Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-274/2020 22.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi x4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət x7 Hacıqabul rayon şöbəsinə qarşı «əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 18 yanvar 1971-ci ildə Hacıqabul rayonunda anadan olmuşdur.18.09.1990- 01.04.1992, 02.08.1993-30.10.1993-cü illərdə “İşgüzar” tikinti istehsalat kooperativində işləmişdir. Ona 14 fevral 2018-ci il tarixdə x9 Komissiyası tərəfindən ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət x7 Hacıqabul rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 20 noyabr 2019-cu il tarixli, **********9 saylı imtina məktubu verilərək, “İşgüzar” və “İnşaatçı-14” kooperativinin şəxsi heyyətə aid sənədlərinin Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməməsini və qeydiyyatı və fəaliyyəti barədə məlumat olmadığını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.09.1990- 01.04.1992, 02.08.1993-30.10.1993-cü illərdə “İşgüzar” tikinti istehsalat kooperativində, 06.04.1992-24.08.1992-ci illərdə “İnşaatçı 14” kooperativində işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2020-ciil tarixli, 2-1(120)-274/2020 saylı qərardadı ilə iddia tələbinə 18.09.1990-01.04.1992, 02.08.1993-30.10.1993-cü illərdə “İşgüzar” tikinti istehsalat kooperativində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı 14.02.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilərək, həmin tarixdən ödənilməsi (əlilliyə görə aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdeh Dövlət x7 Hacıqabul rayon şöbəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 18.09.1990-01.04.1992, 02.08.1993-30.10.1993-cü illərdə “İşgüzar” tikinti istehsalat kooperativində işləməsi əmək kitabçasında qeyd olunduğu üçün arxiv sənədlərinin saxlanılmamasından asılı olmayaraq, həmin illər nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə əsasən istinad edərək, iddiaçının 18.09.1990-01.04.1992, 02.08.1993-30.10.1993-cü illərdə “İşgüzar” tikinti istehsalat kooperativində işlədiyi dövrün sənədlərinin yerində qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmamasını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əlillik arayışından elektron çıxarışı, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir,cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir.Həmin materialların və Dövlət x7 Hacıqabul rayon şöbəsinin məhkəməyə göndərdiyi 22.06.2020-ci il tarixli **********9 nömrəli, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 26.02.2020-ci il tarixli, **********681400 nömrəli və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 12 iyun 2020-ci il tarixli 5/925 nömrəli məktublarının məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Hacıqabul rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, o, 14 fevral 2018-ci il tarixdə x9 Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. Onun 18.09.1990- 01.04.1992, 02.08.1993-30.10.1993-cü illərdə “İşgüzar” tikinti istehsalat kooperativində işləməsi NT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Ümumiyətlə iş materiallarında olan NT-İ ******* nömrəli əmək kitabçası ilə müəyyən olunur ki, iddiaçı 01.10.1981-01.02.2018-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasının təsdiq edilmiş surətini mötəbər sübut kimi qiymətləndirir. Ümumiyyətlə cavabdeh təşkilat da iddiaçıya məxsus əmək kitabçasının düzgünlüyünü mübahisələndirməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 18.09.1990-01.04.1992, 02.08.1993- 30.10.1993-cü il tarixində olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, əmək kitabçasının düzgünlüyü və mötəbərliyi məhkəmənin sorğusu əsasında əldə edilmiş və hazırda iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 26.02.2020-ci il tarixli, **********681400 nömrəli məktubu ilə öz təsdiqini tapır. Belə ki, həmin məktubda qeyd olunmuşdur ki, dövlət reyestrində “İşgüzar” x1 18.08.1994-cü il tarixdə 222 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Göründüyü kimi qeyd olunan məktubda əks olunan məlumatlarda mübahisəli dövrlərdə iddiaçının işlədiyi müəssisələrin mövcud olduğu və fəaliyyət göstərdiyi öz təsdiqini tapır. Başqa sözlə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi mübahisəli dövrlərdə müəssisə mövcud olmuş və əmək kitabçası düzgün tərtib edilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, iş materiallarında olan Dövlət x7 Hacıqabul rayon şöbəsinin 22.06.2020-ci il tarixli **********9 saylı məktubu ilə iddiaçının əlilliyə görə pensiya təyin olunmasına imkan verən əmək stajına və pensiya kapitalına malik olması təsdiq olunur. Belə ki, həmin məktubda qeyd olunmuşdur ki, Dövlət x7 Hacıqabul rayon Kürçülü kənd sakini ll-qrup ümumi səbəbdən əlil İddiaçı pensiya sənədləri haqqında aşağıdakı məlumatları bildirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə,qadınlar 55 yaşına çatdıqda 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabı sığorta hissəsində qeydə alınmış əmək pensiyası kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” x2 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasnın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq,bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin olunmuş şəxslər istisna olunmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (110 manat) az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən bildiririk ki, ümumilikdə əmək kitabçası və hərbi xidmət dövrü üzrə 20 il 4 ay 6 gün iş stajı var. Bundan 18.09.1990-cı ildən 01.04 1992-ci ilədək "işgüzar" Tikinti istehsalat kooperativi, 06.04.1992-cı ildən 24.08.1992-ci ilədək "inşaatçı-14" kooperativində, 02.08.1993-cı ildən 30.10.1993-cü il tarixədək “işgüzar" Tikinti istehsalat kooperativində işlədiyi dövr ümumilikdə 2 il 1 ay 28 gün olmuşdur.Kooperativdə işlədiyi dövr ümumi iş stajından çıxıldıqda yəni 2 il 1 ay 28 gün çıxdıqda vətəndaşın 18 il 2 ay 8 gün iş stajı və ya 12743.51 manat pensiya kapitalı olur. Bu da 2018-ci il üçün təyin olunmuş 116,27 manatdan aşağı yəni 108,92 manat pensiya kapitalı yaranır ki, bu da vətəndaşın əmək pensiyasına çıxmasını mümkünsüz edir. ”İşgüzar” və “İnşaatçı-14" kooperativinin hal hazırda fəaliyyəti yoxdur və Hacıqabul rayon dövlət arxivində sənədləri saxlanılmır. 01.01.1992-ci il tarixdən Dövlət Sosial Fondunda həmin kooperativin qeydiyyatı və fəaliyyəti barədə məlumat olmadığı üçün həmin dövrü sosial sığorta stajı kimi qəbul etmək mümkün olmamışdır. İşgüzar” və “inşaatçı- 14" kooperativində işlədiyi illər təsdiq olunarsa ümumilikdə 20 il 4 ay 6 gün sığorta stajı pensiya kapitalı yaranır ki, bu da vətəndaşa əmək pensiyası hüququ yaradır. Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki, iddiaçıya əlilliyə görə əmək pensiya təyin edilməsi üçün kifayət edən sosial sığorta (həmçinin pensiya kapitalı) vardır. Şifahi məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi sual-cavab əsasında bildirmişdir ki, iddiaçının İnşaatçı-14" kooperativində işlədiyi 06.04.1992-cı ildən 24.08.1992-ci ilədək olan dövrlər nəzərə alınmadıqda belə iddiaçıya hüququnun yarandığı vaxt əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı kifayət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və x6 Nazirliyinin x9 komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının da qoşulduğu, x3 Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və saxlanıldığı hüquqi ünvan məlum olmadığından iş stajını qarşılıqlı şəkildə üzləşdirərək yoxlanılmasının mümkün olmamasını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 18.09.1990-01.04.1992, 02.08.1993- 30.10.1993-cü illərdə “İşgüzar” tikinti istehsalat kooperativində işləməsi NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisələr tərəfindən iddiaçıya aid sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 12 iyun 2020-ci il tarixli 5/925 nömrəli məktubunda qeyd edilmişdir ki, “İşgüzar” x1 və “İnşaatçı 14” Kooperativinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi və həmin dövrlərin qarşılıqlı yoxlanıla bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı məxsus NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 18.09.1990-01.04.1992, 02.08.1993- 30.10.1993-cü illərdə “İşgüzar” tikinti istehsalat kooperativində işlədiyi iş illəri, o cümlədən əmək kitabçasında göstərilən digər iş illəri, sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı 14.02.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilərək, həmin tarixdən ödənilməsi (əlilliyə görə aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Dövlət x7 Hacıqabul rayon şöbəsinin üzərinə qoyulmalıdır. Beləliklə də məhkəmə müəyyən etdi ki, iddiaçı 18.09.1990-01.04.1992, 02.08.1993-30.10.1993-cü illərdə “İşgüzar” tikinti istehsalat kooperativində işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, hüququnun yarandığı 14.02.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilərək, həmin tarixdən ödənilməsi (əlilliyə görə aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddiaçı əmək kitabçasında qeyd olunan 18.09.1990-01.04.1992, 02.08.1993- 30.10.1993-cü illərdə “İşgüzar” tikinti istehsalat kooperativində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı 14.02.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilərək, həmin tarixdən ödənilməsi (əlilliyə görə aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Dövlət x7 Hacıqabul rayon şöbəsinə həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-274/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-274/2020
22.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver