Məhkəmə qərarları › İş №2-1(120)-273/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-273/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-273/2022 07.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3na qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 07 iyul 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E TDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1980-ci ildən 1985-ci ilədək 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı Regional Ərazi Filialının üzərinə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı Regional Ərazi filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin X3 ilə əvəz olunmasını, eləcə də iddianın dəyişdirilərək “peşə məktəbində təhsil aldığı illər, işlədiyi illər və hərbi xidmətdə olduğu dövrün sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3nın üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3nın ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı regional ərazi filialına müraciət etmişdir. Ona Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı regional ərazi filialı tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsimləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubla imtina edilərək yaşa görə əmək pensiyasının təyin olunması üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Bildirmək istəyir ki, o, 1980-ci ilin yanvar ayından 1985-ci ilin sentyabr ayınadək 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən əmək fəaliyyəti ilə məşğul olmuş və əmək haqqı almışdır. Lakin qeyd etdiyi sosial sığorta stajı əmək kitabçasında qeyd edilməmişdir. Həmin illərdə 2 saylı cəzaçəkmə müəssisəsində işləməyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin xx.xx.2021-ci il tarixli, xx/xx-13303-1- 126/2 nömrəli arayışı ilə təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin X3nın nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Fondun 1 saylı Şirvan-Salyan regional filialına müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Əlavə olaraq, İddiaçı B.İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək X6 müəssisəsində işlədiyi dövrün araşdırılması zərurəti yaranmışdır. Tərəflərindən aparılan araşdırılma zamanı Sabirabad rayon Dövlət Arxivi ilə qarşılıqlı yoxlama həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. X6 müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və müəssisənin hüquqi ünvanı məlum olmadığından iddiaçının sosial sığorta stajını yoxlamaq mümkün olmamışdır. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç biri ödənilmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1973cü il tarixli, 61 nömrəli əmrlə xx.xx.1973-cü il tarixdə 16 nömrəli SMD-yə birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1973-cü il tarixli, 241 nömrəli əmrlə xx.xx.1973-cü il tarixdə həmin işdən azad edilmiş, xx.xx.1974-cü il tarixli, 39k nömrəli əmrlə xx.xx.1974-cü il tarixdə Sabirabad 2 nömrəli Sənaye Kombinatına 4-cü dərəcəli ekskvatorcu təyin edilmiş, xx.xx.1974-cü il tarixli, 240k nömrəli əmrlə həmin işdən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 136k nömrəli əmrlə xx.xx.1977-ci il tarixdə Sabirabad 2 nömrəli Sənaye Kombinatına işə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli əmrlə həmin işdən azad edilmiş, xx.xx.1985-ci il tarixli, 223/k nömrəli əmrlə xx.xx.1985-ci il tarixdə Həştərxan Sənaye qaz-tikinti idarəsinə dülgər-betonçu işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 62/k nömrəli əmrlə həmin işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli əmrlə xx.xx.1987-ci il tarixdə Həştərxan Sənaye qaztikinti idarəsinə dülgər işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli əmrlə həmin işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli əmrlə xx.xx.1987-ci il tarixdə vaqonların təmiri üzrə çilingər işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə həmin işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 134 nömrəli əmrlə Sabirabad Mexaniki Təmir zavoduna elektrik-qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 01 nömrəli əmrlə həmin işdən azad edilmiş, xx.xx.1999-cu il tarixli, 13 nömrəli əmrlə xx.xx.1999-cu il tarixdə X6 müəssisəsinə 3-cü dərəcəli qəlibləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 62 nömrəli əmrlə xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 4648 nömərli Attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək 9 nömrəli kənd texniki peşə məktəbini “Avtotraktor və kənd təsərrüfatı maşınlarının çilingəri” ixtisası üzrə bitirmişdir. İş materiallarında olan НЗ-2479400 saylı hərbi biletdən görünür ki, İddiaçı 09 may 1975-ci il tarixdən 05 may 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2021-ci il tarixli, xx/xx-13303-İ-126/2 saylı məktubundan görünür ki, İddiaçı həqiqətən 1980-ci ilin yanvar ayından 1985-ci ilin sentyabr ayınadək 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən əmək fəaliyyəti ilə məşğul olmuş və əmək haqqı almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********250900 saylı məktubundan görünür ki, dövlət reyestrində “X8” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) hüquqi varisi olduğu "xxxx" X10 Cəmiyyətinin “X6 Müəssisəsi” adlı hüquqi şəxs xx.xx.2005-ci il tarixdə vergi uçotuna alınmışdır. Qeyd olunan hüquqi şəxs xx.xx.2011-ci il tarixdə fəaliyyətini xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırmış, xx.xx.2012-ci il tarixdə fəaliyyətini bərpa etmiş, xx.xx.2015-ci il tarixdə fəaliyyətini xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırmış, xx.xx.2017-ci il tarixdə fəaliyyətini bərpa etmişdir. Məlumat üçün bildirirlər ki, xx.xx.2011-ci il tarixdən etibarən "xxxx" X10 Cəmiyyətinin “X6 Müəssisəsi” hüquqi varisliyin digər şəxsə keçməsi yolu ilə yenidən təşkil edilmişdir. Hal-hazırda hüquqi şəxs “X8” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) adı altında vergi orqanında qeydiyyatdadır və fəaliyyəti aktiv vəziyyətdədir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlər araşdırılarkən Sizin 24 il 9 ay 28 gün sığorta stajınız müəyyən olunmuşdur. Ona görə də, fərdi hesabınızda vəsaitin olmaması və tələb olunan sığorta stajınız çatmaması səbəbindən pensiya təyin edən komissiya Sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin olunmasından imtina edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı ildə Sabirabad rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək 9 nömrəli kənd texniki peşə məktəbini “Avtotraktor və kənd təsərrüfatı maşınlarının çilingəri” ixtisası üzrə bitirmiş, 09 may 1975-ci il tarixdən 05 may 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmiş, xx.xx.1973-cü il tarixli, 61 nömrəli əmrlə xx.xx.1973-cü il tarixdə 16 nömrəli SMD-yə birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1973-cü il tarixli, 241 nömrəli əmrlə xx.xx.1973-cü il tarixdə həmin işdən azad edilmiş, xx.xx.1974-cü il tarixli, 39k nömrəli əmrlə xx.xx.1974-cü il tarixdə Sabirabad 2 nömrəli Sənaye Kombinatına 4-cü dərəcəli ekskvatorcu təyin edilmiş, xx.xx.1974-cü il tarixli, 240k nömrəli əmrlə həmin işdən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 136k nömrəli əmrlə xx.xx.1977-ci il tarixdə Sabirabad 2 nömrəli Sənaye Kombinatına işə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli əmrlə həmin işdən azad edilmiş, xx.xx.1985-ci il tarixli, 223/k nömrəli əmrlə xx.xx.1985-ci il tarixdə Həştərxan Sənaye qaz-tikinti idarəsinə dülgər-betonçu işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli, 62/k nömrəli əmrlə həmin işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, əmrlə xx.xx.1987-ci il tarixdə Həştərxan Sənaye qaz-tikinti idarəsinə dülgər işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixli əmrlə həmin işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli əmrlə xx.xx.1987-ci il tarixdə vaqonların təmiri üzrə çilingər işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə həmin işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli, 134 nömrəli əmrlə Sabirabad Mexaniki Təmir zavoduna elektrik-qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 01 nömrəli əmrlə həmin işdən azad edilmiş, xx.xx.1999-cu il tarixli, 13 nömrəli əmrlə xx.xx.1999-cu il tarixdə X6 müəssisəsinə 3-cü dərəcəli qəlibləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 62 nömrəli ənrlə xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Göründüyü kimi cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının 1980-ci ilin yanvar ayından 1985-ci ilin sentyabr ayınadək 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən əmək fəaliyyəti ilə məşğul olduğu illərdə müəyyən aylarda əmək haqqı almaması, digər məsələ isə xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək X6 müəssisəsində işlədiyi illərdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin “iddiaçının işlədiyi X6 müəssisəsinin əmr kitablarının və əmək haqqı cədvəllərinin Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməməsi və müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən iş stajının həmin dövrlər üzrə əmr kitabları və əmək haqqı sədvəllərinə əsasən yoxlanılmasının mümkün olmaması, bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının 1980-ci ilin yanvar ayından 1985-ci ilin sentyabr ayınadək 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən əmək fəaliyyəti ilə məşğul olduğu illərin müəyyən aylarında əmək haqqı almadığı aylar nəzərə alınmasa belə iddiaçının qanunla tələb olunan sosial sığorta stajı vardır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3nın üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar