilmişdir. Həmçinin, bələdiyyə qərarı alqı-satqı aktından sonra qəbul edildiyindən uyğunsuzluq yaranmışdır. Eyni zamanda bələdiyyə qərarında və alqı-satqı aktında ciddi pozuntu hallarına yol verildiyi məlum olmuşdur. Arxiv və baza məlumatları üzrə aparılan araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, vərəsəsi olduğunuz şəxsin adına islahatın müvafiq qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Qeyd olunan səbəblərdən həmin 600 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış mülkiyyət hüquqlarının tanınması proseduru Ərazi İdarəsinin imkanları xaricindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafia hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin Lənkəran rayon Mamusta bələdiyyəsinin sədrinə ünvanladığı xx.xx.2003-cü il tarixli, 423 nömrəli məktubunun təsdiq edilmiş surətindən görünür ki, Mamusta kənd sakinləri X6, X9, X16 torpaq sahəsinin satılması məsələsinə baxılmışdır. Satılması müəyyənləşdirilmiş torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olduğunu nəzərə alıb. Torpaqların alqısatqı qaydasına əsasən pulu əvvəlcədən bələdiyyə hesabına köçürülməklə X3 xüsusi sənətkarlıq üçün 0,015 ha və Ş.İbadova və A.Həsənova isə 0,06 ha həyətyanı torpaq sahəsi satıla bilər. İşdə olan Lənkəran rayon Mamusta bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 26 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonu Mamusta kənd sakini X16 Mamusta bələdiyyəsinin mülkiyyətində olan perspektiv inkişaf fondundan həyətyani sahəsi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1464 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-240/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Mamusta Bələdiyyəsinin 10 dekabr 2003-cü il tarixli, 26 saylı qərarı və xx.xx.2003- cü il tarixli “Torpaqların alqısatqısına dair” akt əsasında X1 Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemindəki yerləşmə yeri ilə faktiki vəziyyətdəki yerləşmə yeri arasında uyğunsuzluqların olması müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin iddia olunan faktiki vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-240/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Mamusta Bələdiyyəsinin 10 dekabr 2003-cü il tarixli, 26 saylı qərarı və xx.xx.2003- cü il tarixli “Torpaqların alqı-satqısına dair” akt əsasında X1 Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06 ha torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə müllkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyasının əkin torpaq sahəsi olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-240/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Mamusta Bələdiyyəsinin 10 dekabr 2003-cü il tarixli, 26 saylı qərarı və xx.xx.2003-cü il tarixli “Torpaqların alqısatqısına dair” akt əsasında X1 Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06 ha torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-240/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Mamusta Bələdiyyəsinin 10 dekabr 2003-cü il tarixli, 26 saylı qərarı və xx.xx.2003- cü il tarixli “Torpaqların alqısatqısına dair” akt əsasında X1 Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair elektron kadastr xəritəsində məlumatların aşkar olunmaması müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-240/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Mamusta Bələdiyyəsinin 10 dekabr 2003-cü il tarixli, 26 saylı qərarı və xx.xx.2003- cü il tarixli “Torpaqların alqısatqısına dair” akt əsasında X1 Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin torpaqayırma sxemindəki yerləşmə yeri ilə faktiki vəziyyətdəki yerləşmə yeri arasında uyğunsuzluqların olması müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasənaraşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-240/2024 №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Mamusta Bələdiyyəsinin 10 dekabr 2003-cü il tarixli, 26 saylı qərarı və xx.xx.2003- cü il tarixli “Torpaqların alqı-satqısına dair” akt əsasında X1 Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06 ha torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 18 nömmrəli qərarına əsasən JN- 0447 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X21 və qeydlərinin mülkiyyətinə verilmiş Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,05 ha torpaq sahəsinin üst-üstə düşməməsi, sənəd üzrə ayrı-ayrı yerlərdə yerləşməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-240/2024 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsi üzərində tikilinin mövcud olmaması müəyyən edilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X11 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X11 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X19rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X22rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (əsllərini və təsdiq edilmiş surətlərini) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/1464 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı mərhum atası X16 Lənkəran rayon Mamusta bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 26 saylı qərarına əsasən bələdiyyəsinin mülkiyyətində olan perspektiv inkişaf fondundan həyətyani sahəsi üçün 600 kv.m torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Bələdiyyənin hər hansısa bir yanlış hərəkəti nəticəsində sənədləşmə işlərində pozuntuya yol verməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsi ilə balı cavabdehin hərəkətləri yanlış olmuşdur. Həmçinin mübahisəli torpaq sahəsi ilə bağlı 2003-cü ildən bu günə kimi mübahisə olmamışdır ki, inzibati orqan inzibati icraat apardığı zaman bu halı da nəzərə almalı idi. Həmçinin cavabdedin imtina səbəblərindən biri də torpaq sahəsinin üzərində “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin işlənməsi olmuşdur ki, məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olara məhkəməyə təqdim edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1464 nömrəli ekspert rəyinə əsasən həmin halların mövcud olmadığı müəyyən edilir. Belə ki, Lənkəran rayonu, Mamusta Bələdiyyəsinin 10 dekabr 2003-cü il tarixli, 26 saylı qərarı və xx.xx.2003- cü il tarixli “Torpaqların alqı-satqısına dair” akt əsasında X1 Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06 ha torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 18 nömmrəli qərarına əsasən JN- 0447 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X21 və qeydlərinin mülkiyyətinə verilmiş Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,05 ha torpaq sahəsinin üst-üstə düşməməsi, sənəd üzrə ayrı-ayrı yerlərdə yerləşməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Lənkəran rayonu, Mamusta Bələdiyyəsinin 10 dekabr 2003-cü il tarixli, 26 saylı qərarı və xx.xx.2003- cü il tarixli “Torpaqların alqı-satqısına dair” akt əsasında X1 Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin torpaqayırma sxemindəki yerləşmə yeri ilə faktiki vəziyyətdəki yerləşmə yeri arasında uyğunsuzluqların olması, uyğunsuzluqların faktiki vəziyyətə uyğunlaşdırılacağı təqdirdə sözügedən torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran rayon Mamusta bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 26 saylı qərarına əsasən Lənkəran rayonu Mamusta kəndi ərazisində yerləşən 0,06 ha həyətyani torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüququnun ölmüş X16 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Lənkəran rayon Mamusta bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 26 saylı qərarına əsasən Lənkəran rayonu Mamusta kəndi ərazisində yerləşən 0,06 ha həyətyani torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüququnun ölmüş X16 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-271/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-271/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver