Məhkəmə qərarları › İş №2-1(120)-2723/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2723/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2723/2024 25.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsinin nümayəndəsi X12, Üçüncü şəxs X4 və onun nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsinə qarşı «2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beylənxalq Magistratura və Doktorantura X1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (ixtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma; Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası əsasında X5 verilmiş “magistr” ali elmi-ixtisas dərəcəsinin və magistr diplomunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, «X5 verilmiş «magistr» ali elmi ixtisas dərəcəsinin ləğv edilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16424/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu tarixdən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsinə qarşı «X5 verilmiş «magistr» ali elmi ixtisas dərəcəsinin ləğv edilməsi» barədə iddia tələbi üzrəX10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti publik huquqı şəxsinə qarşı “2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beylənxalq Magistratura və Doktorantura X1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (ixtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma; Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası əsasında X5 verilmiş “magistr” ali elmi-ixtisas dərəcəsinin və magistr diplomunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2008-ci ildən başlayaraq iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA-nın İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda “Vergidən yayınma risklərinin modelləşdirilməsi” adlı dissertasiya işini yerinə yetirməyə başlamışdır, 2010-cu ildən beynəlxalq konfranslarda tezis, elmi jurnallarda isə məqalələrlə çıxış etmişdir. 31 may 2013-cü il tarixdə Bakı Dövlət Universitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasında dissertasiya işini müdafiə edərək iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2020-ci ilin may ayında internet resurslarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və X7 Əhədzadə tərəfindən müdafiə edilmiş “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiyasına rast gəlmişdir. Həmin magistr dissertasiyasının mövzusu onun 2013-cü ildə müdafiə etdiyi dissertasiya mövzusu ilə oxşarlıq təşkil etdiyindən diqqətini cəlb etmiş və linkə daxil olaraq dissertasiyanı oxuyub müqayisə etdikdə ona məlum olmuşdur ki, Elməddin Əhədzadənin dissertasiyası onun dissertasiyası ilə eynilik təşkil edir. Belə ki, Elməddin Əhədzadə dissertasiya işinin mövzusunun adında cüzi dəyişiklik etməklə, onun dissertasiya işini olduğu kimi köçürmüş, mündəricata bəzi formal əlavələr etməklə, onu da olduğu kimi saxlamış, dissertasiya işində onun heç bir elmi işinə istinad etmədən, dissertasiyanın yazılmasında istifadə olunan ədəbiyyat siyahısında onun dissertasiyası və elmi əsərlərini göstərmədən, dissertasiya işini əvvəldən axıra kimi köçürərək mənimsəmişdir. Bununla bağlı o Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə müraciət etsə də, heç bir tədbir görülməmiş, ona şablon ifadələrlə cavab verilmişdir. Həmçinin, o X5 müraciət ünvanlayaraq, eyni zamanda dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş etmiş, lakin sonuncu onun yazılı müraciətinə rəsmi cavab verməmiş, telefonda onunla kobud, nəzakətsiz danışaraq bildirmişdir ki,“hara istəyirsən şikayət et”.Bundan sonra o pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir və X5, Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X10 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyasının və həmin dissertasiya əsasında cavabdeh X5 verilmiş magistr dərəcəsinin ləğv edilməsi, X2 15000 manat, Azərbaycan Dövlət İqtisad Universitetindən 20.000 manat və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən 15.000 manat məbləğində kompensasiyanın, cavabdeh X2 7000 manat, Azərbaycan Dövlət İqtisad Universitetindən 7000 manat və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən 6.000 manat məbləğində mənəvi zərərin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilərək, müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiyanın və 1000 (bir min) manatməbləğində mənəvi ziyanın əvəzinin cavabdeh X2 mənim xeyrimə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.Mən həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişəm.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-850/2023 nömrəli 01 may 2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə qismən - 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X10 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə: İxtisaslaşma: Vergi və vergi qoyma) müdafiəedilmiş “magistrdissertasiyasının ləğv edilməsinin” təmin olunmaması hissəsində ləğv edilməsi, ləğvolunmuş hissə üzrə yeni qətnamə qəbul edilərək 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X10 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə: İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistrdissertasiyasının ləğv edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. O həmin qətnamədən kassasiya şikayəti vermişdir.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3304/2023 nömrəli 13 sentyabr 2023-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-850/2023 nömrəli 01 may 2023-cü il tarixli qətnaməsinin iddia tələbinin X5 verilmiş magistr dərəcəsinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi, ona-İddiaçı, X5 verilmiş magistr dərəcəsinin ləğv edilməsi üçün magistr dərəcəsini verən orqana müraciət etmək, həmin orqan tərəfindən imtina edildiyi təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2023-cü il tarixli 2(105)-850/2023 nömrəli qətnaməsinin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra o Azərbaycan Dövlət İqtisad Universitetinə müraciət edərək, 2019- cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X10 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası əsasında X5 verilmiş “magistr” ali elmi-ixtisas dərəcəsinin ləğv edilməsi barədə qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir.Cavabdeh tərəfindən 010-036- 15xx/xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktuba əsasən müraciətinin təmin olunmasından imtina edilmişdir.İmtina onunla əsaslandırılmışdır ki, «məzun E.M.Əhədzadə magistr elmi-ixtisas dərəcəsini almaq üçün 2 tədris ili müddətində təsdiq olunmuş proqramlar çərçivəsində tədris prosesində iştirak etmiş, bütün fənlər üzrə müvəffəqiyyətlə imtahanlar vermiş, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrini keçmişdir. Beləliklə, o, magistrlik dissertasiyasının müdafiəsinə buraxılmaq üçün tədris proqramları ilə təyin edilmiş təhsil nailiyyətlərini əldə etmişdir. E.M.Əhədzadənin müdafiə etdiyi magistrlik dissertasiyasında onun əsərlərdən istinad göstərmədən istifadə etməsi səbəbindən məhkəmə çəkişməsi zamanı plagiat halı aşkarlanmış və nəticədə o, mülki məsuliyyətə cəlb olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, UNEC-in 2019-cu il magistr məzunu X5 verilmiş magistr elmi-ixtisas dərəcəsinin ləğvini əsassız heab edir». Cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı etirazından görünür ki, X3 dissertasiya işinin plagiat olduğu təsdiq edilməklə Sumqayıt şəhər məhkəməsinin 17.01,2023-cü il tarixli qətnaməsinə əsasən müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiyanın və 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzinin E.M.Əhədzadədən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hesab edir ki, bununla iddiaçının pozulmuş hüquqları faktiki olaraq təmin edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın tələblərinə əsasən məzun E.M.Əhədzadə magistr elmi-ixtisas dərəcəsini almaq üçün 2 tədris ili müddətində təsdiq olunmuş proqramlar çərçivəsində tədris prosesində iştirak etmiş, bütün fənlər üzrə müvəffəqiyyətlə imtahanlar vermiş, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrini keçmişdir. Beləliklə, o, magistrlik dissertasiyasının müdafiəsinə buraxılmaq üçün tədris proqramları ilə təyin edilmiş təhsil nailiyyətlərini əldə etmişdir. E.M.Əhədzadənin müdafiə etdiyi magistrlik dissertasiyasında iddiaçının əsərlərindən istinad göstərmədən istifadə etməsi səbəbindən məhkəmə çəkişməsi zamanı plagiat halı aşkarlanmış və nəticədə o, mülki məsuliyyətə cəlb olunmuşdur.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-850/2023 saylı qətnaməsi ilə UNEC məzunu X3 magistr dissertasiyasının ləğv edilməsi qət edilmişdir. Universitet rektorunun əmri ilə Beynəlxalq magistratura və doktorantura mərkəzinin "Maliyyə" ixtisası "Vergi və vergiqoyma" ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilinin məzunuX4 "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda yerinə yetirdiyi dissertasiya işi ləğv olunmuşdur. Eyni zamanda, həmin dissertasiya işi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi saytında yerləşdirilən dissertasiyalar bazasından çıxarılmışdır. Xüsusi ilə qeyd edilməlidir ki, elmi fəaliyyətdə akademik etikaya riayət edilməsi UNEC- də daim diqqət mərkəzində saxlanılır, şəffaflıq və nəzarət mexanizmləri mütəmadi olaraq təkmilləşdirilir, müdafiə edilən buraxılış işləri, magistr dissertasiyaları və digər elmi işlər universitetin rəsmi saytında açıq internet resursu kimi yerləşdirilir. E.M.Əhədzadənin müdafiə etdiyi dissertasiya işində iddiaçının əsərlərinə istinad etmədən istifadə etməsi faktının İddiaçı tərəfindən aşkarlanması məhz UNEC-də aparılan şəffaflıq siyasəti nəticəsində mümkün olmuşdur. Qeyd edilməlidir ki, iddiaçının 2013-cü ildə Bakı Dövlət Universitetində müdafiə etdiyi dissertasiya işi 2019-cu ildə E.M.Əhədzadənin magistrlik dissertasiyası yoxlanılarkən elektron bazada plagiat proqramı tərəfindən aşkarlanmamışdır. Beləliklə, UNEC X5 "magistr” ali elmi ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkilivə “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın tələblərinə riayət etməklə həyata keçirilmişdir.Yuxarıda qeyd olunanlara əsasənİddiaçı cavabdeh Azərbaycan Dövlət iqtisad Universiteti” PHŞ-ya qarşı X5 verilmiş magistr ali elmi ixtisas dərəcəsinin ləğv edilməsi tələbinə dair əlavə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, 2020-ci il tarixdə internet resurslarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və X7 Əhədzadə tərəfindən müdafiə edilmiş “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda cüzi dəyişikliklər edilməklə magistr dissertasiyasına rast gəlmişdir. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdi, Sumqayıt şəhər Məhkəməsində 3000 manat mənəvi ziyan onun xeyrinə 3-cü şəxs tərəfindən tutulmuşdur, digər iddia tələbi isə mqagistr dissertasiya işinin ləğv edilməsi, magistr elmi dərəcəsinin ləğv edilməsi ilə bağlı idi, həmin iş üzrə kassasiya şikayəti verilmiş, kassasiya instansiyası məhkəməsinin qərarı ona izah edilmişdir ki, o, “magistr” ali elmi-ixtisas dərəcəsinin ləğvi ilə bağlı müvafiq inzibai məhkəmədə iddia qaldırmaq hüququnqa malikdir, o da hal-hazırda “magistr” ali elmiixtisas dərəcəsinin və magistr diplomunun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərarına əsasən, magistratura təhsili üzrə qəbul qaydaları qeyd olunmuşdur, həmin qəbul qaydalarında 1.1, 1.2 bəndləri üzrə göstərilmişdir ki, ali təhsil müəssisələrində magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş və magistr ali elmi-ixtisas dərəcəsi almış şəxslərə müəyyən olunmuş formada dövlət nümunəli diplom verilir. Magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Yəni bu o deməkdir ki, magistr dərəcəsi yalnız magist işini yazıb müdafiə edən şəxslərə verilir, əgər məhkəmə tərəfindən mövqe bildilibsə, magist işinin plagiat olması barədə məsələ qərarla sübuta yetirilibsə, bundan sonra magist işi ləğv olunubsa, hesab edir ki, bundan sonra da magistr dərəcəsi də ləğv edilməlidir və magistraturanı müvəfffəqiyyətlə bitirən şəxsə diplom işi verilməli olduğu, əks halda arayış verilməli olduğu üçün, hazırki halda diplom və magistr dərəcəsi də ləğv edilməlidir. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi X14 iddia ərizəsini qəbul etməmiş və iddia ərizəsinə etiraz olaraq bildirmişdir ki, üçüncü şəxs E.Əhədzadə Universitetdə 3 semestr üzrə tədris keçmişdir, müvəffəqiyyətlə imtahanları vermişdir, magistr disertasiyasını hazırlayarkən intenret resurslarından istifadə etmişdir, istifadə etdiyi resurs üzrə müəlliflik ona bəlli olmamışdır, müəlliflik hüququ üzrə disertasiya işində istinad etməmişdir, istinad etsəydi heç bir problem olmayacaqdı, buna görə də məhkəmə qaydasında maddi ziyan öhdəliyini ödədi. Bundan sonra ona verilmiş disertasiya işi ləğv edildi, ona yeni mövzu verildi, rəhbər təyin edildi, hal-hazırda üzərində işləyir. Üçüncü şəxs X10 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, 5 il ərzində başına gəlmiş hadisələr nəticəsində ən azı tələbə kimi çox şey öyrəndi, tələbə səhv etdikdə müəllim onu başa salıb öyrətməlidir, hər insan müəllim olmaya bilər. İddiaçının ondan istədiyi diplomunun ləğvidir, təzminat davasıdır. Əgər mübahisə disertasiya işinin ləğvi ilə bağlıdırsa, onun səhvi istinad etməli idi, səhvi olub və etməmişdir, düzgün yönəldilməmişdir. Disertasiya işində iddiaçının adını qeyd etmədiyinə görə məhkəmə tərəfindən ona təyin edilmiş təzminatı da ödəmişdir, sonra disertasiya işi də ləğv edildi, yeni disertasiya işi üzrə yazır, bəzi məsələləri həll etdikdən sonra disertasiya işini müdafiə edəcəkdir. Üçüncü şəxsin nümayəndəsi X13 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, onlara Sumqayıt şəhər Məhkəməsindən ilk dəfə məktub gələndə iddiaçıya bir dəfə zəng etmişdir, onn məqsədinin nə olduğunu soruşmuşdur, iddiaçı isə bildirmişdir ki, işdən azad edilib, onu işə bərpa etdirsinlər, o da iddiaçını işə bərpa edə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə doğulmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli qətnaməsindən görünür ki, müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiya və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi cavabdeh X2 İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-850/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş.Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-50/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən -2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X10 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş “magistr dissertasiyasının ləğv edilməsinin” təmin olunmaması hissəsində ləğv edilmiş. Ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilməsi və 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X10 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası ləğv edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3304/2023 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2023-cü il tarixli 2(105)-850/2023 nömrəli qətnaməsi iddia tələbinin X5 verilmiş magistr dərəcəsinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi eləcə də, İddiaçı, X5 verilmiş magistr dərəcəsinin ləğv edilməsi üçün magistr dərəcəsini verən orqana müraciət etmək, həmin orqan tərəfindən imtina edildiyi təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin iddiaçıya ünvanladığı 6 noyabr 2023-cü il tarixli, 010-036-15xx/xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, X3 dissertasiya işinin plagiat olduğu təsdiq edilməklə Sumqayıt şəhər məhkəməsinin 17.01,2023-cü il tarixli qətnaməsinə əsasən müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiyanın və 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzinin E.M.Əhədzadədən tutulması qət edilmişdir. Bununla da, tələbi faktiki olaraq təmin edilmişdir. Məzun E.M.Əhədzadə magistr elmi-ixtisas dərəcəsini almaq üçün 2 tədris ili müddətində təsdiq olunmuş proqramlar çərçivəsində tədris prosesində iştirak etmiş, bütün fənlər üzrə müvəffəqiyyətlə imtahanlar vermiş, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrini keçmişdir. Beləliklə, o, magistrlik dissertasiyasının müdafiəsinə buraxılmaq üçün tədris proqramları ilə təyin edilmiş təhsil nailiyyətlərini əldə etmişdir. E.M.Əhədzadənin müdafiə etdiyi magistrlik dissertasiyasında əsərlərdən istinad göstərmədən istifadə etməsi səbəbindən məhkəmə çəkişməsi zamanı plagiat halı aşkarlanmış və nəticədə o, mülki məsuliyyətə cəlb olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, UNEC-in 2019-cu il magistr məzunu X5 verilmiş magistr elmi-ixtisas dərəcəsinin ləğvini əsassız hesab etmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 2(060)-50/2023 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdehlər X5 və qeyrilərinə qarşı magistr dissertasiyasının ləğv edilməsi və digər tələbinə dair 2(060)-50/2023 saylı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 saylı, 17.01,2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar xx.xx.2023-cü il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bildirilir ki, 2(060)-50/2023 saylı mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarıldıqdan sonra müraciətinin cavablandırılması mümkün olacaqdır. İşdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 368/4/2024 nömrəli əmrdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli 330/4/2024 nömrəli əmrə əsasən Beynəlxalq magistratura və doktorantura mərkəzinin "Maliyyə" ixtisası "Vergi və vergiqoyma" ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilinin məzunu X4 "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda yerinə yetirdiyi dissertasiya ləğv olunduğu üçün E.M.Əhədzadənin yeni dissertasiya işi mövzusu və elmi rəhbəri müvafiq qaydada təsdiq edilmişdir. İşdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 330/4/2024 nömrəli əmrdə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)- 850/2023 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə Beynəlxalq magistratura və doktorantura mərkəzinin rəhbər müavininin müraciətini nəzərə alaraqBeynəlxalq magistratura və doktorantura mərkəzinin "Maliyyə" ixtisası "Vergi və vergiqoyma" ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilinin məzunu X4 "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda yerinə yetirdiyi dissertasiya işi ləğv olunmuşdur. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 2(105)-580/2023 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-850/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-50/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X10 tərəfindən "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş “magistr dissertasiyasının ləğv edilməsinin” təmin olunmaması hissəsində ləğv edilmiş, ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilərək 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X10 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası ləğv edilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2023- cü il tarixli, 2(102)- 3304/2023 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2023-cü il tarixli, 2(105)-850/2023 nömrəli qətnaməsi iddia tələbinin X5 verilmiş "magistr dərəcəsinin ləğv edilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2023-cü il tarixli 2(105)- 850/2023 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan X18 Dövlət Komissiyasının 2016-cı il üzrə Ali Təhsil Müəsisələrinin Magistraturasına qəbul edilmiş Bakalavrların siyahısında X10 80 bal topladığı qeyd edilmişdir. İşdə olan Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş akademik transkript sənədindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X10xx.xx.2019-cu il tarixli, 484/4/2019 saylı əmr ilə “maliyyə” ixtisası üzrə magistrant təhsil pilləsi ilə məzun olmuşdur. İşdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 587/4/2016 nömrəli əmrdə göstərilmişdir ki, X10 qəbul imtahanlarını müvəffəqiyyətlə verdiyi üçün Azərbaycan Dövlət iqtisad Universitetinin magistratura səviyyəsinin İ kursuna qəbul edilmişdir. İşdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 148/4/2018 nömrəli əmrdə göstərilmişdir ki, 2017/2018-ci tədris ilində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə qəbul olmuş X4 təhsilin İ il magistrantının dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq edilmişdir. İşdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Anar Rzayev tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 515/4/2018 nömrəli əmrdə göstərilmişdir ki,Beynəlxalq magistratura və doktorantura mərkəzinin magistrantı X10 təhsilin növbəti ilinə keçirilmişdir. İşdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli 388/4/2019 nömrəli əmrdə göstərilmişdir ki,Beynəlxalq magistratura və doktorantura mərkəzinin magistrantı X10 2018/2019-cu tədris ilində plan və proqramların bütün tələblərini yerinə yetirdiyi və təhsil haqqını tam ödədiyi üçün disertasiya işinin müdafiəsinə buraxılmışdır. İşdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin rektor vəzifəsini icra edən Anar Rzayev tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 484/4/2019 nömrəli “Magistr” diplomunun verilməsi haqqında əmrdə göstərilmişdir ki,beynəlxalq magistratura və doktorantura mərkəzinin magistrantı X102018/2019-cu tədris ilində plan və proqramların bütün tələblərini yerinə yetirdiyi və X11 magistr dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etdiyi üçün Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş hesab edilsin və ona magistr elmi dərəcəsi verilməklə vahid formada dövlət nümunəli “Magistr” diplomu verilmişdir. İşdə olan AM №028780 nömrəli, xx.xx.2019-cu il tarixli magistr diplomuna əlavədən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və xx.xx.2019-cu il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Təhsil müddəti 2 (iki) ildir. X9 xx.xx.2019-cu il tarixli 13 №-li qərarı ilə ona "Maliyyə" ixtisası "Vergi və vergiqoyma" ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. İşdə olan AM №028780 nömrəli, xx.xx.2019-cu il tarixli magistr diplomundan görünür ki, X5 X9 xx.xx.2019-cu il tarixli 13 №-li qərarı ilə ona "Maliyyə" ixtisası "Vergi və vergiqoyma" ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. İşdə olan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 368/4/2024 nömrəli əmrdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli 330/4/2024 nömrəli əmrə əsasən Beynəlxalq magistratura və doktorantura mərkəzinin "Maliyyə" ixtisası "Vergi və vergiqoyma" ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilinin məzunu X4 "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda yerinə yetirdiyi dissertasiya ləğv olunduğu üçün E.M.Əhədzadənin yeni dissertasiya işi mövzusu və elmi rəhbəri müvafiq qaydada təsdiq edilmişdir. Yeni mövzunun adı “Neft-qaz sektorunun vergiyə cəlb edilməsi xüsusiyyətləri” olaraq qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı 2020-ci ilin may ayında internet resurslarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və X7 Əhədzadə tərəfindən müdafiə edilmiş “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda magistr dissertasiyasına rast gəlmişdir. Həmin magistr dissertasiyasının mövzusu onun 2013-cü ildə müdafiə etdiyi dissertasiya mövzusu ilə oxşarlıq təşkil etdiyi ona məlum olmuşdur. İddiaçı kompensasiya və mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli qətnaməsinə əsasən, müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiya və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi cavabdeh X2 İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-850/2023 nömrəli qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş.Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-50/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən -2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X10 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş “magistr dissertasiyasının ləğv edilməsinin” təmin olunmaması hissəsində ləğv edilmiş. Ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilməsi və 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində cavabdeh X10 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3304/2023 nömrəli qərarına əsasən, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2023-cü il tarixli 2(105)- 850/2023 nömrəli qətnaməsi iddia tələbinin X5 verilmiş magistr dərəcəsinin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi eləcə də, İddiaçı, X5 verilmiş magistr dərəcəsinin ləğv edilməsi üçün magistr dərəcəsini verən orqana müraciət etmək, həmin orqan tərəfindən imtina edildiyi təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (ixtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma; Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası əsasında X5 verilmiş “magistr” ali elmi-ixtisas dərəcəsinin və magistr diplomunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki,məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki,mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki,iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Cavabdeh orqan tərəfinən təqdim edilmiş sənədlər və məhkəmə qərarlarından görünür ki, məhkəmə qərarları üzrə “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (ixtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma; Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası üzrə müəllif hüquqlarının pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiya və 1000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi cavabdeh X2 İddiaçı xeyrinə tutulmuşdur. Bundan sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 330/4/2024 nömrəli əmrinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-850/2023 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə Beynəlxalq magistratura və doktorantura mərkəzinin rəhbər müavininin müraciətini nəzərə alaraq Beynəlxalq magistratura və doktorantura mərkəzinin "Maliyyə" ixtisası "Vergi və vergiqoyma" ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilinin məzunu X4 "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda yerinə yetirdiyi dissertasiya işi ləğv olunmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 368/4/2024 nömrəli əmrinə əsasən, xx.xx.2024-cü il tarixli 330/4/2024 nömrəli əmrə əsasən Beynəlxalq magistratura və doktorantura mərkəzinin "Maliyyə" ixtisası "Vergi və vergiqoyma" ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilinin məzunu X4 "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda yerinə yetirdiyi dissertasiya ləğv olunduğu üçün E.M.Əhədzadənin yeni dissertasiya işi mövzusu və elmi rəhbəri müvafiq qaydada təsdiq edilmişdir. Yeni mövzunun adı “Neft-qaz sektorunun vergiyə cəlb edilməsi xüsusiyyətləri” olaraq qeyd edilmişdir. Məhkəmə tərəfindən həmçinin qeyd edilir ki, üçüncü şəxs E.M.Əhədzadə magistr elmi-ixtisas dərəcəsini almaq və diplom əldə etmək üçün 2 tədris ili müddətində təsdiq olunmuş proqramlar çərçivəsində tədris prosesində iştirak edərək müxtəlif fənlər üzrə imtahanlar vermiş və elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrini keçmişdir. Yəni, üçüncü şəxs Elməddin Əhədzadə magistrlik dissertasiyasının müdafiəsinə buraxılmaq üçün tədris proqramları ilə təyin edilmiş təhsil nailiyyətlərini əldə etmişdir və yekun olaraq cavabdeh orqan tərəfindən ona magistr diplomu təqdim edilmişdir. Beləliklə, əvvəllər tərəflər arasında mübahisə predmeti olmuş "Maliyyə" ixtisası "Vergi və vergiqoyma" ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilinin məzunu X4 "Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər" mövzusunda yerinə yetirdiyi dissertasiya işi artıq cavabdeh orqanın öz əmri əsasında artıq ləğv edildiyi və üçüncü şəxs barəsində başqa mövzuda yeni disertasiya işi təsdiq edildiyi üçün, iddiaçıya məhkəmə qərarları əsasında müəyyən edilmiş kompensasiya və mənəvi ziyanın əvəzi ödənildiyi üçün, hal-hazırki vəziyyətdə cavabdeh orqan tərəfindən İddiaçı subyektiv hüququnun və qanunla qorunan maraqlarının pozulduğunu müəyyən edən hər hansı bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Odur ki, İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkəmə tərəfindən məhkəmə iclaslarında iştirak edən iddiaçının hüquqi marağı qiymətləndirilərək, ona hüquqi yardım göstərilmiş, subyektiv hüququnun və qanunla qorunan maraqların pozulduğunu əsaslandıran və hazırki iddianı qaldırmaqda hüquqi marağının olmasına dair sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsinə qarşı «2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beylənxalq Magistratura və Doktorantura X1 tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (ixtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma; Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyası əsasında X5 verilmiş “magistr” ali elmi-ixtisas dərəcəsinin və magistr diplomunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar