Məhkəmə qərarları › İş №2-1(120)-2726/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2726/2025

11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2726/2025 11.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə Sabirabad rayonu, Qaraqaşlı kəndində anadan olmuşdur. 1976-1978-ci illərdə Krupskaya adma Bakı itabxanaçılıq Texnikumunda “Klub işçisi, özfəaliyyət dram kollektivi rəhbəri” ixtisası üzrə təhsil almışam. Bununla bağlı 009970 nömrəli diplom təqdim olunmuşdur. AR Milli Arxiv İdarəsinin Sabirabad rayon Dövlət Arxiv İdarəsinin 18 iyun 2014-cü il tarixli, 297 nömrəli arayışına əsasən, o, 1973-1978, 1988-1990,1993-1997-ci illərdə Sabirabad rayonu sabiq “Q.Nəsirov” adına kolxozda işləmişdir. Eyni zamanda, əmək kitabçamda qeyd olunduğu kimi, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Sabirabad rayon Mədəniyyət Mərkəzində təhsil aldığı müddət ərzində bədii rəhbər kimi, xx.xx.1981-ci ildən xx.xx.1982ci ilədək Sabirabad rayon Mədəniyyət Mərkəzində çilingər vəzifəsində, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək Kənd klubunun rəhbəri vəzifəsində, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Kənd klubunun rəhbəri vəzifəsində, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək kənd kitabxanasında kitabxanaçı kimi, xx.xx.1985-ci ildən bədii özfəaliyyət kollektivinin rəhbəri mədəniyyət evində bədii rəhbər kimi fəaliyyət göstərmişdir. X2 İdarəsinin Sabirabad Rayon Mədəniyyət Mərkəzindən verilmiş 23 oktyabr 2024-cü il tarixli, 06 nömrəli arayışa əsasən, həqiqətən də 16 aprel 1991-ci ildən ərizəsinə əsasən, Sabirabad Rayon Mədəniyyət şöbəsinin 57/7 nömrəli əmrinə əsasən Sabirabad rayon Qaraqaşlı kənd Mədəniyyət evinin mədəni təşkilatçı vəzifəsinə təyin olunmuş, 01 dekabr 1992-ci ildə ərizəsinə əsasən, Sabirabad Rayon Mədəniyyət şöbəsinin 180 nömrəli əmrinə əsasən, Sabirabad rayon Qaraqaşlı kənd Mədəniyyət evinin mədən təşkilatçı vəzifəsindən azad edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarına əsasən, 1973-1978, 1988-1990,1993-1997-ci illərdə Sabirabad rayonu sabiq “Q.Nəsirov” adına kolxozda işlədiyi əmək stajı fakt kimi tanınmış, eyni zamanda, İİ qrup əlilliyi tanınaraq cavabdeh DSMF-nin Sabirabad rayon şöbəsinin üzərinə əlilliyə görə pensiya təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil- Muğan regional filialına müraciət olunaraq yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş edilmişdir. Lakin filial tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli məktuba əsasən, əsassız olaraq ümumi siğorta stajının qanunla nəzərdə tutulandan az olması əsas gətirilərək yaşa görə əmək pensiyasının təyinindən imtina olunmuşdur. Eyni zamanda, məktubda göstərilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məsələ ilə bağlı AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli məktuba əsasən, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı dair sığortaolunan kimi uçot məlumatı aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” AR Qanununa əsasən, əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlayaraq aparıldığından 2006-cı il tarixdən əvvəlki dövrlər üzrə məlumatların təqdim edilməsi mümkün deyildir. Məktublardan aydın olduğu kimi, X16 xx.xx.2006-cı il tarixədək olan fərdi hesabın sığorta hissəsini, Mərkəzin məlumat bazası həmin tarixdən (xx.xx.2006cı ildən) sonraya aid məlumatları əks etdirdiyinə görə təqdim edə bilmir. Buna görə də AR ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı tərəfindən ətraflı araşdırma aparılmadan. X12 məlumatların obyektiv səbəblərə görə olmaması nəzərə alınmadan imtina verilmişdir. Hesab edir ki, iddia tələbi təmin edilərək cavabdehin üzərinə yaşa görə pensiya təyin edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İşə əlavə olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi filialının X4 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-279283/24 nömrəli məktubunda fərdi şəxsi hesab haqqında məlumat olaraq bildirilmişdir ki, DOST Agentliyinin 4 saylı DOST Mərkəzinə ünvanlanmış, 05.11,2024-cü il tarixdə 3-17-7/1-Ə-40302/2024 nömrə ilə qeydiyyata alınmış İddiaçı (FİN: xxxxxxx) fərdi şəxsi hesabı ilə bağlı müraciətinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. Müraciətin məzmununu dəqiqləşdirmək məqsədilə işçi əlaqə saxlanılmış, danışıq zamanı 1991 və 1992-ci illər üzrə Q.Qarasuyun xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın təqdim edilməsi istənilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı dair sığortaolunan kimi uçot məlumatı aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlayaraq aparıldığından 2006-cı il tarixdən əvvəlki dövrü üzrə məlumatların təqdim edilməsinin mümkün olmadığını bildirir. Ona görə iddia əriəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı müaciəti üzrə xx.xx.2024-cü il tarixli 3- 17-1/2-Q-77098/2024 nömrəli imtina məktubu ünvanlanmışdır. İddiaçı ünvanlanan imtina məktublarında qeyd olunmuşdur ki, onun qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum qərarında qeyd edilir ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Eyni zamanda həmin qərarda sosial sığorta haqlarının ödənildiyi vəsaitlərin pensiya hesablanması zamanı nəzərə alındığı, məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının pensiya təyin edilərkən nəzərə alınmasının qanunvericiliyin tələblərinə uyğun olmadığı vurğulanır. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-i il tarixli 175 nömrəli Qərarının 4.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İş materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-77098/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilən sənədlərin surətlərinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu illər, Şirvan İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 1973-1978, 1988-1990 və 1993-1997-ci illərdə Sabirabad rayonu sabiq “Q.Nəsirov” adına kolxozda işlədiyi müddət, Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən 1985-1988-ci illər üzrə 1 May kolxozunda olan 3 il 7 ay əmək fəaliyyəti də nəzərə alınmaqla İddiaçı cəmi sığorta stajı 23 il 8 ay 24 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 1985-1988-ci il tarixdən xx.xx.2018-ci il tarixədək onun fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı tərəfindən ünvanlanan məktuba əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 1991-1992-ci illər üzrə İddiaçı dair sığortaolunan kimi uçot məlumatları aşkar edilməmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı qanunvericliyinin tələblərinə əsasən, 25 ildən az olduğu üçün və fərdi hesabının siğorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Sabirabad rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə Sabirabad rayonunda doğulmuş Qarasoy X1 rayonu, Qaraqaşlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-770 nömrəli imtina məktubunda göstərilmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən sığorta stajının (xx.xx.1979-cu il tarixindən xx.xx.1981 -ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 1973-1978, 1988- 1990 və 1993-1997-ci illər üçün Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən 1985-1988-ci illlər üzrə 1 May kolxozunda olan 3 il 7 ay əmək fəaliyyəti də nəzərə alınmaqla) 23 il 8 ay 24 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən müddətsiz 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququ qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Müavinət kartını əldə etmək üçün "xxxx" ASCnin istənilən filialına müraciət edilməsi tövsiyə olunur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu qeyd olunub. - İşdə olan İT-İ № ******* nömrəli xx.xx.1984-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1982-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan 009970 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-1978-ci illərdə 5095 nömrəli kitabxanaçılıq texnikomunun, klub işçisi özfəaliyyət dram kollektivi rəhbəri ixtisasını bitirmişdir. - İşdə olan Sabirabad rayon Mədəniyyət Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 16 aprel 1991-ci ildə ərizəsinə əsasən Sabirabad rayon Mədəniyyət şöbəsinin 57/7 nömrəli əmrinə əsasən Sabirabad rayon Qaraqaşlı kənd Mədəniyyət evinin mədəni təşkilatçı vəzifəsinə təyin olunmuş, 01 dekabr 1992-ci ildə ərizəsinə əsasən Sabirabad rayon Mədəniyyət şöbəsinin 180 nömrəli əmrinə əsasən Sabirabad rayon Qaraqaşlı kənd Mədəniyyət evinin mədəni təşkilatçı vəzifəsindən azad edilmişdir. - İşdə olan Sabirabad rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-2375/24 nömrəli arayışından görünür ki, xx.xx.2015-ci il tarixdə Azərbaycan Milli Elmlər X3 xx.xx.2010-cu il tarixli qərarına əsasən doğum haqqında akt qeydində “yev” sonluğunu “soy” sonluqlu ifadə forması ilə əvəz edilmişdir. - İşdə olan Dövlət Stastistika Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-34/2-111/01-3/25 nömrəli məktubunda qeyd olunur ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Sabirabad rayon Mədəniyyət evinə dair məlumat mövcud deyildir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-91014/25 nömrəli məhkəmə sorğusunun icra edilməsi məktubunda İddiaçı əlilliyə görə pensiya işinin surətinin göndərilmişdir. - İşdə olan Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-6991/25 nömrəli məktubunda xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildiriir ki, dövlət reyestrində Sabirabad rayon Mədəniyyət Evi adlı qurumun dövlət qeydiyyatından keçməsi və vergi uçotuna alınması barədə məlumat aşkarlanmamışdır. - İşdə olan Sabirabad rayon Mədəniyyət Mərkəzinin xx.xx.2025-ci il tarixli, 07 nömrəli, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5rşı iddiası üzrə təqdim olunmuş 16 aprel 2025-ci il tarixli və 2-1(120)-2726/2025 saylı məktub əsasında Sabirabad rayon Mədəniyyət Mərkəzində arxiv sənədləri araşdırılmışdır. Qeyd olunur ki, İddiaçı Əlihəyder oğlunun 1979-1985-ci illər ərzində Sabirabad rayon Mədəniyyət evində çalışdığı dövrə aid olan məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma barədə əmrlər, həmçinin həmin illərə dair əmək haqqı cədvəlləri Sabirabad rayon Mədəniyyət Mərkəzinin hazırkı arxivində mövcud deyildir. Əlavə olaraq bildirilir ki, işə qəbul və işdən azad edilməyə əmrlərin əmr kitabından çıxarışları məktuba əlavə olunaraq təqdim olunur. Belə ki, İddiaçı Əlihəyder oğlunun xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu ilədək Sabirabad rayon Mədəniyyət evinə bəddi rəhbər vəzifəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci ilədək çilingər, Quruzma kənd klubunda xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü ilədək müdir, Talış su kəməri idarəsi nəzdindəki kitabxanada xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci ilədək kitabxanaçı işləməsi, Kalinovka kənd Mədəniyyət evində xx.xx.1985-ci il tarixdə dərnək rəhbəri vəzifəsinə təyin edilməsi barədə əmr və digər məlumatlar təqdim edilmişdir. - Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(86)1422/14 saylı qərarına əsasən, İddiaçı Əlihəyder oğlunun 1973-1978, 1988-1990, 1993-1997-ci illərdə Sabirabad rayonu sabiq “Q.Nəsirov” adına kolxozda işləməsi staj kimi qəbul edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin üzərinə ona əlilliyə görə pensiya təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək olan hərbi xidmət dövrü, Sabirabad Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-38-BA-17 nömrəli arayışında olan məlumata əsasən 1973-cü il üzrə 4 ay, xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, Hacıqabul Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-17RA/2-12/2024 nömrəli arayışında olan məlumata əsasən 1985-ci il üzrə 9 ay, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək kolxozdakı əmək fəaliyyəti dövrü, Mil-Muğan regional filialının Sabirabad rayon qəbul şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yoxlama aktında olan məlumata əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1981 -ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi sığorta stajı 23 il 8 ay 24 gün təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən,1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim edilən əmək kitabçası, arxiv arayışları və hərbi bileti olmuşdur. Yəni, cavabdeh orqan tərəfindən iddiaçının təqdim etdiyi hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci il tarixədək olan hərbi xidmət dövrü, Sabirabad Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-38-BA-17 nömrəli arayışında olan məlumata əsasən 1973-cü il üzrə 4 ay, xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, Hacıqabul Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-17RA/2-12/2024 nömrəli arayışında olan məlumata əsasən 1985-ci il üzrə 9 ay, xx.xx.1986-cı il tarixdən xx.xx.1989cu il tarixədək kolxozdakı əmək fəaliyyəti dövrü, Mil-Muğan regional filialının Sabirabad rayon qəbul şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yoxlama aktında olan məlumata əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1981 -ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi sığorta stajı 23 il 8 ay 24 gün qəbul edilmişdir. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddiaçının əmək kitabçasında qeyd edilən və arxiv sənədləri üzrə aşkar edilən illər üzrə işlədiyi dövrlər və hərbi xidmətdə olduğu müddət sığorta stajına daxil olur. Məhkəmə də iddiaçının hərbi xidmətdə olduğu sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Həmçinin 009970 nömrəli diplomun surətinə əsasən, İddiaçı 1976-1978-ci illərdə 5095 nömrəli kitabxanaçılıq texnikomunun, klub işçisi özfəaliyyət dram kollektivi rəhbəri ixtisasını bitirmişdir. İddiaçı həmin illərdə işlədiyi və həmin dövrlər üst-üstə düşdüyü üçün cavabdeh orqan tərəfindən iddiaçının işlədiyi dövr nəzərə alınmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. İddiaçı hazırda sosial müavinət alır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona yaşa görə pensiya təyinatının aparılması üçün kifayət deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar