Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2728/2025 05.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il tarixdə Astara rayonu, Toradi kəndində anadan olmuşdur. Astara rayon hərbi komissarlığı tərəfindən 27 fevral 1992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissə komandrinin xx.xx.1992-ci il tarixli 3 nömrəli əmrilə xx.xx.1992-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatına daxil edilmişdir. N nömrəli hərbi hissə komandrinin xx.xx.1992-ci il tarixli 81 nömrəli əmrilə Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunmuşdur. xx.xx.1992-ci il tarixdə Ağdam döyüş əməliyyatları bölgəsindən hərbi hissəyə qayıtmışdır. N nömrəli hərbi hissə komandrinin xx.xx.1993-cü il tarixli 40 nömrəli əmrilə xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə Ağdam döyüş əməliyyatları rayonunda döyüş tapşırıqlarını yerinə yetirdiyi üçün ona üç qat əmək haqqı ödənilmişdir. N nömrəli hərbi hissə komandrinin xx.xx.1993-cü il tarixli 68 nömrəli əmrilə N nömrəli hərbi hissənin mühafizə bölüyündə atıcı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandrinin xx.xx.1993-cü il tarixli 153 nömrəli əmrilə Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunmuşdur. N nömrəli hərbi hissə komandrinin xx.xx.1993-cü il tarixili 185 nömrəli əmrilə Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunmuşdur. N nömrəli hərbi hissə komandrinin xx.xx.1993-cü il tarixli 194 nömrəli əmrilə Ağdam döyüş əməliyyatları rayonundan ezamiyyətdən qayıdaraq qazan təminatına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 302 nömrəli əmrilə N nömrəli hərbi hissədə dizelçi-elektrik vəzifəsinə təyin olunmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1996-ci il tarixə kimi Lerik rayonu ərazisində yerləşən N “b” nömrəli hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikası Müdaifə Nazirinin 141 nömrəli xx.xx.1996-ci il tarixli əmrinə əsasən xx.xx.1996-ci il tarixdən hərbi xidməti başa vurduğuna görə ehtiyata buraxılmışdır. Beləliklə o, xx.xx.1992-ci il tarixdən 08 noyabr 1992-ci il tarixə kimi; xx.xx.1993-cü il tarixdən, xx.xx.1993-cü il tarixə kimi; xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi olan müddətdə Ağdam döyüş əməliyyatları bölgəsində N nömrəli hərbi hissənin tərkibində döyüş tapşırıqlarını yerinə yetirmişdir. Bu barədə hərbi biletində və Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/2-3108 nömrəli arxiv arayışında müvafiq qeydlər vardır.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandrinin xx.xx.1992-ci il tarixli 81 nömrəli əmrində; xx.xx.1993-cü il tarixli 40 nömrəli əmrində; xx.xx.1993-cü il tarixli 153 nömrəli əmrində; xx.xx.1993-cü il tarixli 185 nömrəli əmrində və xx.xx.1993-cü il tarixli 194 nömrəli əmrində adı və ata adının baş hərfi yəni Sübhan əvəzinə “S” və Müzəffər əvəzinə isə “M” hərfi yazılmışdır. X2 iştirak etdiyi üçün “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üçün Komissiyaya müraciət etmişdir. Müharibədə iştirakını mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq əsassız və qanunsuz olaraq barəsində Komissiya tərəfindən müsbət qərar qəbul edilməmişdir.Odur ki, pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Astara rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkündür, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA5379132 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə anadan olmuş və Astara rayonu, Züngüləş kəndində qeydiyyatdadır. - İşdə olan НЗ № ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı Astara rayon hərbi komissarlığı tərəfindən 27 fevral 1992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsi tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 1/İ-15732 nömrəli məktubunda göstərilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 10.01,2018-ci il tarixli iclasında baxılmış və 485 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 4/2-1233 nömrəli arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 3 №-li əmrilə (əsas: səh-20, sıra-62) sıravi İddiaçı xx.xx.1992-ci il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 81 №-li əmrində (əsas: §-1, sıra-5, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 40 №-li əmrində (əsas: səh-86, §-4, sıra-3, əmrdə adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin sıravisi İddiaçı xx.xx.1992-xx.xx.1992-ci i! tarixlərdə Ağdam döyüş əməliyyatları rayonunda olduğu üçün üç qat əmək haqqı alması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 68 №-li əmrilə (əsas: səh-161, §-1, sıra-27) N №-li hərbi hissənin sıravisi İddiaçı mühafizə bölüyündə atıcı vəzifəsinə təyin edilmişdir.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 153 №-li əmrində (əsas: §-1, bənd-2, sıra-20, əmrdə adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin sıravisi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunaraq qazan təminatından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 185 №-li əmrində (əsas: §-8, sıra-17, əmrdə adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin sıravisi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunaraq qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 194 №-li əmrində (əsas: §-1, bənd-1, sıra-17, əmrdə adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin sıravisi İddiaçı Ağdam döyüş əməliyyatları rayonundan ezamiyyətdən qayıdaraq qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 302 №-li əmrilə (əsas: səh- 74, §-5, sıra-67, əmrdə atasının adı “Mizəffər” yazılmışdır) sıravi İddiaçı Mizəffər oğlu N №-li hərbi hissədə dizelçi-elektrik vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-may 1994-cü il, iyun-iyul 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N “b” №-li hərbi hissə komandirinin 1993-1996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə xx.xx.2016-cı il tarixli 9/2-7040 №-li və xx.xx.2017-ci il tarixli 9/2-22661 №-li, xx.xx.2021-ci il tarixli 9/2-3108 Nfl-li, xx.xx.2021-ci il tarixli 4/2-2587 №-li məktublarla vətəndaşın ünvanına, xx.xx.2017-ci il tarixli 9/2-22671 №-li məktubla SHXÇDX-nin Astara rayon şöbəsinə, xx.xx.2021 -ci il tarixli 9/2-210 №-li məktubla Şirvan İnzibati məhkəməsinə və xx.xx.2021-ci il tarixli 9/2-5078 №-li məktubla Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına cavab göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Lənkəran Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Lənkəran hərbi prokurorluğunda heç bir cinayət işi istintaq edilməmiş və ya təqsirləndirici material olmamışdır.Nəzərinizə çatdırıram ki, İddiaçı barəsində hərbi prokurorluqlarda cinayət işinin və ya araşdırma materialının olub-olmaması ilə əlaqədar Azərbaycan Respublikası Hərbi prokurorluğuna müraciət etmək məqsədə müvafiqdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-7/2-284/25 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1992-ci ildə keçmiş Astara RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.1992-ci ildə xidmətini davam etdirməkdən ötrü N nömrəli hərbi hissəyə, xx.xx.1995-ci ildə N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.1996-cı ildə Azərbaycan Respublikası MN-nin 141 nömrəli xx.xx.1996-cı il tarixli əmrinə əsasən N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır. İddiaçı döyüşlərdə iştirakı, yaralanması, xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. - İşdə olan Astara rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 4 sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı məhkumluğu yoxdur, həmçinin onun barəsində və ya sonuncunun ərizəsi əsasında Astara rayon polis şöbəsində hər-hansı bir təqsirləndirici material yoxdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, N7 N-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 3 Ne-li əmri ilə (əsas: §-5, səh-20, sıra-62, əmrdə vəzifəsi yazılmamışdır) sıravi İddiaçı xx.xx.1992-ci il tarixdən N4 Ne-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N7 Ne-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 81 N-li əmrində (əsas: §-1, sıra-5, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunması və xx.xx.1992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N7 Ne-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 40 Ne-li əmrində (əsas: §-4, səh-86, sıra-3, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N4 N-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixlərdək Ağdam döyüş əməliyyatları rayonunda olduğu üçün üç qat əmək haqqı alması barədə məlumat vardır. N7 N-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 68 Ne-li əmrilə (əsas: §-1, səh-161, sıra-27) N4 Ne-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı mühafizə bölüyündə atıcı vəzifəsinə təyin edilmişdir. N7 Na-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 153 Nq-İİ əmrində (əsas: §-1, bənd-2, sıra-9, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N4 Nq-İi hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunaraq xx.xx.1992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N7 Nq-İİ hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 185 Nq-İİ əmrində (əsas: §-8, sıra-17, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N4 Nq-İi hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunaraq xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N7 Nq-İi hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 194 Nq-İİ əmrində (əsas: §-1, bənd-1, səh- 141, sıra-17, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N4 N-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonundan, ezamiyyətdən qayıtmış hesab edilərək xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır.N7 Nq-İİ hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 302 Nq-İİ əmrilə (əsas: səh-74, §-5, sıra-67, əmrdə atasının adı “Mizəffər” yazılmışdır) sıravi İddiaçı Mizəffər oğlu N4 Nq-İİ hərbi hissədə dizelçi-elektrik vəzifəsinə təyin edilmişdir. N7 Nq-İİ hərbi hissə komandirinin yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N7(N4) Nq-İİ hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Astara və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə "hərbi biletlər” sözlərindən sonra "(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və "yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra "(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini xahiş etmişdir, cavabdeh orqan tərəfindən iddiaçıya məktub ünvanlanaraq göstərilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2018-ci il tarixli iclasında baxılmış və 485 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Bundan sonra iddiaçı məhkəməyə eyni tələb üzrə müraciət etmişdir. Məhkəməyə daxil olmuş məlumatlar əsasında müəyyən olunur ki, cavabdeh orqan tərəfindən iddiaçıya müraciətindən imtina edilən zaman müharibə veteranlığının verilməsindən imtina edilməsinə hər hansı bir səbəb göstərilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, N7 N-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 3 Ne-li əmrilə (əsas: §-5, səh-20, sıra-62, əmrdə vəzifəsi yazılmamışdır) sıravi İddiaçı xx.xx.1992-ci il tarixdən N4 Ne-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N7 Neli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 81 N-li əmrində (əsas: §-1, sıra-5, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunması və xx.xx.1992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N7 Nli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N N-li əmrində (əsas: §-4, səh-86, sıra-3, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N4 N-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixlərdək Ağdam döyüş əməliyyatları rayonunda olduğu üçün üç qat əmək haqqı alması barədə məlumat vardır. N7 N-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 68 Ne-li əmrilə (əsas: §-1, səh-161, sıra-27) N4 Ne-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı mühafizə bölüyündə atıcı vəzifəsinə təyin edilmişdir. N7 Na-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 153 Nq-İİ əmrində (əsas: §-1, bənd-2, sıra-9, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N4 Nq-İi hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunaraq xx.xx.1992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N7 Nq-İİ hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 185 Nq-İİ əmrində (əsas: §-8, sıra-17, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N4 Nq-İi hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunaraq xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N7 Nq-İi hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 194 Nq-İİ əmrində (əsas: §-1, bənd-1, səh-141, sıra-17, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N4 N-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonundan, ezamiyyətdən qayıtmış hesab edilərək xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N7 Nq-İİ hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 302 Nq-İİ əmrilə (əsas: səh-74, §-5, sıra-67, əmrdə atasının adı “Mizəffər” yazılmışdır) sıravi İddiaçı Mizəffər oğlu N4 Nq-İİ hərbi hissədə dizelçi-elektrik vəzifəsinə təyin edilmişdir. N7 Nq-li hərbi hissə komandirinin yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-7/2-284/25 nömrəli məktub üzrə İddiaçı xx.xx.1992-ci ildə keçmiş Astara RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə göndərilməsi, xx.xx.1992-ci ildə xidmətini davam etdirməkdən ötrü N nömrəli hərbi hissəyə, xx.xx.1995-ci ildə N nömrəli hərbi hissəyə göndərilməsi və xx.xx.1996-cı ildə Azərbaycan Respublikası MN-nin 141 nömrəli xx.xx.1996-cı il tarixli əmrinə əsasən N nömrəli hərbi hissədən ehtiyata buraxılması barədə məlumat əldə edilmişdir və bu barədə məlumatları özündə əks etdirən ******* saylı uçot kartasının surəti təqdim edilmişdir. Həmçinin cavabdeh orqan məhkəməyə ünvanladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N7(N4) Nq-İİ hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmadığını qeyd etmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunun yuxarı sətrlərində N7 N-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N N-li əmrində N4 N-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixlərdək Ağdam döyüş əməliyyatları rayonunda olduğu üçün üç qat əmək haqqı alması, N7 N-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N N-li əmrilə N4 N-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı mühafizə bölüyündə atıcı vəzifəsinə təyin edilməsi, N7 N-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 153 Nq-İİ əmrində N4 Nq-İi hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunaraq xx.xx.1992-ci il tarixdən qazan təminatından çıxarılmasını, N7 N-İİ hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1N N-İİ əmrində N4 N-İi hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunaraq xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması, N7 N-İi hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1N N-İİ əmrində N4 N-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı Ağdam döyüş əməliyyatları rayonundan, ezamiyyətdən qayıtmış hesab edilərək xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat verilmişdir. Cavabdeh orqan tərəfindən məktubda göstərilmiş məlumatlar üzrə məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N7(N4) N-İİ hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmasa da, N7(N4) N-İİ hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək olan dövr üzrə Ağdam rayonunda gedən döyüş əməliyyatları zamanı hərbi xidmətdə olmuş İddiaçı döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunması və ezamdan qayıtması barədə məlumatlardan görünür ki, İddiaçı 1 ilə yaxın müddət ərzində Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində İddiaçı döyüşlərdə iştirakı, yaralanması, xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumatın mövcud olmadığı müəyyən edilmişdir. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və ona müharibə veteranı adı verilməlidir. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək olan dövr üzrə Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün və xx.xx.1996-cı ildə Azərbaycan Respublikası MN-nin 141 nömrəli xx.xx.1996-cı il tarixli əmrinə əsasən N nömrəli hərbi hissədən ehtiyata buraxıldığı üçün cavabdeh orqan tərəfindən müharibə veteranı adı və vəsiqəsi ilə təmin edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2728/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2728/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver