Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-274/2021 05.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin 10 saylı regional ərazi filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin 10 saylı regional ərazi filialına qarşı «əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X13 Saatlı rayon filialına qarşı “əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsin 09 mart 2021-ci il tarixli, 2-1(120)-274/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X13 Saatlı rayon filialına qarşı “əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin Saatlı rayon filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin 10 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. İşin halları: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh 10 iyul 2020-ci il tarixli **********9 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, 1974-1999-cu illərdə Saatlı rayonunun “Ukrayna” adına kolxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Saatlı rayonu, Telmankənd kəndində doğulmuşdur. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 sentyabr 2020-ci il tarixli, 01/117 nömrəli arayışından görünür ki, İddiaçı Saatlı rayonunun Əhmədbəyli kəndində qeydiyyatdadır. İşdə olan X11 rayon filialının 26.07.2019-cu il tarixli, 136 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1974-1999-cu illərdə Saatlı rayonu “Ukrayna” adına kolxozda işləmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X13 Saatlı rayon filialının 25.09.2020-ci il tarixli, **********1 nömrəli arayışından görünür ki, İddiaçı 01.01.2020-ci il tarixdən yaşa görə müddətsiz 130 manat sosial müavinət təyin olunmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 10.07.2020-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olan 10 iyul 2020-ci il tarixli **********0 saylı məktubuna əsasən bildiririk ki, “Əmək pensiyaları’’ haqqında Azərbaycan Respublikası Qanununun 7-ci, 8- ci və 9-cu maddələrinə əsasən vətəndaşların yaşının tamam olması ilə bərabər pensiya təyin edilməsi üçün sosial sığorta stajının toplanması da əsas tələblərdən biridir. Həmçinin, bu Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilnəsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüququ şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyətləri sığorta stajlarına daxil edilir. Bununla əlaqədar Sizin işlədiyiniz müəssisənin fəaliyyəti ilə bağlı araşdırma aparılmış və mümkün bütün məcburi dövlət sosial sığorta haqlarının ödənilmiş sosial sığorta stajları barədə sübutlar toplanmışdır. Sizə yaşa görə təyin edilmiş əmək pensiyası işində əmək kitabçasında əmək pensiyası təyin edilməsi üçün əsas götürülmüş bəzi dövrlərin sosial sığorta stajları üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sübutların mövcud olmadığı müəyyən edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sübutlar mövcud olmayan sosial sığorta stajları nəzərə alınmadığına görə əmək pensiyası hüququnuzun yaranmadığı aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyası işiniz üzrə əmək pensiyası təyinatına dair qərar ləğv edilmişdir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunununa əsasən 01 yanvar 2020-ci il tarixdən sosial müavinət hüquqununz yarandığı üçün müraciət edə bilərsiniz. İşdə olan X12 filialının 13.11.2020-ci il tarixli, 324 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1974-1999-cu illərdə Saatlı rayonu “Ukrayna” adına kolxozda işləmiş və adam günü qazanmağı barədə qeydlər vardır. İşdə olan 16.08.1989-cu il tarixli, AZE ******* nömrəli kolxozçunun əmək kitabçasından görünür ki, İddiaçı 07.01.1974-20.12.1999-cu illərdə “Ukrayna” adına kolxozda işləmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin 10 saylı regional ərazi filialının Saatlı rayon qəbul şöbəsinin 17.12.2020-ci il tarixli, **********0 nömrəli etirazında qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Saatlı rayon filialının üzərinə qoyulması barədə iddia tələbi vardır. İddiaçı iddia tələbinə dair bildiririk ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, 01 yanvar 2006-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən qadınların yaşa görə pensiya təyin olunmasına üçün 61 yaşa uyğun 25 il sığorta stajı tələb olunur. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı Saatlı rayon Dövlət Arxivinin 26 iyul 2019-cu il tarixli 136 saylı arayışına əsasən 1974-1999-cu illər üzrə Saatlı rayonu “Ukrayna” kolxozunda işləməsi barədə sığorta stajı təqdim etmişdir. 1974-1987-ci illər üzrə vətəndaş qadınlar üçün 180 adam günü və 1988-1999-cu illər üzrə isə 120 adam günü normasını tam yerinə yetirmişdir. Arxiv arayışındakı illərdə “Ukrayna” kolxozunda minimum adam günü normaları kolxoz idarə heyətinin və rayon kənd təsərrüfatı idarəsinin qərarlarına əsasən müəyyən edilib. “Ukrayna” kolxozunda həmin illərdə işləyən şəxslərə əmək pensiyası təyin edilərkən 1988-ci ilə kimi kişilər üçün 240, qadınlar üçün 180 minimum adam gün norması ,1988-ci ildən sonra kişilər üçün 200, qadınlar üçün isə 120 minimum adam gün norması müəyyən edilib. İddiaçının arxiv arayışı əsasında minimum adam gün normaları nəzərə alınmaqla sığorta stajı aşağıdakı kimi hesablanır. 1974-1987-ci illərdə qadınlar üçün minimum 180 adam günü və 1988-1999-cu illərdə qadınlar üçün minimum 120 adam günü norması yerinə yetirildiyinə görə həmin illər üzrə sığorta stajı 26 il, pensiya kapitalı isə 18785 manat 57 qəpik təşkil edir. Vətəndaşa əmək pensiyası təyin edilməsi üçün sığorta stajı kifayət etsə də (25 il sığorta stajına qarış 26 il sığorta stajı vardır), pensiya kapitalı kifayət etmir (28800 manat pensiya kapitalına qarşı 18785 manat 57 qəpik pensiya kapitalı vardır). Vətəndaşın əmək kitabçasının müvafiq səhifələrində yerinə yetirilən iş günü norması və əmək haqqı barədə heç bir qeyd edilməmişdir. İddiaçı vəziyyətində o, 1974-1999-cu illərdə Saatlı rayonu “Ukrayna” kolxozunda işləməsi barədə arxiv arayışı təqdim etməsinə baxmayaraq həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə hesabat sənədləri filialda saxlanılmır və beləliklə də, həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməməlidir. Vətəndaşın uşağının olmasına baxmayaraq arxiv arayışında iş stajı yazılıb (uşağın anadan olduğu və ona qulluq edilən vaxtlar minimum adam gün normasının yerinə yetirilməsinə imkan vermir). 01.07.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar 61 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyi Sizdən xahiş edirik. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə X17 şəxsi Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filialının məhkəməyə göndərdiyi iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon filialına qarşı əmək pensiyasının təyin olunması öhdəliyinin cavadehin üzərinə qoyulması tələbinə dair inzibati iş vardır. İddia ərizəsində iddiaçı iddia edir ki, onun 1974- 1999-cu illərdə “Ukrayna” kolxozunda işlədiyi illər sosial sığorta stajına daxil edilməli və ona yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının 1974-1999-cu illərdə “Ukrayna” kolxozunda işləməsini təsdiq edən 26 iyul 2019-cu il tarixli arxiv arayışı Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmişdir. Aşağıda qeyd olunanlarla hesab edirəm ki, iddia tələbi əsassız olduğundan və iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilə bilməz. Belə ki, 09 mart 2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında şahid qismində ifadə verən “Ukrayna” kolxozunun idarə heyətinin sədri olmuş Xanhüseyn Əhmədov ifadəsində bildirmişdir ki, o 1996-cı ildən 1998-ci ilin may ayına qədər “Ukrayna” kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. Kolxozun fəaliyyəti 1998-ci ilin may ayında tam olaraq dayandırılmış, kolxozun möhürü və digər sənədlər təhvil təslim aktı əsasında keçmiş Kənd Təsərrüfatı İdarəsinə təhvil verilmişdir. İddiaçını tanımır və kolxozun fəaliyyəti 1998-ci ildə dayandırıldığından iddiaçının 20.12.1999-cu ilə qədər “Ukrayna” kolxozunda işləməsi mümkün deyildir. Həmçinin, şahid bildirmişdir ki, İddiaçı məxsus olan 16 avqust 1989-cu il tarixdə tərtib edilmiş əmək kitabçasında mövcud olan möhürdə Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin adı qeyd edilmişdir. Halbuki qeyd edilən dövrdə Azərbaycan SSRİ mövcud olmadığından SSRİ Kənd Təsərrüfatı Nazirliyi adında qrumun olması mümkün deyildir. Həmin mövcud olan möhürlərdə SSRİ-nin adının göstərilməsi cinayət sayılırdı. Bundan başqa şahid bildirmişdir ki, İddiaçı məxsus olan 16 avqust 1989-cu il tarixdə tərtib edilmiş əmək kitabçasında “Ukrayna” kolxozunun sədri olmuş X.Əhmədovun adının qarşısında olan imza ona məxsus deyildir. Qeyd olunan imzanın onun imzasına oxşarlığı belə yoxdur. Məhkəmənin nəzərinə əlavə olaraq çatdırıram ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, 1918-ci ilin may ayında Azərbayacn Milli Şurası Demokratik Respublikasının ilk hökümətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabr ayında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi, 1920-ci ildən 1946-cı ilədək X6 adları altında fəaliyyət göstərmişdir. 1946-cı ilin yanvarında X3 Nazirliyinə, həmin fevral ayında Kənd Təsərrüfatı Nazirliyinə çevrilmişdir. Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfaı Nazirliyinin tərkibinə daxil edilmişdir. Azərbaycan KP MK və Nazirlər Sovetinin 03 dekabr 1985-ci il tarixli, 392 nömrəli qərarına əsasən Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və sovxoda tikinti üzrə Baş Respublika İdarəsi ləğv edilərək onların bazasında X18 Komitəsi yaradılmışdır. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir. Göründüyü kimi, İddiaçı Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 iyul 2019-cu il tarixli, 136 nömrəli arxiv arayışının, iddiaçının əmək kitabçasının saxta olması iş materiallarında olan sənədlər və şahidin ifadəsi ilə öz təsdiqini tapır. Həmçinin, iddiaçının 1974-1999-cu illərdə “Ukrayna” kolxozunda işləməsini təsdiq edən əmək haqqı cədvəlləri, MDSS ödənişləri mövcud deyildir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Qanunvericiliyin tələbinə əsasən, əmək kitabçası sosial sığorta stajının müəyyən olunmasında əhəmiyyətli məlumat daşıyıcısıdır. Lakin, “Ukrayna” kolxozunun 1998-ci ildə ləğv edilərək fəaliyyətini dayandırması iddiaçının əmək kitabçasında olan məlumatların mötəbərliyinə şübhə yaradır. Göründüyü kimi, iddia tələbi əsassızdır və rədd edilməlidir. İPM-nin 47.2-ci maddəsinə əsasən iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Göstərilənləri nəzərə alaraq məhkəmədən, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon filialına qarşı əmək pensiyasının təyin olunması öhdəliyinin cavadehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində müəyyən edilmiş tələblərə müvafiq surətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını və məhkəmə icraatı zamanı etirazını onunla əsaslandırmışdır ki, arxiv arayışına və əmək kitabçasına əsasən vətəndaşa əmək pensiyası təyin edilməsi üçün sığorta stajı kifayət etsə də (25 il sığorta stajına qarış 26 il sığorta stajı vardır), pensiya kapitalı kifayət etmir (28800 manat pensiya kapitalına qarşı 18785 manat 57 qəpik pensiya kapitalı vardır). Həmçinin iddiaçının əmək kitabçasının müvafiq səhifələrində yerinə yetirilən iş günü norması və əmək haqqı barədə heç bir qeyd edilməmişdir. İddiaçı vəziyyətində o, 1974-1999-cu illərdə Saatlı rayonu “Ukrayna” kolxozunda işləməsi barədə arxiv arayışı təqdim etməsinə baxmayaraq həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə hesabat sənədləri filialda saxlanılmır, buna görə də, həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməməlidir. İddiaçının uşağının olmasına baxmayaraq uşağına qulluq etməli olduğu dövrlərdə arxiv arayışında iş stajı yazılıb (uşağın anadan olduğu və ona qulluq edilən vaxtlar minimum adam gün normasının yerinə yetirilməsinə imkan vermir). Həmçinin məhkəmə icraatı zamanı dindirilmiş şahidin ifadəsinə əsaslanaraq qeyd edilir ki, Kolxozun fəaliyyəti 1998-ci ilin may ayında tam olaraq dayandırıldığından iddiaçının 20.12.1999-cu ilə qədər “Ukrayna” kolxozunda işləməsi mümkün deyildir. Həmçinin, həmin şahid bildirmişdir ki, İddiaçı məxsus olan 16 avqust 1989-cu il tarixdə tərtib edilmiş əmək kitabçasında mövcud olan möhürdə Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin adı qeyd edildiyindən və həmin dövrdə Azərbaycan SSRİ mövcud olmadığından, SSRİ Kənd Təsərrüfatı Nazirliyi adında qurumun olması mümkün deyildir. Bundan başqa şahid bildirmişdir ki, İddiaçı məxsus olan 16 avqust 1989cu il tarixdə tərtib edilmiş əmək kitabçasında “Ukrayna” kolxozunun sədri olmuş X.Əhmədovun adının qarşısında olan imza ona məxsus deyildir. Məhz cavabdeh inzibati orqan yuxarıda qeyd edilən əsaslara görə iddiaçının təqdim etdiyi arxiv arayışını və əmək kitabçasını sosial sığorta stajını təsdiq edən sübut kimi qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, iş materialında olan X12 filialının 13.11.2020-ci il tarixli, 324 nömrəli arxiv arayışından, həmçinin X12 filialının 341 nömrəli 01 dekabr 2020-ci il tarixli məktubu ilə göndərilmiş Saatlı rayonu “Ukrayna” adına kolxozunun 1952-1999-cu illərə aid kolxoçuların əmək stajı və qazanc uçotu kitabından çıxarışdan görünür ki, İddiaçı 1974- 1999-cu illərdə Saatlı rayonu “Ukrayna” adına kolxozda işləmiş və adam günü qazanmağı (əmək haqqı alması) barədə qeydlər vardır. Həmin fakt iddiaçının təqdim etdiyi 16.08.1989-cu il tarixli, AZE ******* nömrəli kolxozçunun əmək kitabçasında da öz əksini tapmışdır. Belə ki, həmin kitabçadan görünür ki, İddiaçı 07.01.1974-20.12.1999-cu illərdə “Ukrayna” adına kolxozda işləmişdir. Həmçinin əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı həmin dövrlərdə işlədiyini və əmək haqqı aldığını bildirmişdir. Lakin, cavabdeh inzibati orqan tərəfindən şahid kimi məhkəmə iclasına dəvət edilmiş və məhkəmə iclasında ifadəsi alınmış şahid Xanhüseyn Əhmədov izahatında 1996-cı ildən 1998-ci ilin may ayına qədər “Ukrayna” kolxozunun idarə heyətinin sədri vəzifəsində işlədiyini, Kolxozun fəaliyyəti 1998-ci ilin may ayında tam olaraq dayandırıldığını, kolxozun möhürü və digər sənədlər təhvil təslim aktı əsasında keçmiş Kənd Təsərrüfatı İdarəsinə təhvil verildiyini, İddiaçı məxsus olan 16 avqust 1989-cu il tarixdə tərtib edilmiş əmək kitabçasında “Ukrayna” kolxozunun sədri olmuş X.Əhmədovun adının qarşısında olan imza ona məxsus olmadığını bildirmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, şahid Xanhüseyn Əhmədovu ifadəsində göstərdiyi hallar yalnız iddiaçı ilə bağlı deyil, eyni zamanda həmin dövrdə işləyən bütün kolxozçular üçün də keçərlidir. Bu baxımdan müraciətə təkrar baxılan zaman və iddiaçının həmin dövrləri ilə bağlı araşdırma apararkən cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından həmin kolxozda işləyən və pensiya hüququ əldə edən digər kolxozçuların (hətta ifadəsi alınmış şahidin) pensiya işinə və arxiv sənədlərinə baxış keçirməli, iddiaçı ilə eyni dövrlərdə işləyən kolxoçuların olub-olmadığını, həmin kolxoçuların da əmək kitabçasında olan qeydlərin iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərlə uyğun olub-olmadığını müəyyən etməlidir. Ümumiyyətlə cavabdeh inzibati orqan şahidin ifadəsindən başqa iddiaçının əmək kitabçasında qeyd olunan 1974-1999-cu illərdə Saatlı rayonu “Ukrayna” adına kolxozda əmək fəaliyyəti ilə bağlı aparılmış ətraflı araşdırmaya dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, inzibati orqan yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun zəruri inzibati araşdırma aparmalı, xüsusilə də iddiaçının işlədiyi müəssisənin əmək kitabçasında və arxiv arayışında göstərilən dövrlərdə mövcudluğunu və fəaliyyətinin olub-olmamasını, iddiaçının həmin müəssisədə işləyib-işləməməsini və əmək haqqı alıb-almamasını, kolxozun həqiqətən də 1998-ci ildə ləğv olunub-olunmaması, ləğv olunmuşsa hüquqi varisinin olub-olmaması, şahidin həmin kolxozun sədri təyin edilməsinə və kolxozun ləğv edilməsinə dair arxiv sənədlərinin araşdırmamış və bu araşdırmaya dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İddiaçı və digər 51 (əlli bir) şəxsin pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığının müəyyən edilməsi barədə ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 06 may 2020-ci il tarixli qərarın (müstəntiq X8) surətindən görünür ki, İddiaçı əmək kitabçasındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Yuxarıda adları göstərilmiş 52 (əlli iki) şəxsin pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə göndərdiyi 30.10.2020-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin pensiya təyinatı sektorunun baş məsləhətçisi X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ibtidai istintaq aparılmış ********* nömrəli cinayət işi baxılması üçün 15.05.2020-ci il tarixdə aidiyyəti üzrə Saatlı rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin Saatlı rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, Q-31/435 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin pensiya təyinatı sektorunda baş məsləhətçi vəzifəsində işləmiş X1 rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 1(055)-32/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum olunmuşdur. Həmin cinayət işinə baxılarkən İddiaçı aid hər hansı bir fakt araşdırılmamış, onun barəsində heç bir məhkəmə aktı qəbul edilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı həmin dövrlərdə, həmin müəssisə də (kolxozda) işləyib, əmək haqqı aldığını qeyd etmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan özünün xidməti vəzifəsinə görə iddiaçının işlədiyi müəssisənin mövcudluğu, fəaliyyəti, arxiv sənədləri, müəssisənin rəhbəri, ləğv edilməsi ilə bağlı məlumatların əldə edilməsindən ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə (müvafiq şöbələrinə), habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular etməli həmin sorğuların cavablarına uyğun iddiaçının təqdim etdiyi sənədlərə qiymət verməli idi. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi sənədləri (əmək kitabçasını, arxiv arayışını və s.) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun qiymətləndirmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-274/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-274/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver