Məhkəmə qərarları › İş №2-1(120)-2724/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2724/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2724/2025 07.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X2 iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” barədə iddia tələbinə dair inzibati işə ünvan 2əhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “X2 iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2724/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X2 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X7 şifahi məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, iddianın təmin edilməsinə etirazını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıların izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-111/2-Q-18xx/xx/2025 nömrəli məktubundan görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus olan Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 ünvanından qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olumuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X17 Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-8-1/2-146/2025 nömrəli arayışından görünür ki, üçüncü şəxs iddiaçıya məxsus olan Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 ünvanında yaşamır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-675/2025 nömrəli məktubuna çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmişdir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, sözügüdən daşınmaz əmlaka dair istifadə hüququ barədə məlumatlar Ərazi İdarəsində aşkar edilməmişdir. İşdə olan Şirvan şəhər Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı 07 mart 2025-ci il tarixli, 3-16-5/7-xx-xx/2025 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat infarmasiya sistemindən əldə edilmiş məlumata istinadən İddiaçı sorğuda adı qeyd edilən X2 atasıdır. İşdə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-949/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı 5000 manat kompensasiya məbləği Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 ünvanında qeydiyyatda olan yalnız cavabdeh İddiaçı verilməsi və onun istifadə hüququna xitam verilməsi, cavabdeh İddiaçı oğlu və digər cavabdehlər X3, 2012-cı il təvəllüdlü qızı X8, 2014-cı il təvəllüdlü qızı X6 və 2015-ci il təvəllüdlü oğlu X12 oglunun Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 ünvanından məcburi çıxarılması tələbi barədə iddiası təmin edilməmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(032)-949/2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdeh X5 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilsi və Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 saylı mənzilindən çıxarılması, cavabdeh X3 isə öz vəsaiti hesablarına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 saylı mənzildən çıxarılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1621/2024 nömrəli qərarından görünür ki, Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1950/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhər üzrə İcra və Probasiya şöbəsi tərəfində məhkəməyə ünvanlanan sənədlərindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023 nömrəli qətnaməsi, xx.xx.2024-cü il tarixli, 2(106)-1950/2023 nömrəli qətnaməsi icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan şəhər üzrə İcra və Probasiya şöbəsi tərəfində Şirvan Apellyasiya məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, “icraata xitam verilməsi” haqqında qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023-004 nömrəli icra sənədinə xitam verilməsinə dair qərar qəbul edilmişdir. İşdə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-812/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı cavabdehlə məhrum anası X4 birgə nigah dövründə alqı-satqı müqaviləsi əsasında alınmış Şirvan şəhəri, Ərəblinski küçəsində yerləşən 21 saylıl evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə baxılmışdır. Məhkəmə qərara almışdır ki, iddiaçı X2 ünvan 8 ünvanında yerləşən evdə 1/8 payı müəyyən edilməli, bununla da iddia qismən təmin edilməlidir. İddia qismən təmin edilməmişdir. İddiaçı X2 ünvan 8 ünvanında yerləşən evdə 1/8 payı müəyyən edilməsini qət etmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2(106)-1982/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1518/2025 nömrəli qərarından görünür ki, Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməmişdir.Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1982/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1518/2025 nömrəli qərarından görünür ki, Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməmişdir.Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1982/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9- cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, iddiaçı Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 ünvanında yerləşən mənzilin qeydiyyatında olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X17 Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-8-12-1/2-146/2025 nömrəli arayışından görünür ki, üçüncü şəxs iddiaçıya məxsus olan Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 ünvanında yaşamır. Məhkəmə qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 1950/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı tərəfindən cavabdeh X5 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 saylı mənzilindən çıxarılması qət edilmişdir. Həmi qətnamə icraya yönəldilmiş və iddiaçı tərəfindən məhkəmə qətnaməsinə nəzərədə tutulmuş konpensasiya məbləği tam şəkildə icra edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, üçüncü şəxs X7 etirazının əsası kimi istinad etdiyi, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-812/2024 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, X7 mənzildən mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə baxılmış, iddiaçı X2 ünvan 8 ünvanında yerləşən evdə 1/8 payı müəyyən edilmiş, bununla da iddia qismən təmin edilmişdir. İddiaçı X2 ünvan 10 ünvanında yerləşən evdə 1/8 payı müəyyən edilməsini qət edilmişdir. Miras kütlədən ona çatan 1/8 pay hissədə onun mülkiyyət hüququ müəyyən edilsədə, onun qeydiyyatdan çıxarılması pay hüququndan məhrum edilməsi hesab edilmir. Digər məhkəmə qətnaməsi ilə onun istifadə hüququ üçün müəyyən edilmiş konpensasiya məbləği tam icra edilmiş, X7 tərəfindən həmin məbləğ qəbul edildikdən sonra qətnamənin icrasına xitam verilmişdir. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55 s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxs “İddiaçı Seymur oğlu iddiaçıya məxsus Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs İddiaçı Seymur oğlu iddiaçıya məxsus olan Şirvan şəhəri, Ərəblinski küçəsi, ev 21 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar