Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2742/2025 04.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və 35-60 orqanizmin funksiyalarının funksiyalarının pozulması ilə əlilliyin müəyyən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həkim rəyinə əsasən hər iki qulağının eşitmə dərəcəsi 4-cü olduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixində ona əlilliyin verilməsindən imtina barəsində verilən imtina cavabı qanunsuz hesab edilsin və ona qanunla nəzərdə tutulan qaydada komissiyadan keçdiyi vaxtdan 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2742/2025 nömrəli qərardadı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2742/2025-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin edilmiş, İddiaçı aşkar edilmiş xəstəlik və təyin edilmiş diaqnozla səbəbli əlaqə olaraq əlilliyin müəyyən edilməsi üçün Azərbaycan Tibb Universiteti X5 Lor cərrahiyyə şöbəsindən həkim-mütəxəssis cəlb edilməklə Bera müayinəsi həyata keçirilsin və müayinənin keçirilməsi (Azərbaycan Tibb Universiteti X6 Bakı şəhəri, M.Mirqasımov küçəsi 1004-cü məhəllə) həvalə edilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İ X2, ehtiyatda olan zabitdir. İ Qarabağ Müharibəsi zamanı aldığı qəlpə yaralarının ağrıları kəskinləşdiyi üçün 2015-ci ildə hərbi komissiyadan keçərək İİİ qrup hərbi əlil kimi pensiya almağa başladı. Qəribə də olsa həmin vaxtdan 7 il keçdikdən sonra, yəni 2022-ci ildən ona əlilliklə əlaqədar verilən pensiya və Prezident Təqaüdünün verilməsi dayandırılmışdır. Dəfələrlə etdiyi müraciətlərdən sonra ona birinci dəfə xx.xx.2024-cü il tarixində xx.xx.2022-ci il tarixində verilmiş imtina sənədi təqdim olunmuşdur. Sonradan o, həmin imtinanın verilməsi tarixindən sonra yenidən keçdiyi komissiyanın nəticəsi barəsində məlumat istəyəndə 10 oktyabr 2024-cü il tarixində ona xx.xx.2024-cü il tarixində verilən imtinanın cavabını verdilər. Halbuki onun 2-ci dəfə komissiyadan keçdiyi zaman, həkim müayinəsi ilə təsdiq olundu ki, onun hər iki qulağında, yəni iki tərəfli sensonevral ağıreşitmənin 4-cü dərəcəsi vardır. Belə olan halda, ona hərbi əlilliyin verilməsi mübahisəli olduğu halda, ən azından mülki qaydada 3-cü qrup əlilk dərəcəsi verilməli olduğu halda yenidən imtina verilmişdir. Məlumat üçün onu da bildirir ki, axırıncı dəfə onu müayinə edən yüksək ixtisaslı həkim komissiyası tərəfindən keçirilən test sorğusu zamanı tamamilə təsdiq olundu ki, həqiqətən onun hər iki qulağı ağır eşitmənin 4-cü dərəcəsindədir. Bu barədə rəsmi sənəd tərtib olunaraq həkim komissiyasına da təqdim olunmuşdur. Lakin bütün bunlara baxmayaraq həkim komissiyası tərəfindən açıq-aşkar saxtakarlıqlara yol verilərək ona verilən imtina cavabında qulaqlarından birinin eşitmə dərəcəsi 3-cü dərəcə kimi göstərilmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi və X15 tərəfindən aparılan müayinə sənədində göstərilənlərə əsasən qulaqları barəsində verilən diaqnoz aşağıdakı kimidir: “İki tərəfli sensonevral ağır eşitmə 4-cü dərəcə”. xx.xx.2024-cü il tarixində verilən imtina sənədində isə həkim tərəfindən sadə formada verilən diaqnozu saxtalaşdırmaq məqsədilə qəlizləşdirilərək aşağıdakı formada göstərilmişdir: “Eşitmənin konduktiv və neyrosensor itirilməsi, ikitərəfli xroniki koxlear nevrit. İkitərəfli İİİ -İV (üçüncü-dördüncü) dərəcəli neyrosensor tip ağıreşitmə”. Bununla da təsdiq olunur ki, həkim tərəfindən verilən diaqnoza əsasən ona əlilliyin düşdüyünü bilən həkim komissiyası, ona əlilliyi verməmək məqsədilə həmin diaqnozu saxtalaşdıraraq 4-cü dərəcəni 3-cü dərəcə kimi göstərmişdir. Çünki həkimlərin bildirdiyinə görə qulaqlardan birinin eşitmə qabiliyyəti 3-cü dərəcə olarsa, həmin şəxsə əlillik düşmür. Məhz ona İİİ qrup əlillik dərəcəsi düşməsin deyə, saxtakarlıqlara yol verilərək onun hər iki qulağında olan 4-cü dərəcə, bir qulağı üçün 3-cü dərəcə göstərilmişdir. Qəribəsi də odur ki, imtina cavabında qulaqalarının hansında 4-cü dərəcənin və hansında 3-cü dərəcənin olduğu belə göstərilməmişdir. Bununla bir daha təsdiq olunur ki, 3-cü dərəcə imtina cavabına saxtarlıq edilərək əlavə edilmişdir ki, ona əlilliyin verilməməsi üçün verilən imtinaya hüquqi don geyindirsinlər. Bütün bunlardan belə bir nəticə çıxır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məqsədi əhalinin sosial müdafiəsini təmin etmək yox, sözün həqiqi mənasında onun timsalında əhalinin, xüsusilə də torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak etməklə Vətən qarşısında müstəsna xidmətləri olaraq sağlamlığını bu yolda qurban verən yaralı döyüşçülərə qarşı soyqırım siyasəti yeritməklə onları acından öldürməkdir. Ona qarşı açıq- aşkar törədilən bu kimi qanunsuz hərəkətlərlə bir təsdiq olunur ki, bu kateqoriyadan olan yaralı döyüşçüləri maddi sıxıntılarla öldürmək istəyirlər. Ən dəhşətlisi odur ki, ona təqdim olunan ikinci imtina cavabı ilə tamamilə təsdiq olunur ki, ona qarşı bu soyqırım hərəkətləri, məhz torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak edərək yaralandığı üçün edilmişdir. Belə ki, imtinadan sonra ona ƏƏSM Nazirliyinin Masallıda olan Regional İdarəsində ona izah etdilər ki, axırıncı dəfə sənin sənədlərin mülki qaydada əlillik verilməsi üçün göndərilsə də, ƏƏSM Nazirliyindən verilən imtinam sənin əvvəlki hərbi əlilliyin ilə bağlayırlar. Bu da onu göstərir ki, ona qarşı yol verilənlər əsl soyqırım cinayətləridir. Belə ki, insanları müəyyən kateqoriyaya mənsub olunduğuna görə acından öldürmək həqiqətən həm soyqırımdır, həm də işgəncədir. Belə ki, 3 ildən çoxdur ki, yeganə yaşayış mənbəyi olan pensiyanın ödənilməsinin dayandırılması həqiqətən onun ölümü barəsində qarar verilməsi deməkdir. Yuxarıda göstərib ki, qərarın belə sərt olması onun X10mağı və səhhətini torpaqlarımızın müdafiəsinə qurban verməyidir. İşin faktiki halları ilə də təsdiq olunur ki, ən azından hər iki qulağının eşitmə qabiliyyəti 4-cü dərəcədə olduğu üçün, ona mülki əlil kimi 3-cü dərəcək əlillik dərəcəsi verilməlidir. Məhz torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak edərək yaralanmağıyla əlaqədar əvvəllər müharibə əlili kimi pensiya aldığından, indi də ona adi qaydada mülki əlillik belə vermirlər ki, ayda 150 manat pul alsın. Çünki ona adi qaydada mülki əlillik verilsə, 150 manat pul alar. Bütün yuxarıda göstərilənlərlə bir daha təsdiq olunur ki, həmin 150 manatdan məhrum olmağına səbəb məhz İ Qarabağ Müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etməsidir. Əgər Müharibədə iştirak etməsəydi həmin 150 manatı indi alırdı. Ən dəhşətlisi də odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan idarələrinin müvafiq aidiyyəti vəzifəli şəxsləri yuxarıda göstərdiyi kimi, bilərəkdən və yaxud bilməyərəkdən onu və yeganə ailə üzvü olan və heç bir yerdə işləməyən həyat yoldaşını da aclıqla sınağa çəkərək öldürmək istəyirlər. Belə ki, səhhətində ciddi problemləri olan həyat yoldaşı da heç bir yerdə işləmir. Məhz səhhətində olan problemlərlə bağlı dünyaya uşaq gətirə bilmədiyi üçün övladları da yoxdur ki, onlara maddi cəhətdən köməklik etsinlər. Hər iki nəfərin yeganə yaşayş mənbəyi olan əlillik pensiyası kəsildiyi üçün, Müharibə Veteranı kimi aldığı 80 manatın ümidinə qalmışıq. O da ancaq aylıq çörək puluna güclə çatır. Halbuki yuxarıda göstərdiyi kimi, səhhətində problemləri olan həyat yoldaşı da ancaq gündəlik qəbul etdiyi dərmanlarla yaşayır. 80 manat aldığı veteran pulu ilə ona dərman almaqda çətinlik çəkir. Bütün bunları nəzərə alaraq dəfələrlə, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru və Əlillik Komissiyasının sədri İlqar Məmmədova və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Naziriiyininin aidiyyətli vəzifəli şəxslərinə müraciət etsə də heç bir müsbət nəticəsi olmamışdır. Məlumat üçün onu da bildirir ki, axırıncı dəfə təxminən 3 ay qabaq o bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyətinin qəbulunda oldu. Ədalət naminə bildirir ki, İcra Hakimiyyətinin Başçısı onu bir Müharibə Veteranı kimi növbədənkənar qəbul edərək onu axıra qədər dinləndi. Problemiylə bağlı qəbulda olan Masallı Rayon Mərkəzi Xəstəxanasının direktorunu dinləyərək ona qanuni tələblərinin tezliklə həll olunmasının nəzarətə götürməsini tapşırdı. Qəbulda iştirak edən Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Məmmədov tələblərinin haqlı olduğunu bildirərək İcra Hakimiyyətinin Başçısına söz verdi ki, o, həm də əlilliklə bağlı həkim komissiyasının Masallı Rayon üzrə sədri kimi bu problemin həllində veterana kömək edər. Çünki onun tələbi haqlı tələbdir. Qəribəsi odur ki, qanunsuzluğu və saxtakarlığı aşıq-aşkar bilinən imtina cavabından sonra o, yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru, Əlilliklə bağlı həkim komissiyasının sədri İlqar Məmmədovun qəbulunda olanda isə ona bildirdi ki, sizə düzgün edib imtina veriblər, əlillik düşmür... Görünür ona imtina verənlər İlqar Məmmədova da əvvəlki düzgün mövqeyinə görə qulaqburması veriblər ki, o da əvvəlki düzgün mövqeyindən çəkinmişdir. Məlumat üçün onu da bildirir ki, yuxarıda göstərdiyi kimi, o, yaralanarkən ağır “Kəllə beyin travması” almışdır. 2018-ci ildə fəsadları kəskinləşdiyi üçün, həkimə müraciət etdi, və Xəstəlik Kitabçasında bu barədə 15- 20 səhifəlik müayinənin nəticələri və fəsadları göstərilmişdir. Məhz həmin fəsadlardan biri də hər iki qulağının karlığın axırıncı ən ağır dərəcəsi olan 4-cü dərəcədə olmasıdır. Lakin bütün bunlara baxmayaraq Masallı Rayon Həkim Komissiyasının sədri İlqar Məmmədov bu barədə ƏƏSM Nazirliyinə göndərilən sənəddə bir cümlə belə yazmamışdır. Ona görə də ƏƏSM Nazirliyinin aidiyyətli vəzifəli şəxsləri dəqiq diaqnozunu saxtalaşdıraraq bir qulağı barəsində 3-cü dərəcə göstəriblər ki, ona əlillik düşməsin. Əsl həqiqətdə isə hər iki qulağının eşitmə dərəcə 4-cü dərəcədir. Həmin dərəcələrdə də ona əlillik verilməlidir. Ona görə iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1 -ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1 -ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsidir. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 28 yanvar 2025-ci il tarixində dəyişiklik edilmiş Maddə 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (İ kitab), maddə 1386 (Cild İ); 2024, № 5 (İ kitab), maddələr 501, 503) aşağıdakı məzmunda 3.7-ci maddə əlavə edilsin: “3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X8 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X8 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur”. Beləki iddiaçı xx.xx.2024-cü il tarixində müvafiq inzibati aktdan xəbəri olmasına baxmayaraq həmin qərarı 30 gün müddət keçdikdən sonra mübahisələndirdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş etmişdir. İddiaçı aşkar surətdə onun bundan məlumatı olmuşdur. Cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi (ləğv olunması) ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan başqa Masallı rayon sakini xx.xx.1972ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********7). Növbəti dəfə əlillik vəziyyəti DTSERAda xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********7). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 72 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ dirsək oynağı və sol bazunun yuxarı 1/3-nin kor qəlpə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı eşitmənin zəifləməsindən şikayətlənmiş, üzün sağ almacıq sümüyündə, sağ dirsək, sol saidin orta 1/3-də zərif dəri çapıqları qeyd olunmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu yə hərəki məhdudiyyət aşkar edilməmişdir. ” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə başında və qulağında olan ağrıdan, zəif eşitmədən şikayət etmiş, zamanı saq dirsək və sol saidin yuxarı 1/3-də yumsaq toxuma çapığı izlənilmiş, hərəkətlər tam həcmdə olrrius, yuxarı ətraflarda atrofiva, oarez izlənilməmiş, əlin tutma funksiyası pozulmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı eşitmə zəifliyindən, başağrılarından, yüksək arterial təzyiqdən, bayılmalardan, sağ yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında mina partlaması nəticəsində travma aldığını, 5 ildir ki, eşitmə zəifliyindən, yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Tutma zamanı sanki gözünün ağardığını, sonra huşunu itirdiyini qeyd etmişdir. Medikamentoz preparatlardan “Metforix" və hipertenziv preparatlar qəbul etdiyini söyləmişdir. Müayinə zamanı sağ dirsəkdə, sol saidin yuxarı 1/3-də çapıqlar izlənilmiş, hərəkətlər sərbəst olmuşdur. Baxış zamanı vətəndaş 5m məsafədə oturmuş, sakit səslə danışmış, eşitmə aparatından istifadə etmədiyi nəzərə çarpmışdır. Nevroloji status: vətər və sümüküstü reflekslər orta canlı D=S çağrılmış, ətraflarda əzələ gücü 5/5 bal dəyərləndirilmiş, əzələ tonusu normal olmuşdur. Qıcolma tutmasını tam təsvir edə bilməmiş, həmçinin qıcolma üçün dərman qəbul etmədiyini də qeyd etmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 17869 nömrəli Tibbi rəyində diaqnoz “Ensefalopatiya. Astenonevrotik hal. Psixoorqanik sindrom. Şəffaf arakəsmə kistası. Sağ dirsək sinirinin neyropatiyası. Arterial hipertenziya, orta dərəcəli əlavə risk” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X9 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra sağ dirsək oynağının arxa-tış, sol saidin yuxarı ön səthlərində dartıcı-çapıq toxumaları, saq dirsək oynağının osteoartrozu, periartikulyar osteoparozu, valqus deformasiyası, sağ patellofemoral oynağının artrozu, diz qapağının oynaq kənarında osteofitik sivrilməsi, sağ diz oynağının açıcı-bükücü kontrakturası (açma 165 dərəcə, bükmə 80 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu, axsaması, yerişin çətinləşməsi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audionetriya müayinəsinin nəticəsi “Sağ qulaq 86db, sol qulaq 53db” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və patofunksional pozuntu müayinə zamanı aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddianın mümkünsüz və rədd olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş,lakin iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmişdir, müvafiq qərar xx.xx.2024-cü il tarixdə “Əlillik” altsistemində daxil edilmişdir. Bundan sonra İddiaçı müraciəti əsasında xx.xx.2024-cü il tarixdə cavabdeh orqanda əyani müayinədən keçnişdir, xx.xx.2024-cü il tarixli əyani müayinənin nəticəsi barədə qərar qəbul edilmişdir, bu barədə xx.xx.2024-cü il tarixli qərar xx.xx.2024-cü il tarixdə “Əlillik” altsistemində daxil edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvafiq inzibati aktı göndərilmə tarixi xx.xx.2024-cü il göstərilmiş, lakin iddiaçıya cavabdeh orqan tərəfindən təqdim edilməmişdir. Belə ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərardan iddiaçının məlumatlı olması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: -İşdə olan (AA*******) nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixində Masallı rayonu, Mahmudavar kəndində anadan olub, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatdadır. -İşdə olan 081131 nömrəli veteranlıq vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 1 il müddətinə ilkin üçüncü dərəcəli əlillik (2.3. Üçüncü dərəcə əlillik => digər: sağ dirsək oynağının sol bazunun yuxarı 1/3 yaralanması) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 1 il müddətinə təkrar üçüncü dərəcəli əlillik (2.3. Üçüncü dərəcə əlillik => digər: sağ dirsək və sol bazunun yuxarı 1/3 kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə təkrar üçüncü dərəcəli əlillik (2.3. Üçüncü dərəcə əlillik => digər: sağ dirsək və sol bazunun yuxarı 1/3 kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli göndəriş üzrə “göndərişin natamam doldurulması-səbəb: xəstəliyin ağırlaşmasını təsdiq edən köməkçi diaqnostik müayinələr arasında uyğunsuzluq var” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. - 3-17-4/3-3-6438/2024 saylı, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, iddiaçının müraciəti əsasında xx.xx.2024-cü il tarixdə əyani müayinə edilmişdir. İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli qərarla “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. -İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin X5 xx.xx.2025-ci il tarixli, 3-28-20-2/2-355/2025 saylı məktubuna əsasən, İddiaçı xx.xx.2025-ci il tarixində Klinikada Lor müayinəsindən keçmişdir. Qulaq, burun, boğaz xəstəliklər kafedrasının həkimi Afaq Şadlinskayanın rəyi təqdim edilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə ATU Tədris Cərrahiyə klinikasına Lor müayinə və eşitmənin müayinəsi üçün müraciət etmişdir. Xəstəyə otoskopiya edilmiş və eşitmənin müayinəsi olmuşdur. 33.1 rate 2000 svveep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 3-4 dərəcə neyrosensor tip ağıreşitmə təsbit edilmiş və eşitmənin protezləşməsi tövsiyə olunmuşdur. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının iddiaçı İ.Qasımov barəsində xx.xx.2024-cü il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X3 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.13. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 30 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. İnzibati prosessual qanunvericilikdə mübahisələndirmə haqqında iddia növlərində sübutetmə yükü mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan üzərinə qoyulmuşdur. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövucdluğunu və qərarında istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin mütəxəssis rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə Azərbaycan Tibb Universitetinin X6 məktub ünvanlanmış, Azərbaycan Tibb Universitetinin X12 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-28-20-2/2-355/2025 saylı məktubla xəstə İddiaçı Azərbaycan Tibb Universitetinin X6 dəvət olunması və mütəxəssis tərəfindən müayinə olunması barədə məlumat vermiş və bununla bağlı həkim rəyi təqdim etmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş Q00192899NEN saylı, xx.xx.2024-cü il tarixli göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstənin ümumi vəziyyəti xroniki ağırlıqdadır, göndəriş üzrə “əsas diaqnoz BXT kodu H 90-eşitmənin konduktiv və neyrosensor itirilməsi” göstərilmişdir. Məhkəmənin bu qənaəti təqdim edilmiş Azərbaycan Tibb Universitetinin X12 tərəfindən məhkəməyə ünvanlanmış İddiaçı barəsində qulaq, burun, boğaz xəstəliklər kafedrasının həkimi Afaq Şadlinskayanın rəyi təqdim edilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə ATU Tədris Cərrahiyə klinikasına Lor müayinə və eşitmənin müayinəsi üçün müraciət etmişdir. Xəstəyə otoskopiya edilmiş və eşitmənin müayinəsi olmuşdur. 33.1 rate 2000 svveep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 3-4 dərəcə neyrosensor tip ağıreşitmə təsbit edilmiş və eşitmənin protezləşməsi tövsiyə olunmuşdur. Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir. Bu qənaət, həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir... Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdeh inzibati orqan Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş Q00192899NEN saylı, xx.xx.2024-cü il tarixli göndəriş əsasında İddiaçı əlil təyin olunmasından “göndərişin natamam doldurulması” səbəbi ilə imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam və yanlış doldurulması iddiaçının təqsiri ucbatından olmamışdır və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Bu zaman həm də əlillik dərəcəsinin təyin olunması ilə bağlı ilkin müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən qanunla ona verilmiş diskresion səlahiyyətlərdən məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavə
9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). 9.1.[135] Qulağın və məməyəbənzər çıxıntının H60-H95 xəstəlikləri
Qiymətləndirmə 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, 40 5 il [136] digər tərəf üzrə İV dərəcə 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi 60 müddətsiz
İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri. Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları) bölməsi- 9.1.3 eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə-40%-5 il; 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz” bəndi tətbiq edilməlidir. Göründüyü kimi iddiaçının əyani müayinəyə cəlb edildiyi dövrdə onda mövcud olan xəstəlik (hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip, nitq pozulması ilə) üzrə orqanizmin funksiyalarının pozulması faizi 50 faizdir ki, bu da əlilliyin üçüncü dərəcəsinə uyğun gəlir, orqanizmin funksiyalarının pozulması müddəti isə müddətsizdir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçıda mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1890/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının Q00192899NEN saylı, xx.xx.2024-cü il tarixli göndərişə əsasən qəbul edilmiş xx.xx.2024cü il tarixli qərar ləğv edilsin və həmin vaxtdan İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 9-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla (müddətsiz orqanizmin funksiyalarının 50 % itirilməsi-3-cü dərəcə əlillik) əlilliyin müəyyən edilməsi öhdəliyi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova